"Şuşadakı festivalda yada düşmədimsə, deməli, heç nə dəyişməyib" - Daha bir ETİRAZ
Tarix: 21-05-2021, 09:29 | Çap et
Murad Rzayev – bu ad musiqisevərlərə çox yaxşı tanışdır. Təxminən, 50 il bundan öncə yaratdığı “Qarabağ bülbülləri” ansamblı Azərbaycan mədəniyyətinə neçə-neçə istedadlı incəsənət xadimləri bəxş edib. İndiyədək dövlət səviyyəsində heç bir fəxri ada layiq görülməsə də, onun yaratdığı əsərlər bu gün də sevə-sevə dinlənilir. Qeyd edək ki, bu yaxınlarda Şuşada keçirilən “Xarıbülbül” festivalının açılışı zamanı səsləndirilən ilk ifa da məhz Murad müəllimin improvizəsidir. O, Azərbaycanın musiqi tarixində ilk dəfə "Bayatı-Şiraz" muğamını improvizə edərək tarixə düşüb. “Həftə içi” qəzetinin əməkdaşı əfsanəvi “Qarabağ bülbülləri” ansamblının bədii rəhbəri Murad Rzayevlə söhbətləşib.
- Murad müəllim, təxminən, 30 ildən sonra “Bayatı-Şiraz” azad Qarabağda səsləndirildi. “Xarıbülbül” festivalının məhz sizin əsərinizlə açılışını izləyəndə hansı hissləri keçirdiniz?
- Sizə deyim ki, duyğularım qarma-qarışıq oldu. Çox şükür ki, torpaqlarımız azadlığına qovuşdu və Allah bizə möhlət verdi ki, ölmədən Qarabağın azadlığını görək. Allah bu yolda canından keçən oğullarımıza rəhmət eləsin, qazilərimizə şəfa versin, Prezidentimizin canını sağ eləsin. Şükür bu günümüzə. Çox istəyərdim ki, mən də həmin festivalda iştirak edim. Mahnım ilə açılış olur, amma məni yada salmırlar. Həmişə dövlət tədbirlərində iştirak edirdik. Son illər bizi yada salmırlar. Nə dəyişib ki? Həmin adamam da.
Buna görə çox incimişəm. Düzdür, biz az səhhətimdə problemlər var. Dəvət etsəydilər, yenə də gedərdim. Gedib canlı izləyərdim. Bəlkə o zaman bütün ağrılarımı da unudardım. Mən 50 ilə yaxındır ki, bu dövlətə xidmət edirəm. Özü də heç bir təmənna güdmədən. Çəkdiyim əziyyəti heç kim çəkməyib. Nə zülmlə kollektiv toplamışam. O vaxt uşaqları yığmaq üçün kəndbəkənd, qapı-qapı gəzirdim. Bilirsiniz, necə çətinliklərlə üz-üzə qalırdım? Ömrümün 50 ilini sənətə qurban vermişəm. Uşaq yaşlarımdan teatrda aktyorluq eləmişəm. Bu vaxta qədər üç iş yeri dəyişmişəm – mədəniyyət evində fəhlə, bədii rəhbər və müdir. 21 yaşımdan müdir işləyirəm. 15 respublikanın əməkdar müəllimiyəm. Bundan böyük ad var? Əməkdar, xalq artisti adları mənə aid deyil, onu tələbələrim alır. Həm də elə adamlara xalq artisti adı veriblər ki, onların cərgəsinə qoşulmaq istəmərəm. Fəxri adım "əməkdar incəsənət xadimi” olmalıdır. Mən müəlliməm, bəstəkaram. Mədəniyyətimizə, musiqi xəzinəmizə neçə-neçə bülbülsəsli sənətçilər bəxş etmişəm. Tələbələrim “əməkdar”, “xalq artist”ləridir, sağlıqlarına qismət, yaxşı ev-eşikləri var, amma mənə dövlət tərəfindən heç bir fəxri ad verilməyib. Hazırda da öz vəsaitim hesabına kirayə qalıram. Heç kimə də ağız açmaq fikrim yoxdur. Əfülfəz Qarayev nazir olanda bir neçə dəfə vəziyyətimlə bağlı müraciət etdim. Onlar da hər dəfə mənə məktub göndərirdilər ki, sizi diqqətimizdə saxlayacağıq. Qeyd edirdilər ki, gördüyünüz işlər təqdirəlayiqdir. Bir dəfə də nazir müavinlərindən biri bura zəng etdi. Dedi “İstəyirəm ora gəlim, “Qarabağ bülbülləri” və sizinlə tanış olum, görüm kimsiniz”. Dedim, əgər nazir müavini Murad Rzayevi və “Qarabağ bülbülləri”ni tanımırsa, heç mən onunla danışmaq istəmirəm. Bununla da hər şey bitdi. Əbülfəz Qarayev beləcə məni aldatdı.
- Təzə nazirlə necə, görüşmək fikriniz varmı?
- Heç kimə müraciət etmək fikrim yoxdur. Qoy onlar maraqlansınlar mənimlə. Təzə gələn cavandır, ümid edirdim ki, yaxşı işləyəcək. Şuşadakı festivalda yada düşmədimsə, deməli, heç nə dəyişməyib.
Tacirə heç bir zəhmətimi halal etmirəm
- Murad müəllim, bir qədər geriyə qayıdaq – “Bayatı-Şiraz" muğamını improvizə etdiyiniz dövrə. Bu əsərin yaranma tarixçəsi necə olub?
- Bu əsər, təxminən, 1976-1977-ci illərdə yaranıb. O vaxt Bakıya Respublika Sarayına tədbirə gəlirdik, orada “Bayatı-Şiraz” oxumalı idik. Mən yolboyu düşünürdüm, neyləyim ki, tamaşaçıları öz ifamızla daha da təəccübləndirək? Hind musiqisini də mən çox sevirəm. O, “Bayatı-Şiraz”la bir az uyğun gəlir. İmprovizəmə həmin hind musiqisinin elemetlərini də qatdım. Avtobusda dodağımın altında bu bəstəni zümzümə etdim. Tacir eşidib dedi ki, olar mən oxuyum? Heç ona vermək fikrim yox idi. Onu başqa adama vermişdim, amma bacarmadı. Tacirə öyrətdim, oxudu, gördüm onda yaxşı alınır. Bir neçə il bundan əvvəl möhkəm xəstələnmişdim, Tacir elə bildi ki, mən öləcəyəm. Çıxıb hər yerdə danışırdı ki, mahnı ona məxsusdur. Jurnalistlər sual verəndə dedim ki, heç o yaşda uşaq dədəsini-nənəsini tanımır. Axı, 7 yaşında uşaq "Bayatı-Şiraz”ı haradan bilirdi ki, ona da aid olsun? Ondan soruşmaq lazımdır ki, 10 yaşında Bethoveni tanıyırdın? Yalan deyirsə, and ona qənim olsun. Ona heç bir zəhmətimi halal etmirəm. İndi də danışdırmıram, zəhmətimi itirən adamla mənim işim olmaz.
Mən qalmışam arxada, başqaları keçib önə
- Çoxları bu düşüncədədir ki, “Bayatı-Şiraz” illərlə Qarabağ nisgilini, Vətənə olan müqəddəs hisslərimizi ifadə etdi. 30 ilə yaxın müddətdə bizi Qarabağdan, Qarabağı da bizdən ayırmayan, ayrılmağa qoymayan məhz sizin improvizə etdiyiniz “Bayatı-Şiraz” oldu. Bu barədə siz nə düşünürsünüz?
- Aqil Abbasın yaxşı bir sözü var. O deyir ki, “Bayatı-Şiraz” Azərbaycan musiqisinin, incəsənətinin himnidir. Öz əsərim barədə danışsam, bir az pis çıxar. Danmaq olmaz ki, doğrudan da bu əsər bizə Qarabağı unutmağa qoymadı. Rəhmətlik Musa Yaqub deyərdi ki, mən Murad Rzayevin “Bayatı-Şiraz”ını dinlədikdən sonra hər yerdə xarıbülbül görürdüm. Sanki xarıbülbül onun ayağı ilə İsmayıllıya gəlmişdi. Bu sözdə çox dərin məna var. Bu improvizə həqiqətən də Qarabağ nisgilini unutmağa imkan vermədi. Qarabağa həsr olunan bütün film və verilişlərdə də istifadə olundu. Mədəniyyət Nazirliyi məni yada salmır. Maraqlanmır ki, bu əsəri yaradan adam haradadır. Vaxtilə mərhum Heydər Əliyev bizə çox böyük qiymət verirdi, diqqət göstərirdi. Hər konsertdən sonra səhnə arxasına keçərək əlini çiynimə qoyurdu. “Qarabağlı, hər şey yaxşıdırmı?”- deyə soruşurdu. İndi nə dəyişib? Həmin adamam da.
Azərbaycanın xalq artisti olmasam da, SSRİ-nin maarif əlaçısıyam, əməkdar maarif xadimiyəm. Az adamın bu titulu var. Müəllimlik hara, artistlik hara? Mənim "Bayatı-Şiraz” muğamı üzərində etdiyim improvizə ilə beynəlxalq muğam müsabiqəsi açılır. Muğam tarixində ikinci improvizə yoxdur. Bir dənədir, onu da mən eləmişəm. Vaxtilə başqa ölkələrdə milli musiqimizi təbliğ edəndə indiki məşhur sənətkarlar heç yox idi. Moskvanın Böyük Teatrında, Kremldəki Qurultaylar Sarayında konsertlərimizə bütün ölkə baxırdı. Mən qalmışam arxada, başqaları keçib önə. Eləcə də tələbələrim, hətta tələbələrimin tələbələri də öndədir.
“Qarabağ bülbülləri”nin 50 illik yubileyinə hazırlaşırıq
- Hazırda nə işlə məşğulsunuz? İşləriniz necə gedir?
- Bu koronavirusla bağlı bir az fəaliyyətimizdə fasilələr oldu, amma yenə də yazıb-yaradırıq. Hazırda “Qarabağ bülbülləri”nin 50 illik yubileyinə hazırlaşırıq. Bütün proqram hazırlanıb. Biz mayın axırında yubiley tədbiri keçirmək istəyirdik, amma xəstəliklə bağlı qaldı. Əgər iyunda konsert zalları açılarsa, Heydər Əliyev sarayında yubiley konserti keçirməyi planlaşdırırıq.
- Bəlkə elə yubiley ərəfəsində dövlət tərəfindən mükafatlandırıldınız...
- Daldan atılan daş topuğa dəyər. Addan vacib mənə ev şəraiti yaratsınlar, Prezident təqaüdü versinlər ki, Azərbaycan musiqisini dünya səviyyəsində təbliğ etmişəm. Həm də elə adamlara xalq artisti adı veriblər ki, onların cərgəsinə qoşulmaq istəmərəm. Lazım deyil. Hərənin öz adı özünə bəsdi. Öz adım və xalqın hörməti mənim fəxri adımdır. Ən böyük adı mənə Xəlil Rza Ulutürk verib – “Murad Rzayevin yaratdığı “Qarabağ bülbülləri” ansamblı Azərbaycan xalqının mənəvi sərvətidir”. Bundan böyük qiymət?!
- Murad müəllim, artıq doğulduğunuz Ağdam azadlığına qovuşub. İşgaldan azad olunandan sonra Ağdama getmisinizmi?
- Hələ ki, getməmişəm, amma ən böyük arzumdur ki, gedib baş çəkəm. Arif Babayev gedəndə mən də gedəcəkdim, lakin xəstələndim, gedə bilmədim. İndi iki konsert proqramı hazırlayırıq. Qismət olsa bir proqram Ağdamda xidmət edən əsgərlərimiz, digər proqram isə Şuşada xidmətdə olan əsgərlərimizin üçün nəzərdə tutulub. İnsAllah, belə bir səfər proqramı planlaşdırmışıq. Çox istəyirik ki, Vətənə xidmət edən balalarımıza bizim də musiqi payımız olsun.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ bundan danışır: - Tramp İncilə toxunmadan and içdi
Bu gün, 06:22 |
|
|
|
• Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Bu gün, 06:17 |
|
|
|
• Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06 |
|
|
|
• Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04 |
|
|
|
• Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:54 |
|
|
|
• “Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” - keçmiş nazir
Bu gün, 05:50 |
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Dünən, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Dünən, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Dünən, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Dünən, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Dünən, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Dünən, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Dünən, 11:34 |
|
|
|
|