Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? - NARAZILIQ VAR...
Tarix: 24-01-2025, 11:15 | Çap et
 Ordubad rayonunun ucqar kəndlərində çalışan müəllimlər, onlara ayrılan 90 manat kommunal xərclərin ötən ilin sentyabr ayından ödənilmədiyini bildirirlər. Şikayətçilər “Gündəlik Naxçıvan”a deyirlər ki, buna səbəb kimi müəllimlərin dərs dedikləri kəndlərdə yaşamamaları göstərilir. Əlavə olaraq, bu qərar dövlət büdcəsinə qənaətlə əlaqələndirilir. Lakin müəllimlər bunun ədalətsizlik olduğunu düşünürlər, çünki onlar həmin kəndlərə hər gün gedib-gəlmək üçün kommunal üçün nəzərdə tutulandan da çox xərc çəkirlər. Naxçıvan şəhərindən hər gün taksi ilə gedib-gələn müəllimlərdən biri olan G.M. deyir ki, bu qərar onların onsuz da ağır olan vəziyyətini daha da çətinləşdirir: “Demək olar ki, bütün məktəblərdə eyni sözü deyirlər: kənddə qalmadığınız üçün kommunal xərclər ödənilməyəcək. Mən hər gün Naxçıvan şəhərindən gedib-gəlirəm. Ucqar kəndlərə normal marşrut işləmədiyi üçün taksiyə 8 manat ödəyirəm, bu da ayda 160 manat edir. Heç bir dərs buraxmıram, amma yenə də bu 90 manat kəsilir. Mən ailəliyəm, uşaqlarımı buraxıb daimi kənddə qala bilmirəm. Elə müəllim var ki, həftədə iki-üç dərsi olur, bu halda kim ailəsini qoyub kənddə qala bilər? Onsuz da maaşımız ailəmizi dolandırmağa çatmır. Nazirlik bu məsələyə müdaxilə etməli və bu pulların ödənilməsini təmin etməlidir.” Oxşar problemi yaşayan C.Ə. isə, yaşlı anasına baxmaq üçün kənddə qala bilmədiyini bildirir: “Əvvəllər dərs dediyim kənddə qala bilirdim. Amma ötən ildən xəstə anamı tək buraxa bilmirəm. Hər gün 80 kilometr məsafəni qət edərək kəndə gedib-gəlirəm. Taksi üçün gündə 8-10 manat ödəyirəm, bu isə 90 manatlıq kommunal xərclərdən iki dəfə artıqdır. Dərs buraxmıram, hər dəfə vaxtında dərsə gəlirəm, amma yenə də bu pulu kəsirlər. Kənddə qalmaq isə daha çox xərc tələb edir. Biz xoşumuzdan hər gün bu əziyyəti çəkmirik. Ailə dolandırmaq üçün bu yolu qət edirik, amma nə məktəb rəhbərliyi, nə də Təhsil Nazirliyi bu vəziyyəti nəzərə almır.” Müəllimlər, kommunal xərclərin ödənilməməsinin maliyyə çatışmazlığı bəhanəsi ilə izah edilməsinə etiraz edirlər. Onların fikrincə, dövlətin maliyyə problemlərini həll etmək üçün müəllimlərin vəziyyətini daha da ağırlaşdırması doğru deyil. “Məktəb rəhbərliyi və nazirlik deyir ki, maliyyə çatışmazlığı var. Amma bu çatışmazlığı yalnız müəllimlərin cibindən həll etməkmi lazımdır? Onsuz da az maaş alırıq, ailəmizi dolandırmağa çətinlik çəkirik. Hər şeyə pul tapırlar, amma bizim 90 manatımızı vermək istəmirlər.” Müəllimlər ümid edirlər ki, Təhsil Nazirliyi bu məsələni araşdıracaq və haqlarının bərpası üçün tədbirlər görəcək.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02 |
|
|
|
• Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00 |
|
|
|
• "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58 |
|
|
|
• “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00 |
|
|
|
• "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51 |
|
|
|
• Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48 |
|
|
|
• Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45 |
|
|
|
• Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43 |
|
|
|
• Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23 |
|
|
|
• Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35 |
|
|
|
• "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22 |
|
|
|
• Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17 |
|
|
|
• Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32 |
|
|
|
• Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30 |
|
|
|
• PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20 |
|
|
|
• “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02 |
|
|
|
• Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10 |
|
|
|
• Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02 |
|
|
|
• Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00 |
|
|
|
• Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58 |
|
|
|
• Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03 |
|
|
|
• “Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58 |
|
|
|
• "Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54 |
|
|
|
• Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52 |
|
|
|
• Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48 |
|
|
|
• Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44 |
|
|
|
• Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Dünən, 12:37 |
|
|
|
• Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Dünən, 12:35 |
|
|
|
• Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Dünən, 12:31 |
|
|
|
• Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Dünən, 12:24 |
|
|
|
• İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Dünən, 12:22 |
|
|
|
• "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Dünən, 12:15 |
|
|
|
• Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Dünən, 12:10 |
|
|
|
• Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Dünən, 12:09 |
|
|
|
• Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Dünən, 12:00 |
|
|
|
• Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Dünən, 11:58 |
|
|
|
• “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Dünən, 11:54 |
|
|
|
• İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Dünən, 11:49 |
|
|
|
• SEPAH yenə hədələyir: - “Vuracağıq”
Dünən, 11:46 |
|
|
|
• Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Dünən, 11:43 |
|
|
|
• Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Dünən, 11:37 |
|
|
|
• 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Dünən, 11:30 |
|
|
|
• “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 11:23 |
|
|
|
• Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Dünən, 11:18 |
|
|
|
• AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Dünən, 11:03 |
|
|
|
• ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Dünən, 10:58 |
|
|
|
• Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Dünən, 10:51 |
|
|
|
• Manatı NƏ GÖZLƏYİR?
Dünən, 10:45 |
|
|
|
• SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Dünən, 10:34 |
|
|
|
|