Xəzər Aslanov viran qoyduğu ticarət mərkəzini kimlərdən nə üçün gizlədir? - PROBLEM
Tarix: 24-02-2015, 11:37 | Çap et
Xızı rayon icra aparatının başçısı Xəzər Aslanovun rayonda fermerlərə yaratdığı süni maneələr barədə məlumatlar vermişik. Qeyd etmişdik ki, rayonun əlaqədar yerli strukturları dövlət tərəfindən fermerlər üçün ayrılmış subsidiyalara ortaqlıq etməklə əslində, aqrar sektorun işini iflic etmişlər.
Təəssüf ki, belə əməllərdən əziyyət çəkən təkcə fermerlər deyil. Rayonda bir müddət öncə ticarət mərkəzini texnika ilə yerlə-yeksan edən başçı fərdi sahibkarlığın inkişafına da süni maneələr yaradır. Digər tərəfdən, Xızıda yerli kadrların potensialından da demək olar ki, istifadə edilmir. Azərbaycana Müşfiq, Cəfər Cabbarlı, Cabir Novruz, Nəbi Xəzri kimi şəxsiyyətlər bəxş etmiş bu torpağın övladları bu günün özündə də əməli fəaliyyətləri ilə dövlətimizə və dövlətçiliyimizə öz töhfələrini verməkdədir.Lakin hansısa səbəblərdən Xızının icra başçısı bu incəliklərin təfərrüatına varmadan addımlar atır. Nəticədə isə neçə-neçə təcrübəli mütəxəssis yerli dövlət strukturlarından uzaqlaşdırılır. Görünür, Xəzər Aslanova onun əməllərinə haqq qazandıran, dilsiz-ağızsız "icraçılar" sərf edir. Əlbəttə, axtarsan belələri Xızıda yetərincədir.Ədalət naminə qeyd etməliyik ki, başçının iki müavininin şəxsində "başının dəstəsi" kifayət qədər canfəşanlıq etməklə üzərinə düşən "vəzifələri" yerinə yetirərək ona qarşı görünməmiş sədaqət nümayiş etdirməkdədir. Düzdür, bu məsələdə müavinlər Azər Əlizadə ilə Arzu Əzizov arasında zaman-zaman söz toqquşmaları baş verir. Yadınızdadırsa, belə toqquşmalardan biri icra başçısı Xəzər Aslanov üçün Xızıda tikilən sayca üçüncü mülk üstündə düşmüşdü. Yəni Azər müəllim deyirdi ki, başçı cənabının mülkünü hədiyyə olaraq mən tikəcəyəm. Arzu müəllim isə etiraz edərək bu "mühüm" tapşırığı özü icra edəcəyini israr etmişdi. Deyilənə görə, o vaxt başçı tərəfləri "konsensus"a dəvət edərək hər iki tərəfin peşkəşini qəbul etməyə hazır görünmüş, hələ bir bığaltı qımışmışdı da. Yeri gəlmişkən, rayon icra başçılarının rəhbərlik etdikləri bölgələrdə özlərinə cah-cəlal qurması yeni mövzu deyil. Bu barədə mətbuatda kifayət qədər məlumatlar dərc olunub. Təbii ki, bu məlumatları bütün icra başçılarına aid edə bilmərik. 2012-ci ildən Xızı rayonuna rəhbərlik edən Xəzər Aslanovun rayonda artıq 3 mülkü olduğu bildirilir. Hər mülkün də dəyəri milyonlarla qiymətləndirilir. Lakin Şimal bölgəsində Xəzər Aslanov üçün örnək olası icra başçıları da az deyil. Xəzər müəllim bilməmiş olmaz, Xaçmaz rayonunun icra başçısı vəzifəsində 2004-cü ildən çalışan Şəmsəddin Xanbabayev hələ də Xaçmazın qonaq evində yaşayır. Etiraf etməliyik, dövlət başçısının "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif etdiyi Şəmsəddin müəllimin səmimiyyəti alqışlara layiqdir. 2011-ci ildən Siyəzən rayonuna rəhbərlik edən Arif Qasımovun da ailəsi ilə qonaq evində yaşadığı barədə məlumatlar var. Bu faktın özü Arif müəllim üçün əlavə ehtiram və başucalığı gətirir. Bəs Xəzər müəllim necə? Xızı camaatında özünə qarşı hansı "yaddaş qutusu" formalaşdırıb? Bunun üçün uzağa getməyə ehtiyac yoxdur. Xızının yaşadığı sosial problemlərə ötəri bir nəzər salmaq kifayətdir.Çünki, Xızı camaatı çoxsaylı problemlərin səbəbkarı kimi, məhz Xəzər Aslanovu nişan verir. Giləzi-Xızı yolu ilə şəhərə daxil olanda, Heydər Əliyev prospekti ilə Bəşir Səfəroğlu küçəsinin kəsişməsində, işıqforun yaxınlığında ticarət mərkəzinin xarabalıqları yerləşir. Əlillər üçün tikilmiş bina ilə üzbəüz olan bu xarabalığı kənar gözdən gizlətməyə çalışan rayon icra strukturları rəhbərləri burada nəhəng plakat yerləşdiriblər. Maraqlıdır ki, vaxtilə söküntüsü zamanı az qala bütün respublikanı lərzə gətirmiş bu "əməliyyatdan" sonra Heydər Əliyev parkının əhatəsindəki geniş ərazidə vur-tut 2 obyekt salamat qalıb. Onlardan biri Mərkəzi rayon xəstəxanasının yaxınlığındakı çörək mağazası, digəri isə "Ləzzət" kafesidir. Ticarət mərkəzi viran qoyulsa da, rayon İcra Hakimiyyətinin inzibati binasının lap yaxınlığında, Vüsaqi küçəsində yerləşən "Ləzzət" kafesinə nədənsə toxunan olmayıb. Xızı camaatı haqlı olaraq bunun əsl səbəblərini araşdırmağa girişib. İlkin araşdırmalardan sonra məlum olub ki, kafe icrada işləyən məmurlardan birinin nəzarətindədir. Qəribədi, "Mədain xarabalıqları"nı xatırladan Xızı ticarət mərkəzinin viranəliklərini bu yerlərə tez-tez baş çəkən hörmətli qonaqların və izzətli səlahiyyət sahiblərinin gözündən gizlətmək üçün doğrudanmı yekə bir plakat bəs edir? Və görəsən, əvvəl-axır kimsə dilə gəlib soruşacaqmı bu viranəliyn hesabatını? Elə bilirsiniz, Xızının icra başçısı Xəzər Aslanov ticarət mərkəzini yerində yeni müasir arxitektura qaydalarına uyğun obyekt tikdirmək üçün sökdürüb? Əgər belədirsə, bə niyə indiyəcən xarabalıqları plakat arxasında gizlədir? Ola bilsin sandıq ovqatında rayonda vaxtını öldürən başçı və onun başının dəstəsi üçün bu məsələ hələ ki, aktual deyil. Dövlətimizin başçısının yerli icra strukturları rəhbərlərinin qarşısına qoyduğu vəzifələrlə daban-dabana ziddiyyət təşkil edən belə əməllər cəzasıq qalmayacaq! Bəs digər söküntülər necə, aktualdırmı? Xəzər Aslanovun rayonda sahibkarlara qarşı səlib yürüşünün acı nəticələri tək bununla məhdudlaşmır. Xızı şəhərindən təxminən 10- 15 km. məsafədə, Bakı-Altıağac yolunun kənarında fəaliyyət göstərən 2-3 kafe də məhkəmə qətnaməsi çıxarılaraq sökdürüldü. Nəticədə isə artıq Xızı şəhərində yerləşən ticarət və iaşə obyektlərinin sahibləri çökdürüldü. İndi həmin sahibkarları axtarsan Xızı rayon məhkəməsində ədalət axtarışına çıxdığını görərsən. Ümumiyyətlə, Xızı rayonunun yerli icra orqanlarının bu biabırçı söküntü əməliyyatlarında rayon məhkəməsinə arxalandığı deyilir. Bildirilir ki, Xızı rayon məhkəməsinin sədri İsgəndər Hacıyevin işi-gücü obyekt uçuranlara məhkəmə qətnaməsi vasitəsilə "indulgensiya" paylamaqdır."İndulgensiya"nın hakimə hansı konkret dividendlər gətirməsi əslində ciddi müzakirə mövzusudur. Bu barədə Xızı sahibkarlarının kifayət qədər narazılığı var. Məsələ ilə bağlı yaxın saylarımızda geniş məlumat verməyə çalışacağıq. Onu da bildirəcəyik ki, Xızı rayon məhkəməsinin hakimi İsgəndər Hacıyevi sahibkarlara qarşı sərt hücumlara baş vurmuş Xəzər Aslanovun tapşırıqlarını demək olar ki, qeyd-şərtsiz yerinə yerinə yetirməyə vadar edən hansı səbəblərdir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37 |
|
|
|
• Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33 |
|
|
|
• Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26 |
|
|
|
• Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17 |
|
|
|
• Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Bu gün, 10:15 |
|
|
|
• "Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." - deputat
Bu gün, 10:09 |
|
|
|
• Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Bu gün, 10:04 |
|
|
|
• Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb - “Mehr”
Bu gün, 09:59 |
|
|
|
• Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Zurabişvili ermənilərə “dayı” deməyə başladı - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47 |
|
|
|
• Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:36 |
|
|
|
• Qubada əsas söz sahibi kimdir? - HƏLƏ DƏ BİLİNMİR...
Bu gün, 09:28 |
|
|
|
• İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib
Bu gün, 09:22 |
|
|
|
• 15 ildir ŞƏHİDLİK HAQQI tanınmır... - atası FƏRYAD EDİR
Bu gün, 09:16 |
|
|
|
• Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur? – AÇIQLAMA
Bu gün, 09:12 |
|
|
|
• Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
Bu gün, 09:10 |
|
|
|
• Vüqar Əhmədov idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 09:05 |
|
|
|
• Moskvada Zəngəzur planı ifşa edildi - Lavrovun iki təklifinə rədd CAVABI
Bu gün, 08:58 |
|
|
|
• Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• “Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:48 |
|
|
|
• “Buta” klinikasının gözdən-könüldən uzaq işləri - ÇALIŞIRLAR Kİ...
Bu gün, 08:46 |
|
|
|
• "Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" - AMMA...
Bu gün, 08:39 |
|
|
|
• İşçilər bunları bilməlidir... - Ekspert danışır...
Bu gün, 08:33 |
|
|
|
• ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək - AÇIQLAMA
Bu gün, 08:30 |
|
|
|
• Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib - "Bəzi Qərb dairələri..."
Bu gün, 08:28 |
|
|
|
• İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22 |
|
|
|
• Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33 |
|
|
|
• “AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27 |
|
|
|
• "Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22 |
|
|
|
• Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13 |
|
|
|
• Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11 |
|
|
|
• Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25 |
|
|
|
• Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20 |
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
• Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12 |
|
|
|
• Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09 |
|
|
|
• ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27 |
|
|
|
• Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24 |
|
|
|
• Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00 |
|
|
|
|