Fars-molla rejimi 20 Yanvar faciəsini də öz arşını ilə ölçür - Guya biz fars-molla rejiminin həsrətindəymişik - Absurd iddialar
Tarix: 19-01-2015, 11:50 | Çap et
DİA.AZ: - Azərbaycana münasibəti tam bəlli olan İrandakı fars-molla rejimi rəsmi Bakı ilə işlərini yoluna qoymuş kimi görünsə də, Azərbaycan türkünün dəyərlərinə qarşı ənənəvi düşmən mövqeyini heç də hər zaman gizlədə bilmir.
Məsələn, keçən günlərdə İranın xüsusi xidmət orqanlarının nəzarəti altında olan saytlar deputat Fazil Mustafanın «Tarixdə Azərbaycan adlı dövlət olmayıb» açıqlamasını geniş şəkildə işıqlandırmaları ilə də hansı «məzhəbə» qulluq etdiklərini tam olaraq ortaya qoydular.
DİA.AZ bildirir ki, Azərbaycan türkünün qəhrəmanlıq tarixi olan 1988-90-cı illərə də İranın molla rejiminin fərqli yanaşması var və həmin dövrdəki Sərhəd Hərəkatı - 70 illik ayrılıqdan sonra Azərbaycan türkünün Güney Azərbaycan türkləri ilə birləşmə yolunda SSRİ-İran sərhədlərinə hücum etməsi hadisəsi İran mediası tərəfindən fərqli tərzdə təqdim olunur.
Fars-molla rejiminin antiAzərbaycan ruhlu saytlarından olan «AranNews» portalının xəbərini olduğu kimi diqqətinizə təqdim edirik. Və anlaşılanı odur ki, İran həmin hadisələri öz arşını ilə ölçüb, ortaya olduqca gülməli bir məntiq də qoyur. DİA.AZ «19 Yanvar Qafqaz şiələrinin öz şiəlik ideyalarına qayıtma simvolu» adlı məqaləni təqdim edir:
«Təbriz Universitetinin İran Tarixi və Mədəniyyəti Mərkəzindən verilən məlumata görə 17 yanvarda bu mərkəzdə " 19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü" elmi konfransı keçirildi. Elm adamlarının iştirakı ilə keçirilən konfransda çıxış edən Təbriz Universitetinin İran Tarixi və Mədəniyyəti Mərkəzinin rektoru doktor Məhəmməd Əli Pərğu, Ayətullah Seyid Həsən Amili tərəfindən 19 yanvar gününün "Dünya Müsəlman Azərbaycanlıları Günü" adlandırılması təşəbbüsünü alqışlayaraq dedi: "Azərilərin mədəniyyət və kimliklərinin əsil şiə maarifi və mədəniyyəti ilə qovuşması, çox mübarək və dəyərlidir. Bu, azəri şiə alimlərinin neçə əsrlər boyu çəkdikləri zəhmətlərinin, göstərdikləri fədakarlıqlarının, mücahidliklərinin məhsuludur və 19 yanvar həqiqətdə azəri şiələrinin öz şiəlik ideyalarına qayıtma simvoludur ".
Təbriz Universitetinin elmi heyətinin üzvü çıxışının davamında şiə məzhəbinin dinamizmi, İranın müstəqilliyi və ərazi bütövlüyünün qorunmasında İran azərilərinin roluna toxunaraq dedi: "Səfəviyyə dövləti tərəfindən İranda şiə məktəbinin rəsmi elan edilməsi İranın tarixi əzəmətinin dirçəlməsində, İslam və şiə məzhəbinin dəyərlərinin inkişafı və genişlənməsində əhəmiyyətli bir addım idi. O dövrdən indiyə kimi azərilər həmişə İslam və şiə dəyərlərinin möhkəmlənməsi yolunda hərəkət ediblər ".
İran İslam İnqilabının qələbəsində azərbaycanlıların rolundan söz açan rektor dedi: "Azərbaycanın rolu təkcə İran coğrafiyası ilə məhdudlaşmadı və İslam İnqilabının coşan mərkəzi kimi inqilabın ruh verən sədasını qonşu ölkələrə, o cümlədən Qafqaza və Azərbaycan Respublikasına çatdırdı. Belə ki, Qafqazın hətta qeyri-müsəlman əhalisi İran Azərbaycanı xalqından, əsasən də Təbrizin 29 Bəhmən qiyamından zülmlə mübarizə yollarını öyrəndilər. Ona görə də sovetlər birliyinin bünövrələri silkələnən zaman Arazın o tayının əhalisi 19 yanvarda ürəkləri İran və İslama sevgilə coşan bir halda İrana ayaq basdılar ki, İslam əqidələrinin bütün dəyərlərini dirçəltməyi fəryad etsinlər ". Konfransın davamında tarix təhqiqatçısı Rəhim Nikbəxt çıxışında dedi: "Tarixi həqiqətlərin əsilliyini qorumağa diqqət elmi mərkəzlərin və universitetlərin missiyalarından hesab olur". O, Ayətullah Amilinin keçən il soveltlər birliyinin zəifləməsi ilə eyni zamanda Arazın o tayının azərilərinin İran sərhədlərinə toplaşması barədə verdiyi açıqlama və izahları dəyərli hesab etdi və onu Qafqaz məntəqəsinin tarixinin təhrifi ilə qarşılaşmaqda dəyərli açıqlama olduğunu vurğuladı . Təbriz Universitetinin elmi heyətinin üzvü R. Nikbəxt bildirdi: "Artıq tarixi reallıqları açıqlama prosesi başlamışdır və son vaxtlar hətta anti-şiə mövqei tutması ilə məşhur olan Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarından biri Azərbaycan Respublikasının həqiqi tarixi ilə bağlı mətləblər demişdir və bu özü tarixi reallıqların açıqlanması proqramı çərçivəsində olan bir addım hesab edilir ".
Konfransın davamında bir sıra universitet müəllimləri və tələbələri də bu mövzuda öz baxışlarını çatdırdılar .
Qeyd edək ki, ötən il Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amili cümə namazının xütbələrində tarixi reallıqların açıqlanmasının, Qafqaz tarixində baş verən təhriflələ müqabilənin lüzumuna işarə edərək, İslam dininin və şiə məzhəbinin möhkəmlənməsində azərilərin xidmətlərini qorumaq olaraq 19 Yanvarı "Dünya Müsəlman Azərbaycanlıları Günü" adlandırmışdı».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39 |
|
|
|
• Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37 |
|
|
|
• Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33 |
|
|
|
• Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26 |
|
|
|
• Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17 |
|
|
|
• Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Bu gün, 10:15 |
|
|
|
• "Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." - deputat
Bu gün, 10:09 |
|
|
|
• Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Bu gün, 10:04 |
|
|
|
• Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb - “Mehr”
Bu gün, 09:59 |
|
|
|
• Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Zurabişvili ermənilərə “dayı” deməyə başladı - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47 |
|
|
|
• Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:36 |
|
|
|
• Qubada əsas söz sahibi kimdir? - HƏLƏ DƏ BİLİNMİR...
Bu gün, 09:28 |
|
|
|
• İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib
Bu gün, 09:22 |
|
|
|
• 15 ildir ŞƏHİDLİK HAQQI tanınmır... - atası FƏRYAD EDİR
Bu gün, 09:16 |
|
|
|
• Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur? – AÇIQLAMA
Bu gün, 09:12 |
|
|
|
• Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
Bu gün, 09:10 |
|
|
|
• Vüqar Əhmədov idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 09:05 |
|
|
|
• Moskvada Zəngəzur planı ifşa edildi - Lavrovun iki təklifinə rədd CAVABI
Bu gün, 08:58 |
|
|
|
• Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• “Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:48 |
|
|
|
• “Buta” klinikasının gözdən-könüldən uzaq işləri - ÇALIŞIRLAR Kİ...
Bu gün, 08:46 |
|
|
|
• "Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" - AMMA...
Bu gün, 08:39 |
|
|
|
• İşçilər bunları bilməlidir... - Ekspert danışır...
Bu gün, 08:33 |
|
|
|
• ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək - AÇIQLAMA
Bu gün, 08:30 |
|
|
|
• Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib - "Bəzi Qərb dairələri..."
Bu gün, 08:28 |
|
|
|
• İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22 |
|
|
|
• Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33 |
|
|
|
• “AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27 |
|
|
|
• "Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22 |
|
|
|
• Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13 |
|
|
|
• Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11 |
|
|
|
• Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25 |
|
|
|
• Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20 |
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
• Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12 |
|
|
|
• Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09 |
|
|
|
• ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27 |
|
|
|
• Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24 |
|
|
|
|