Ayağa qalxdı və yoluna davam etdi: - "Avroviziya"-nın finalındakı Manija...
Tarix: 20-05-2021, 09:20 | Çap et
Əgər siz mayın 18-də televizorunuzu "Birinci kanal"a çevirmişdinizsə və orada dikdabanlı kişi, başına hörüklü kokoşnik taxmış afroamerikalı qadın, sinəsinə disko şarı yerləşdirmiş adamı gördünüzsə, narahat olmağa dəyməz. Bu nə "TikTok"dakı qəribə video-çarxların toplusudur, nə də Filip Kirkorovun ad günündən reportaj. Məsələ burasındadır ki, Hollandiyanın Rotterdam şəhərində bənzərsiz "Avroviziya-2021" müsabiqəsi start götürüb.
Bu iki illik əzablı gözləmə dövründə milyonlarla insan "Little Big"-in "Uno" klipindəki "Puxlyaş"ı sevməyə, daha sonra isə rus qadını haqqında mahnı üstündə didişməyə imkan tapdı. Nəhayət, gözlənilən gün gəlib çatdı və "Rotterdam Ahoy" arenası qarşıdakı bir həftə üçün nəinki yalnız Avropanın, hətta bütün dünyanın musiqi mərkəzinə çevrildi.
Beləliklə, "Avroviziya" başladı!
Hər zaman olduğu kimi müsabiqənin səhnə tərtibatı göz oxşayırdı: hər tərəfdə nəhəng ekranlar quraşdırılıb, ətrafda hər şey parıldayır, bərq vurur, lazer şüaları titrəyir, lüks 3D proyeksiyalar insanı valeh edir. Müsabiqə iştirakçılarının təqdimatı üçün hazırlanmış video parçalar isə ayrıca sənət əsəri idi.
Hətta "Avroviziya"-nın aparıcılarından biri Nikkie de Jager özü də nəhəng xüsusi effekti və əsl nağıl qəhrəmanını xatırladırdı. Ona "Taxt-tac oyunları"nın Brienna Tartı belə həsəd apara bilərdi.
Müsabiqə iştirakçıları özləri də "Avroviziya-2021"-in təşkilatçılarından və aparıclarından heç də geri qalmırdılar.
Şimali Makedoniya təmsilçisi Vasil çıxışının ən qızğın yerində pencəyinin yaxasını açıb sinəsindəki disko kürəsi ilə bütün Rotterdam arenasını və ona bitişik məhəllələri işıqlandırdı.
İrlandiya təmsilçisi Lesley Roy (hətta onun çıxışı səhnə dekorasiyalarının quraşdırılması ilə bağlı problem ucbatından bir qədər yubanmışdı) üç dəqiqə davam edən bütün çıxışı müddətində kartondan düzəldilmiş meşədə, kağız küçələrdə qaçdı. Yolüstü gah Düblinin kollektorlarına baş çəkdi, gah da Rotterdamın tüstü bacalarına.
Ancaq təəssüf ki, nə Vasil, nə də Lesley Roy effektli çıxışlarına, gözəl mahnılarına baxmayaraq müsabiqənin finalına çıxa bilmədilər.
"Avroviziya"-nın birinci yarımfinal axşamı rusiyalı melomanlar üçün qətiyyən cansıxıcı keçmədi – müsabiqədə Rusiyanı "Rus qadını" mahnısı ilə təmsil edən müğənni Manija üçüncü çıxış etdi. Bu isə o deməkdir ki, teleyayımın ilk dəqiqələrindən etibarən bizim tamaşaçılarımız konserti həyəcanla izləməyə başladılar.
Manija da xüsusi effektlərsiz keçinmədi: səhnəyə çaynik üçün qızdırıcı örtük formasında, hərəkət mexanizmi və qapı ilə təmin edilmiş nəhəng kuklanın içində çıxan müğənni nömrəsinin birinci yarısında örtüyün içindən səhnəyə atıldı.
Ümumilikdə Manijanın ifası paradoksal təsir bağışladı: bu çıxışda hər şey vardı – folklor effektləri, tolerant sosial şəbəkə mesajı, rep, xor və rəqslər – bir sözlə, musiqi eklektizmi və feminist manifestlərin üsyanı.
Manija heç şübhəsiz ki, utancaq gənc xanımlardan deyil və həqiqətən də güclü xarakterli qadındır – həyəcanlı canlı yayım şəraitində və çox milyonlu tamaşaçı kütləsi qarşısında bunu nümayiş etdirməyi bacardı. Nə səsi titrədi, də dizləri əsdi: öz mahnısında oxuduğu kimi "Ayağa qalxdı və yoluna davam elədi!"
Avropanın da xoşuna gəldi, öz ölkəsində yarımfinalda uğursuz çıxış edəcəyi proqnozlaşdırılan Manija, qətiyyətlə "Avroviziya"nın finalına çıxdı.
Mələklər və şeytanlar
Və əlbəttə ki, "Avroviziya" qalmaqalsız ötüşmədi. Müsabiqə öz üslubuna uyğun başladı: ilk çıxış edənlər Latviyanın dikdabanlı kişi solistləri oldular. Və elə o dəqiqə aydın oldu ki, əsəbləri zəif olan qeyri-tolerant tamaşaçılar bir müddət ekran qarşısından çəkilsələr, yaxşıdır.
Bir qədər sonra səhnəyə çıxan İsveç müğənnisi də, çox güman ki, zahiri görünüşü ilə əyalətlərdə yaşayan yaşlı insanların əsəblərini yerindən oynatdı.
Ancaq maraqlıdır ki, bu dəfə "Avroviziya"nın birinci yarımfinalının əsas mövzusu az qala dini və mifik xarakter daşıyan işıqla qaranlığın, xeyirlə şərin, qəddar cadugərlərlə gözəl şahzadə qızların mübarizəsi idi. Sloveniya və Kipr təmsilçiləri bu mövzuya müracitə etmişdilər.
Bununla belə, mələk qar qız da, təəssüf ki, Sloveniyanın "Alliluya"sının finala keçməsinə kömək etmədi və kiprli iblisanə gözəllikdəki bu qız Avroviziya üçün məntiqli olan zülmətin nur üzərində qələbəsinə sevindi.
Mələk və şeytanların bu amansız mübarizəsində azərbaycanlı müğənninin Mata Xara adlı kurtizan qadın haqqında mahnısı ilə, eləcə də, cadugər Malefisentaya bənzəyən, sanki doğma bataqlıqlara baş vurub suyun altı ilə min kilometrlərlə üzərək Rotterdamdakı mahnı müsabiqəsində yosunlanmış, mamırlanmış qiyafədə üzə çıxan Ukrayna təmsilçisi də göründü.
Yeri gəlmişkən, həm Azərbaycan, həm də Ukrayna təmsilçisi finala vəsiqə alaraq Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç və Belçika təmsilçilərinə rəqib oldular.
Ümumilikdə Avroviziyanın yarımfinal mərhələsi keyfiyyətli, potensiallı mahnılar və parlaq, effektli səhnələrlə xoş təəssürat yaratdı.
Hazırda polulyar olan "Arıqlar, çəkilin – bu gün dünyaya şişmanlar ağalıq edir!" bodipozitiv şüar seqmentində çıxış edən Malta təmsilçisini xüsusilə qeyd etmək lazımdır. Xarizmatik və özünə inamlı Rusiya təmsilçisi Manija, Norveçin göz vuran qlamur mələyi, milyonlarla səs haqqında oxuyan İsveç müğənnisi və şən, müsabiqədə ən yüksək notları götürə biləcəyinə iddialı olan qara dərili İsrail təmsilçisi də yadda qaldı.
Müsabiqədə qalibiyyət üçün kimin dualarının, ovsunlarının, şüarlarının daha keçərli və daha inandırıcı, cazibədar olacağı isə artıq tezliklə - mayın 22-də baş tutacaq Avroviziya finalında məlum olacaq.
//Sputnik, Aleksey Smirnov.//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Bu gün, 06:17 |
|
|
|
• Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06 |
|
|
|
• Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04 |
|
|
|
• Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:54 |
|
|
|
• “Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” - keçmiş nazir
Bu gün, 05:50 |
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Dünən, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Dünən, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Dünən, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Dünən, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Dünən, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Dünən, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Dünən, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Dünən, 11:19 |
|
|
|
|