Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti - MƏQALƏ
 Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olmuşdur. Ulu Öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olmuşdur. Dövlət başçısı qadın problemlərinin dövlət səviyyəsində həlli üçün mühüm fərman da imzalamışdır. Bununla da, 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə qadın hüquqlarının müdafiəsi istiqamətində müstəsna əhəmiyyətli işlər görmüş, tədbirlər həyata keçirmişdir. Heydər Əliyevin iştirakı ilə elə həmin ildə Azərbaycan qadınlarının I qurultayı, 2003-cü ildə isə II qurultayı baş tutmuşdur. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. Çünki qadınlarımız bu qurultayla demokratik cəmiyyətdə qadın hərəkatının əsasını qoymuşdular. Böyük siyasətçi Heydər Əliyevin fərmanı ilə Azərbaycan 1995-ci ildə BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına qoşulmuşdur. Konvensiya ailə vəziyyətindən, siyasi, iqtisadi, sosial, mədəni vəziyyətindən və baxışlarındanaslı olmayaraq, kişi və qadınların bərabər hüquqlara malik olmalarını təsbit etmiş və bununla bərabər Konvensiyanın iştirakçısı olan dövlətlər hüquqi, siyasi və proqram xarakterli tədbirlər həyata keçirməklə qadınlara münasibətdə mövcud olan ayrı-seçkilik hallarını aradan qaldırmağı öhdəlik olaraq öz üzərilərinə götürmüşlər. Heydər Əliyevin müəyyən etdiyi siyasət nəticəsində ölkəmiz inkişaf yolunda inamla irəliləmiş, mühüm nailiyyətlər əldə etmişdir, bunlardan ən uğurlusu isə yürütdüyü siyasi xəttin oğlu cənab Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə, müvəffəqiyyətlə davam etdirilməsidir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi vaxtdan bugünədək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. 8 Mart Beynəlxalq Qadınlar Günü ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir. Azərbaycan qadını həmişə öz layiqli qiymətini alır. Çünki, qadınlarımız bütün dövrlərdə dövlətə öz sədaqəti və fədakarlığı ilə seçilmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası "DİA-AZ"


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün od çərşənbəsidir
Bu gün, 00:10 |
|
|
|
• Putinin Rusiyaya xəyanəti: Ukraynanı ABŞ-a “təslim etdi” - FAKT BUDUR!
Bu gün, 00:04 |
|
|
|
• Müəllimlərə 8 Martda niyə hədiyyə almayaq ki?! – Qurunun oduna yananlar
Bu gün, 00:00 |
|
|
|
• "Mənim və Aysel xanım üçün bu addımı atmaq çətin idi"
Dünən, 23:58 |
|
|
|
• Simonyanın hər kəsdən üzr istəməsinin səbəbi – Sui-qəsd olacaq?
Dünən, 23:56 |
|
|
|
• Müharibədə sensasion detal: türk qoşunları bura girə bilər – General
Dünən, 21:22 |
|
|
|
• Səs yazısı yayılan direktor işdən çıxarıldı - rəsmi
Dünən, 21:18 |
|
|
|
• İrəliləyiş olmayacaq: - Aİ-nin Ermənistana ehtiyacı yoxdur!
Dünən, 19:02 |
|
|
|
• Bakının tələbi, erməni cəmiyyətinin xilas yolu – Yeni Konstitusiya
Dünən, 19:00 |
|
|
|
• Banklar daha dollar almır: Nə baş verir? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Səsyazısı yayılan direktor ləğv olunmuş universitetin MƏZUNUDUR - "Kimin əlindən su içdiyi bəlli"...
Dünən, 18:20 |
|
|
|
• Trampın Rusiya-Ukrayna məsələsində iki çıxış yolu qalıb - Azad İsazadə ŞƏRH EDİR
Dünən, 18:17 |
|
|
|
• Məktəblərə “cəza yağışı” gəlir: - Müəllim və şagirdlər üçün çətin dövr
Dünən, 18:11 |
|
|
|
• Bakıda qardan sonra əksər yollar dağıldı: Yoxsa bu boyda sərvət HARDAN İDİ Kİ?.. - İLGİNC FAKT
Dünən, 18:07 |
|
|
|
• Qadınlar Razi Nurullayevin cavabını verdilər: - "Nə aliment alırlar ki, sərbəst də yaşasınlar?"
Dünən, 18:01 |
|
|
|
• Ukrayna torpaqlarını Rusiyaya verməyən yeganə prezidentəm - Tramp
Dünən, 17:58 |
|
|
|
• Bu həftə DƏYİŞİKLİK GÖZLƏNİLİR - İDDİA
Dünən, 17:56 |
|
|
|
• Ukrayna uğrunda QARIŞ SAVAŞI... - İNCƏLƏMƏ
Dünən, 17:49 |
|
|
|
• Azərbaycan GUAM Parlament Assambleyasına sədrliyi Gürcüstana təhvil verib
Dünən, 17:42 |
|
|
|
• ABŞ Azərbaycanın maraqlarına xələl gətirəcək addım atmayacaq - Ermənistanın xəyalları "suya düşdü"
Dünən, 17:40 |
|
|
|
• Təhsilə pul yatırmağın qaranlıq tərəfi – Gənclər harada səhv edir?
Dünən, 17:36 |
|
|
|
• Mədəniyyət Nazirliyi BƏƏ şirkətindən 3 adda kitab alır – 36 min ödəyəcək
Dünən, 17:30 |
|
|
|
• Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb? - Geosiyasi qeyri-müəyyənlik...
Dünən, 16:10 |
|
|
|
• Polis marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxsləri saxladı - FOTO, VİDEO
Dünən, 16:06 |
|
|
|
• Prezident vəd vermişdi... - NƏ OLACAQ?..
Dünən, 16:04 |
|
|
|
• İcra başçısının müavini məhkəməyə gəlmədi, iclas təxirə salındı - DETALLAR
Dünən, 16:02 |
|
|
|
• Alçaldılmış və təhqir edilmiş – O, Ağ Evə niyə çağırıldı?
Dünən, 15:58 |
|
|
|
• Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq - Dünya Bankı
Dünən, 15:53 |
|
|
|
• Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən - ZƏRƏRƏ KEÇİB
Dünən, 15:50 |
|
|
|
• Nazir ona vəzifə verdi - FOTO
Dünən, 15:46 |
|
|
|
• Şirvanda erməni siqaretləri satan şəxs həbs edilib - İkinci əməlidir
Dünən, 15:42 |
|
|
|
• Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılır
Dünən, 15:26 |
|
|
|
• "Veysəloğlu"nun "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya tədbirində şirkətin uğurları və yeni istiqamətlər müzakirə olundu - FOTO
Dünən, 15:17 |
|
|
|
• Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti - MƏQALƏ
Dünən, 15:11 |
|
|
|
• Qadın ülviyyətin, zərifliyin, gözəlliyin rəmzidir - İsrafil Kərimovun yazısı
Dünən, 15:09 |
|
|
|
• Azərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulacaq, nazir müavini səbəbi açıqlayıb
Dünən, 15:04 |
|
|
|
• Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib - ARAŞDIRMA
Dünən, 14:02 |
|
|
|
• MİDA-nın 620 minlik tenderi ləğv edildi
Dünən, 14:00 |
|
|
|
• “Qoca qitə” çarə axtarışında: - ruslar gəlir, amerikalılar gedir
Dünən, 13:58 |
|
|
|
• Sahil Babayevin yerinə keçən nazir nələri dəyişəcək? – Rəy
Dünən, 13:10 |
|
|
|
• Məhkəmə qalmaqallı "Laser Beauty Estetik Klinika" ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 13:06 |
|
|
|
• Türkiyədə inflayasiya səviyyəsi 39%-ə düşdü – Dünyada 6-cı yerdədir
Dünən, 13:04 |
|
|
|
• “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nə sədr əvəzi təyin edilib - FOTO
Dünən, 12:58 |
|
|
|
• Erməni əsilli İsveç deputatı haqlıdırmı? - ŞƏRH
Dünən, 12:50 |
|
|
|
• Ramin Hacılı Konstitusiya Məhkəməsinə müraciət edib - TƏFƏRRÜAT
Dünən, 12:48 |
|
|
|
• Özbəkistanda daxili işlər naziri vəzifəsinə yeni təyinat olub - KİV
Dünən, 12:44 |
|
|
|
• Adil Vəliyev dünya-aləmi oğluna PEŞKƏŞ EDİB... - VƏTƏNDAŞ KİMDİR Kİ?..
Dünən, 12:41 |
|
|
|
• Hikmət Hacıyev BMT nümayəndəsi ilə əməkdaşlığın inkişafını müzakirə edib - FOTO
Dünən, 12:37 |
|
|
|
• Zelenskinin ABŞ-dan istədiyi "təhlükəsizlik qarantiyası" nədir? - İNCƏLƏMƏ
Dünən, 12:34 |
|
|
|
• “İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil” - Şəhid və Qazi anasından Prezidentə şok müraciət
Dünən, 12:31 |
|
|
|
|