Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tender müsabiqəsi (Açıq tender) elan edib. Yeniavaz.com xəbər verir ki, Agentlik əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Salyan rayonunda 12 ədəd üçotaqlı mənzil satın almaq istəyir. Qeyd edək ki, tender müsabiqəsinin ehtimal olunan qiyməti 1 milyon 231 min 200 manat təşkil edir. Açıqlanan məlumatlardan da göründüyü kimi, Agentlik Salyan rayonunda bir ədəd üçotaqlı mənzil üçün 102 min 600 manat ödəməyi nəzərdə tutub.