Xırdalanda təhsili bazara çeviriblər .....                     Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini .....                     Tanınmış plastik cərrahın qətlinin DETALLARI: .....                     Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? .....                     “Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” .....                     Şamaxıda da anım mərasimi keçirildi .....                     Aynişanın adından dələduzluq .....                     Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib .....                     Fərid Səfərli Azərbaycana qaytarıldı .....                     Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir .....                     İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir .....                     AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? .....                     Meymunçiçəyi yayılır .....                     Ararat Mirzoyan sabah Moskvaya gedəcək .....                     Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub .....                     Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı .....                     Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” .....                     Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir .....                     Uzun, problemli və mürəkkəb proses .....                     Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb .....                     "Tanınmış insanların adından istifadə edirlər" .....                     İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. .....                     İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı .....                     Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib .....                     Ermənistan dövləti başını qaldırmamış payını almalıdır .....                     “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? .....                     Bakıda gənc ana .....                     Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü .....                     Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... .....                     Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" .....                     Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... .....                     "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." .....                     Seçkilərin nəticələri bu tarixdə elan olunacaq .....                     “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... .....                     ABŞ-Ermənistan xartiyasının pərdəarxası .....                     Suriyadan Rusiya, İsrail və İrana .....                     Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... .....                     ABŞ-la münasibətləri bərpa etməyə hazırıq .....                 

Moskvadan gürcülərə təəccüblü jest: “Onsuz da oğurluq pullardır...” - TƏFƏRRÜAT
Tarix: 10-12-2021, 08:36 | Çap et
Moskvadan gürcülərə təəccüblü jest: “Onsuz da oğurluq pullardır...”
Moskva tezliklə 10 milyon avro ödəyəcək. Belə ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2006-cı ildə Rusiyadan deportasiya olunmuş Gürcüstan vətəndaşlarına təzminat təyin edib. “Exo Kavkaza”nın verdiyi məlumata görə, bu, Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) nazir müavinləri səviyyəsində keçirilən iclasının yekunları üzrə məlum olub.

Avropa Şurasının saytında dərc olunan qərarda deyilir ki, ödəniş “istənilən halda ilin sonuna qədər” borclar üzrə hesablanmış faizlərlə birlikdə Avropa Şurasının bank hesabına ödənilməlidir. Təşkilat bildirir ki, Rusiya müvafiq anlaşma memorandumunu imzalamağa razılaşıb, lakin hələlik imzalamayıb. Eyni zamanda, Gürcüstan tərəfi artıq Avropa Şurasının Baş katibi ilə memorandum da hazırlayıb.

Nazirlər Komitəsi bu məsələni 2022-ci ilin martında, 1428-ci iclasında müzakirə etmək üçün toplanacaq. Bu ilin iyununda xəbər verildiyi kimi, AŞNK Rusiyanı bu ilin sentyabrın 6-dək öz vətəndaşlarına verilən kompensasiyanı birbaşa Gürcüstana ödəməyə və ya vəsaitlərin köçürülməsinə imkan verən anlaşma memorandumu imzalamağa çağırıb.

Bu ilin fevralında o zaman Gürcüstanın Ədliyyə Nazirliyinə rəhbərlik etmiş Qoça Lortkipanidze demişdi ki, Moskva 2006-cı ilin payızında Rusiyadan deportasiya edilmiş vətəndaşlara kompensasiya ödənilməsi məsələsinə baxılmasına qoşulmağa hazırdır. O, Moskvanın mövqeyini “irəliyə atılmış kiçik addım” adlandırıb.

AİHM Moskvanı 2019-cu ilin əvvəlində gürcü tərəfinə 10 milyon avro ödəməyə məcbur edib. Bir neçə gün əvvəl ədliyyə nazirinin müavini Beka Dzamaşvili bildirib ki, Rusiya deportasiya olunanların işində ilin sonuna qədər pul ödəməyə yazılı şəkildə razılaşıb: “Biz ümid edirik ki, o, bu dəfə öz öhdəliyini yerinə yetirəcək”.

Dzamaşvilinin sözlərinə görə, Rusiya öz öhdəliyini yerinə yetirdikdə, bu məbləğin birbaşa zərərçəkənlərə çatması üçün ictimaiyyətə əlavə prosedurlar ətraflı izah ediləcək: “Deportasiya edilənlərin işi ilə bağlı qərar 2019-cu ilin yanvarında Strasburq Məhkəməsi tərəfindən qəbul edilib və Rusiya o vaxtdan bu öhdəliyi yerinə yetirməyib. Bütün bu müddət ərzində Gürcüstanın Ədliyyə Nazirliyi Xarici İşlər Nazirliyi ilə birlikdə bu qərarın icrasını təmin etmək üçün fəal iş aparır. Biz Nazirlər Komitəsindəki avropalı həmkarlarımızla fəal əməkdaşlıq edirik və bu problemi həll etmək üçün praqmatik yol müəyyən etmişik - o, Rusiya tərəfindən Avropa Şurası Nazirlər Komitəsinin hesabına pul köçürməkdən və sonradan bu məsələ ilə bağlı bu məbləğin paylanması işindən ibarət olacaq”.

“Noyabr ayında bu məsələnin həlli ilə bağlı görüş keçirildikdən sonra biz bu məsələdə yaxşı irəliləyiş əldə etdik. Rusiya Federasiyası yazılı şəkildə bu öhdəliyi yerinə yetirməyə razılıq verdi. Artıq dekabr sessiyasında konkret müddət müəyyən edilib və Nazirlər Komitəsi Rusiyaya öhdəliklərini yerinə yetirmək üçün ilin sonuna qədər möhlət verib. Ümid edirik ki, heç olmasa, bu dəfə Rusiya bu öhdəliyi yerinə yetirəcək, bu isə o deməkdir ki, bu istiqamətdə bizim kifayət qədər irəliləyişimiz olacaq. Rusiya bu öhdəliyi yerinə yetirdikdə, bu məbləğin birbaşa zərərçəkənlərə çatması üçün hansı əlavə prosedurların olacağını ictimaiyyətə ətraflı izah edəcəyik”, - deyə Dzamaşvili bildirib.

Maraqlıdır, Rusiya niyə bu öhdəliyin yerinə yetirilməsinə yazılı razılıq verib? Onun AŞ-dakı yeri özü üçün bu qədər əzizdirmi? 10 milyon avro o qədər də kiçik məbləğ deyil, amma başqa bir şey daha vacibdir - onu ödəməklə Moskva Gürcüstana münasibətdə səhv və qanun pozuntusuna yol verdiyini etiraf edir və bunun əvəzini pulla ödəməyə hazırdır. Bu, Putinin açıq şəkildə qəbul etdiyi “fövqəlgüc” ideyası üçün alçaldıcıdır. Yəni Moskva AİHM-in bu qərarına əməl edəcək, yoxsa Avropa Şurası ilə münasibətləri gərginləşdirməyə üstünlük verəcək? Bir dəfə orada onun hüquqları artıq məhdudlaşdırılmışdı.

AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Rusiyalı analitik, “Qaydar” İqtisadi İnkişaf İnstitutunun baş eksperti Sergey Javoronkov:

“Rusiya adətən AİHM-in qərarlarına (o cümlədən Navalnı kimi səs-küylü işlərə) uyğun olaraq ödəniş edir, lakin AİHM qərarlarının icrasını, yəni müvafiq qərarların avtomatik ləğvini tanımır. Bir neçə il çəkmiş Rusiyanın Avropa Şurasında səsvermə hüququnun bərpası Putin üçün böyük diplomatik uğur oldu, o, eyni zamanda Rusiya vətəndaşlarının AİHM-in hüquqi müdafiəsini itirə biləcəyi ilə Avropa Şurasını şantaj etdi. Mənə elə gəlmir ki, indiki iş Rusiya Federasiyası üçün o qədər prinsipial əhəmiyyət kəsb edir ki, onun xatirinə yenidən Avropa Şurasından çıxa biləcəyini göz altına alsın”.

Gürcüstanlı politoloq, “Azad Rusiya” Fondunun Cənubi Qafqaz üzrə nümayəndəliyinin direktoru Yeqor Kuroptev:
“Bildiyimiz kimi, Putin Rusiyasında beynəlxalq müqavilələr, şifahi və ya yazılı razılaşmalar, Avropa Şurası və ya digər beynəlxalq qurumlar tamamilə heç nə demək deyil. Əgər buna baxmayaraq, Kreml Gürcüstana bu məbləği ödəyirsə, bu, təbii ki, Gürcüstan vətəndaşlarının Rusiya Federasiyasından deportasiyasındakı pozuntunun etirafına çevriləcək və deməli bu, Moskva üçün niyəsə sərfəlidir. Neft və digər resursların satışından nə qədər oğurladıqlarını nəzərə alsaq, onlar üçün bu məbləğ qəpik-quruşdur. AŞ-nin Putinə qarşı sanksiyaları da ağcaqanadın dişləməsi deyil, zəhlətökən səsinə bənzəyir. Ona görə də biz Moskvanın bu məsələdə xeyrini axtarıb tapmalıyıq.

Moskvada düşünüldüyü kimi xırda məsələlərdən ötrü Avropa ilə yenidən mübahisə etməyəcək? “Nord Stream 2”-də işlər gözlənildiyi üçün dalaşmaq istəmir? Moskva “3+3” formatını reallaşdırmaq naminə Kremlin işğal etdiyi Gürcüstanı buraya cəlb etmək üçün müəyyən “xeyirxahlıq” nümayiş etdirir? Oliqarx İvanişvilinin başçılıq etdiyi hazırkı Gürcüstan hökumətinə heç olmasa, bir uğurlu nəticə əldə etməyə kömək edir? Bəli, Moskva görür ki, bugünkü Gürcüstan Aİ və NATO-dan son 20 ildə heç vaxt olmadığı qədər uzaqdır, ona görə də Kremldən xırda güzəştlər tamamilə mümkündür.

Bu məqamlardan əsas olan hansısa birini seçməyə hazır deyiləm. Düşünürəm ki, ödəniş baş tutsa, bütün bu komponentlərin payı var və buna görə 10 milyon xərcləməyə dəyər. Onsuz da həmin pul oğurluqdur və bir-iki yeni ev tikintisinə xərcləyə bilərdirlər. Ödəniş olmasa, təəccüblənəcək və təhlil ediləcək bir şey də yoxdur. Amma bu, baş verərsə, Gürcüstan bunu bayram etməməli, bunun arxasında nələrin dayandığından ehtiyatlanmalıdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Bu gün, 06:17
Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06
Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04
Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:54
“Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” - keçmiş nazir
Bu gün, 05:50
Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02
Aynişanın adından dələduzluq
Dünən, 18:59
Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56
Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02
Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00
İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58
AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08
Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03
Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00
Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59
Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33
Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31
Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24
Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22
Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01
"Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59
İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51
Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46
Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00
“Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58
Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12
Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06
Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05
Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57
"Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55
Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53
"Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48
Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44
“Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38
ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33
Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32
Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30
ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29
Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28
ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11
“Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08
Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Dünən, 12:05
Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Dünən, 11:52
Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Dünən, 11:44
Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Dünən, 11:42
Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Dünən, 11:35
Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Dünən, 11:34
Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Dünən, 11:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru