Masallıda 11 il əvvəl evə qara maska ilə silahlı basqın edən şəxslər tutulub .....                     “Xanımların işlə təmin edilməsi” adı altında 57 nəfəri .....                     Ukrayna şirkətləri Rusiyaya kömək ediblər .....                     “Unibank”ın depozitləri son üç ayda 27 mln. manat azalıb .....                     Astarada SARAYDAXİLİ ÇƏKİŞMƏ... .....                     Azneft dairəsinə "protiv" girən "Galenwagen" sürücüsü kimdir? .....                     Bakıda narkotiklərə qarşı əməliyyatlar keçirib .....                     Paşinyan bu dəfə işə metro ilə getdi və əlil vətəndaşlarla... .....                     92 minlik dələduzluğa görə həbs edilən şəxsin işi .....                     "Səsini çıxaranları təhdid edirlər..." .....                     “Balakhani Operating Company LTD” Sabunçu sakinlərinə qan uddurur .....                     Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? .....                     Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi? .....                     Tehranla dəhliz planları baş tutmadı: Bakının hədəfini açıqladılar .....                     Bakının milyon manatlıq torpaqları: Onları kimlər alır? .....                     Qonşuluqda inqilab söhbətləri: Hökumət də “yox” deyir, müxalifət də .....                     "Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər" .....                     "Çimnaz bir çoxları kimi maskalanmamışdı" .....                     "Məktəbli övladımı küçə itlərinin əhatəsindən güclə qurtarmışam..." .....                     "Binə məktəblərinə SÜRGÜN YERİ kimi baxılmasına son qoyulsun..." .....                     "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzinin 90 minlik tenderi .....                     ŞİRİNBƏYLİNİN EVİNDƏN 244 MİNLİK QIZIL OĞURLANIB .....                     Ermənistandan mesaj: “Bu ərazilər Azərbaycana qaytarılacaq” .....                     Rubio bizimlə DİL TAPACAQMI? .....                     AZAL-ın təyyarəsinin qəzaya düşdüyü yerdən görün nə tapıldı .....                     Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb .....                     Tramp digər ölkələrə yardım proqramlarını 90 gün müddətinə dayandırıb .....                     İmişlidə qəza şəraiti yaradan 17 yaşlı sürücü HƏBS OLUNDU .....                     Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı .....                     Mərkəzi Bank bu il ilk dəfə uçot dərəcəsi ilə bağlı .....                     Trampın Azərbaycan və dünya siyasəti necə olacaq? .....                     Yezidi kürdlərin ağsaqqalı Həsənovun səhhəti kəskin pisləşdi... .....                     Tramp bunu dəstəkləyir: Azərbaycanda maraq artacaq .....                     Bu boyda vurhavuru görmürlər... YOXSA GÖZ YUMURLAR? .....                     Diqqət! Kartından pulu oğurlananlar oxusun... .....                     Günay Yelmarqızına ağır itki .....                     Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü .....                     Ziya Məmmədovun SƏDAQƏTLİ ŞƏYİRDLƏRİ... .....                     Bu halda əmək müqaviləsi məcburi olaraq ləğv edilə bilərmi? .....                     Ayınin min oyunu bir armudun başında... .....                 

“Oğurluq bacarmırsansa, orqanını sat” – “Unibank”dan əcaib təklif
Tarix: 19-04-2016, 09:04 | Çap et
“Oğurluq bacarmırsansa, orqanını sat”
Bu yaxınlarda sosial şəbəkələrdə "Unibank”ın müştərisi ilə bağlı ilginc xəbər yayılıb. Məlumata görə, bank əməkdaşı borcunu ödəyə bilməyən müştərisini hədələməklə yanaşı, böyrəyini sataraq borcu qaytarmağa məcbur edib.

diaaz.space xəbər verir ki, Tərəfdar.az saytı yayılan məlumatın nə dərəcədə doğru olub-olmadığını aydınlaşdırmaq üçün barəsində məlumat yayılan müştəri ilə əlaqə saxlayıb. 38 yaşlı Bayramov Mübariz İsaxan oğlu sualları cavablandıraraq haqqında yayılan məlumatla bağlı qaranlıq məqamlara aydınlıq gətirib.

– "Unibank”dan sonuncu dəfə nə vaxt və nə qədər kredit götürmüsünüz?

– Mən özüm usta işləyirəm, ev təmir edirəm. Axrıncı dəfə 3 il bundan öncə 1000 manat pul götürdüm. Orada 1800 manat pul yazdılar, qalıq borclarımı silib mənə 800 manat pul verdilər.

– Siz "Unibank”dan kredit götürəndə həmin pulun qarşılığında hansı sənədləri təqdim etmişdiniz?

– Heç bir sənəd təqdim etməmişdim. Tək şəxsiyyət vəsiqəsi ilə, usta kimi fəaliyyət göstərdiyimə görə vermişdilər. Həm də bu kreditdən əvvəl götürdüyüm kreditlərin hamısını vaxtlı-vaxtında ödəyirdim deyə onların daimi müştərisi idim. Sadəcə son zamanlar işim olmadığından maddi vəziyyətim pisləşdiyinə görə kredit ödəmələrim altı ay gecikdi. Amma həmin altı ay müddətində də pulum olduqca xırda-xırda ödənişlər eləmişəm.

– Sonuncu kreditinizi "Unibank”ın hansı filialından götürmüşdüz?

– Səməd Vurğun bağının yanında yerləşən filalından götürmüşdüm.

– Altı ay gecikməniz olduğunu söyləyirsiz. Bu altı ay ərzində sizi bankdan ödənişlə bağlı narahat edən olub?

– Bəli, gecikmələrimlə bağlı dəfələrlə banka çağırıblar. Hər dəfə də getmişəm. Axrıncı dəfə isə Xətayi rayonu ərazisində yerləşən "Unibank”dan mənə zəng gəldi. Özünü bankın problemli şöbəsinin hüquqşunası kimi təqdim edən şəxs məni təcili banka çağırdı. Mən də öz növbəmdə həmin şəxsin dəvətini qəbul edib banka getdim. Ora çatan kimi mənimlə telefonda danışan şəxs məni hədələməyə və təhqir etməyə başladı. Sonra otaqda ciblərimi axtararaq, cibimdəkiləri boşaltdı.

– Qanunda belə bir şey nəzərdə tutulmur axı borclu olan müştəri banka dəvət olunsun və bankın əməkdaşı onun üzərində axtarış aparsın. Siz niyə icazə verdiniz ki, o, bu hərəkəti etsin?

– Mən qorxurdum, çünki orda tanıdığım heç kəs yox idi ki, mənə kömək etsin. Hələ bundan başqa o mənə "orda olan şkafı görürsən, ödənişi etmədiyin üçün səni ora salacam və polis çağırıb dələduz kimi təhvil verəcəm”,- dedi. Onun bu sözlərindən çox qorxmuşdum, heç nə də edə bilmirdim, çox əlacsız idim.

– O, şəxsin adını bilirsiniz?

- Yox, adı yadımda deyil, bilmirəm. Amma əlaqə nömrəsi var.

- Siz qeyd etdiniz ki, sizi hədələyən şəxs sizi "şkafa” salacağını və polisə təhvil verəcəyini söyləyib. Daha sonra nə oldu?

– Yox, o, polis çağırmadı amma mənim telefonumu əlimdən alıb ailə üzvlərimin nömrələrini götürdü. Sonra qardaşıma və qohumlarıma zəng edib, mənim kreditimi ödəmələrini əmr etdi. Qardaşım danışandan sonra bankda olan, tanımadığım şəxs ondan məni buraxmasını istədi. Və dedi ki, burax amma vaxt al gətirib ödəsin. O da mənə "indi səni buraxıram, get, hardan dilənirsən dilən, amma 100 manat gətir, krediti ödə”, -deyib buraxdı. Mən də orda ona söz verdim ki, hardan pul tapsam gətirib ödəyəcəm. Sonra gedib komputerim var idi, onu satıb 50 manat aparıb ödədim, onlar da mənə çek verdilər.

– Sosial şəbəkədə belə bir məlumat yayılıb ki, bankın əməkdaşı sizi böyrəyinizi satıb, krediti ödəmənizə təhrik edib. Bu məlumat doğrudur?

– Hə, düzdü. Axrıncı ödənişimin vaxtından 1 ay keçdi. Bir aydan sonra "Amay”ın yanındakı filiallarına çağırıb məni hədələyən oğlan yenə zəng etdi. Bu dəfə də məndən ödəniş etməyimi tələb etdi. Mən də ona dedim ki, qardaş, vallah imkanım yoxdu. O da pulun yoxdu, get, oğurluq elə, bank yar, nə istəyirsən elə, gətir pulu ödə deyə cavab verdi. Mən etiraz edərək bildirdim ki, onu bacarmaram. O da mənə əgər onu bacarmırsansa, get, orqanını sat dedi. Mən də imkansızlıqdan əlacsız qalıb, razılaşdım ki, yaxşı, orqanımı satıram, amma hara satım?…

– O, sizə orqan dedi, yoxsa…?

– Hə, orqan dedi. Sonra mən ondan hansı xəstəxanaya müraciət etməyimi soruşdum. Dedim ki, "Semaşko” (1 saylı şəhər klinik xəstəxanası- red) xəstəxanasını deyirsiniz?Dedi hə, get ora, mənim adamım var ona deyəcəm səni qarşılayacaq. Mən alıram böyrəyini. Mən də dedim ki,sən alırsan? Dedi hə. Dedim neçəyə? Qiymətin demədi. Dedim yaxşı 20 dəqiqəyə ordayam. Evə də qorxumdan getmirəm ki, gəlib tutub apararlar. Mən də məcbur qalıb getdim xəstəxanaya. Çatana yaxın həmin şəxs mənə zəng edərək çatıb-çatmadığımı soruşdu. Dedim hə, çatıram orada hara girim? Hansı palataya, neçənci mərtəbəyə istəyirsən de girim. Mənə dedi ki, gözlə bir dəqiqəyə sənə zəng edib xəbər edəcəm. Bir müddət keçdi zəng etmədi. Xəstəxanaya daxil olub pilləkəni qalxanda iki həkim keçirdi, onlardan soruşdum ki, "Unibank”ın xəstəxanası burada hansıdır? Zəhmət olmasa deyin də mənə. Onlar da məndən nə olub deyə soruşduqda böyrəyimi satıb bankın borcunu bağlamaq istədiyimi dedim. Həkimlər mənə "get burdan, bunu kim eşitsə səni həbs edər” dedilər. Mən də özüm özümə təəccüblənərək inanmadım. Oradan ayrılıb dayanacağa yaxınlaşdım. Dayanacaqda iki cavan oğlan dayanmışdı. Onlardan da soruşduqda elə bir yeri tanımadıqlarını dedilər. Mən də daha bank əməkdaşına zəng etmədim və evə gəldim. Ondan sonra da nə qədər zəng etdi, sözün açığı qorxumdan cavab vermədim. Onu da deyim ki, o, hər dəfə zəng edəndə məni xoşagəlməz, təhqiredici sözlərlə söyüb, hədələyirdi.

– Adını bilmədiyiniz şəxsi görsəniz yəqin ki, tanıyarsınız?

– Bəli, tanıyaram…

Bankın əməkdaşı ilə əlaqə saxlayan jurnalist onun barəsində deyilən sözlərin və məsələnin nə dərəcədə doğru olub-olmadığını öyrənməyə çalışıb. Adını təqdim etməkdən çəkinən bank əməkdaşı məsələnin yalan olduğunu bildirib: "Yox xanım, elə bir şey olmayıb. O insanı görmüsünüzsə onda çatışmamazlıq var. Müştəri mənə deyib ki, mən həkimə getməliyəm, mən də demişəm banka yaxınlaş, məsələni həll et sonra həkimə gedərsən”.

Jurnalist məsələni işıqlandıracağı bildirdikdə isə, bank əməkdaşı belə cavab verib: "Daha eləmisiniz də, bütün hər yerə yaymısınız. Bundan artıq da etmək istəyirisinizsə, daha öz probleminizdi, edin”.

Sonda onu da qeyd edək ki, bankın "işgüzar” əməkdaşları öz "xeyirxah” əməlləri ilə dəfələrlə "Unibank”ın adının müxtəlif problemlərdə hallanmasına səbəb olub. Yəni, sözügedən bankın əməkdaşları ilə müştəri arasında bu cür hadisələrin yaşanması birinci dəfə deyil. Müştərilər borcu ödəyə bilmədikdə, bankın müxtəlif filiallarında çalışan əməkdaşları tərəfindən ciddi qanunsuzluğa və təzyiqlərə məruz qalırlar. Onlar öz hədə-qorxuları ilə, müxtəlif vasitələrə əl atmaqla müştərilərin borclarını ödətdirmək istəyirlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Masallıda 11 il əvvəl evə qara maska ilə silahlı basqın edən şəxslər tutulub
Bu gün, 11:42
“Xanımların işlə təmin edilməsi” adı altında 57 nəfəri aldatmaqda şübhəli bilinən şəxs saxlanılıb
Bu gün, 11:31
Ukrayna şirkətləri Rusiyaya kömək ediblər
Bu gün, 11:30
“Unibank”ın depozitləri son üç ayda 27 mln. manat azalıb - TƏFƏRRÜAT
Bu gün, 11:27
Astarada SARAYDAXİLİ ÇƏKİŞMƏ... - Qəzənfər Ağayev BACARMADI...
Bu gün, 11:21
Azneft dairəsinə "protiv" girən "Galenwagen" sürücüsü kimdir? - 90-TH-222...
Bu gün, 11:18
Bakıda narkotiklərə qarşı əməliyyatlar keçirib - 20 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Bu gün, 11:14
Paşinyan bu dəfə işə metro ilə getdi və əlil vətəndaşlarla... - "Velosiped havası deyil..."
Bu gün, 11:11
92 minlik dələduzluğa görə həbs edilən şəxsin işi Ali Məhkəmədə
Bu gün, 11:09
"Səsini çıxaranları təhdid edirlər..." - Culfa sakinləri PROBLEM İÇİNDƏ...
Bu gün, 11:06
“Balakhani Operating Company LTD” Sabunçu sakinlərinə qan uddurur - BU NƏDİ BELƏ?..
Bu gün, 11:01
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? - İLGİNC İDDİALAR
Bu gün, 10:59
Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi? - İNCƏLƏMƏ
Bu gün, 10:54
Tehranla dəhliz planları baş tutmadı: Bakının hədəfini açıqladılar - “Respublika Meydanı”
Bu gün, 10:53
Bakının milyon manatlıq torpaqları: Onları kimlər alır? - FOTO
Bu gün, 10:44
Qonşuluqda inqilab söhbətləri: Hökumət də “yox” deyir, müxalifət də - NƏ BAŞ VERİR?
Bu gün, 10:42
"Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər" - deputat
Bu gün, 10:37
"Çimnaz bir çoxları kimi maskalanmamışdı"
Bu gün, 10:35
"Məktəbli övladımı küçə itlərinin əhatəsindən güclə qurtarmışam..." - NARAZILIQ VAR...
Bu gün, 10:29
"Binə məktəblərinə SÜRGÜN YERİ kimi baxılmasına son qoyulsun..." - ETİRAZ VAR...
Bu gün, 10:21
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzinin 90 minlik tenderi LƏĞV OLUNDU
Bu gün, 10:12
ŞİRİNBƏYLİNİN EVİNDƏN 244 MİNLİK QIZIL OĞURLANIB - Sədr müavini vəzifəsində çalışır
Bu gün, 10:08
Ermənistandan mesaj: “Bu ərazilər Azərbaycana qaytarılacaq” - “Hraparak”
Bu gün, 10:05
Rubio bizimlə DİL TAPACAQMI? - YOXSA?..
Bu gün, 10:02
AZAL-ın təyyarəsinin qəzaya düşdüyü yerdən görün nə tapıldı - SAHİBİ AXTARILIR
Bu gün, 09:56
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
Bu gün, 09:42
Tramp digər ölkələrə yardım proqramlarını 90 gün müddətinə dayandırıb - AP
Bu gün, 09:41
İmişlidə qəza şəraiti yaradan 17 yaşlı sürücü HƏBS OLUNDU - İbtidai istintaq davam etdirilir...
Bu gün, 09:33
Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı - TƏFƏRRÜAT
Bu gün, 09:30
Mərkəzi Bank bu il ilk dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
Bu gün, 09:28
Trampın Azərbaycan və dünya siyasəti necə olacaq? - Yeni planlarla qayıtdı
Bu gün, 09:11
Yezidi kürdlərin ağsaqqalı Həsənovun səhhəti kəskin pisləşdi... - Əməliyyat olundu...
Bu gün, 09:09
Tramp bunu dəstəkləyir: Azərbaycanda maraq artacaq - İLGİNC...
Bu gün, 09:07
Bu boyda vurhavuru görmürlər... YOXSA GÖZ YUMURLAR? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:03
Diqqət! Kartından pulu oğurlananlar oxusun... – Banklar bu addıma hazırlaşır
Bu gün, 08:59
Günay Yelmarqızına ağır itki
Bu gün, 08:55
Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO
Bu gün, 08:51
Ziya Məmmədovun SƏDAQƏTLİ ŞƏYİRDLƏRİ... - Ənənəyə sadiqdirlər...
Bu gün, 08:46
Bu halda əmək müqaviləsi məcburi olaraq ləğv edilə bilərmi? - Ekspert danışır...
Bu gün, 08:30
Ayınin min oyunu bir armudun başında... - Təki pul qoparsınlar...
Bu gün, 08:24
Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırıb
Bu gün, 08:14
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
Bu gün, 08:12
Yeni dünya düzəninin konturları... AÇIQLANDI
Bu gün, 08:07
İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı - GƏLİŞMƏ
Bu gün, 07:14
ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? - AKTUAL
Bu gün, 07:10
Tezliklə Putinlə görüşəcəyəm - Tramp
Bu gün, 07:08
ABŞ bundan danışır: - Tramp İncilə toxunmadan and içdi
Bu gün, 06:22
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Bu gün, 06:17
Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06
Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru