Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir... .....                     “Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     “Buta” klinikasının gözdən-könüldən uzaq işləri .....                     "Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" .....                     İşçilər bunları bilməlidir... .....                     ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək .....                     Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib .....                     İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər .....                     Neftçilər qəpik-quruş dərdində... bu isə... .....                     “AzeBirja“da vətəndaşların milyonları itirildi .....                     "Təmir adı ilə sui-istifadə olundu” .....                     Tramp mütləq İrana zərbə endirəcək .....                     Ermənistanın taleyini o müharibə həll edəcək .....                     Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib .....                     Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür .....                     "Biz insanlar qəribəyik..." .....                     Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? .....                     Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi .....                     “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” .....                     Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata .....                     Portaldan yayınmış 455 min manatlıq icarə tenderini .....                     Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi .....                     Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı .....                     Ermənistandan Türkiyəyə: .....                     İlyas İsmayılov komaya düşdü .....                     Səssiz gələn ölüm .....                     Qarabağ qazisi iş tapa bilmir .....                     ABŞ-ın yeni düşmənləri kim olacaq? .....                     Bu il sülh sazişi imzalanacaqmı? .....                     Regiona təhlükə saçacaq xartiya: .....                     “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” .....                     "Avion Travel"in rəhbəri məhkəmə qarşısında .....                     “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu .....                     Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” .....                     4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür .....                     Trampdan “qızıl dövr” anonsu və: .....                     Ümit Özdağ sərbəst buraxılıb .....                     İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib .....                     Bakıda idmançı qohumunu öldürənin cəzası .....                     Naxçıvanda donuzların kökü kəsilib .....                 

Dövlətin milyonları necə mənimsənilib? - Sabiq MTN başçısı İSTİNTAQA NƏLƏRİ DEYİB?
Tarix: 3-12-2018, 09:11 | Çap et
Dövlətin milyonları necə mənimsənilib?
Eldar Mahmudovun şəriki, sabiq nazirin milyonlarına nəzarət etmiş Sahib Ağayevin məhkəməsi davam etdirilir. Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə ittiham edilərək hakim qarşısına çıxarılan Sahib Ağayevin cinayət işi üzrə məhkəmə iclasına hakim Samir Əliyev sədrlik edir. Məhkəmənin baxış iclası keçirilərkən hakimlər heyəti belə bir qərar qəbul etdi ki, proseslər bundan sonra qapalı keçirilsin.

Bildirək ki, bu iş üzrə zərərçəkmiş tərəflər Vergilər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətidir. Külli miqdarda mənimsəmədə və vergidən yayınmaqda təqsirləndirilən Sahib Ağayev barəsində cinayət işinin əsas diqqət çəkən məqamı Eldar Mahmudovun bu iş üzrə şahid qismində dindirilməsidir.

Sabiq MTN başçısı şahid qismində ona görə dindirilib ki, onun rəhbərlik etdiyi nazirlikdə dövlət əhəmiyyətli layihənin icrası üçün ayrılan vəsaitin 30 milyona yaxını mənimsənilib və başqa bir şirkətin hesabına köçürülərək ölkədən çıxarılıb.

İttihama görə, Sahib Ağayevin rəhbərlik etdiyi şirkət 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ərəfəsində Milli Təhlükəsizlik Nazirliyinin istəyi ilə təhlükəsizliyin təmin edilməsi məqsədilə xüsusi avadanlıqların gətirilməsi və həmin sistemin qurulmasını həyata keçiribmiş. İmzalanmış müqavilə şişirdilərək 30 milyon manat Sahib Ağayevin xarici şirkətinin hesabına köçürülüb. Bu işdə Sahib Ağayevlə yanaşı, Kanada vətəndaşı Kazem Askarinin də adı keçir.

Sahib Ağayevin və ona himayədarlıq edənlərin əməli MTN ləğv edildikdən sonra üzə çıxıb. Bundan sonra Sahib Ağayev axtarışa verilib. O, Qazaxıstanda saxlanılaraq Azərbaycana gətirilib.

Qeyd edək ki, S.Ağayev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilir.

Xatırladaq ki, S.Ağayev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun iş ortaqlarından və yaxın adamalarından biri olub. Xəbər verdiyimiz kimi, bu cinayət işi üzrə E.Mahmudov istintaqda şahid qismində ifadə verib.

“Yeni Müsavat” qəzeti eksklüziv olaraq sabiq nazirin istintaqa ifadəsinin bəzi təfərrüatlarını əldə edib. Bildirək ki, bu ifadə “MTN əməliyyatları” başlayandan bu günə qədər Mahmudovun ictimaiyyətə məlum olan ilk ifadəsidir.

Xatırlayırsınızsa Eldar Mahmudovun adı 2015-ci ildən başlayan “MTN əməliyyatları” çərçivəsində dəfələrlə çəkilib. Həm həbs edilən MTN-çilər, həm də zərərçəkmiş kimi tanınan bir çox iş adamları məhkəmədə ifadə verərkən Eldar Mahmudovun dindirilməsini tələb edirdilər. Lakin məhkəmə bunu zəruri hesab etməyərək Eldar Mahmudovu məhkəməyə dəvət etmədi. Akif Çovdarov, Sübahir Qurbanov və digər MTN generallarının işində də bir çox epizodlarda Eldar Mahmudovun adı keçsə də onun istintaq orqanı tərəfindən dindirilmədiyi üzə çıxmışdı.

Lakin indi məlum olub ki, Mahmudov dostu Sahib Ağayevin əməllərinə görə istintaqda dindirilib. Onu da xatırladaq ki, bir neçə dəfə Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsindən çıxarkən görüntülənmişdi. Məlumata görə, sabiq nazir məhz bu işə görə dindirilmiş, ifadəsi alınmışdı.

Əldə etdiyimiz eksklüziv məlumata görə, Mahmudov dindirilən zaman bir zamanlar şəriklik etdiyi Sahib Ağayevin əməllərindən xəbərsiz olduğunu söyləyib.

Eldar Mahmudov ifadəsində bildirib ki, nazir kimi rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyinin əsasnaməsinə uyğun olaraq, üzərinə düşən vəzifələri icra edib. General-polkovnik hərbi rütbəsində olan Mahmudov hazırda işləmdəyini deyib.

Suallara cavabında Eldar mahmudov “Main İnvestment LTD” MMC-nin rəhbəri, Kanada vətəndaşı Kazem Askarini təxminən 1998-ci ildən tanıdığını deyib. Mahmudov dindirilən zaman Kazemlə hansı şəraitdə tanış olduğunu xatırlamayıb və bildirib ki, Kazem sahibkar kimi müxtəlif sahələrdə bizneslə məşğul olub. Daha sonra o, şərikinə qarşı irəli sürülmüş ittihamlarla bağlı danışıb. Qeyd edib ki, 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ərəfəsində təhlükəsizlik sisteminin qurulması üçün araşdırmalar aparıblar.

Mahmudovun sözlərinə görə, onların maraqlarına uyğun olan təhlükəsizlik sistemi Kanadada olub. Necə təsadüfdürsə, elə həmin təhlükəsizlik sisteminin qurulması işini də Mahmudovun 1998-ci ildən tanıdığı Kazem bilirmiş. Kazem Kanadada olan şirkəti vasitəsi ilə bu işləri görməyə başlayıb. Mahmudov söyləyib ki, Kazem Kanada vətəndaşı olduğu üçün və informasiya texnologiyaları ilə işlədiyi üçün nazirliyin Beynəlxalq Əlaqələr İdarəsinin əməkdaşlarına bu işlə məşğul olmağı tapşırıb. Amma Mahmudov bu işi hansı işçisinə tapşırdığını xatırlamayıb.

Suallara cavabında Mahmudov bildirib ki, Kazemin şirkəti ilə bağlanmış müqaviləyə əsasən o, Kanadada olan təhlükəsizlik sistemini Azərbaycanda quracaqmış. Müqavilənin 2013-cü ildə imzalandığını deyən Mahmudov bunun üçün Kazemin şirkətinə ödənilən ümumi məbləği əvvəlcə xatırlamadığını söyləyib.

Müqavilənin qiymətinin bir neçə dəfə dəyişdirilməsi, hər dəfə də məbləğin artırılması ilə bağlı suallara cavab verən Mahmudov deyib ki, bu prosesləri də tam olaraq xatırlamır. Amma təsdiqləyib ki, müqavilə bir neçə dəfə dəyişdirilib və qiymətlər artırılıb. Bunu da belə izah edib ki, sonradan görüləcək işlərin həcmi artırmış. Müqavilə üçün ödəniləcək məbləğin Maliyyə Nazirliyi ilə razılaşdırıldığını deyən Mahmudov qeyd edib ki, müqavilə imzalandıqdan sonra MTN-in Maddi Texniki Təminat baş İdarəsinə də məlumat verilib.

“Müqaviləyə ayrılacaq məbləğ Maliyyə Naziriliyi ilə ”Main İnvestment LTD" arasında razılaşdırılıb. Daha sonra da bizə məlumat verilib. Məbləğ MTN-nin büdcəsinə köçürüldü. Bundan sonra da “Main İnvestment LTD” ilə MTN arasında müqavilə imzalandı. Bu barədə mənə mütəmadi məlumat verilirdi. Həmin məbləğ MTN-nin büdcəsindən ayrılmırdı. Buna görə də müqavilənin dəyəri ilə çox da maraqlanmırdım. Məbləğ Maliyyə Nazirliyindən ayrıldıqdan sonra şirkətin bank hesabına köçürülüb" - , deyə Mahmudov söyləyib.

Təkrar suallara cavabında Mahmudov deyib ki, təxminən müqavilə üçün 80-90 milyon manat ayrıldığını xatırlayır. Bundan sonra isə Mahmudov şərikinin 30 milyonu necə mənimsəməsi ilə bağlı suallara cavab verib. İttihamda göstərilir ki, Sahibin də iştirakı ilə “Main İnvestment LTD”yə ayırlan 90 milyona yaxın vəsaitin 30 milyona yaxını Dominikan Respublikasında qeydiyyatda olan “Preim Desig and Patenting.SA” şirkətinin bank hesabına köçürülüb.

Amma Mahmudov suallara cavabında bundan xəbərsiz olduğunu deyib. O bildirib ki, “Main İnvestment LTD” ilə MTN arasında imzalanmış müqaviləyə əsasən şirkətə ilk olaraq avans kimi layihənin dəyərinin 30 faizi ödənilib. Bundan sonra isə MTN-də yaradıllan komissiya görülən işlərə nəzarət edərək qalan məbləği mərhələli şəkildə ödəyib. Mahamudov ifadəsində bu layihənin icrasına hazırda vəzifədə olan generallardan birinin rəhbərlik etdiyini bildirib.

Bu işdə şübhəli və suallar doğuran məqam həyata keçirilən layihənin məbləğinin həqiqətən də 90 milyon manat dəyərində olub-olmamasıdır. Layihənin ümumi dəyərinin bir neçə dəfə şişirdildiyi bildirilir. Maraqlıdır ki, bu layihəyə milyonlar ayrılsa da, heç bir mütəxəssis tərəfindən araşdırmalar aparılmayıb.

Elə Mahmudova da bu barədə suallar verilib. Soruşulub ki, layihənin dəyərini araşdırmaq üçün mütəxəssislər cəlb edilibmi? MTN tərəfindən heç bir mütəxəssisin cəlb edilmədiyini deyən Mahmudov bu mütəxəssislərin Maliyyə Nazirliyi tərəfindən təyin edildiyini bildirib.

Daha sonra Mahmudov mətbuatda “şəriki” kimi təqdim edilən və hazırda həbsdə olan Sahib Ağayev haqda sualları cavablandırıb. O, Sahib Ağayevin Qazaxıstanda yaşadığını və bizneslə məşğul olduğunu söyləyib. Mahmudov söyləyib ki, həyat yoldaşı Ağayevin xanımı ilə rəfiqə olub və tanışlıq da buradan başlayıb.

Əldə etdiyimiz məlumata görə, Mahmudov ailəvi tanışı olan Sahib Ağayevin oğlu Əlini də MTN aparatında işə götürübmüş. Amma özü vəzifədən çıxarıldıqdan sonra Əli Ağayev də işdən çıxarılıb. O da məlum olub ki, 30 milyona yaxın vəsaitin köçürüldüyü və Dominikanda qeydiyyatdan keçmiş şirkət də Sahib Ağayevin imiş. Amma Mahmudov bundan və şirkətin fəaliyyətindən də xəbərsiz olduğunu söyləyib.

Mahmudov Sahib Ağayevlə Kazemin əməkdaşlığından və birgə fəaliyyətindən də xəbərsiz olduğunu deyib. Sabiq nazirin bu ifadəsindən belə məlum olur ki, ailəvi dostu Sahib Ağayev və 1998-ci ildən tanıdığı Kazem birləşərək ona da yalan danışıblar. Qulağa inandırıcı gəlməsə də belə çıxır ki, onların ikisi birləşərək Mahmudova “atıblar”.

Elə bundan əvvəl baş tutan “MTN əməliyyatları”nda da məlum olmuşdu ki, Mahmudov MTN-də baş verən bütün hadisələrdən “xəbərsiz” imiş...
Musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir... - FAKT BUDUR!
Bu gün, 08:56
“Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:48
“Buta” klinikasının gözdən-könüldən uzaq işləri - ÇALIŞIRLAR Kİ...
Bu gün, 08:46
"Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" - AMMA...
Bu gün, 08:39
İşçilər bunları bilməlidir... - Ekspert danışır...
Bu gün, 08:33
ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək - AÇIQLAMA
Bu gün, 08:30
Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib - "Bəzi Qərb dairələri..."
Bu gün, 08:28
İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22
Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
"Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22
Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13
Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11
Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25
Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20
"Biz insanlar qəribəyik..."
Bu gün, 00:51
Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48
Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45
“Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42
Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05
Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02
Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28
Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22
Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47
İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45
Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12
Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09
ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27
Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24
Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00
“Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58
"Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37
“Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31
Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19
4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15
Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06
Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58
İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57
Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40
Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35
İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24
Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18
61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06
Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03
Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53
SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47
Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38
6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Dünən, 16:35
Zəngəzur planında dəyişiklik: - “İrəvan kobud səhvə yol verdi”
Dünən, 16:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru