Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa .....                     MİDA sakinləri etiraza qalxdı .....                     "AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" .....                     Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı .....                     Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib .....                     Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb .....                     Azərbaycan belə tələb irəli sürüb, ancaq... .....                     Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib .....                     Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... .....                     "Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." .....                     Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb .....                     Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb .....                     Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb .....                     Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ .....                     Zurabişvili ermənilərə “dayı” deməyə başladı .....                     Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir .....                     Qubada əsas söz sahibi kimdir? .....                     İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib .....                     Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib .....                     15 ildir ŞƏHİDLİK HAQQI tanınmır... .....                     Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur? .....                     Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... .....                     Vüqar Əhmədov idarə rəisi təyin etdi .....                     Moskvada Zəngəzur planı ifşa edildi .....                     Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir... .....                     “Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     “Buta” klinikasının gözdən-könüldən uzaq işləri .....                     "Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" .....                     İşçilər bunları bilməlidir... .....                     ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək .....                     Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib .....                     İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər .....                     Neftçilər qəpik-quruş dərdində... bu isə... .....                     “AzeBirja“da vətəndaşların milyonları itirildi .....                     "Təmir adı ilə sui-istifadə olundu” .....                     Tramp mütləq İrana zərbə endirəcək .....                     Ermənistanın taleyini o müharibə həll edəcək .....                     Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib .....                     Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür .....                     "Biz insanlar qəribəyik..." .....                 

Şəmkirdə "saraydaxili" çəkişmə: Yeni icra başçısı kimləri "vuracaq"? - Münasibətlər gərilib
Tarix: 23-01-2015, 11:11 | Çap et
Şəmkirdə "saraydaxili" çəkişmə: Yeni icra başçısı kimləri "vuracaq"?
Son illər Şəmkir rayonunda məmur özbaşınalıqları xeyli artıb. Rayonun keçmiş icra başçısı Nazim Veysovun dövründə təməli qoyulan xoşagəlməz hadisələr bu gün də davam edir. İcra başçısının dəyişdirilməsinə baxmayaraq, bəzi yerli idarə və müəssisələrin rəhbər şəxsləri vəzifələrinə biganə münasibət bəsləyirlər. Yəni rayona yeni icra başçısının təyin olunması bəzi məmurlara heç bir formada təsir göstərməyib. Həmin məmurlara misal olaraq Maliyyə Nazirliyinin Şəmkir rayonu üzrə Maliyyə İdarəsinin rəisi Nazim Məlikovu göstərə bilərik. İdarə rəisinin adı çoxlarına tanışdır. Belə ki, ötən il Şəmkir rayonunda adıçəkilən məmurun birbaşa iştirakı ilə dəhşətli cinayət hadisəsi baş verib.

Şəmkir rayon Maliyyə İdarəsinin rəisi Nazim Məlikov şəxsi münasibətlər zəminində rayonun Düyərli kənd bələdiyyə sədrinin müavini, 1953-cü il təvəllüdlü Zakir Tağıyevə bıçaqla xəsarət yetirib. Yayılan məlumatlara görə, münaqişə heç də Nazim Məlikovla Zakir Tağıyev arasında baş verməyib. İdarə rəisi hazırda bələdiyyə sədri olan qaynı Cəfərov Rafiq Məhəmməd oğlunu bıçaqlamaq istəyib. Zakir Tağıyev onu saxlamağa çalışsa da, nəticədə bıçaq ona dəyib. Rafiq Cəfərov isə hadisə yerindən uzaqlaşıb. Cinayət əməlinə səbəb Nazim Məlikovla bələdiyyə sədri Rafiq Cəfərov arasında yaranmış mübahisə olub. Uzun illərdir qeyri-rəsmi olaraq ortaq kimi çalışan şəxslər qəfildən düşmənə çevriliblər. Çox maraqlıdır ki, cinayət hadisəsi törədən Nazim Məlikovun barəsində ciddi tədbir görülmədi. O heç nə olmayıbmış kimi sərbəst buraxıldı. Hələ bu azmış kimi, maliyyə naziri Samir Şərifov onu yenidən vəzifəsinə bərpa etdi. Maliyyə Nazirliyinin rəhbərliyi onun əvvəlki vəzifəsinə qayıtmasının səbəblərini Şəmkir rayon Prokurorluğunun həyata keçirdiyi araşdırmalar nəticəsində sözügedən işdə cinayət tərkibi müəyyən edilməməsi ilə əlaqələndirdi. Halbuki xəstəxanaya aparılmış Zakir Tağıyevə tibbi yardım göstərilmişdi. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində də araşdırma aparılıb. Şöbənin əməkdaşlarının həyata keçirdiyi araşdırmalar nəticəsində sözügedən işdə cinayət tərkibinin müəyyən edilmədiyi məlum olub. Nazim Məlikovun kimlərin yardımı və nəyin sayəsində həbsdən yaxa qurtarması isə çoxlarına gün kimi aydındır. Hər bir halda, ədalət zəfər çalmadı. Maliyyə idarəsinin rəisi ağır cinayət hadisəsi törətdiyi halda, cinayət məsuliyyətindən kənarda qaldı. Cəzasız qalan məmur hazırda Şəmkirdə ürəyi istədiyi qanunsuzluqlara imza atır. Bir daha deyirik ki, bunun səbəbi cəzasızlıqdır. Rayondakı mənbələrdən aldığımız məlumatlara görə, Nazim Məlikovun gözü ayağının altını görmür, o daha yüksək vəzifələrə iddia edir: "Şəmkirin yeni icra başçısı Alimpaşa Məmmədovla maliyyə idarəsinin rəisinin münasibətləri yaxşı deyil. Ona görə ki, başçı vəzifəsinin icrasına başlayan kimi büdcədən maliyyələşən idarələrə ayrılan vəsaitlərin aqibəti ilə maraqlandı. Keçmiş başçının vaxtında Şəmkirin büdcədən maliyyələşən idarə və müəssisələrinə ayrılan vəsaitlərin bir hissəsi təyinatı üzrə sərf olunmurdu. Rayon rəhbəri idarə rəisi ilə müxtəlif razılaşma əldə edərək həmin vəsaitlərdən öz maraqları üçün istifadə edirdilər. Alimpaşa Məmmədovun gəlişindən sonra vəziyyət nisbətən dəyişib. İcra hakimi hələ ki, idarə rəisinin qanunları pozmasına şərait yaratmır. Bundan bərk əsəbləşən məmur isə güvəndiyi adamlara giley-güzarını çatdırıb. Həmçinin Nazim müəllim bu yaxınlarda Bakıda iştirak etdiyi məclislərdən birində bəzi maraqlı fikirlər səsləndirib. O "Mənim üçün fərqi yoxdur Nazim Veysov, yaxud Alimpaşa Məmmədov. Mən öz işimi görürəm. Başçı mənə heç nə edə bilməz. İndiyə kimi necə işləmişəmsə, bundan sonra da həmin qaydada işləyəcəm" deyə bildirib. Maliyyə idarəsinin rəisi bu kimi sözləri ilə başçını hədəfə alıb. Məmur rayon rəhbərindən çəkinmədiyini, bununla yanaşı, qanunsuz əməllərini davam etdirəcəyini demək istəyib". Məlumatlı mənbənin bildirdiyinə görə, bəzi yerli büdcə təşkilatlarının rəhbər şəxsləri Nazim Məlikovun heç bir çərçivəyə sığmayan hərəkətlərindən, yersiz tələblərindən beziblər: "Cinayət törədən məmur ürəyi istəyən vaxt bəzi idarələrə maliyyə yoxlaması göndərir. Halbuki, buna ixtiyarı yoxdur. Müvafiq qanunvericilyə əsasən həmin müəssisələrdə maliyyə yoxlamaları yalnız nəzərdə tutulmuş vaxtlarda həyata keçirilə bilər. İdarə rəisi isə buna məhəl qoymur. Hansı təşkilatlar onun "istək"lərini yerinə yetirmirsə, rəis dərhal həmin idarəyə yoxlama göndərir. Maliyyə idarəsinin işçiləri özlərindən həqiqəti əks etdirməyən sənədlər hazırlayaraq Maliyyə Nazirliyinə göndərəcəklərini bildirirlər. Başının ağrımasını istəməyən bəzi yerli məmurlar Nazim Məlikovun adamlarını razı yola salırlar. Bu hal ayda bir neçə dəfə təkrar olunur. Məhz buna görə bəzi məmurlar təngə gəlib. Eşitdiyimə görə, həmin məmurlardan biri Nazim Məlikovdan Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edib. Yaxın bir neçə gün ərzində Şəmkir Maliyyə İdarəsində korrupsiya yoxlamaları gözlənilir. Yoxlamalar obyektiv şəkildə aparılsa, Nazim müəllimə bu dəfə heç kim köməklik göstərə bilməyəcək. Elə kabinetindəcə qoluna qandal vurub həbsxanaya aparacaqlar". Alimpaşa Məmmədovla münasibətləri qaydasında olmayan şəxslərdən biri də Şəmkir bələdiyyəsinin sədri Müseyib Vəliyevdir. Onun rayonun sabiq rəhbəri Nazim Veysovun dövründə gördüyü özbaşına işlər haqqında ötən saylarımızda xəbər vermişdik. Qısaca bildirək ki, Müseyib Vəliyev rayonun mərkəzi ərazilərindəki, o cümlədən Şəmkir-Gədəbəy "kraz" yolunun üstündəki torpaq sahələrini Nazim Veysovun razılığı ilə satıb. 3000 ədəd obyekt yeri üçün hər sahibkardan 4 min manatdan pul yığılıb. Pul yığımını isə Müseyib Vəliyevin qardaşı "Fizi" və İsrail kişi həyata keçirib. Lakin icra başçısı dəyişdiriləndən sonra bələdiyyə sədrinin zəmin yaratdığı qeyri-qanuni işlərin üstü açılıb. Və icra başçısı Alimpaşa Məmmədov həmin obyektlərin sökülməsi barədə müvafiq tapşırıqlarını verib. Bundan sonra böyük səs-küy qopub. Qeyd olunan ərazidə ticarətlə məşğul olan şəxslər Müseyib Vəliyevin üstünə düşüblər. Başçı etirazları nəzərə alaraq Müseyib Vəliyevə obyektləri bir şərtlə sökdürməyəcəyini söyləyib. O bələdiyyə sədrindən həmin ticarət obyektlərinə görə yığılan pulların qaytarılmasını tələb edib və bunun üçün ona vaxt qoyub. Keçən yazılarda qeyd etdiyimiz kimi, artıq vaxt bitmək üzrədir. Amma buna baxmayaraq, Müseyib Vəliyev qardaşı "Fizi"nin vasitəsilə yığdığı pulları qaytarmaq niyyətində deyil. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, vəziyyətin belə alındığını görən icra başçısı bələdiyyə sədrinin fəaliyyətinin araşdırılması üçün aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlib. Başqa sözlə desək, rayon rəhbəri Müseyib Vəliyevin həbsinə nail olmağa çalışır. Mənbəmiz isə vurğulayır ki, ticarət obyektlərinin sökülməsi reallaşsa, sahibkarlar pulu kimə verdiklərini ən incə məqamlarına kimi açıqlayacaqlar. Hətta sabiq icra hakimi Nazim Veysovun da cinayət məsuliyyətinə cəlb ediləcəyi bildirilir. Bir sözlə, yaxın vaxtlarda Şəmkirdə sensasiyalı həbslər və yoxlamalar həyata keçirilə bilər. Bunun üçün isə bir qədər gözləmək lazımdır. Yazı ilə bağlı qarşı tərəflərin münasibətini öyrənmək üçün dəfələrlə cəhd etsək də, bir nəticə çıxmadı. \\ GünBakı \\

(Ardı var)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa - Bu qədər borcu var
Bu gün, 10:59
MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57
"AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42
Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39
Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37
Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33
Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26
Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17
Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Bu gün, 10:15
"Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." - deputat
Bu gün, 10:09
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Bu gün, 10:04
Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:01
Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb - “Mehr”
Bu gün, 09:59
Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:58
Zurabişvili ermənilərə “dayı” deməyə başladı - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47
Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:36
Qubada əsas söz sahibi kimdir? - HƏLƏ DƏ BİLİNMİR...
Bu gün, 09:28
İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23
Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib
Bu gün, 09:22
15 ildir ŞƏHİDLİK HAQQI tanınmır... - atası FƏRYAD EDİR
Bu gün, 09:16
Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur? – AÇIQLAMA
Bu gün, 09:12
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
Bu gün, 09:10
Vüqar Əhmədov idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 09:05
Moskvada Zəngəzur planı ifşa edildi - Lavrovun iki təklifinə rədd CAVABI
Bu gün, 08:58
Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir... - FAKT BUDUR!
Bu gün, 08:56
“Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:48
“Buta” klinikasının gözdən-könüldən uzaq işləri - ÇALIŞIRLAR Kİ...
Bu gün, 08:46
"Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" - AMMA...
Bu gün, 08:39
İşçilər bunları bilməlidir... - Ekspert danışır...
Bu gün, 08:33
ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək - AÇIQLAMA
Bu gün, 08:30
Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib - "Bəzi Qərb dairələri..."
Bu gün, 08:28
İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22
Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
"Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22
Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13
Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11
Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25
Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20
"Biz insanlar qəribəyik..."
Bu gün, 00:51
Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48
Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45
“Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42
Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05
Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02
Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28
Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22
Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47
İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45
Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru