Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi .....                     "Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... .....                     Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! .....                     Azər Rəcəbovun müavini yenidən həbs edildi .....                     Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR .....                     İrəvan Moskvanın əsəblərini tarıma çəkir .....                     Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? .....                     Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa .....                     MİDA sakinləri etiraza qalxdı .....                     "AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" .....                     Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı .....                     Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib .....                     Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb .....                     Azərbaycan belə tələb irəli sürüb, ancaq... .....                     Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib .....                     Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... .....                     "Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." .....                     Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb .....                     Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb .....                     Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb .....                     Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ .....                     Zurabişvili ermənilərə “dayı” deməyə başladı .....                     Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir .....                     Qubada əsas söz sahibi kimdir? .....                     İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib .....                     Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib .....                     15 ildir ŞƏHİDLİK HAQQI tanınmır... .....                     Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur? .....                     Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... .....                     Vüqar Əhmədov idarə rəisi təyin etdi .....                     Moskvada Zəngəzur planı ifşa edildi .....                     Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir... .....                     “Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     “Buta” klinikasının gözdən-könüldən uzaq işləri .....                     "Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" .....                     İşçilər bunları bilməlidir... .....                     ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək .....                     Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib .....                     İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər .....                     Neftçilər qəpik-quruş dərdində... bu isə... .....                 

Sahil Babayev ilk fürsətdəcə özünü necə "yandırdı"... - İTTİHAM
Tarix: 25-12-2018, 09:07 | Çap et
Sahil Babayev ilk fürsətdəcə özünü necə "yandırdı"...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramının icrası zamanı yol verilən qanunsuzluqlara növbəti dəfə münasibət bildirib. Nazirlik konkret faktlarla bağlı yayğın, ümumi sözlərlə münasibət bildirməklə vətəndaşlara verilən heyvanların dişsiz, qısır, bəzi hallarda qotur olmasının səbəbinin üzərindən sükutla ötür.

Nə baş verir?

Niyə Azərbaycan dövlətinin vətəndaşa yönəlik olduqca əhəmiyyətli bir proyekti bu şəkildə reallaşdırılır?

Aydındır ki, dövlətin məqsədi vətəndaşı özünü maddi baxımdan təmin edəcək ailə təsərrüfatına sahib etməkdir. Layihə bu şəkildə icra ediləcəksə, özünüməşğulluq proqramının məqsədinə çatması real olmayacaq. Faktlar belə nəticəyə gəlməyə ciddi əsaslar verir.

“Yeni Müsavat” yazdı, vətəndaşa 7 sağlam qoyun verib şükranlıq videosunu çəkdilər

Nazirlik adından yayılan rəsmi açıqlamada isə vətəndaş Ariz Dəmirov ona verilən qoyunlardan razı olduğunu, “Yeni Müsavat”a şikayətindən sonra onun videosunu çəkdiklərini, həmin videoda da vətəndaşın razılıq etdiyini xüsusi vurğulayır.

Bəs reallıq necədir?

“Yeni Müsavat”ın 19 noyabr tarixli sayında “Məşğulluq Mərkəzinin qoyunlu oyunları - film kimi fırıldaq” sərlövhəli yazıda Goranboyun Əlirzalı kənd sakini Ariz Qnyaz oğlu Dəmirovun şikayətini dərc etmişdik. Vətəndaş ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Mərkəzi tərəfindən verilən qoyunların qoca olmasından şikayətlənmişdi. Demişdi ki, özünüməşğulluq proqramı çərçivəsində ona gecəyarısı təhvil verilən qoyunlar qocadır və nazirdən kömək istəmişdi. Ariz Dəmirov dişsiz qoyunların artmayacağını, bu səbəbdən də özünüməşğulluq proqramından onun dolanışığını təmin etməsinin də sual altına düşəcəyini demişdi.

Şəkidən, Astaradan, Şamaxıdan da özünüməşğulluq proqramının icrası zamanı yol verilən qanunsuzluqlar haqda xəbərlər dərc etmişdik.

Goranboy rayonunda kasıb ailələrə verilən inəklərin fotolarına baxdıqda isə heyvana, sadəcə, adamın yazığı gəlir...

“Gəldilər dedilər ki, səni polisə aparırıq”

Nazirliyin son rəsmi açıqlamasından sonra Ariz Dəmirovla yenidən əlaqə saxladıq.

Onun dediklərini təqdim edirik:

- Qəzetinizdə yazı dərc olunandan sonra 7 qoyunu dəyişdilər. Gəldilər dedilər ki, səni polisə aparırıq. Dedim ki, mənə nə edəcəksiniz? Qanun mənim tərəfimdədir. Sonra dedilər ki, zarafat edirik. Məşğulluğun müdiri gəldi, xahiş elədi ki, heyvanların yanında dur, səni videoya çəkək, denən ki, heyvanlar cavandır, narazılığım, etirazım yoxdur. Çıxdılar getdilər. Bu yaxınlarda bir qoyun da öldü. Deyiblər ki, sabaha, birigünə gətirib başqasını verəcəklər.

Vətəndaş israr edir: “Qoyunlar qocadır!”
Ariz Dəmirov deyir ki, qoyunlar yaşlıdır:

- Nimdaş şeylərdir, təzədən biri də öldü, biri bala saldı. Qalmışam qoyunların əlində. Özlərinə deyirəm. Deyirlər ki, bizə də bunu ver deyirlər, veririk...

Şamaxının Mərziyə kəndində Mikayıl Qibləli oğlu İsmayılov da ona verilən qoyunların təhvil-təslim aktında yazılanlara uyğun olmadığını, çarəsizlikdən həmin heyvanları təhvil aldığını deyir:

- Heyvanları bizə 3 ay əvvəl verirdilər. Biz etiraz elədik, götürmədik. Bizə verilən heyvanların videosunu youtube kanalına yerləşdirdik. Bundan sonra bizə cavan heyvanlar verildi. Bizə əvvəlcə dişsiz heyvanlar verirdilər. Dedilər ki, tenderi udan şirkət verir heyvanları.

- Yerli heyvanlar idi?

- Yerli heyvanlar idi, ancaq qoca, yaşlı heyvanlardır deyə etiraz elədik.

- Həmin heyvanları bazardan almışdılar?

- Bazardan alanda biz gördük, videosunu çəkdik ki, bizə cənab prezident bu boyda dəstək göstərir, 4 min manat dəyərində bizə 21 heyvan ayırır. Siz bu 21 heyvanı elə bir vəziyyətdə gətirib verirsiz ki, onlar qışı çıxar-çıxmaz durumdadır. Sonra da deyəcəkdilər ki, bu heyvanlar necə oldu?

- 4 min manat rəqəmini haradan götürmüsüz?

- Bizimlə bağlanan müqavilədə, biznes-plan müqaviləsində dövlət tərəfindən bizə ayrılan puldur.

- Biznes-planda 4 min manatın sizə nağd verməli olduğu yazılmışdı?

- Biznes-planda yazılmışdı ki, 4 min manat dəyərində heyvan veriləcək.

- Biznes-plandakı məbləğlə neçə qoyun almaq olar?

- Heyvanın biri düşür 180-195 manata. 20 dişi qoyun və bir erkək verilməlidir.

- Bəs həmin 4 min manata bazardan özünüz neçə qoyun ala bilərsiniz?

- 4 min manatı bizim özümüzə versəydilər, onların verdiyi qoyunlardan qat-qat yaxşı heyvanlar ala bilərdik. Azı 25-30 dənə yaxşı heyvan ala bilərdik bazardan. Bazarda onların aldıqları heyvanların qiyməti 60-70 manatdır. Hələ həmin heyvanların ağzında dişləri olanlardır. Dişləri olmayanlar daha ucuzdur.

- Bazarda qoyunların qiyməti həmişə belə ucuz olur?

- Yaşlı heyvanlardır, dişləri yoxdur, ot, arpa yeyə bilmir.

- Sizə verilən qoyunların qiyməti 60-70 manat göstərilir?

- Sənəddə yazırlar ki, ümumi qiymət 4 min manatdır. Halbuki 4 min manat dəyərində heyvanı biz görmədik.

- Sizə verilən qoyunları bazara çıxarsanız, satışından nə qədər gəlir əldə etmək olar?

- 3 min, maksimum 3 min 200 manat. Əvvəl vermək istədiklərinə baxanda indikilər qismən yaxşıdır.

- Sizə o heyvanları nəyə görə veriblər?

- İşsizik, veriblər ki, məşğul olaq. İşsizliklə bağlı müraciət etmişdik. İşsiz kimi Məşğulluq Mərkəzində qeydiyyata dayanmışdıq. Dedilər ki, ünvanlı sosial yardım yığışdırılacaq. Biz oxuduq, 1 il sonra da heyvanlar gəldi çıxdı.

- Necə hesab edirsiz, sizə verilən 21 qoyunla özünüzü təmin edə biləcəksinizmi?

- İndi verilən heyvanlarla bəli. İndiki heyvanlara baxırsan ki, pis-yaxşı, nəsə eləmək olar.

- Təxminən nə qədər gəlir götürmək olar?

- Bizə sənəd üzərində 20 dənə ana qoyun və yanında 20 quzu, 1 erkək qoç verilməli idi. Bizə balası olmayan 20 qoyun verdilər. Bizim də fikrimiz bu idi ki, qoyunun balasından, südündən gəlir əldə edəcəkdik. Bizə verilən biznes-planda belə idi. Biz ailəmizi bu halda dolandıracaqdıq. Sonra bunlar (ƏƏSMN rəsmiləri) da gəlib dedilər ki, sizə balası olan qoyunlar yox, 20 qoyun verəcəyik. Yəni hazırda bizə verilən qoyunların heç birinin balası yoxdur. Bizə doğar və ya yeni doğmuş qoyunlar verilməli idi.

- 20 qoyun, 20 quzu və 1 qoç verilməli idi. Ümumilikdə 41 heyvan verilməli idi?

- Bəli. Dövlətin biznes-planında elə yazılmışdı.

“Məcbur götürməli olduq. Bundan da əlimiz çıxandan sonra...”
- Bəs elə yazılmışdısa, siz balası olmayan qoyunları niyə götürürdünüz?

- Dedilər ki, götürürsüz götürün, götürmürsüz özünüz bilərsiz, üstündən bir xətt çəkəcəyik, qarşısına da yazacağıq imtina, çıxdı, getdi, qaytaracağıq geri.

- Ümumiyyətlə heyvan verməyəcəklərini deyirdilər?

- Bəli. Məcbur götürməli olduq. Bundan da əlimiz çıxandan sonra, lap şikayət elədik, yerlərdə şikayətə baxan var? Sözümüzü prezidentə çatdıra bilmirik, cənab prezident bilsə belə qalmaz məsələ. Yerli məmurlar öz bildiklərini edirlər...

İpəkçi.info saytı da bu mövzuda “Kasıbları bir az da müflis etməyin yeni yolu: özünüməşğulluq proqramı!” sərlövhəli yazı dərc edib. Həmin yazıda qeyd olunur ki, 2018-ci il üçün özünüməşğulluq proqramı çərçivəsində respublika üzrə 7 min, Şəki rayonu üzrə isə 113 nəfər 40 saatlıq təlimlərə cəlb ediliblər. Təlimlərə cəlb edilənlər sonda biznes-plan tərtib edərək biznes-planlarını müdafiə ediblər, başqa sözlə, imtahan veriblər...

Yazıdan sitat: “Şəki rayonunda təlimlərə cəlb edilənlərin əksəriyyəti heyvandarlıqla məşğul olmaq fikrində idi. Özünüməşğulluq proqramı çərçivəsində heyvandarlıqla məşğul olmağın şərtləri isə belə olub: Dövlət vətəndaşa 4 dana verir, vətəndaş həmin danaları kökəldib satmalıdır, əldə etdiyi pula xərcləri ödəməli, yenidən azı 4 dana almalıdır. Artıq pul qalarsa, şəxsi məqsədləri üçün xərcləyə bilər. Dövlət vətəndaşa 2 yanıbalalı inək verir, vətəndaş həmin inəkləri sata bilməz, amma inəyin südünü, inəyin südündən hazırladığı pendiri, yağı, inəklərin balalarını satıb xərcləri ödəməlidir, artıq pul qalsa öz şəxsi məqsədləri üçün xərcləyə bilər.

Dövlət vətəndaşa 20 toğlu verir, vətəndaş həmin toğluları kökəldib satmalıdır, əldə etdiyi pula xərcləri ödəməli, yenidən azı 20 toğlu almalıdır. Artıq qalan pulu isə şəxsi məqsədləri üçün xərcləyə bilər. Dövlət vətəndaşa 20 yanıbalalı qoyun və bir qoç verir, vətəndaş həmin qoyunları və qoçu sata bilməz, amma qoyunların südünü, qoyunların südündən hazırlandığı pendiri, qoyunların balalarını satıb xərcləri ödəməlidir, artıq pul qalarsa öz şəxsi məqsədləri üçün xərcləyə bilər.

Lakin heyvanların verilməsi zamanı məlum oldu ki, vətəndaşlara qısır və balası olmayan inək və qoyunlar, yanıq dana və toğlular təklif edilib. Bu, aztəminatlı vətəndaşları daha da müflis etməkdən başqa bir şey deyil. Başqa sözlə, vətəndaş 20 qısır qoyunu 2 il yemləmək üçün 4 min manat pul xərcləməlidir. Sonda isə həmin qoyunları yalnız 2 min manata sata bilər. Vətəndaş, deməli, 2 min manat ziyan edəcək. Bordaq üçün verilən toğlularla bu gün şəxsən tanış olduq, heç kim götürmədi. Bunlara yanıq toğlular deyilir, 10 kq çəkiləri olardı, ya yox, onlar böyümürlər, nə qədər yem, dava-dərmən verilsə belə elə o boyda qalacaqlar. Ən yaxşısının bazar qiyməti 70 manatdan çox deyil. Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşa belə xəstə heyvanlar təklif edilir. 70 manatdan 20 yanıq toğlunun qiyməti 1400 manat edir. Dövlət isə özünüməşğulluq proqramı çərçivəsində hər vətəndaşa 5 min manat vəd etmişdi..." Qeyd edək ki, özünüməşğulluq proqramının icrası ilə bağlı ƏƏSMN “Aqri Kon” MMC və “Bis Co” MMC konsorsiumunu seçib. 2018-ci ilin iyulunda yaradılan MMC-lərin həmin ilin avqustunda podratçı olaraq qəbul edilmələri əsaslı şübhələr yaradır. Seçim aparılarkən hansı şərtlərin əsas götürüldüyü də bilinmir. Bu haqda ötən saylarımızda daha ətraflı yazmışıq. (http://musavat.com/news/nazirlik-dovletin-muhum-proyektini-1-ayliq-mmc-lere-tapsirib-sovdelesme-iddiasi_579234.html)
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi
Bu gün, 11:41
"Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... Donald Trampın siyasi dəstəyinə ehtiyac duyur"
Bu gün, 11:37
Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! - "Bu, saxta təhsilin bir nümunəsidir..."
Bu gün, 11:33
Azər Rəcəbovun müavini yenidən həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30
Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR - FOTO
Bu gün, 11:28
İrəvan Moskvanın əsəblərini tarıma çəkir - NƏ BAŞ VERİR?
Bu gün, 11:25
Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? - AKTUAL
Bu gün, 11:05
Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa - Bu qədər borcu var
Bu gün, 10:59
MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57
"AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42
Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39
Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37
Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33
Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26
Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17
Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Bu gün, 10:15
"Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." - deputat
Bu gün, 10:09
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Bu gün, 10:04
Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:01
Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb - “Mehr”
Bu gün, 09:59
Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:58
Zurabişvili ermənilərə “dayı” deməyə başladı - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47
Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:36
Qubada əsas söz sahibi kimdir? - HƏLƏ DƏ BİLİNMİR...
Bu gün, 09:28
İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23
Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib
Bu gün, 09:22
15 ildir ŞƏHİDLİK HAQQI tanınmır... - atası FƏRYAD EDİR
Bu gün, 09:16
Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur? – AÇIQLAMA
Bu gün, 09:12
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
Bu gün, 09:10
Vüqar Əhmədov idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 09:05
Moskvada Zəngəzur planı ifşa edildi - Lavrovun iki təklifinə rədd CAVABI
Bu gün, 08:58
Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir... - FAKT BUDUR!
Bu gün, 08:56
“Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:48
“Buta” klinikasının gözdən-könüldən uzaq işləri - ÇALIŞIRLAR Kİ...
Bu gün, 08:46
"Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" - AMMA...
Bu gün, 08:39
İşçilər bunları bilməlidir... - Ekspert danışır...
Bu gün, 08:33
ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək - AÇIQLAMA
Bu gün, 08:30
Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib - "Bəzi Qərb dairələri..."
Bu gün, 08:28
İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22
Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
"Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22
Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13
Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11
Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25
Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20
"Biz insanlar qəribəyik..."
Bu gün, 00:51
Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48
Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45
“Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru