"Nə olsun, pandemiya oldu, onunla bərabər 44 gün ərzində biz tarixi qələbə qazandıq"
Tarix: 10-03-2021, 10:40 | Çap et
“Teatr sözün əsl mənasında hər zaman inkişafda olan sənət olub, heç vaxt ölməyib. İstər pandemiya olsun, istərsə də olmasın. Hər kəsin qəlbində bir teatr var. Hər bir aktyorun, rejissorun, hər bir insanın. Azərbaycan tamaşaçısının qəlbində teatr sevgisi heç bir zaman yox olmayacaq. Çünki əsl sənətkarlar var, sənətkara xalq tərəfindən olan hörmət var, əsl sevgi var. Bilirsiz, sevgi heç vaxt ölmür! Ona görə də teatr yaşayıb, yaşayır və yaşayacaq da. Bu pandemiya da bir bəladır, o qədər bəlalardan üzüağ çıxmışıq ki. Nə olsun indi pandemiya oldu, onunla bərabər 44 gün ərzində biz tarixi qələbə qazandıq. Bu qələbə teatrın gələcək inkişafı deyil? Bütün bu əsərlər, döyüş yolu teatrın əsas mövzusuna çevriləcək. Var olsun Azərbaycan teatrı, var olsun teatr” Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, Akademik Musiqili Teatrının aparıcı aktyoru İlham Namiq Kamal deyib. Sənətkar tamaşaçı sevgisini teatrın sayəsində qazandığını deyir.
“Teatr mənim üçün həyatdır. Bu sənət məbədi məni tamaşaçılara sevdirib. Xalq məni tanıyır, sevir. İstər dövlət, istərsə də çalışdığım teatrın rəhbərliyi tərəfindən əməyimə yüksək qiymət verilib və verilir. Özümə qarşı diqqət və qayğını görmək məni hədsiz sevindirir. Allahımdan çox razıyam ki, mənə belə bir kollektiv nəsib edib. Heç vaxt bir teatrın aktyoru olmamışam. Uzun illər Akademik Milli Dram teatrında, Akademik Opera və Balet teatrında, Dövlət Kukla Teatrında çalışmışam. Teatr çox böyük bir qüvvədir. Əziz dostum Əliqismət Lalayev demişkən, yaşımızın bu vaxtında biz təkcə öz teatrımız barədə düşünməməliyik, nə iş görürüksə Azərbaycan mədəniyyətinin, teatrının inkişafı üçün etməliyik. Bizim xoşbəxtliyimiz Azərbaycan teatrının uğurlarındadır” deyə İlham Namiq Kamal deyib. Xalq artisti uzun illər əvvəl yaratdığı “İlham” miniatür teatrından da danışıb.
“Bu teatrı 1993-cü ildə yaratmışdım. Təxminən 13 ilə yaxın bir müddət yaşadı. Bu sənət ocağı digər teatrlardan özünün fərqli aktyor ansamblı və repertuarı ilə seçilirdi. Həm də xüsusi tamaşaçıları var idi. Teatrdakı tamaşaların bir çoxunu özüm hazırlayırdım, özüm də baş rollarda çıxış edirdim. Tamaşalara xüsusi musiqi yazılırdı, daha çox Cavanşir Quliyevlə çalışırdıq. Düzdü, repertuarda komik əsərlər üstünlük təşkil edirdi. Amma məqsədimiz tamaşaçıları güldürməkdən daha çox düşündürmək idi. Vaxtilə bu teatrda çalışan sənətçilərin bir çoxu müxtəlif teatrlarda, o cümlədən mənimlə Akademik Musiqili Teatrında çalışırlar. Bu həqiqətən də mənim üçün böyük fəxrdir” deyə İlham Namiq Kamal deyib. Xalq artisti həmçinin uzun illərdir ki, pedaqoji fəaliyyətlə də məşğul olduğunu bildirib.
“Mən 30 ilə yaxındır ki, Mədəniyyət və İncəsənət Universitetində “Musiqili teatr aktyoru” kafedrasının rəhbəri, professoram. Siz bilirsiz ki, Azərbaycanın 27 teatrı var, 27 teatrın 99 faizi Mədəniyyət və İncəsənət Universitetinin tələbələridir. İstər aktyorlar, rejissorlar, teatrşünaslar və s. Ona görə də Azərbaycan teatrı heç bir vaxt yoxsul olmayacaq. Çünki onun ən-ənəsi var. Adi bir misal çəkim, Şamaxıda teatr 1830-cu ildə yaranıb. Ondan sonra 1951-ci ildə dövlət teatrı yaranıb. Mən hələ bölgələrdən danışıram. Cənab prezidentimiz İlham Əliyevin dəstəyi ilə teatr sahəsində bu gün böyük islahatlar gedir. Mən bu islahatların tərəfdarıyam, islahat olmalıdır ki, yenilik olsun, yeniliyi isə qorumaq lazımdır. Mən universitetlə paralel Akademik Musiqili teatrında çalışıram. Bu teatrda əsl mənada rəhbərlik var. Teatrın direktoru Əliqismət Lalayev Azərbaycan teatrını sevən, onun qayğısına qalan bir insandır. Hörmətli nazirimiz Anar Kərimovun əmri ilə Cavid İmamverdiyev teatrımıza rejissor təyin edilib. İnanıram ki, qarşıda bizi hələ yeni işlər və tamaşalar gözləyir” deyə İlham Namiq Kamal bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42 |
|
|
|
• Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39 |
|
|
|
• Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37 |
|
|
|
• Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33 |
|
|
|
• Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26 |
|
|
|
• Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17 |
|
|
|
• Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Bu gün, 10:15 |
|
|
|
• "Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." - deputat
Bu gün, 10:09 |
|
|
|
• Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Bu gün, 10:04 |
|
|
|
• Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb - “Mehr”
Bu gün, 09:59 |
|
|
|
• Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Zurabişvili ermənilərə “dayı” deməyə başladı - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47 |
|
|
|
• Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:36 |
|
|
|
• Qubada əsas söz sahibi kimdir? - HƏLƏ DƏ BİLİNMİR...
Bu gün, 09:28 |
|
|
|
• İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib
Bu gün, 09:22 |
|
|
|
• 15 ildir ŞƏHİDLİK HAQQI tanınmır... - atası FƏRYAD EDİR
Bu gün, 09:16 |
|
|
|
• Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur? – AÇIQLAMA
Bu gün, 09:12 |
|
|
|
• Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
Bu gün, 09:10 |
|
|
|
• Vüqar Əhmədov idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 09:05 |
|
|
|
• Moskvada Zəngəzur planı ifşa edildi - Lavrovun iki təklifinə rədd CAVABI
Bu gün, 08:58 |
|
|
|
• Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• “Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:48 |
|
|
|
• “Buta” klinikasının gözdən-könüldən uzaq işləri - ÇALIŞIRLAR Kİ...
Bu gün, 08:46 |
|
|
|
• "Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" - AMMA...
Bu gün, 08:39 |
|
|
|
• İşçilər bunları bilməlidir... - Ekspert danışır...
Bu gün, 08:33 |
|
|
|
• ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək - AÇIQLAMA
Bu gün, 08:30 |
|
|
|
• Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib - "Bəzi Qərb dairələri..."
Bu gün, 08:28 |
|
|
|
• İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22 |
|
|
|
• Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33 |
|
|
|
• “AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27 |
|
|
|
• "Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22 |
|
|
|
• Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13 |
|
|
|
• Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11 |
|
|
|
• Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25 |
|
|
|
• Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20 |
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
• Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12 |
|
|
|
• Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09 |
|
|
|
• ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27 |
|
|
|
|