"İŞİD Xorasan" qrupu "Taliban"a müxalifət ola bilər - Ekspert danışır
Tarix: 31-08-2021, 08:25 | Çap et
Ötən gün İŞİD terror təşkilatı Əfqanıstanın paytaxtı Kabildə ardıcıl altı partlayış törətdi. Teraktın İŞİD terror təşkilatının Xorasan qrupu tərəfindən törədildiyi bildirildi. Qeyd edək ki, İŞİD-K daima Əfqanıstanın şərqində, İran sərhədindəki şiələri hədəf alaraq qanlı hücumlar təşkil edib. Ancaq zaman-zaman ölkənin şimalında və şərqində "Taliban"la İŞİD-in Xorasan qolu arasında qarşıdurmalar yaşanıb. Hətta iki qruplaşma 2015-ci ildə bir-birlərinə qarşı müharibə elan edib. İŞİD-K dəfələrlə "Taliban" yaraqlılarını öldürüb, onlarla əməkdaşlıq edənlərə hücumlar təşkil edib, "Taliban"ın de-fakto rəhbərlərinin başlarını kəsib. Avqustun 26-da Kabildə Həmid Kərzai Beynəlxalq Hava Limanında terror törətməklə İŞİD qruplaşması özünü yenidən yada saldı. Bu terrorçu qruplaşmanın törətdiyi terror aktı nəticəsində 15 ABŞ hərbçisi olmaqla 200-ə yaxın insan öldü.
Bu qanlı hadisənin məsuliyyətini "İŞİD Xorasan" qruplaşması öz üzərinə götürdü. Regionda baş verən proseslər onu göstərir ki, Əfqanıstanda "Taliban"a qarşı yeni müxalifət formalaşır?
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan "Şərq"ə açıqlamasında bildirib ki, əslində, bu, terroru törətməklə "İŞİD Xorasan"ın bir sıra ismarıclar verdiyini ehtimal etmək olar. Politoloq qeyd edib ki, əslində bu qruplaşma hakimiyyətdə təmsil olunmaq, həmçinin Əfqanıstanın bir hissəsinə iddia etməklə öz mövcudluğunu bildirmək istəyir:
"Çünki Əfqanıstanda Xorasan adlı bölgə mövcud deyil. Bu adda İranda əvvəllər bir əyalət olub. 2004-cü ildə bu əyalət mərkəzi Bocnurd olan Şimali Xorasana, mərkəzi Bircend olan Cənubi Xorasana və mərkəzi Məşhəd olan Xorasan-Rezaviyə bölündü. Tarixi Böyük Xorasana isə İran, Tacikistan, Əfqanıstan, Özbəkistan və Türkmənistan daxil olub. "İŞİD Xorasan" bu ərazilərdə “xilafət” yaratmağa iddia edir. Onların hədəfi "Xorasandan başlayıb Qüdsədək hərəkət" etməkdir. Ümumiyyətlə, ideoloji baxımdan oxşar olsalar da, "Taliban"la "İŞİD Xorasan"ı bir-birindən bu kimi ideyalar fərqləndirir. "Taliban" Əfqanıstanda, "İŞİD"in adıçəkilən qruplaşması isə bütün müsəlman ölkələrini “bir xilafətdə” birləşdirmək uğrunda mübarizə apardığını bildirir. Bu qruplaşma 2015-ci ildə "Taliban"la Əfqanıstanda Nanqarhar, Gilmend, Fərəh və Zabul əyalətlərində toqquşmuşdu. Onda hər iki tərəf itki vermişdi. Həmin toqquşmadan sonra “Taliban”ın sıralarından çıxaraq “İŞİD Xorasan”a qoşulanların olduğuna dair xəbərlər yayılmışdı. Bu ay (2021-ci ilin avqustu) “tələbələr” Kabili ələ keçirəndən sonra Əfqanıstan Milli Təhlükəsizlik Direktorluğunun həbsxanasından İŞİD-çilər istisna olmaqla bütün məhbusları sərbəst buraxmışdı. İŞİD qruplaşmasının 9 liderini, o cümlədən Əbu Ömər Xorasani təxəllüslü terrorçubaşını da edam etmişdi. Bu kimi hadisələr "Taliban"la "İŞİD Xorasan" arasında ziddiyyətin olduğunu ehtimal etməyə əsas verir. Yeri gəlmişkən, “Əl-Qaidə” terror qruplaşması da “tələbələr”ə yuxarıdan aşağı baxır, onları “savadsız” sayır. Deməli, "İŞİD Xorasan" Əfqanıstanda gərginliyin davam etməsi və yeni toqquşma üçün mənbə ola bilər. ABŞ iddia edir ki, “xorasançılar"ın mövqelərini pilotsuz uçuş aparatları ilə vurub. Bu isə deməyə əsas verir ki, onların Əfqanıstanda mövcudluğu Birləşmiş Ştatlara çoxdan məlumdur. Onda İŞİD-in yenidən zühurunda hədəflərdən biri də İran daxil olmaqla “Böyük Xorasan”a aid dövlətləri və Rusiyanı təhdid etməkdir. Nəzərə almaq lazımdır ki, Rusiyanın Tacikistan ərazisində hərbi bazası var".
S.Soltan əlavə edib ki, regionda üçüncü dövlətdə islam adı altında yenidən hakimiyyət formalaşdırılacaq:
"Pakistan və İrandan sonra "Taliban" yenidən Əfqanıstanda buna cəhd edəcək. Pakistan İslam Respublikası demokratik dəyərlərə daha çox üstünlük verən, siyasi rəqabətli, daha çox inkişaf etmiş, tolerant dövlətdir və s. İran İslam Respublikası isə məzhəb prinsipləri ilə idarə edilən, İsrail və ABŞ-ın məhv olmasını hədəfləyən hakimiyyətdir. "Taliban" Əfqanıstanda bu iki qonşu dövlətdən hansının modelini götürəcək? Məlumata görə, “tələbələr” qarşıdan gələn iki həftə ərzində yeni hakimiyyətin tərkibini açıqlayacaq. Onlar artıq Əfqanıstanın 34 əyalətindən 33-nə yeni vali təyin ediblər. Yeni hakimiyyətdə ölkədəki bütün etnik qrupların liderlərinin təmsil olunacağı bildirilir. Yeri gəlmişkən, Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətyar bildirib ki, keçmiş dövlət başçısı, puştun etnik qrupunun nümayəndəsi Həmid Kərzai və sabiq xarici işlər naziri, tacik etnik qrupundan olan Abdullah Abdullahın ev dustağı olmaları barədə yayılan məlumatlar əsassızdır və hər iki siyasətçi fəaliyyətini davam etdirir. "Taliban" bildirib ki, yeni hökumətdə ilk növbədə ədliyyə, daxili təhlükəsizlik, müdafiə, xarici işlər, maliyyə, informasiya sahələrinə dair nazirlər və Kabil şəhərinin işləri üzrə xüsusi administrasiya təyin olunacaq. Belə ehtimal etmək olar ki, türklərin lideri marşal, Əfqanıstanın keçmiş vitse-prezidenti Əbdül Rəşid Dostum və taciklərin başçısı Əhməd şah Məsudun oğlu Əhməd Məsud, yaxud onların təmsil etdiyi siyasi qüvvə də koalisiyada iştirak edəcək. Çünki hər iki qüvvənin “tələbələr”ə qarşı silahlı müqaviməti dayandırması onlara vədlər verildiyini düşünməyə əsas verir. Fikrimcə, Türkiyənin "Taliban"la münasibəti həm də onların türklərə yanaşmasından daha çox asılı olacaq.
Beləliklə, Əfqanıstanda yeni hakimiyyətin formalaşacağı elan olunub. ABŞ Kabil hava limanında terror törədənlərə xəbərdarlıq edib. Prezident Cozef Bayden deyib:
“Bu hücumu edənlər, Amerikaya kin-nifrət bəsləyənlər onları bağışlamayacağımızı bilirlər. Biz sizi izləyib əvəzini ödəməyə məcbur edəcəyik”. Bu baxımdan ABŞ "İŞİD Xorasan"ı izləmək məqsədilə Əfqanıstanda "Taliban"a yardım edə bilər. Amerika və NATO-dakı müttəfiqləri Əfqanıstanı tərk etməyə başlayandan sonra “tələbələr” fəallaşdı və üç ay ərzində mərkəzi, legitim hakimiyyəti devirərək Əfqanıstana nəzarəti ələ keçirdi. Bununla yanaşı, "İŞİD Xorasan" da ölkədə fəallaşdı. Belə çıxır ki, bu qruplaşma "Taliban"a müxalifət rolunda çıxış edəcək, onun İran və antiqərb blokuna yaxınlaşmasına mane olacaq.
Zatən Əfqanıstanın da siyasi tarixində bu ziddiyyət çox ciddi amil olub. Hələ ki "Taliban" ölkədə vəziyyəti sabitləşdirməyə, gərginliyi azaltmağa çalışır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa - Bu qədər borcu var
Bu gün, 10:59 |
|
|
|
• MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• "AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42 |
|
|
|
• Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39 |
|
|
|
• Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37 |
|
|
|
• Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33 |
|
|
|
• Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26 |
|
|
|
• Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17 |
|
|
|
• Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Bu gün, 10:15 |
|
|
|
• "Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." - deputat
Bu gün, 10:09 |
|
|
|
• Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Bu gün, 10:04 |
|
|
|
• Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb - “Mehr”
Bu gün, 09:59 |
|
|
|
• Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Zurabişvili ermənilərə “dayı” deməyə başladı - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47 |
|
|
|
• Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:36 |
|
|
|
• Qubada əsas söz sahibi kimdir? - HƏLƏ DƏ BİLİNMİR...
Bu gün, 09:28 |
|
|
|
• İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib
Bu gün, 09:22 |
|
|
|
• 15 ildir ŞƏHİDLİK HAQQI tanınmır... - atası FƏRYAD EDİR
Bu gün, 09:16 |
|
|
|
• Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur? – AÇIQLAMA
Bu gün, 09:12 |
|
|
|
• Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
Bu gün, 09:10 |
|
|
|
• Vüqar Əhmədov idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 09:05 |
|
|
|
• Moskvada Zəngəzur planı ifşa edildi - Lavrovun iki təklifinə rədd CAVABI
Bu gün, 08:58 |
|
|
|
• Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• “Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:48 |
|
|
|
• “Buta” klinikasının gözdən-könüldən uzaq işləri - ÇALIŞIRLAR Kİ...
Bu gün, 08:46 |
|
|
|
• "Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" - AMMA...
Bu gün, 08:39 |
|
|
|
• İşçilər bunları bilməlidir... - Ekspert danışır...
Bu gün, 08:33 |
|
|
|
• ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək - AÇIQLAMA
Bu gün, 08:30 |
|
|
|
• Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib - "Bəzi Qərb dairələri..."
Bu gün, 08:28 |
|
|
|
• İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22 |
|
|
|
• Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33 |
|
|
|
• “AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27 |
|
|
|
• "Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22 |
|
|
|
• Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13 |
|
|
|
• Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11 |
|
|
|
• Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25 |
|
|
|
• Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20 |
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
• Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12 |
|
|
|
|