Cümə, 24 yanvar 2025, 13:31:45  
   AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib .....                     Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: .....                     Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? .....                     Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış .....                     “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu .....                     Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: .....                     “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib .....                     Nazirlik Salyan rayonunda 103 minə .....                     Üzeyirin 3 övladı var imiş .....                     Kukla teatrına müdir düzəldən rəis .....                     “Oktyabrdan bəri maaşımızı vermirlər” .....                     Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib .....                     Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri .....                     "Hər yoldan ötənə medal verilməməlidir" .....                     Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib .....                     Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib .....                     ETSN təftiş olundu VƏ... .....                     Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb .....                     Ermənistan Qərbin əlində oyuncağa çevrilib .....                     Pensiyamız da “özəlləşəcək”: .....                     Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi .....                     Əyalət mollasından yeni sərsəmləmə .....                     Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı .....                     Bakıdakı marketdə eşşək südü satılır .....                     Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır .....                     Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ .....                     Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? .....                     Şimal-qərb küləyi əsəcək .....                     ABŞ-də söz azadlığı: .....                     Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir .....                     Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... .....                     Roşka yenidən həbs edildi .....                     Ruslar keçmişin həsrəti ilə yaşayır .....                     Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR .....                     "Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." .....                     Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər .....                     Məşhur iş adamı həbsin bir addımlığında .....                     Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş .....                     Abbas Əliyevə yeni vəzifə verildi .....                 

ABŞ İranı bombalamır, çünki… - Tehran rejiminin xaricdəki qolları kəsilir
Tarix: 2-12-2023, 00:41 | Çap et
ABŞ İranı bombalamır, çünki…
Dünya ictimaiyyətini bu sual da maraqlandırır: ABŞ İranı niyə vurmur?

Bu suala cavab axtaranlar haqsız deyillər. Çünki başqaları ilə müqayisədə ABŞ İrana daha çox dözüm nümayiş etdirirmiş kimi görünür. İraqa 3 dəfə, Suriyaya bir dəfə, Əfqanıstana dəfələrlə hücumlar olub. Bu ölkələrin İranla aşağı-yuxarı əlaqəsi var. Ancaq Tehran hakimiyyəti hədəfdən kənarda qalır.

İrana ilk hücumu bəziləri 2001-ci il sentyabrın 11-də ABŞ-də törədilən məlum terror hadisələrindən sonra gözləyirdi. Ancaq bu baş vermədi.

ABŞ-nin başçılıq etdiyi qüvvələr Əfqanıstanda hərbi əməliyyat keçirərək, Taliban hökumətini devirib, yerinə Həmid Karzayı və komandasını gətirdilər.

2021-ci ildə isə ABŞ və müttəfiqlərinin Əfqanıstandan çıxması Talibanın yenidən hakimiyyətə gəlməsi ilə nəticələndi.

2003-cü ilin martında Səddam Hüseynə qarşı keçirilən beynəlxalq aksiyadan sonra hamını “İraqdan sonra İrandırmı” sualının cavabı maraqlandırırdı. Ancaq həmin hadisələr zamanı Tehran rejiminin lideri ayətullah Seyid Əli Xamənei beynəlxalq koalisiya ilə birlikdə Səddam Hüseynə qarşı mübarizəyə hazır olduğunu bildirmişdi. Onun bu canfəşanlığı səmimi qəbul edilmədi. Bununla belə, İran İraqın vurulması üçün səmasını beynəlxalq koalisiyaya açıq elan etmişdi.

Sonrakı illərdə İŞİD terrorçu qruplaşması Suriya və İraq ərazisində fəallaşdı. Suriyada Bəşşar Əsəd rejiminin devrilməsi istiqamətində əməliyyat keçirildi. Tehran rejimi bu əməliyyat zamanı Bəşşar Əsədi müdafiə etdi. İŞİD-in İraqdakı fəaliyyəti zamanı İran bu ölkədə Həşdi-Şəbi adı qüvvəni yaratmaqla ölkədə mövqeyini və gücünü möhkəmlədib.

Bundan başqa, Pakistan və Əfqanıstan vətəndaşlarından ibarət Zeynəbiyyun, Fatimiyyun kimi siyasi-silahlı qruplaşmalarla da Suriyada fəallığını artırıb. Yəməndəki husi qiymaçılarının fəaliyyətində İranın danılmaz rolu var.

HAMAS-İsrail müharibəsində İrana qarşı hərbi əməliyyatların başlaması məsələsi yenidən müxtəlif səviyyələrdə müzakirə olunur.

Bu müharibəyə İran hakimiyyətinin yardım və dəstək verdiyi görünməz deyil. Elə İranın ali rəhbəri Seyid Əli Xamənei ilə HAMAS Siyasi Bürosunun sədri İsmayıl Həniyə arasında Tehran keçirilən görüşü yada salmaq kifayətdir. Həmin görüşdə Tehran rejiminin başçısı HAMAS-ı müdafiə etdiklərini birmənalı şəkildə bildirib. Bu görüşdən sonra İran İnqilab Keşikçiləri Qvardiyası “Qüds” qolunun komandanı İsmayıl Kaaninin “HAMAS-ı müqavimət hərəkatını hər tərəfli müdafiə edəcəyik” kimi verdiyi bəyanatı da məlum müharibədə Tehranın imzasının olduğunu göstərir.

“The Jerusalem Post”un bu yaxınlarda çıxan sayında “Amerika İranı bombalamalıdır” başlıqlı məqalə dərc olunub. Yazıda sual olunur: “İsraili nüvə bombası ilə məhv etmək niyyətində olan İranla necə davranırsınız? Bunun qarşısını almağın bir yolu var: Amerikanın İrana qabaqlayıcı zərbə endirməsi”.

Bildirilib ki, İsrail öz ölkəsinə qarşı qabaqlayıcı hücuma məruz qalıb: “Bu, İranın nümayəndəsi HAMAS tərəfindən həyata keçirilib”. Qəzetin yazdığına görə, bu müharibədə İran silahlarından istifadə edilir: “Bu, Tehran tərəfindən maliyyələşdirilərək həyata keçirilən tarixin ən dəhşətli qətliamıdır”.

İsrail Xarici İşlər Nazirliyi bildirib ki, Qəzza zolağında keçirilən əməliyyat nəticəsində HAMAS-ın İran hökumətindən aldığı 1,5 milyon dollar nağd pul müsadirə edilib.

Tehran rejimi son 40 ildən çox müddət ərzində Livanda “Hizbullah”, Fələstində “İslami-Cihad” təşkilatı, HAMAS, İraqda “Həşdi-Şəbi”, Yəməndə husi qiyamçıları və başqalarını maliyyələşdirərək, dövlət büdcəsindən və başqa maliyyə mənbələrdən milyonlarla dollar xərcləyib.

Bunlar da ABŞ-yə İranı bombalamaq üçün əsas ola bilərdi. Çünki Ağ ev terrorçuluğa qarşı mübarizəni və onu dəstəkləyənləri əsas hədəflərindən sayır.

Son bir neçə həftədə İraq və Suriyadakı İranyönlü silahlı qruplaşmalar ABŞ-nin bu ölkələrdəki hərbi bazalarına 40-dan çox hücum edib.

Rəsmi Vaşinqton əsgər və hərbçilərinin sağlamlığının vacibliyini daim vurğulayıb. ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü və strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi noyabrın 27-də ölkəsinin bölgədəki mövqelərinə hücumların davam etdirilməsi ehtimalı və ABŞ-ın bu hücumlara cavab verəcəyi ilə bağlı suala cavab olaraq bildirib: “Keçmişdə biz İraqdakı və Suriyadakı ABŞ qüvvələrinə qarşı təhdidlərə güclə cavab verdik. Bundan sonra da belə təhdidlərə lazımi cavab verəcəyik”. O qeyd edib ki, ABŞ-nin Kəngər (Ərəb, Bəsrə, Fars) və Ədən körfəzlərində qüvvələri mövcuddur.

Bu halda İranyönümlülərin Suriya və İraqda keçirdiyi əməliyyatlarda hərbçilərinin həyatlarına edilən qətllərin qisasını almaq üçün də ABŞ əməliyyat keçirə, İran ərazisinə bomba ata bilərdi. Bu günlərdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi Tehran hakimiyyətinin nüvə sahəsində fəaliyyətinin şəffaf olmadığını və tələblərə cavab vermədiyini yenidən açıqlayıb.

Bu kimi faktlar Ağ evin İran ərazisini bombalamaq üçün əlində kifayət qədər əsas olduğunu göstərir. Ancaq bir çoxunun gözlədiyi hadisə baş vermir – dünyanın supergücü İranı bombalamır. Fikrimizcə, bu faktlar belə bir aksiyanın başlamasına yetərli sayılmır.

İran açıq şəkildə yaxın və uzaq dövlətlərə müharibə edəcəyi, atom silahına malik olacağı, İnqilab Keşikçiləri Qvardiyası dünya birliyi tərəfindən terrorçu təşkilat (hələ ki ABŞ və İsrail onu terrorçu təşkilat sayır) elan olunacağı, Tehran rejiminin qonşular və beynəlxalq güclər üçün ciddi təhlükə yaradacağı, BMT nizamnaməsinin sərhədlərlə bağlı müddəasını pozacağı halda ABŞ onun ərazisini bombalaya və ölkədə hərbi əməliyyatlar keçirə bilər. Bu kimi hallarda əməliyyatın reallaşması üçün çoxsaylı əsaslar da tapmaq mümkündür.

Bu məsələdə əsas amillərdən biri də Çinin himayədarlıq etməsidir.

Tehran rejimi İranın bütün bölgə və kəndlərinə, sərhəddən şəhərədək dövlətin bütün ərazisinə nəzarət edir. Onun nəzarətindən çıxan heç bir kənd belə yoxdur. Başqa sözlə, bu rejim ölkəyə hələ nəzarət edə bilir. Odur ki, İranın belə tezliklə bombalanacağı ehtimal olunmur. Ancaq onun xaricdəki qol-budağının budanması Tehran rejiminin ömrünü azaldır. Budama başa çatdıqdan sonra gözlənilənlər, proqnozlaşdırılanlar daha bəsit şəkildə baş verə bilər.

Müəllif: Sədrəddin Soltan - Mənbə: Pressklub.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Bu gün, 17:27
Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Bu gün, 17:22
Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:19
Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Bu gün, 17:09
“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Bu gün, 17:08
Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Bu gün, 17:04
“Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Bu gün, 16:58
Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Bu gün, 16:48
Üzeyirin 3 övladı var imiş
Bu gün, 16:45
Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Bu gün, 16:43
“Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Bu gün, 16:39
Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 16:35
Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Bu gün, 16:32
"Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 16:25
Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Bu gün, 16:23
Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Bu gün, 16:00
ETSN təftiş olundu VƏ... - DETALLAR
Bu gün, 15:55
Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Bu gün, 15:44
Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Bu gün, 14:00
Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Bu gün, 13:58
Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Bu gün, 13:09
Əyalət mollasından yeni sərsəmləmə
Bu gün, 13:04
Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Bu gün, 12:58
Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Bu gün, 12:39
Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34
Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30
Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? - Bu sənədlər ləğv edildi
Bu gün, 12:24
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22
ABŞ-də söz azadlığı: - illüziyaya çevrilən vədlər
Bu gün, 12:20
Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir - Qazaxıstan Baş nazirinin müavini
Bu gün, 12:19
Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... - GİLEY
Bu gün, 12:18
Roşka yenidən həbs edildi
Bu gün, 12:05
Ruslar keçmişin həsrəti ilə yaşayır - Putinin itaət formulu
Bu gün, 12:01
Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR - TƏFƏRRÜAT
Bu gün, 11:54
"Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." - Estetik klinikaların qalmaqallı sahibi məhkəməyə verilir
Bu gün, 11:51
Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək
Bu gün, 11:40
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər - Kanat Bozumbayev
Bu gün, 11:38
Məşhur iş adamı həbsin bir addımlığında - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:27
Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş - Qadının avtomobilini qaçırıb
Bu gün, 11:25
Abbas Əliyevə yeni vəzifə verildi - ƏMR
Bu gün, 11:19
Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? - NARAZILIQ VAR...
Bu gün, 11:15
Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:10
İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA - dövlətin belə bir planı yoxdur...
Bu gün, 11:04
İrəvanı qorxuya salan üç ssenari: - Mehridən Göyçəyə qədər...
Bu gün, 11:00
Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO
Bu gün, 10:54
Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... - BAĞLANMA QƏRARI VERİLDİ...
Bu gün, 10:52
Əhməd Əliyev həbsdə öldü
Bu gün, 10:45
İran İrəvan və Bakıdan təhdid istəmir - erməni politoloq
Bu gün, 10:41
Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... - FOTO
Bu gün, 10:35
Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru