
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
"DİA-AZ" xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Xəbərdarlığa əsasən, fevralın 20-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi fevralın 22-si səhər saatlarına kimi davam edəcək.
Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, fevralın 21-də açıq dənizdə isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyü: 2-3 metr, sonrakı inkişafda 5-7 metrə çatacağı proqnozlaşdırılır.
"DİA-AZ" xatırladır ki, neçə gündür Neftçilərin Hüquqlarının Müdafiəsi Təşilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı dənizdə çalışan neft işçilərinin növbə dəyişməməsinin rəhbərlik tərəfindən problemə çevrildiyi ilə bağlı həyəcan təbili çalır, ayrı-ayrı çalışanların haray səsini ictimailəşdirir.
İndi aydın olanı odur ki, iş növbəsi dəyişimi gözləyən neftçilər yenə də qalası oldular... Havalar düzələnə...