İrəvanın “U” dönüşü .....                     "Düşündülər, daşındılar, mənə də göydən ulduz bağışladılar" .....                     Psixoloq “şəfalanma” seansına qatıldı: nələr gördü? .....                     "Niyə bizdə müəllimlik bu hala gəldi?" .....                     Rusiyaya qarşı sanksiyaların ləğvi müzakirə olunur .....                     “Ukraynada Zelenskinin reytinqi 15,9%-ə düşüb” .....                     “Onların tökdüyü timsah göz yaşlarına inanmaq lazım deyil” .....                     Ev bazarında “makler” diqtəsi: Qiyməti onlar bahalaşdırır .....                     Səudiyyə Ərəbistanı ABŞ və İran arasında vasitəçilik edə bilərmi? .....                     Sumqayıtın məktəb direktorları ölkə prezidentinə MÜRACİƏT ETDİLƏR .....                     Zaur Mikayılovun 'islahat paketi' daha bir idarədə gərginlik yaradıb .....                     "Media resurslarının sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır" .....                     Rusiyanın Ermənistandakı səfirinin avtomobili qəzaya uğrayıb .....                     "Niyə bunlar türk dilinin varlığından belə qorxurlar?" .....                     Gürcüstandan sonra bu ölkə ilə quru sərhədlər açılacaq .....                     "Deməli, yaddan çıxmamışam" .....                     ABŞ seçkilərində erməni kartı: “Newsweek”in məqaləsinin arxasında nə durur? .....                     Rusiyanın “iqtisadi gücü” mifi dağılır: hakimiyyət dairələri panikada .....                     "ABŞ ilə razılaşmaya hazırıq" .....                     Uduzmuş liderdən “liderlik” dərsi .....                     Moskva ilə gərginliyə hazır olmalıyıq: Mehdiyev və digərlərinə qarşı istintaq başlamalıdır .....                     İqtisadçıdan həyacan təbili: .....                     Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... .....                     Elmar Məmmədyarov sülh prosesindən danışdı: .....                     “Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir….. .....                     Jurnalist Nurlan Libre saxlanılıb .....                     Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır? .....                     Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub... .....                     Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir .....                     Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək .....                     “Ermənistana yeni Konstitusiya lazımdır” .....                     Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi .....                     Azerinanın kütləvi səfalanma seansları .....                     "BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı .....                     Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir .....                     Naxçıvanda 8 şirkət birləşdi .....                     Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi .....                     İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı .....                     Ermənistanda konstitusiya niyə dəyişdirilir? .....                     Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb .....                 

Bu gün “qazancını” rəqabət mühitində qazanmayanlar “Turan”a rişxənd yağdırır. - TAPDIQ FƏRHADOĞLU YAZIR
Tarix: 19-02-2025, 12:18 | Çap et
Bu gün “qazancını” rəqabət mühitində qazanmayanlar “Turan”a rişxənd yağdırır.
Turan İnformasiya Agentliyi ömrümün 32 ilinin yol yoldaşıdır.

“Turan” Nəcəf Nəcəfov kimi media azadlığı mücahidinin ucalığını başı üzərində bayraq edən azadlıq evidir. “Turan” insan hüquqlarını hər zaman prioritet tutan və odlu-alovlu dövrlərin informasiyalarını tərəfsiz və fərqli baxış bucağından ictimaiyyətə çatdıran jurnalistlərin evidir.

“Turan” informasiyaları ilə neçə-neçə insanı ölümün və təhlükələrin pəncəsindən xilas edən təhlükəsizlik dayağıdır.

Rəhmətlik Prezident Heydər Əliyev informasiyalarının doğruluğu dəfələrlə təsdiq edildikdən sonra dövlət qurumlarının “Turan”a abunə yazılmasına göstəriş vermişdi.

Bu hadisəni yəqin ki, xatirində saxlayanlar indi də yaşayır. Prezident Əliyevin xarici səfərlərinin biri barədə müzakirələr zamanı o “Turan”ın informasiyasına istinad edərək deyib ki, necə olur ki, xarici ölkədə mənə qarşı hazırlanan aksiyalar barədə “Turan” bilir, amma Siz bilmirsiniz?

Daha maraqlı bir misal, bir dəfə ATƏT-in Minsk Qrupunun həmsədrləri Xankəndində qondarma prezident seçkilərindən sonra “seçilən prezident”in sağlığına badə də qaldırmışdı. Bu məlumatı yalnız “Turan” yaza bilərdi. Prezident Administrasiyasının şöbə müdirlərindən biri mənə zəng edib məlumatın doğru olub-olmadığını öyrəndi.

Bəli həqiqət idi. Mən ATƏT-in Minsk Qrupunun həmsədləri ilə görüşündə Heydər Əliyevin buna toxunacağını səbirsizliklə gözləyirdim. Amma Prezident Əliyev danışıqlarda buna toxunmurdu. Danışıqlar başa çatıb həmsədlər ayağa qalxanda Əliyev əlini havaya qaldırdı və dayanın dedi. Yadımda qalan rişxəndlə dediyi sözlərini xatırladıram: “O nədir? Qarabağda o “prezidentdir”, nədir, onun sağlığına badə qaldırıbsınız. Azərbaycan xalqı sizin bu hərəkətinizə qəti etiraz edir”.

Və yaxud, rəhmətlik Prezident Əbülfəz Elçibəy “Turan” agentliyini çox istəyirdi və onun çoxsaylı müsahibələri “Turan”ın arxivində saxlanılır. Prezident Elçibəy 1994-cü il qiyamı zamanı Qazaxda və Ağstafada Xalq Cəbhəsinin rəhbərliyinə hakimiyyət uğrunda yox, qiyama qarşı mübarizə aparmalarını “Turan” vasitəsi ilə onların diqqətinə çatdırmışdı.

“Turan”ın müxbirləri ölkənin ağır günlərində dəfələrlə Kələki kəndində Əbülfəz bəylə görüşüb müsahiblərini yayıb.

Prezident Heydər Əliyev də Naxçıvanda olanda, o ağır günlərdə “Turan”ın müxbirləri onun görüşünə qatılıb. “Turan” ona istinadən məlumatları ictimaiyyətin diqqətinə çatdırıb.

Müharibənin ağır illərində “Turan”ın informasiyalarına əsaslanaraq dövlət rəhbərləri ölkəni bəlalardan xilas edən qərarlar da qəbul edib.

Prezident Heydər Əliyev 1995-ci il iyulun 2-də Buxarestdən səfərdən qayıdarkən təyyarəsinin vurulacağı barədə “Turan”ın xəbəri əsasında qabaqlayıcı tədbirlər görülüb. O zaman prezidentin təyyarəsi Bakı Hava limanına deyil, Qala hərbi hava limanına enmişdi.

Heç bir medianın risk edib yaxınlaşa bilmədiyi liderlər cəmiyyətlə ünsiyyətini “Turan” vasitəsi ilə qurub. Hökumət qurumları problemlərini qarşılamayan minlərlə insan da dərdini cəmiyyətə “Turan”dan çatdırıb.

“Turan”çılar həm də öz qazanclarından heç kimin bilmədiyi yeddi Xocalı ailəsinin illər boyu dərdinə şərik olub. Amma bir dəfə bunu dilinə gətirməyib.

Dünyada bütün dövlətlər, liderlər, fərdlər qərarlarını malik olduqları informasiyaları təhlil edərək qəbul edir. Bir sözlə dünyanı informasiyalar idarə edir. Azərbaycanda isə məsuliyyətli və doğru xəbər mənbəyi olaraq dünyanı inandıra bilən “Turan” agentliyi maliyyə çatışmamazlığından fəaliyyətini dayandırır. Görəsən bundan sonra Azərbaycan barədə qərar qəbul edənlərin baxışını hansı açıq informasiya mənbələri formalaşdıracaq?

Yadıma bir tarixi görüş də düşdü. Prezident Heydər Əliyevin media kapitanları ilə görüşündə hamı maliyyə çətinliyindən, hökumətin mediaya maliyyə yardımı etməsindən danışdı. Təkcə “Turan”ın direktoru Mehman Əliyev azad iqtisadiyyatdan, mediaya rəqabət mühitində vəsait qazanmasına imkan verilməsinin əsas prioritet olduğunu dedi. Bu gün “qazancını” rəqabət mühitində qazanmayanlar “Turan”a rişxənd yağdırır.

Bir tarixi sözü də yada salıram. Xatırlayanlar olar, bu ifadəni rəhmətlik Xudu Məmmədov tez-tez deyərdi. “Sürünənlər yıxılmır. Bu “alaq otları” istənilən “böyük kölgənin” ayağının altında göyərə bilir”. Bunu da ölkədəki qısa tarixə nəzər salıb qiymətləndirmək lazımdır.

Bir sözlə Turan agentliyi “Stalinin cəbhə bülleteni”, yəni “Urra!”, “Hücum!”, “Bizdən böyük yoxdur!” şüarı ilə yaşayan təbliğat maşını olmadı.

Tapdıq Fərhadoğlu - gununsesi.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanın “U” dönüşü - İNCƏLƏMƏ
Bu gün, 08:11
"Düşündülər, daşındılar, mənə də göydən ulduz bağışladılar" - FOTO
Bu gün, 07:16
Psixoloq “şəfalanma” seansına qatıldı: nələr gördü? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:12
"Niyə bizdə müəllimlik bu hala gəldi?" - AXI NİYƏ?..
Bu gün, 06:19
Rusiyaya qarşı sanksiyaların ləğvi müzakirə olunur - Ağ Ev
Bu gün, 06:12
“Ukraynada Zelenskinin reytinqi 15,9%-ə düşüb” – “Socis”
Bu gün, 06:09
“Onların tökdüyü timsah göz yaşlarına inanmaq lazım deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:05
Ev bazarında “makler” diqtəsi: Qiyməti onlar bahalaşdırır - NƏ ETMƏLİ?
Bu gün, 05:45
Səudiyyə Ərəbistanı ABŞ və İran arasında vasitəçilik edə bilərmi? - AKTUAL
Bu gün, 05:41
Sumqayıtın məktəb direktorları ölkə prezidentinə MÜRACİƏT ETDİLƏR - MAAŞLARIMIZ KƏSİLİB
Bu gün, 05:38
Zaur Mikayılovun 'islahat paketi' daha bir idarədə gərginlik yaradıb - "Şikayət edirik, bizə hədə-qorxu gəlirlər ki..."
Bu gün, 00:38
"Media resurslarının sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 00:30
Rusiyanın Ermənistandakı səfirinin avtomobili qəzaya uğrayıb
Bu gün, 00:25
"Niyə bunlar türk dilinin varlığından belə qorxurlar?" - ETİRAZ
Bu gün, 00:23
Gürcüstandan sonra bu ölkə ilə quru sərhədlər açılacaq - GƏLİŞMƏ
Bu gün, 00:15
"Deməli, yaddan çıxmamışam"
Bu gün, 00:11
ABŞ seçkilərində erməni kartı: “Newsweek”in məqaləsinin arxasında nə durur? - Erməni lobbisi açıq şəkildə hücuma keçib...
Bu gün, 00:07
Rusiyanın “iqtisadi gücü” mifi dağılır: hakimiyyət dairələri panikada - NƏ BAŞ VERİR?
Bu gün, 00:04
"ABŞ ilə razılaşmaya hazırıq" - Zelenski
Dünən, 23:26
Uduzmuş liderdən “liderlik” dərsi
Dünən, 23:24
Moskva ilə gərginliyə hazır olmalıyıq: Mehdiyev və digərlərinə qarşı istintaq başlamalıdır - VİDEO
Dünən, 23:22
İqtisadçıdan həyacan təbili: - Qoz-fındıq məhsullarında qıtlaşma baş verir
Dünən, 19:02
Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... - Putin “nüvə çemodanını” saxladığı yeri dərhal unudacaq
Dünən, 19:00
Elmar Məmmədyarov sülh prosesindən danışdı: - Mən Nostradamus deyiləm...
Dünən, 18:58
“Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir….. - TƏFƏRRÜAT
Dünən, 18:03
Jurnalist Nurlan Libre saxlanılıb - MƏHKƏMƏ OLACAQ
Dünən, 18:01
Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır?
Dünən, 18:00
Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub... - İLGİNC...
Dünən, 17:55
Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir - Paris narahatdır
Dünən, 17:54
Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək - QƏRAR
Dünən, 17:50
“Ermənistana yeni Konstitusiya lazımdır” - Qalyan
Dünən, 17:45
Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi – Kiyevə ağrılı xəbər
Dünən, 17:40
Azerinanın kütləvi səfalanma seansları – “Tibbdə belə müalicə üsulu yoxdur”
Dünən, 17:34
"BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı - AÇIQLANDI
Dünən, 17:32
Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir - BİZ NEÇƏYƏ ALIRIQ, BƏS?..
Dünən, 17:30
Naxçıvanda 8 şirkət birləşdi - ADLAR
Dünən, 17:28
Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi - AZƏRBAYCANDA ŞOK!!!
Dünən, 17:23
İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı
Dünən, 17:22
Ermənistanda konstitusiya niyə dəyişdirilir? - GƏLİŞMƏ
Dünən, 17:18
Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb - SENSASİON ARAŞDIRMA
Dünən, 17:17
İrəvan NƏ ETSİN? - AKTUAL
Dünən, 17:15
Lisenziyasının ləğvi ilə bağlı qərar verilən klinika hələ də fəaliyyətdədir - FOTO
Dünən, 17:10
XİN başçısı Ermənistanı beynəlxalq hüquqa laqeydlikdə ittiham edib - DETALLAR
Dünən, 17:07
Bir gecədə 8 maşını və 6 evi yardılar - Mütəşəkkil dəstə ƏLƏ KEÇDİ
Dünən, 17:02
Qeyri-sabit hava 4 gün davam edəcək - XƏBƏRDARLIQ
Dünən, 16:58
Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:24
Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı
Dünən, 16:22
Naxçıvanda 8 şirkət birləşir
Dünən, 16:18
Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb - FƏRMAN
Dünən, 16:16
Aİ liderləri Ukraynaya səfər edəcək
Dünən, 16:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru