"Mənim və Aysel xanım üçün bu addımı atmaq çətin idi" .....                     Simonyanın hər kəsdən üzr istəməsinin səbəbi .....                     Müharibədə sensasion detal: türk qoşunları bura girə bilər .....                     Səs yazısı yayılan direktor işdən çıxarıldı .....                     İrəliləyiş olmayacaq: .....                     Bakının tələbi, erməni cəmiyyətinin xilas yolu .....                     Banklar daha dollar almır: Nə baş verir? .....                     Səsyazısı yayılan direktor ləğv olunmuş universitetin MƏZUNUDUR .....                     Trampın Rusiya-Ukrayna məsələsində iki çıxış yolu qalıb .....                     Məktəblərə “cəza yağışı” gəlir: .....                     Bakıda qardan sonra əksər yollar dağıldı: Yoxsa bu boyda sərvət HARDAN İDİ Kİ?.. .....                     Qadınlar Razi Nurullayevin cavabını verdilər: .....                     Ukrayna torpaqlarını Rusiyaya verməyən yeganə prezidentəm .....                     Bu həftə DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Ukrayna uğrunda QARIŞ SAVAŞI... .....                     Azərbaycan GUAM Parlament Assambleyasına sədrliyi Gürcüstana təhvil verib .....                     ABŞ Azərbaycanın maraqlarına xələl gətirəcək addım atmayacaq .....                     Təhsilə pul yatırmağın qaranlıq tərəfi .....                     Mədəniyyət Nazirliyi BƏƏ şirkətindən 3 adda kitab alır .....                     Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb? .....                     Polis marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxsləri saxladı .....                     Prezident vəd vermişdi... .....                     İcra başçısının müavini məhkəməyə gəlmədi, iclas təxirə salındı .....                     Alçaldılmış və təhqir edilmiş .....                     Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq .....                     Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən .....                     Nazir ona vəzifə verdi .....                     Şirvanda erməni siqaretləri satan şəxs həbs edilib .....                     Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılır .....                     "Veysəloğlu"nun "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya tədbirində şirkətin uğurları və yeni istiqamətlər müzakirə olundu .....                     Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti .....                     Qadın ülviyyətin, zərifliyin, gözəlliyin rəmzidir .....                     Azərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulacaq, .....                     Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib .....                     MİDA-nın 620 minlik tenderi ləğv edildi .....                     “Qoca qitə” çarə axtarışında: .....                     Sahil Babayevin yerinə keçən nazir nələri dəyişəcək? .....                     Məhkəmə qalmaqallı "Laser Beauty Estetik Klinika" ilə bağlı qərar verdi .....                     Türkiyədə inflayasiya səviyyəsi 39%-ə düşdü .....                     “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nə sədr əvəzi təyin edilib .....                 

Alçaldılmış və təhqir edilmiş – O, Ağ Evə niyə çağırıldı?
Tarix: Bu gün, 15:58 | Çap et
Alçaldılmış və təhqir edilmiş
28 fevralda Ağ Evdə Vladimir Zelenski və Donald Tramp arasında yaşanan qalmaqal hələ də müzakirə olunur və yəqin ki, aylarla gündəmdən düşməyəcək, illərlə dartışılacaq.

Zelenski özünü bir siyasətçiyə uyğunmu apardı, ya səhvlər etdi? – bunlar da illər sonra üzə çıxacaq, Kennedi qətli kimi yüzlərlə versiya deyilir və deyiləcək; ancaq bir neçə detalı unutmamaq lazımdır, müzakirələrdə bunları da yada salmaq pis olmazdı.

Əvvəla, bu qalmaqalın diplomatiya tarixinə “Zelenski-Tramp mübahisəsi” kimi düşməsi özü yanlış formatdır. Zelenski orda təkcə Tramp yox, həm də vitse-prezident Venslə üz-üzəydi və bu, hamısı deyil!

Ağ Evin xidmətində duran və görünür, əvvəlcədən hazırlanmış ssenari əsasında Ukrayna liderinə kostyum geyinməməsi ilə bağlı “sual” ünvanlayan “jurnalist” də, orda səfərbər olunan digərləri də, mühit və aura da – hər şey Zelenskiyə qarşıydı.

Təsəvvür belə etmək mümkün deyil ki, Tramp-Vens hücumları qarşısında cavab verməyə çalışan və hətta söz deməsinə belə imkan verilməyən Zelenskiyə niyə kostyum geyinmədiyi soruşulur.

Çingiz Abdullayev maraqlı bir yanaşma sərgiləyib, Zelenskinin öz aktyor təcrübəsindən istifadə edərək, bu suala çevik, yumoristik və uğurlu bir cavab vermək imkanı olduğu halda bu fürsətdən yararlanmadığı, əksinə, qarşı tərəfi bir balaca sancmağa çalışan qeyri-peşəkar mövqe sərgiləməsinə diqqət çəkib.

Əslində, Zelenskinin təcrübəsi və yumoristik beyni bu suala daha uğurlu cavab verməsini təmin etməliydi. Ancaq axı, bu sual “qəfil keçid” idi, tamamilə fərqli və emosional qalmaqal zamanı ortaya atılan bu gözlənilməzlik Zelenskini illərlə öyrəşdiyi səhnəyə qaytara bilməzdi: Ağ Evdə səhnəyə yox, “meydana” düşmüşdü: bu, komediya deyildi, dram da deyildi, tam bir oyun meydanıydı və burada “top” bir deyildi və hər kəs öz topuyla Ukraynanın qapısına zərbə endirirdi. Zelenski 11 nəfərə qarşı tək idi, “oyun” başlayan kimi qapıya çəkilmişdi, müxtəlif istiqamətlərdən vurulan zərbələri qaytaran vaxt “jurnalist” də “hakim”in özbaşına qərarı ilə təyin etdiyi penalti yerinə yetirirdi.

Bir anlıq düşünək: 3 ildir adam bunkerdə yatır; 3 ildir normal həyatı yoxdur; 3 ildir dünyanın ən böyük nüvə gücü ilə savaşdadır; hər gün yüzlərlə itki, şəhərlərin, kəndlərin, infrastrukturun dağılması, üstəlik, sui-qəsd cəhdləri ilə üz-üzədir.

Bu savaşda Ukraynaya heç nə vaxtında çatdırılmayıb. Zelenskidən minnətdarlıq tələb edən Tramp “Oreşnik”, “Kalibr”, “Xəncər”in qarşısında quşatan daşı olan “Javelin”ə görə minnətdarlıq tələb edirdi!

Çörçillin Almaniya ilə müharibə qərarı verəndən sonra Ruzveltlə telefon danışığını xatırlayırsınızmı? Gəmilər istəyir, qarşısında “qış geyimi” alır, telefonu bağlayıb, ağır bir söyüş söyür, yenidən telefona “Çox sağ olun, cənab prezident, bu yaxşılığınızı unutmarıq” deyir...

Zelenski Çörçill deyil, Ukrayna isə Britaniya!

Danışıq telefonda getmirdi, canlıydı və heç bir ciddi siyasi təcrübəsi olmayan bir şəxs birdən-birə bu gərginliyin, stressin altındadır. Onun bir insan kimi əsəbləri buna dözmürdü.

Zelenski həm də dəqiq informasiyaların içindədir. 1994-cü ildə Ukraynadan nüvə silahı ABŞ, Britaniya və Rusiyanın birgə təhlükəsizlik zəmanəti ilə alınıb. İndi Ukraynanın təhlükəsizliyinə təminat verən ölkələrdən biri onun ərazisini işğal edir, şəhərlərini, kəndlərini dağıdır, milyonlarla insanını qaçqın salır və xalqını məhv edir, digəri isə bu müharibədə etdiyi yardımın ən azı iki qatını geri almaq istəyini açıqca ortaya qoyur: Biri torpağına, biri sərvətinə əl atır.

Tramp edilən yardım və kreditlərin hamısını faizi ilə hesablayıb, 350 milyarda qaldırandan sonra onun iki qatını (hətta 1 trilyonluq saziş də ola biləcəyini deyir) geri istəyir.

ABŞ 30 ildir “qarantı olduğu” ölkəyə işğaldan qorunmaq üçün verdiyi dəstəyə görə minnətdarlıq tələb edir və Tramp dayanmadan yalnız bunu təkrarlayır, Venslə birgə.

Tramp heç bir diplomatik qaydalara sığmadan Zelenskini “yamsılayır” – yəqin ki, dünya diplomatiya tarixində belə şey olmayıb.

Zelenskinin psixoloji durumu normal olsa, əlbəttə ki, müdaxilə etməz və qarşı tərəfin öz mahiyyətini tam çılpaqlığı ilə ortaya qoymasına şərait yaradar, sonra sözünü deyərdi.

Zelenski bunu bacarmadı – hər şeydən öncə ona görə ki, o, “başqa dildə” danışırdı. Emosiyalar qızışanda insana xas xüsusiyyətdir – ana dilində düşünür: Zelenskinin beyni də “ukraynca” işləyirdi, o, cavablarını beynində tərcümə edirdi və gecikməmək üçün “tərcümələrini” dərhal deyirdi – təsadüfi deyil ki, Vensin “ingiliscə” hücumuna dodaqları altında “ukraynaca söyüşlə” cavab verdi - bu da gərginliyi artırırdı.

Zelenski “ingiliscə” düşünə bilmirdi və buna görə də lazım olan sözü tapmaqda çətinlik çəkirdi.

O, Ukraynanın ingiliscəyə “tərcüməsi” üçün getmişdi, Ağ Evdə isə onu anlayacaq, onun keçirdiyi sarsıntıları başa düşəcək, onun ağrılarını ifadə etməsi üçün şərait yaradacaq komanda yox idi.

Zelenskinin “Siz məni bura ona görə dəvət etmişiniz ki...” sözləri ilə başlamaq istədiyi “çıxışa” da imkan verilmədi; ondan “kostyumlu”, “ütülü”, hegemon dövlətin sərhəd bilməyən lideri qarşısında ingiliscə mütilik tələb olundu – o isə sözün hər mənasında kostyumsuz, qalstuksuz və dilsiz-silahsız idi.

Zelenski 3 ildir kostyumsuzdur – çünki Ukraynada “qalstuk” yox, 3 ildir yalnız mərmilər danışır.

Zelenski bütün səfərlərini o qiyafəsi ilə edir – qarşısındakılara hardan gəldiyini və nələr yaşadığını göstərmək üçün!

Ağ Evdə isə heç kəsin onun “hansı kökdə” olduğuna və hansı havanı çaldığını dinləyəcək kimsə yox idi!

Zelenski doğru deyirdi, o, qumar oynamır, kartı da yoxdur; qumarı qumarbazlar oynayır və əllərində də “yaxşı” kozırları var. Bu qumara Ukrayna qoyulub, indi ortaya yığılan “sərvəti” qumarbazlar razılığa gəlib, bölmək istəyirlər və bölürlər də: Rusiya əsgər qanı bahasına aldığı torpaqları, ABŞ isə yatırdığı vəsaiti.

Zelenski “va-bank” getmir, sadəcə, qumara qoyulanları məhv edir – özü ilə birgə: qumarbazın birinə ərazilərin, digərinə dolların külünü saxlamaq istəyir.

Tramp-Vens cütlüyü vəsaitlərinin yanmasından narahat-əsəbidir; Ona görə “Zelenski hazır olanda, gəlsin” mesajının ardı-arası kəsilmir.

Qəssablar piy axtarırlar!

...Zelenski aldadıldı, indi isə alçaldılır və təhqir edilir...

Şeyx Teymur - axar.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mənim və Aysel xanım üçün bu addımı atmaq çətin idi"
Bu gün, 23:58
Simonyanın hər kəsdən üzr istəməsinin səbəbi – Sui-qəsd olacaq?
Bu gün, 23:56
Müharibədə sensasion detal: türk qoşunları bura girə bilər – General
Bu gün, 21:22
Səs yazısı yayılan direktor işdən çıxarıldı - rəsmi
Bu gün, 21:18
İrəliləyiş olmayacaq: - Aİ-nin Ermənistana ehtiyacı yoxdur!
Bu gün, 19:02
Bakının tələbi, erməni cəmiyyətinin xilas yolu – Yeni Konstitusiya
Bu gün, 19:00
Banklar daha dollar almır: Nə baş verir? - AKTUAL
Bu gün, 18:58
Səsyazısı yayılan direktor ləğv olunmuş universitetin MƏZUNUDUR - "Kimin əlindən su içdiyi bəlli"...
Bu gün, 18:20
Trampın Rusiya-Ukrayna məsələsində iki çıxış yolu qalıb - Azad İsazadə ŞƏRH EDİR
Bu gün, 18:17
Məktəblərə “cəza yağışı” gəlir: - Müəllim və şagirdlər üçün çətin dövr
Bu gün, 18:11
Bakıda qardan sonra əksər yollar dağıldı: Yoxsa bu boyda sərvət HARDAN İDİ Kİ?.. - İLGİNC FAKT
Bu gün, 18:07
Qadınlar Razi Nurullayevin cavabını verdilər: - "Nə aliment alırlar ki, sərbəst də yaşasınlar?"
Bu gün, 18:01
Ukrayna torpaqlarını Rusiyaya verməyən yeganə prezidentəm - Tramp
Bu gün, 17:58
Bu həftə DƏYİŞİKLİK GÖZLƏNİLİR - İDDİA
Bu gün, 17:56
Ukrayna uğrunda QARIŞ SAVAŞI... - İNCƏLƏMƏ
Bu gün, 17:49
Azərbaycan GUAM Parlament Assambleyasına sədrliyi Gürcüstana təhvil verib
Bu gün, 17:42
ABŞ Azərbaycanın maraqlarına xələl gətirəcək addım atmayacaq - Ermənistanın xəyalları "suya düşdü"
Bu gün, 17:40
Təhsilə pul yatırmağın qaranlıq tərəfi – Gənclər harada səhv edir?
Bu gün, 17:36
Mədəniyyət Nazirliyi BƏƏ şirkətindən 3 adda kitab alır – 36 min ödəyəcək
Bu gün, 17:30
Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb? - Geosiyasi qeyri-müəyyənlik...
Bu gün, 16:10
Polis marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxsləri saxladı - FOTO, VİDEO
Bu gün, 16:06
Prezident vəd vermişdi... - NƏ OLACAQ?..
Bu gün, 16:04
İcra başçısının müavini məhkəməyə gəlmədi, iclas təxirə salındı - DETALLAR
Bu gün, 16:02
Alçaldılmış və təhqir edilmiş – O, Ağ Evə niyə çağırıldı?
Bu gün, 15:58
Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq - Dünya Bankı
Bu gün, 15:53
Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən - ZƏRƏRƏ KEÇİB
Bu gün, 15:50
Nazir ona vəzifə verdi - FOTO
Bu gün, 15:46
Şirvanda erməni siqaretləri satan şəxs həbs edilib - İkinci əməlidir
Bu gün, 15:42
Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılır
Bu gün, 15:26
"Veysəloğlu"nun "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya tədbirində şirkətin uğurları və yeni istiqamətlər müzakirə olundu - FOTO
Bu gün, 15:17
Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti - MƏQALƏ
Bu gün, 15:11
Qadın ülviyyətin, zərifliyin, gözəlliyin rəmzidir - İsrafil Kərimovun yazısı
Bu gün, 15:09
Azərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulacaq, nazir müavini səbəbi açıqlayıb
Bu gün, 15:04
Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib - ARAŞDIRMA
Bu gün, 14:02
MİDA-nın 620 minlik tenderi ləğv edildi
Bu gün, 14:00
“Qoca qitə” çarə axtarışında: - ruslar gəlir, amerikalılar gedir
Bu gün, 13:58
Sahil Babayevin yerinə keçən nazir nələri dəyişəcək? – Rəy
Bu gün, 13:10
Məhkəmə qalmaqallı "Laser Beauty Estetik Klinika" ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 13:06
Türkiyədə inflayasiya səviyyəsi 39%-ə düşdü – Dünyada 6-cı yerdədir
Bu gün, 13:04
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nə sədr əvəzi təyin edilib - FOTO
Bu gün, 12:58
Erməni əsilli İsveç deputatı haqlıdırmı? - ŞƏRH
Bu gün, 12:50
Ramin Hacılı Konstitusiya Məhkəməsinə müraciət edib - TƏFƏRRÜAT
Bu gün, 12:48
Özbəkistanda daxili işlər naziri vəzifəsinə yeni təyinat olub - KİV
Bu gün, 12:44
Adil Vəliyev dünya-aləmi oğluna PEŞKƏŞ EDİB... - VƏTƏNDAŞ KİMDİR Kİ?..
Bu gün, 12:41
Hikmət Hacıyev BMT nümayəndəsi ilə əməkdaşlığın inkişafını müzakirə edib - FOTO
Bu gün, 12:37
Zelenskinin ABŞ-dan istədiyi "təhlükəsizlik qarantiyası" nədir? - İNCƏLƏMƏ
Bu gün, 12:34
“İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil” - Şəhid və Qazi anasından Prezidentə şok müraciət
Bu gün, 12:31
“Ermənistanın mina istehsalı bütün bəşəriyyət üçün ciddi təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:26
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:20
Bakıda məktəbli qəbiristanlıqda niyə qətlə yetirilib? - TƏFƏRRÜAT
Bu gün, 12:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru