
" "Baku Electronics"dən bir müddət əvvəl telefon almışdım. Evə gələndə nöqsan aşkar elədim..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı rəyində Oktay Əhməd adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır:
"Apardım dükana dəyişdirməyə. Dükanda kassir və təmizlik işçisindən başqa hamı qarışdı söhbətə.
Satıcı apardı foks edib korpusda cızıqlar aşkar elədi. Apar servisə servis yoxlasın zad...
Məlum məsələdir ki, servisdə apardım söküb daha da pis günə qoyacaqdılar. Bir sözlə heç zad... xidmət: SIFIR...
Heyif ki nağd almışdım. Kredit olsaydı, ödəməyəcəkdim. Nə olardı, olardı..."