“Xanımların işlə təmin edilməsi” adı altında 57 nəfəri .....                     Ukrayna şirkətləri Rusiyaya kömək ediblər .....                     “Unibank”ın depozitləri son üç ayda 27 mln. manat azalıb .....                     Astarada SARAYDAXİLİ ÇƏKİŞMƏ... .....                     Azneft dairəsinə "protiv" girən "Galenwagen" sürücüsü kimdir? .....                     Bakıda narkotiklərə qarşı əməliyyatlar keçirib .....                     Paşinyan bu dəfə işə metro ilə getdi və əlil vətəndaşlarla... .....                     92 minlik dələduzluğa görə həbs edilən şəxsin işi .....                     "Səsini çıxaranları təhdid edirlər..." .....                     “Balakhani Operating Company LTD” Sabunçu sakinlərinə qan uddurur .....                     Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? .....                     Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi? .....                     Tehranla dəhliz planları baş tutmadı: Bakının hədəfini açıqladılar .....                     Bakının milyon manatlıq torpaqları: Onları kimlər alır? .....                     Qonşuluqda inqilab söhbətləri: Hökumət də “yox” deyir, müxalifət də .....                     "Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər" .....                     "Çimnaz bir çoxları kimi maskalanmamışdı" .....                     "Məktəbli övladımı küçə itlərinin əhatəsindən güclə qurtarmışam..." .....                     "Binə məktəblərinə SÜRGÜN YERİ kimi baxılmasına son qoyulsun..." .....                     "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzinin 90 minlik tenderi .....                     ŞİRİNBƏYLİNİN EVİNDƏN 244 MİNLİK QIZIL OĞURLANIB .....                     Ermənistandan mesaj: “Bu ərazilər Azərbaycana qaytarılacaq” .....                     Rubio bizimlə DİL TAPACAQMI? .....                     AZAL-ın təyyarəsinin qəzaya düşdüyü yerdən görün nə tapıldı .....                     Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb .....                     Tramp digər ölkələrə yardım proqramlarını 90 gün müddətinə dayandırıb .....                     İmişlidə qəza şəraiti yaradan 17 yaşlı sürücü HƏBS OLUNDU .....                     Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı .....                     Mərkəzi Bank bu il ilk dəfə uçot dərəcəsi ilə bağlı .....                     Trampın Azərbaycan və dünya siyasəti necə olacaq? .....                     Yezidi kürdlərin ağsaqqalı Həsənovun səhhəti kəskin pisləşdi... .....                     Tramp bunu dəstəkləyir: Azərbaycanda maraq artacaq .....                     Bu boyda vurhavuru görmürlər... YOXSA GÖZ YUMURLAR? .....                     Diqqət! Kartından pulu oğurlananlar oxusun... .....                     Günay Yelmarqızına ağır itki .....                     Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü .....                     Ziya Məmmədovun SƏDAQƏTLİ ŞƏYİRDLƏRİ... .....                     Bu halda əmək müqaviləsi məcburi olaraq ləğv edilə bilərmi? .....                     Ayınin min oyunu bir armudun başında... .....                     Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırıb .....                 

«MTN-nin Kadrlar İdarəsinin rəisi Əlimusa Əliyev niyə həbs olunmadı???» - İTTİHAM VAR
Tarix: 30-04-2016, 10:20 | Çap et
«MTN-nin Kadrlar İdarəsinin rəisi Əlimusa Əliyev niyə həbs olunmadı???»
MTN-nin sabiq əməkdaşlarından Prezident İlham Əliyevə sensasiyalı müraciət…
(2-ci yazı)
«Təzadlar»a vaxtilə MTN-də çalışmış, lakin özlərinin qeyd etdikləri kimi, Eldar Mahmudov və ətrafının MTN-ni «OBXSS» üsul-idarəsinə çevirmələri sayəsində mövcud biabırçı vəziyyətə dözməyərək işdən gedən «çekist»lərdən müraciət daxil olmuşdur… Dünən həmin şikayətçilərdən ikisi redaksiyamızda oldu və cənab Prezident İlham Əliyevə ünvanlı müraciətlərini təqdim etdilər. Lakin «KİV haqqında» Qanunun tələblərini nəzərə alaraq hələki adlarının ictimailəşməsini istəmədiklərini bildirdilər…
***
Beləliklə, Prezident İlham Əliyevə və DTX-nin rəisi Mədət Quliyevə ünvanlı müraciəti ixtisarla təqdim edirik:
«Çox hörmətli Cənab Prezident!
Hörmətli cənab rəis!
Cənab Prezident!
…Onu da bildiririk ki, MTN-də baş verən bütün bu biabırçı hərəkətlərdən, dövlət təhlükəsizliyimizin qarantı olan bir qurumun rüşvətxorluq və bəzi hallarda iş adamlarının və sahibkarların qorxudulması aparatına çevrilməsindən nazir Eldar Mahmudovun birbaşa xəbəri var idi və deməli, elə özü də bunu idarə edirdi. Amma baş verənləri icra edən şəbəkə üzvləri olan, yuxarıda adlarını çəkdiyimiz, həmçinin aşağı vəzifədə olduqlarından hələki (onların sayı heç də az deyil) adlarını çəkmədiklərimiz bir çoxları var ki, dilə gətirilməsi mümkün olmayan korrupsiya şəbəkəsi yaratmışdılar…

MTN generalı Əlimusa Əliyev niyə həbs edilmədi?

Müraciətdə daha sonra deyilir:
«Cənab Prezident! Onu da xatırladırıq ki, MTN-də məlum korrupsiya şəbəkəsinin mərkəzi Baş Kadrlar İdarəsi idi. İdarənin rəisi isə Əlimusa Əliyevin bu ilin aprelin 23-də işdən çıxarılması xəbərini aldıq. Lakin hamı gözləyirdi ki, Əlimusa Əliyev həbs ediləcək. Uzun müddət keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Kadrlar Baş İdarəsinin rəisi vəzifəsində işləmiş general-mayor Əlimusa Əliyev nazir Eldar Mahmudovun ən sevimli adamlarından idi. Onun bütün kadr məsələlərini o həll edirdi. Hansı ki, MTN-nin Kadrlar İdarəsinin vəzifəsi həm də kadrların seçilib yerləşdirilməsindən əlavə, onların sonrakı fəaliyyətlərinə də nəzarət etməli, təkmilləşmələrini təmin etməli idi. Amma sabiq nazir Namiq Abbasovdan sonra bu idarə nəinki kadrların düzgün seçilməsini təmin etdi, əksinə, bütün yeni kadrlar tanışlıq, rüşvət hesabına komplektləşdirildi. Elə Eldar Mahmudovun işdən çıxarılmasından sonra sərəncama verilən, yaxud həbs edilən kadrların əməllərinə diqqət yetirilsə, hər şey aydın olacaq. Əlimusa Əliyev və onun müavini, Kadrlar İdarəsinin pul aparatı və rüşvət açarı hesab edilən Tehran Babatov MTN əməkdaşlarının yüksək dövlət mükafatlarına təqdim edilməsində, general rütbələrinin verilməsində, ayrı-ayrı dövlət orqanlarında, nazirlik və universitetlərdə (xüsusi məsələlər üzrə prorektor vəzifəsi) məsul vəzifə tutmaqda da mühüm rol oynayırdılar. Məsələn, onların əsas vəzifəsi həm də barəsində şikayət edilənlərin dosyelərini, müsbət işlərini və s. şəxsi işinə əlavə etməklə nazirə məruzə etmək, gələcəkdə vəzifələrə irəli çəkilmə məsələlərində bunların rolunu nəzərə almaq idi. Lakin Əlimusa Əliyev və Tehran Babatov nəinki belə edirdi, barəsində ciddi nöqsanlar olanların adlarını külli miqdarda rüşvət sayəsində təltifə təqdim edirdilər. Budur, Cənab prezident, Sizə bir siyahı təqdim edirik. Biz sadə əmkdaşlar, yəni öz vəzifəsi ilə məşğul olanlar gecəmizi gündüzümüzə qataraq dövlətimizin təhlükəsizliyi yolunda qan-tər tökdüyümüz, transmilli cinayətkarlıqla mübarizə apardığımız bir şəraitdə, bir də görürdük ki, demək olar heç bir xidməti olmayanlar Prezident sərəncamı ilə yüksək adlara layiq görüldülər. Belə bir hadisə 2007-ci ilin 27 mart tarixində baş verdi və Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı dövlət mükafatları ilə təltif olundular. Sərəncama əsasən, milli təhlükəsizlik nazirinin müavini Əli Şəfiyev, Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin rəisi Nizami Şirinov (onun barəsində az sonra bəzi faktları, həmçinin 1997-ci ildə vəzifəsindən nə üstündə kənarlaşdırılmasını bildirəcəyik) və Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-kəşfiyyat Baş İdarəsi rəisinin müavini Hafiz Musayevə general-mayor hərbi rütbəsi verildi. Həmçinin MTN-nin bir qrup əməkdaşı isə orden və medallarla təltif olundular. Təsəvvür edirsinizmi, sərəncamın priampula hissəsində yazılırdı: «Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat fəaliyyətinin aşkarlanması və qarşısının alınmasında, beynəlxalq terrorçuluqla və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə yüksək peşəkarlıq göstərdiklərinə, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə general-mayor Əlimusa Əliyev, polkovnik Sübahir Qurbanov "Vətənə xidmətə görə" ordeninin üçüncü dərəcəsi ilə, Allahquliyev Vüqar, Əsədov Hilal, Əsədullayev Ədalət, Əzizov Eldar, Nurməmmədov Malik, Ömərov Elxan, Tağıyev Ramiz, Usubov Mütəllim "Vətən uğrunda" medalı ilə, Ağayev Həsənağa, Əliyev Əli, Fətullayev İdrət, Məhərrəmov Bəbəş "İgidliyə görə" medalı ilə, Abbasov Asif, Axundov Vaqif, Bağırov Fariz, Çovdarov Akif, Əliyev Rafət, Əfəndiyev Namiq, Gərayzadə Ayaz, Hüseynov Rəşad, Kərimov Kərim, Quliyev Teymur, Mahmudov Elşad, Mikayılov Şahsuvar, Muradov Tengiz, Novruzov İlqar, Səlimov Azər, Şirəliyev Qədir "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunsunlar».
Yəqinki bu siyahıda kimlərin adlarının olduğunu və həqiqətdə bu yüksək ada kimlərin nə dərəcədə layiq olduğunu MTN-də çalışan hər kəs yaxşı bilirdi. Qoy qiyməti Tanrı versin və kimlərin Əlimusa Əliyevə və Tehran Babaşova bu siyahıya düşmək üçün hansı məbləğdə pul verdiklərini özləri desinlər… Amma həmin siyahıda biz həm də üstündən 8 il keçəndən sonra olmazın cinayətlər törətmiş digər yüksək çinlilərin- Akif Çovdarovun, Hilal Əsədovun, neçə gün əvvəl işdən qovulmuş Əlimusa Əliyevin özünün, Vüqar Allahquliyevin (MTN-nin Zıgdakı hərbi hissəsinin rəisi, 36 yaşlı general general-mayor)… adlarını görəndə yer-göy niyə titrəməməlidir??? Hansı ki, bu siyahını elə Əlimusa Əliyev tutmuş, nazir Eldar Mahmudova təqdim etmişdi.
Ən təəccüblüsü budur ki, bir müddətdir ki, Əlimusa Əliyev və Tehran Babatov mətbuatda özlərini həbs olunmuşlar kimi təqdim edirdilər. Lakin bu heç də belə deyil. Onlar da özlərini ictimai diqqətdən, mətbuatın gündəmindən kənarda saxlamaq üçün bu çirkin yola əl ataraq həbs edildikləri barədə yalan məlumat yaymışdılar. Bunların hamısı vaxtilə Namiq Abbasovun, MTN-nin birinci müavini olmuş mərhum Tofiq Babayevin ayağının altını qazanlar idilər. Nəticə bu oldu ki, indi vaxtilə dövlətimizi təhlükədə qoyaraq özlərinin gələcək təhlükəsizliyinin təminatı olan rüşvət pulları yığırdılar, özlərinə Azərbaycanın müxtəlif bölgələrində, həmçinin Bakıda iaşə obyektləri, istirahət mərkəzləri, mülklər, torpaq sahələri, digər qazanclı yerlər ələ keçirirdilər. Yəqinki yeri gəldikcə onların hər birinin çirkli pullar sayəsində aldıqları obyektlərinin siyahısını təqdim edə biləcəyik, həmin obyektlər dövlət nəfinə müsadirə edilməlidir. Çünki MTN-də, təkrar edirik, kadr məsələləri ilə bağlı əsas rüşvətlər Əlimusa Əliyev və onun müavini Tehran Babatov tərəfindən alınırdı. Onlar əməkdaşlardan MTN-nin özünə, həmçinin Bakı qarnizonuna «perevod» olunarkən 40-50 min manat, Bakı qarnizonundan digər rayon şöbələrinə «perevod» olunarkən isə 15-25 min manat pul alırdılar.
-General Əlimusa Əliyev və onun müavini Tehran Babatov MTN-də korrupsiya şəbəkəsini kadr işində necə qurmuşdu?
-Nizami Şirinov 1997-ci ildə MTN-dəki məsul vəzifəsindən niyə qovulmuşdu və 2005-ci ildə MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinə necə rəis təyin edildi???
-MTN-nin 1-ci idarəsinin rəisi Elcan Abdullayev hərbi hissələrə MTN-nin kurator rəislərini hansı məbləğə təyin edirmiş?
(Ardı var)
«Təzadlar»ın Araşdırma Qrupu
P.S.Müraciətdə adları çəkilənlərin hər birini dinləməyə hazırıq, hətta özümüz KİV olaraq bunda maraqlıyıq. Lakin təəssüflər olsun ki, bəzilərinin mobil telefonlarını əldə edib zəng vursaq da mövqe bildirməkdən çəkinirlər… Bəziləri isə telefon zənginə cavab vermirlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Xanımların işlə təmin edilməsi” adı altında 57 nəfəri aldatmaqda şübhəli bilinən şəxs saxlanılıb
Bu gün, 11:31
Ukrayna şirkətləri Rusiyaya kömək ediblər
Bu gün, 11:30
“Unibank”ın depozitləri son üç ayda 27 mln. manat azalıb - TƏFƏRRÜAT
Bu gün, 11:27
Astarada SARAYDAXİLİ ÇƏKİŞMƏ... - Qəzənfər Ağayev BACARMADI...
Bu gün, 11:21
Azneft dairəsinə "protiv" girən "Galenwagen" sürücüsü kimdir? - 90-TH-222...
Bu gün, 11:18
Bakıda narkotiklərə qarşı əməliyyatlar keçirib - 20 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Bu gün, 11:14
Paşinyan bu dəfə işə metro ilə getdi və əlil vətəndaşlarla... - "Velosiped havası deyil..."
Bu gün, 11:11
92 minlik dələduzluğa görə həbs edilən şəxsin işi Ali Məhkəmədə
Bu gün, 11:09
"Səsini çıxaranları təhdid edirlər..." - Culfa sakinləri PROBLEM İÇİNDƏ...
Bu gün, 11:06
“Balakhani Operating Company LTD” Sabunçu sakinlərinə qan uddurur - BU NƏDİ BELƏ?..
Bu gün, 11:01
Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? - İLGİNC İDDİALAR
Bu gün, 10:59
Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi? - İNCƏLƏMƏ
Bu gün, 10:54
Tehranla dəhliz planları baş tutmadı: Bakının hədəfini açıqladılar - “Respublika Meydanı”
Bu gün, 10:53
Bakının milyon manatlıq torpaqları: Onları kimlər alır? - FOTO
Bu gün, 10:44
Qonşuluqda inqilab söhbətləri: Hökumət də “yox” deyir, müxalifət də - NƏ BAŞ VERİR?
Bu gün, 10:42
"Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər" - deputat
Bu gün, 10:37
"Çimnaz bir çoxları kimi maskalanmamışdı"
Bu gün, 10:35
"Məktəbli övladımı küçə itlərinin əhatəsindən güclə qurtarmışam..." - NARAZILIQ VAR...
Bu gün, 10:29
"Binə məktəblərinə SÜRGÜN YERİ kimi baxılmasına son qoyulsun..." - ETİRAZ VAR...
Bu gün, 10:21
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzinin 90 minlik tenderi LƏĞV OLUNDU
Bu gün, 10:12
ŞİRİNBƏYLİNİN EVİNDƏN 244 MİNLİK QIZIL OĞURLANIB - Sədr müavini vəzifəsində çalışır
Bu gün, 10:08
Ermənistandan mesaj: “Bu ərazilər Azərbaycana qaytarılacaq” - “Hraparak”
Bu gün, 10:05
Rubio bizimlə DİL TAPACAQMI? - YOXSA?..
Bu gün, 10:02
AZAL-ın təyyarəsinin qəzaya düşdüyü yerdən görün nə tapıldı - SAHİBİ AXTARILIR
Bu gün, 09:56
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
Bu gün, 09:42
Tramp digər ölkələrə yardım proqramlarını 90 gün müddətinə dayandırıb - AP
Bu gün, 09:41
İmişlidə qəza şəraiti yaradan 17 yaşlı sürücü HƏBS OLUNDU - İbtidai istintaq davam etdirilir...
Bu gün, 09:33
Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı - TƏFƏRRÜAT
Bu gün, 09:30
Mərkəzi Bank bu il ilk dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
Bu gün, 09:28
Trampın Azərbaycan və dünya siyasəti necə olacaq? - Yeni planlarla qayıtdı
Bu gün, 09:11
Yezidi kürdlərin ağsaqqalı Həsənovun səhhəti kəskin pisləşdi... - Əməliyyat olundu...
Bu gün, 09:09
Tramp bunu dəstəkləyir: Azərbaycanda maraq artacaq - İLGİNC...
Bu gün, 09:07
Bu boyda vurhavuru görmürlər... YOXSA GÖZ YUMURLAR? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:03
Diqqət! Kartından pulu oğurlananlar oxusun... – Banklar bu addıma hazırlaşır
Bu gün, 08:59
Günay Yelmarqızına ağır itki
Bu gün, 08:55
Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO
Bu gün, 08:51
Ziya Məmmədovun SƏDAQƏTLİ ŞƏYİRDLƏRİ... - Ənənəyə sadiqdirlər...
Bu gün, 08:46
Bu halda əmək müqaviləsi məcburi olaraq ləğv edilə bilərmi? - Ekspert danışır...
Bu gün, 08:30
Ayınin min oyunu bir armudun başında... - Təki pul qoparsınlar...
Bu gün, 08:24
Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırıb
Bu gün, 08:14
Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
Bu gün, 08:12
Yeni dünya düzəninin konturları... AÇIQLANDI
Bu gün, 08:07
İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı - GƏLİŞMƏ
Bu gün, 07:14
ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? - AKTUAL
Bu gün, 07:10
Tezliklə Putinlə görüşəcəyəm - Tramp
Bu gün, 07:08
ABŞ bundan danışır: - Tramp İncilə toxunmadan and içdi
Bu gün, 06:22
Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Bu gün, 06:17
Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06
Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04
Rusiya ilə İranın Azərbaycan vasitəsilə qaz kəməri layihəsi nə dərəcədə səmərəlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru