Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış .....                     “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu .....                     Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: .....                     “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib .....                     Nazirlik Salyan rayonunda 103 minə .....                     Üzeyirin 3 övladı var imiş .....                     Kukla teatrına müdir düzəldən rəis .....                     “Oktyabrdan bəri maaşımızı vermirlər” .....                     Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib .....                     Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri .....                     "Hər yoldan ötənə medal verilməməlidir" .....                     Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib .....                     Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib .....                     ETSN təftiş olundu VƏ... .....                     Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb .....                     Ermənistan Qərbin əlində oyuncağa çevrilib .....                     Pensiyamız da “özəlləşəcək”: .....                     Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi .....                     Əyalət mollasından yeni sərsəmləmə .....                     Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı .....                     Bakıdakı marketdə eşşək südü satılır .....                     Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır .....                     Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ .....                     Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? .....                     Şimal-qərb küləyi əsəcək .....                     ABŞ-də söz azadlığı: .....                     Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir .....                     Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... .....                     Roşka yenidən həbs edildi .....                     Ruslar keçmişin həsrəti ilə yaşayır .....                     Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR .....                     "Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." .....                     Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər .....                     Məşhur iş adamı həbsin bir addımlığında .....                     Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş .....                     Abbas Əliyevə yeni vəzifə verildi .....                     Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? .....                     Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir .....                     İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA .....                 

"Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." - Estetik klinikaların qalmaqallı sahibi məhkəməyə verilir
Tarix: Bu gün, 11:51 | Çap et
"Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..."
Artıq bir neçə gündür mediada hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının qızı Sara Rəhmanova ilə Müasir Psixologiya Mərkəzi arasındakı qalmaqal müzakirə olunur. Yanvarın 16-da baş verən hadisədə Mərkəzin yeni hüquqşünası Vüsal Həsənovun S. Rəhmanovanı təhqir etdiyi və xanım işçinin qanunsuz olaraq işdən çıxardığı bildirilir. Əldə etdiyimiz məlumata görə, S. Rəhmanovanın tərəfini tutaraq lehinə ərizə yazan daha 8 əməkdaş da işdən çıxıb. Hazırda Mərkəzin fəaliyyətinin müvəqqəti dayandırıb.

Məsələ ilə bağlı Gununsesi.info-ya açıqlama verən Sara Rəhmanova bildirib ki, o, 10 ildən artıqdır Müasir Psixologiya Mərkəzində çalışır. Bu illər ərzində nə rəhbər Aidə Nəbiyeva, nə də kollektivlə hər hansı problem yaşanıb/ Deyib ki, hər zaman mehriban iş mühitdə çalışıblar.

Lakin təxminən iki ay əvvəl Mərkəzə hüquqşünas vəzifəsinə təqdim olunan Vüsal Həsənovun gəlişi vəziyyəti dəyişib.

“İki ay əvvəl Vüsal Həsənov adlı şəxs Mərkəzə gəldi. Rəhbərimiz Aidə Nəbiyeva onu bizə hüquqşünas kimi təqdim etsə də, o, özünü müəssisənin rəhbəri kimi aparırdı. Gələn gündən işçilərlə problemləri yaranmağa başladı. Onun kobud davranışı və bəzən təhqirləri ilə bağlı rəhbərliyə dəfələrlə şikayət etmişik. Aidə xanım isə bizə “yola verin getsin, o, müharibə iştirakçısıdır, əsəbidir” deyirdi. Hətta onun davranışları üzündən bir neçə işçi ərizə yazıb işdən çıxıb,” – deyə S. Rəhmanova qeyd edir.

Onun sözlərində görə, yanvarın 16-sı özünü pis hiss etdiyi üçün Mərkəzin sədr müavini Azər Piriyevdən icazə almaq istəyib. Elə hadisə də bundan sonra baş verib.

“İzacə almaq üçün içəri daxil olanda Vüsal və yoldaşının da orada oturduğunu gördüm. O adam kobud olduğuna görə, onunla heç bir dialoq qurmaq istəmirdim. Azər müəllimə yaxınlaşdım ki, özümü pis hiss edirəm, təzyiqim qalxıb. Getmək üçün icazə istədim. Bildirdim ki, narahat olmasın uşaqları gələn həftə yerləşdirəcəm. Mənə dedi ki, uşaqları yola verim, sonra gedim. Halım pisləşdi, otaqdan çıxıb dəhlizdə özümə gəlməyə çalışdım. Mənə su verdilər. Katibədən xahiş etdim ki, Azər müəllim dəhlizə çıxsın, mən icazə alıb gedim. Lakin Azər müəllim gəlmədi. Mən məcbur olub yenidən qapını döyüb içəri keçdim. Dedim ki, Azər müəllim, mən sizin 13 ildir işçinizəm, bir dəfə də olsun sizdən icazə almamışam, iş buraxmamışam, indi özümü yaxşı hiss etmədiyimi dediyim halda, mənə deyirsiniz uşaqları yola verim, sonra gedim. Bu vaxt Vüsal kobud şəkild mənə “rədd ol otaqdan” deyə təhqiredici ifadələr işlətməyə başladı. Bundan sonra mübahisəmiz yarandı və mənə çox təhqiredici, küçə söyüşləri söydü. Aramızda mübahisə düşdü və halım pisləşdi, işçilər tökülüşüb gəldilər. Ondan sonra heç nə yadımda deyil. Ayıldım ki, otaqda uzanmışam”.

S.Rəhmanova bildirir ki, Vüsal Həsənovun hədə qorxusundan, söyüş və təhqirlərindən qorxaraq 102-ə zəng edərək polis çağırıb: “Nərimanov polisi Mərkəzə gələndə şikayətçi və zərərçəkmiş mən olsam da, öncə Vüsal Həsənov və Mərkəz rəhbərliyi ilə görüşdü, məndən də qısa bir izahat yazmağı tələb etdi. Köməyə çağırdığım polis araşdırma aparmadan, həmin saatda Mərkəzdə olan, Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki, birinci siz təhqir etmisiniz. Halbuki orada işçilər də şahid idi”.

Zərərçəkən Sara Rəhmanova bildirib ki, axşam saatlarında WhatsApp vasitəsilə işdən çıxarılması ilə bağlı mesaj alıb. Mərkəzin sədr müavini Azər Piriyev ona məlumat verib ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, onu işdən azad ediblər.

“Əmrin əslini tələb etdim, lakin vermədilər və onlayn əldə edə biləcəyimi dedilər. Əşyalarımı götürməyə gedəndə Azər müəllim məndən üzr istədi. Ona bildirdim ki, problemim onunla deyil, Vüsal və Aidə xanımladır. Vüsalın məni təhqir etməsinə baxmayaraq, Aidə xanım bu barədə heç nə soruşmadı və həmin gün işdən çıxarılma əmrim verildi,” – deyə Rəhmanova qeyd edir.

Mərkəzdə çalışan işçilər isə Sara Rəhmanovaya dəstək məqsədilə kollektiv şəkildə ərizə yazaraq hadisəyə etiraz ediblər.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyir ki, qızı ətrafında yaranmış hadisə iş yerində əmək hüquqlarının pozulması ilə yanaşı, tərkibində ciddi zorakılıq elementləri ilə müşahidə edilir: “Burada qadına qarşı zorakılıq, təhdid, psixoloji təzyiq, həmçinin əmək qanunvericiliyinin pozulması müşahidə edilir. Məsələ ilə bağlı müvafiq qurumlara-Daxili İşlər Nazirliyinə, Ailə, Uşaq və Qadın Komitəsinə və sair dövlət qurumlarına müraciət etmişik”.

Zərərçəkənlər bundan sonrakı mübarizələrini məhkəmə yolu ilə davam etdirəcəklərini bildirirlər.

Məsələni araşdırmaq üçün Müasir Psixologiya Mərkəzinin rəhbəri Aidə Nəbiyeva ilə əlaqə saxlasaq da zənglərimizə cavab vermədi.

Vüsal Həsənov isə POST.TV-yə açıqlamasında hadisə ilə bağlı video görüntülər yayıb və qarşı tərəfin ilk olaraq təhqirə keçdiyini bildirir: “Kameradan çıxarışlar edirəm, Daxili İşlər Nazirliyinə göndərəcəyəm. Heç kimdən gizlədəcəyim, qorxacağım yoxdur. Çünki hansısa vəziyyətə düşməli şərait yaratmamışam ki, gizlənim. Mirvari Qəhrəmanlı mənə zəng edərdi, soruşardı ki, nə məsələdir? Dünən 102-yə zəng edib, polis gəlib. Kameranı açdıq, polis baxdı. Polis dedi ki, Sara xanım, günah sizdədir, adamı təhqir etmisiniz”.

Lakin video görüntülərdə səsin kəsilməsi səbəbindən mübahisəyə səbəb olan sözlər eşidilmir. Yalnız Sara Rəhmanovanın əsəbi vəziyyətdə olduğunu görmək mümkündür. S.Rəhmanova deyir ki, video tam deyil, həmçinin onu qəzəbləndirən səbəblər video göstərilmir, səsi verilmir.

Vüsal Həsənovun qalmaqallı iş həyatı

Vüsal Həsənovun adı Azərbaycan ictimaiyyətinə 2007-ci ildə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı əməliyyatda da çəkilib.

Mediada yazılanlara görə, jurnlaistin üzünə duraraq, onun həbsində xüsusi rol alıb.

Sonrakı illərdə Vüsal Həsənovun iş adamı kimi karyerasının parladığını və estetik klinikalar açaraq fəaliyyətini genişləndirdiyi görürük. Hazırda Həsənov “VMR Şirkətlər Qrupu”nun sahibidir. Şirkət Qrupuna Bakı və Gəncədə bəzi estetik klinikalar daxildir.

Qeyd edək ki, V.Həsənov estetika dünyasına 2014-cü ildə türkiyəli həkim, “FBM Estetik Klinikasının sahibi Hayati Akşabın təşəbbüsü ilə gəlib. Belə ki, o, 2014-cü ilin iyunun 11-də “Doktor Hayati Akbaş Klinikası” MMC, iyunun 19-da isə “FBM Estetik Klinikası”nın Bakı şöbəsinin qanuni təmsilçilərindən olub.

2015-ci ildə “VMR Medical Center”i vergi qeydiyyatından keçirərək, yeni estetik mərkəz açıb. 2018-ci ildə “Doktor Hayatı Akbaş Klinikası” MMC-nin adını “Saç Əkimi Mərkəzi” MMC-yə dəyişib. Hazırda bu mərkəz “VMR Medical Center”lə eyni binada yerləşir.

2018-ci ildə isə “VMR Estetik”in Gəncə filialını yaradıb.

İş adamı kimi hər şey, bu nöqtəyə qədər, parlaq bir uğur hekayəsi ola bilər. Lakin son dövrlərdə estetik mərkəzlərlə bağlı qalmaqallar, o cümlədən saxta həkimlərin fəaliyyəti və lisenziyasız əməliyyatların aparılması məsələləri “VMR Estetik” mərkəzindən də yan keçməyib.

Bu “gözəlləşdirmə” Mərkəzi haqqında tibbi ixtisası olmayan mütəxəssislərin əməliyyatlar aparması, ölüm hallarına qədər ittihamlar yer alıb. Məsələn, 2024-cü ildə Səhiyyə Nazirliyinin apardığı yoxlamalara görə, “VMR Medical Center”də lisenziyasız tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma faktı aşkarlanıb. Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirləndirilərək 20 min manat cərimə olunub. Bu araşdırma 24 yaşlı qızın klinikada Vüsal Həsənovun həyat yoldaşı Gülsüm Əliyevanın həyata keçirdiyi dolğu əməliyyatından sonra səhhətində yaranan ciddi problemlər əsasında aparılıb. Hətta jurnalist Qənirə Ataşova zərərçəkənin şikayəti əsasında “VMR Estetik” klinikada onun həyat yoldaşının qanunsuz cərrahi əməliyyatlar həyata keçirməsi barədə faktlar da paylaşıb. Vüsal Həsənov isə bu iddialara cavab olaraq, zərərçəkən qadını ağır təhqir edən video çəkərək sosial mediada yayımlayıb.

APA tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, Vüsal Həsənov həyat yoldaşı Gülsüm Əliyevanı Türkiyədə təhsil almış mütəxəssis kimi təqdim etsə də, müvafiq ali məktəbə ünvanlanan sorğu nəticəsində G.Əliyeva adına məzun qeydiyyatında rast gəlinməyib. Bu da G.Əliyevanın tibbi təhsilinin olub-olmamasına dair şübhələr yaradır.



Xüsusilə, 2023-cü ilin sentyabr ayında Gülsüm Əliyevanın “VMR Estetik” Mərkəzin Gəncə filialında həyata keçirdiyi liposaksiya əməliyyatından bir həftə sonra 31 yaşlı qadının həyatını itirməsi böyük səs-küyə səbəb olmuşdu. Faktla bağlı Gəncə Rayon Prokurorluğunda cinayət işi açılıb, lakin ölən şəxsin yaxınları bu barədə danışmaqdan imtina edirlər.

Vüsal Həsənov isə açıqlamasında ölüm hadisəsinin onların əməliyyatları ilə heç bir əlaqəsinin olmadığını bildirib.

“Gözəllik” aləmindən uşaqlar dünyasına doğru…

Beləlilkə, V.Həsənov indi də “gözəllik” dünyasından uşaqlar dünyasına doğru biznesini genişləndirmək istəyir. POST.TV-yə açıqlamasında qeyd edir ki, Müasir Psixologiya Mərkəzini öz şirkətlər qrupuna birləşdirmək üçün prosedurlar aparılır. Lakin bu mərkəz estetik klinikalardan fərqli olaraq, həssas qruplardan olan uşaqlarla işləmə bacarığını və xüsusi yanaşma tələb edir.

Yeri gəlmişkən, Müasir Psixoloji Mərkəz faktiki olaraq 10 ildən çox fəaliyyət göstərsə də, hüquqi olaraq yalnız 2019-cu ildə vergi qeydiyyatından keçib. Bundan öncə Mərkəzin rəhbəri Aidə Nəbiyeva fiziki şəxs kimi müəssisəni idarə edib. Heç bir lisenziya, razılıq sənədi olmadan həssas qruplardan olan uşaqlar üzərindən reabilitasiya və psixoloji xidməti göstəriblər.

Eyni zamanda Aidə Nəbiyeva 2021-cii ildə “Müasir Psixoloji Dəstək” İctimai Birliyi təsis etməsindən qısa müddət sonra (2024-cü il) təşkilatının nümayəndəsi Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri seçilib. Əldə etdiyimiz məlumata görə, Nəbiyeva ETN-nin qrant müsabiqələrindən yüksək məbləğli layihələr də əldə edib. İctimai Birlik, habelə QHT Agentliyindən “Daun və autizm spektrli uşaqlara psixoloji xidmət” adlı 10 min manatlıq layihə qazanıb. Qazandığı layihələr çərçivəsində cəlb edilən uşaqlar Müasir Psixologiya Mərkəzində təlimlərə qatılıblar. Onlara dərs və təlim keçən işçilər isə bu layihələrdən heç nə qazanmayıb.

Nəbiyevanın sədri olduğu “Müasir Psixologiya Mərkəzi” MMC kommersiya qurumudur və iqtisadi fəaliyyət növündə “Əqli inkişafdan qalan, alkoqol və narkotiklərdən sui-istifadə edən psixiki pozulmaları və ya fiziki çatışmazlıqları olan şəxslərə qulluq” olaraq göstərilir. Bu fəaliyyət növündə daha çox həssas qrupdan olan insanlara dayəlik, sosial xidmət göstərilməsi nəzərdə tutulub. Lakin praktikada müəssisə qulluq xidmətlərindən daha çox reabilitasiya və psixoloji dəstək xidmətləri göstərir.

Nəticə olaraq deyə bilərik ki, Azərbaycanda özəl psixoloji və reabilitasiya mərkəzlərinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazasındakı boşluqlar, bu sahədə heç bir təhsili və ya anlayışı olmayan təsadüfi sahibkarların fəaliyyətinə geniş imkanlar yaradır. Son dövrlər uşaqlar üçün nitqin inkişafı və psixoloji xidmət mərkəzləri əsas biznes sahələrindən birinə çevrilib. Görünən odur ki, estetik mərkəzlər üzərində yoxlamaların artması və lisenziya məsələlərinin ciddiləşməsi bəzi sahibkarları bu sektordan fərqli bazarlara yönəldir.

Vüsalə Rüstəmova
Gununsesi.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Bu gün, 17:09
“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Bu gün, 17:08
Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Bu gün, 17:04
“Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Bu gün, 16:58
Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Bu gün, 16:48
Üzeyirin 3 övladı var imiş
Bu gün, 16:45
Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Bu gün, 16:43
“Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Bu gün, 16:39
Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 16:35
Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Bu gün, 16:32
"Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 16:25
Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Bu gün, 16:23
Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Bu gün, 16:00
ETSN təftiş olundu VƏ... - DETALLAR
Bu gün, 15:55
Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Bu gün, 15:44
Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Bu gün, 14:00
Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Bu gün, 13:58
Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Bu gün, 13:09
Əyalət mollasından yeni sərsəmləmə
Bu gün, 13:04
Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Bu gün, 12:58
Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Bu gün, 12:39
Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34
Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30
Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? - Bu sənədlər ləğv edildi
Bu gün, 12:24
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22
ABŞ-də söz azadlığı: - illüziyaya çevrilən vədlər
Bu gün, 12:20
Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir - Qazaxıstan Baş nazirinin müavini
Bu gün, 12:19
Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... - GİLEY
Bu gün, 12:18
Roşka yenidən həbs edildi
Bu gün, 12:05
Ruslar keçmişin həsrəti ilə yaşayır - Putinin itaət formulu
Bu gün, 12:01
Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR - TƏFƏRRÜAT
Bu gün, 11:54
"Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." - Estetik klinikaların qalmaqallı sahibi məhkəməyə verilir
Bu gün, 11:51
Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək
Bu gün, 11:40
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər - Kanat Bozumbayev
Bu gün, 11:38
Məşhur iş adamı həbsin bir addımlığında - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:27
Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş - Qadının avtomobilini qaçırıb
Bu gün, 11:25
Abbas Əliyevə yeni vəzifə verildi - ƏMR
Bu gün, 11:19
Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? - NARAZILIQ VAR...
Bu gün, 11:15
Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:10
İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA - dövlətin belə bir planı yoxdur...
Bu gün, 11:04
İrəvanı qorxuya salan üç ssenari: - Mehridən Göyçəyə qədər...
Bu gün, 11:00
Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO
Bu gün, 10:54
Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... - BAĞLANMA QƏRARI VERİLDİ...
Bu gün, 10:52
Əhməd Əliyev həbsdə öldü
Bu gün, 10:45
İran İrəvan və Bakıdan təhdid istəmir - erməni politoloq
Bu gün, 10:41
Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... - FOTO
Bu gün, 10:35
Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:32
Ermənistanın addımı Çini qəzəbləndirdi – “Buna dözməyəcəklər”
Bu gün, 10:29
“Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” - Svyatoslav Boqdanov
Bu gün, 10:20
Ötən gün həlak olan əsgər barədə DETALLAR - Atası rəhmətə gedib, bir bacısı var
Bu gün, 10:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru