MİDA sakinləri etiraza qalxdı .....                     "AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" .....                     Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı .....                     Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib .....                     Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb .....                     Azərbaycan belə tələb irəli sürüb, ancaq... .....                     Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib .....                     Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... .....                     "Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." .....                     Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb .....                     Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb .....                     Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb .....                     Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ .....                     Zurabişvili ermənilərə “dayı” deməyə başladı .....                     Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir .....                     Qubada əsas söz sahibi kimdir? .....                     İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib .....                     Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib .....                     15 ildir ŞƏHİDLİK HAQQI tanınmır... .....                     Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur? .....                     Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... .....                     Vüqar Əhmədov idarə rəisi təyin etdi .....                     Moskvada Zəngəzur planı ifşa edildi .....                     Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir... .....                     “Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     “Buta” klinikasının gözdən-könüldən uzaq işləri .....                     "Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" .....                     İşçilər bunları bilməlidir... .....                     ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək .....                     Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib .....                     İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər .....                     Neftçilər qəpik-quruş dərdində... bu isə... .....                     “AzeBirja“da vətəndaşların milyonları itirildi .....                     "Təmir adı ilə sui-istifadə olundu” .....                     Tramp mütləq İrana zərbə endirəcək .....                     Ermənistanın taleyini o müharibə həll edəcək .....                     Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib .....                     Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür .....                     "Biz insanlar qəribəyik..." .....                     Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? .....                 

"Onları efirdən çıxarmaqla çox şey itirdilər, tamaşaçı uduzdu..."
Tarix: 15-03-2021, 08:36 | Çap et
"Onları efirdən çıxarmaqla çox şey itirdilər, tamaşaçı uduzdu..."
Xalq artisti, tanınmış diktor Şərqiyyə Hüseynova Moderator.az-ın suallarını cavablandırıb.

- Salam, Şərqiyyə xanım. Necəsiz?

- Çox sağ olun, yaxşı olasız.

- Pandemiya günlərini necə keçirirsiz?

- Çox sağ olun, hər şey yaxşıdır. İşə də gedib-gəlirəm. Hələ ki, xəstəlik məndən yan keçib. Çünki maska taxıram, əlcəkdən istifadə edirəm.

- Hal-hazırda harada işləyirsiz?

- Cbc kanalında rus bölməsində jurnalistlərə dərs deyirəm. Uşaqlar gəlib maraqla məşğul olurlar və özünüz də görürsünüz ki, o kanalda keyfiyyət nə dərəcədədir.

- Səhv etmirəmsə, əvvəllər ATV kanalında da aparıcılara dərs deyirdiniz?

- Mən adətən dövlət televiziyasında işləmişəm. 2004-cü ildə ANS telekanalı dəvət etdi məni, daha sonra isə Atv. Atv kanalının xəbərlər redaksiyasında jurnalistlərin danışığı üzərində işləyirdim. Amma Cbc kanalını və bu kanalın rəhbərliyini çox bəyənirəm, səviyyəli insanlardır.

- Həqiqətən də gənclərə çox dəstək olursuz. Bu sizə stimul verirmi?

- Öz peşəmi onlara öyrədirəmsə, onların da mənə ehtiyacları varsa, bu əlbəttə ki, mənə stimul verir. Bu yaşda mənim ürəyim getmir ki, efirdə olum. Baxmayaraq ki, müxtəlif kanallar dəvət edir, amma biz istəmirik. İndiki statusum məni qane edir. Çox savadlı uşaqlar işləyir kanallarda. Hər zaman olduğu kimi yaxşıları da, zəifləri də var. Bizim peşəmiz də odur ki, onlarla məşğul olaq. Çox təəssüf edirəm ki, bəzi kanallar bizim potensialdan istifadə etmirlər. Telekanallarda çoxlu pullar xərclənir, bəzən səviyyəsiz verilişlər, filmlər çəkilir, amma əlləri gəlmir ki, 400-500 manat bədii rəhbərə versinlər ki, uşaqlarla məşğul olsun. Evdə olduğum müddətdə televiziyaları izləyirəm və baxıb görürəm ki, peşəkar diktordan dərs alan jurnalistlərin fəaliyyəti seçilir. Bir də ki, təvazökarlıqdan uzaq olmasın, mən Atv də işlədiyim dövrdə orda çalışan aparıcılarımızın bir çoxu hal-hazırda müxtəlif nazirliklərdə və qurumlarda mətbuat katibi işləyirlər.

- AzTV-yə yeni rəhbər təyin olunanda sizi və digər diktorları dəvət etmişdi, amma nədənsə sizləri efirdə görmədik.

- Bəli, rəhbərlik dəyişəndən sonra bizdən istifadə etmək istədilər. Mən AzTV-nin rəhbəri Rövşən Məmmədovdan çox razıyam. O çox istədi ki, mən, Roza xanım, Tamilla xanım, Ofeliya xanım orada veriliş aparaq. Sözün düzü, biz özümüz imtina etdik. Rövşən müəllim bizi özü başa düşdü. Bu bizim üçün indi ağır işdir. Biz efirdən bir balaca doymuşuq, ona görə can atmırıq. Hal-hazırda elə bir yaş dövrünü yaşayırıq ki, bizim həmkarlarımızın bir çoxu yoxdur. Amma bayram verilişlərində, hansısa tədbirlərdə, televiziyanın ad günündə qonaq kimi iştirak edirik. Diktorlarımızın bir çoxu dünyasını dəyişib, onların yoxluğu ilə həqiqətən də barışmaq asan deyil. Son günlər mən yaman narahatam Həmid Herişçi və İlhamiyyə Rzadan. Mən onları efirdə görə bilmirəm, telefon əlaqəsi də yarada bilmirəm. Onları efirdən çıxarmaqla çox şey itirdilər, tamaşaçı uduzdu.

- Səhv etmirəmsə onlar Xəzər Səhər verilişini aparırlar.

- Aparırdılar, amma indi aparmırlar.

- Hansı illərin xiffətini çəkirsiz?

- İnsan indiki məqamla yaşamalıdır. Oturub əgər o illəri düşünsəm bütün günü ağlaya-ağlaya yaşayacam. Bu insana çox pis təsir edir. Bəzi diktorlarla dostluq edirəm, oturub o illəri yad edirik, bu hələ ki, bizə kifayət edir.

- Sizin Ayan adında bir qız nəvəniz var. İstərdinizmi o da bu sahəyə yönəlsin?

- O Rəssamlıq Akademiyasının nəzdində Əzim Əzimzadə adına kolleci bitirib, indi hal-hazırda onlayn təhsili Moskva Akademiyasında davam etdirir. O televiziyaya maraq göstərmir. Mən onu başa düşürəm. Biz o illərdə televiziyaya gələndə bir kanal var idi, bizi tanıyırdılar, hamı üçün maraqlı idik. İndi telekanallar çoxdur, üstəlik də gənclər heç kanallara demək olar ki, baxmırlar.

- Əvvəl aparıcı olmaq çətin idi, yoxsa indi?

- Əvvəl dövr başqa idi. Təbii ki, o illərin də çətinliyi var idi, biz çərçivədən çıxa bilmirdik, bu da bizi sıxırdı. İndi də çox çətindir aparıcı olmaq, tanınmaq. Amma indi mənə elə gəlir ki, aparıcıların işi daha çətindir. Çünki onlar həm də çöl çəkilişlərində iştirak edirlər. Biz daha çox studiya çəkilişlərində olurduq, o çox rahat idi. İndi görürəm ki, gənclərin işi ağırdır. Hər dövrün öz çətinliyi var da.

- İndiki gənclərin bir çoxu tanınmağa can atırlar. Onlara nə məsləhət verə bilərsiz?

- Mən ümumiyyətlə məsləhət verməyi heç xoşlamıram. Kim həyatda özünü necə görürsə elə də olmalıdır. Əgər bu sənətə gəlirlərsə, istər-istəməz insan tanınmağa can atır. Amma sənəti sevmək lazımdır, fədakar olmaq lazımdır, belə olan halda uğur qazanmaq olar. Aparıcının səmimiyyəti olmalıdır. Demirəm ki, səmimiyyət aşıb-daşmalıdır. Bir də görürsən efirlərdən elə səmimiyyət yağır ki, adam heç baxmaq istəmir. Hər şeyin əndazəsi var.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57
"AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42
Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39
Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37
Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33
Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26
Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17
Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Bu gün, 10:15
"Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." - deputat
Bu gün, 10:09
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Bu gün, 10:04
Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:01
Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb - “Mehr”
Bu gün, 09:59
Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:58
Zurabişvili ermənilərə “dayı” deməyə başladı - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47
Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:36
Qubada əsas söz sahibi kimdir? - HƏLƏ DƏ BİLİNMİR...
Bu gün, 09:28
İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23
Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib
Bu gün, 09:22
15 ildir ŞƏHİDLİK HAQQI tanınmır... - atası FƏRYAD EDİR
Bu gün, 09:16
Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur? – AÇIQLAMA
Bu gün, 09:12
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
Bu gün, 09:10
Vüqar Əhmədov idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 09:05
Moskvada Zəngəzur planı ifşa edildi - Lavrovun iki təklifinə rədd CAVABI
Bu gün, 08:58
Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir... - FAKT BUDUR!
Bu gün, 08:56
“Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:48
“Buta” klinikasının gözdən-könüldən uzaq işləri - ÇALIŞIRLAR Kİ...
Bu gün, 08:46
"Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" - AMMA...
Bu gün, 08:39
İşçilər bunları bilməlidir... - Ekspert danışır...
Bu gün, 08:33
ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək - AÇIQLAMA
Bu gün, 08:30
Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib - "Bəzi Qərb dairələri..."
Bu gün, 08:28
İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22
Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
"Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22
Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13
Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11
Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25
Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20
"Biz insanlar qəribəyik..."
Bu gün, 00:51
Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48
Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45
“Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42
Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05
Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02
Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28
Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22
Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47
İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45
Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12
Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru