Azərbaycan Texnologiya Universitetində 500 min manatlıq yeyinti - Rektorla bağlı şok iddia
Tarix: 17-04-2015, 14:26 | Çap et
Mikayıl Cabbarovun təhsil naziri vəzifəsinə təyin olunmasından sonra ölkənin ali təhsil ocaqlarının əksəriyyətində xoşagəlməz hallar bir qədər səngiyib. İnsaf naminə qeyd etmək lazımdır ki, nazir bu sahədə bəzi islahatlar həyata keçirib və müsbət nəticələr əldə olunub.
Lakin bölgələrdə fəaliyyət göstərən bir sıra ali təhsil qurumlarında vəziyyət qənaətbəxş deyil. Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində (ATU) qeydə alınan qanunsuz işlərlə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Bu haqda bir qədər sonra danışacağıq. Məlumat üçün bildirək ki, prezidentin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13.06.2000-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq təhsil nazirinin 11.07.2000-ci il tarixli 691 saylı əmri ilə Azərbaycan Texnologiya İnstitutunun profili genişləndirilməklə Azərbaycan Texnologiya Universiteti yaradılıb. Universitetdə hazırda 4 fakültə, 19 kafedra, aspirantura və magistratura şöbəsi, elmi-tədqiqat bölməsi, hazırlıq kursu, iki elmi-tədqiqat laboratoriyası, ingilis dili resurs mərkəzi, kitabxana, İnformasiya Hesablama Mərkəzi, tibb məntəqəsi, 3-iaşə, 4 istehsalat-təcrübə obyekti, idman zalı (sahəsi 1000 kv.m.) və tələbə şəhərciyi fəaliyyət göstərir. Standartlaşdırma və texnoloji maşınlar, qida məhsullarının texnologiyası və turizm, iqtisadiyyat və idarəetmə və istehlak mallarının texnologiyası və ekspertiza fakültələri üzrə tədris aparılır. ATU-nun rektoru isə Süleymanov Akif Şamil oğludur. O, 1951-ci ildə Qazax rayonunun II Şıxlı kəndində anadan olub. 13 mart 2013-cü il tarixində Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsinə təyin edilib. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda bildirilir ki, adıçəkilən şəxsin rektor vəzifəsinə qoyulması universitetdə təhsilin səviyyəsinə mənfi təsir göstərib: "Azərbaycan Texnologiya Universiteti əvvəlki şöhrətini itirib. Rektor dəyişəndə təhsil ocağındakı nöqsanların aradan qaldırılacağı, o cümlədən təhsilin keyfiyyətinin yüksələcəyi gözlənilirdi. Təəssüf ki, rektor ona bəslənən ümidləri doğrultmadı. Universitetdə təhsilin səviyyəsi gündən-günə aşağı düşür. Son iki il ərzində tələbələr imtahan sessiyalarını verməkdə böyük çətinlik yaşayırlar. Çünki rektor dəyişəndən sonra imtahanların qiymət cədvəlinə də bəzi korrektələr edilib. Bu isə tələbələrin maddi durumuna əhəmiyyətli dərəcədə təsir göstərir. İndi tələbələr əvvəlki illərdən fərqli olaraq daha çox hərəkət etməli və rektorun istəklərini qarşılamalıdır. Əks təqdirdə, onların imtahanda məqbul qiymət alması düyünə düşə bilər". Məlumatlı mənbənin bildirdiyinə görə, ATU-da mövcud olan problemlər çox keçməyib ki, aidiyyəti dövlət qurumlarının da diqqətini cəlb edib. Mənbənin sözlərinə əsasən, bir neçə gün əvvəl maliyyə naziri Samir Şərifovun göstərişi ilə universitetdə yoxlama aparılıb və külli miqdarda büdcə kəsiri aşkarlanıb: "Maliyyə Nazirliyinin xüsusi komissiyası universitetin maliyyə və təsərrüfat şöbəsində araşdırmalar aparıb. Fevral ayında başlayan yoxlama bu günə kimi davam edir. Deyilənə görə, yoxlama zamanı 500 min manatdan çox yeyinti aşkarlanıb. Bu pul yeyintisi daha çox təsərrüfat şöbəsində üzə çıxarılıb. Komissiyanın baş inspektoru və komissiyanın sədri Mayis müəllim rektora bildirəndə ki, iş protokollaşıb Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndəriləcək universitet rəhbəri bir neçə gün fikirləşdikdən sonra başqa qərara gəlib. O Mayis müəllimə müəyyən təkliflərdə bulunaraq yaranmış problemi çözmək istəyib. Amma qarşı tərəf onun təklifini qəbul etməyib". Aldığımız məlumatlarda o da qeyd edilir ki, aşkarlanan 500 min manatlıq yeyintiyə görə rektor təsərrüfat işləri üzrə müavini Aslan Quliyevi qabağa verib: "Halbuki, universitetdə həyata keçirilən qanunsuz maliyyə əməliyyatlarının birbaşa iştirakçısı rektorun özüdür. Onun göstərişi ilə prorektor yeyinti sənədlərinə imza atıb. O Texnologiya Universitetini sanki özəl mülkü kimi idarə edir. Onlarla işçini əsassız yerə işdən azad edib və onların yerinə bəzi maraqlarının müqabilində ixtisası uyğun olmayan şəxsləri işə götürüb". Qaynağımız sonda ATU-da aşkarlanan 500 min manatlıq yeyinti ilə bağlı sənədlərin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndəriləcəyini dedi: "Universitet rəhbərinin gələcək vəzifə taleyi sual altındadır. Belə ki, Maliyyə Nazirliyinin əməkdaşları təhsil ocağında üzə çıxardıqları yeyintilərlə bağlı zəruri materialları Korrupsiyaya Qarşı Mubarizə Baş İdarəsinə göndərməyə hazırlaşırlar. Rektor isə bunun qarşısını almaq üçün bəzi şəxslərin vasitəsilə Maliyyə Nazirliyinə "xod" axtarmağa başlayıb. Onun bu cəhdlərinin bir nəticə verməyəcəyi gözlənilir. Əldə edilmiş yeyinti materialları idarəyə təqdim olunsa, o zaman rektorun həbsi məsələsi gündəmə gələ bilər". \\ GünBakı \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Parlamentin İntizam Komissiyasının üzvləri dəyişəcək? - AÇIQLAMA
Bu gün, 09:57 |
|
|
|
• Paşinyandan sərt addım: O ölkə ilə əlaqələri kəsir - “İravunk”
Bu gün, 09:51 |
|
|
|
• Məktəblərə internet çəkilməsi 17,5 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 09:37 |
|
|
|
• Rusiya və İran yaxınlaşması Bakı və Ankara üçün SİQNALDIR... - Məcburuq ki...
Bu gün, 09:33 |
|
|
|
• Bakıda çəkisi 6 kq olan uşaq doğulub
Bu gün, 09:26 |
|
|
|
• SPARK MMC-dən kimlər istintaqa cəlb edilib? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:15 |
|
|
|
• Dövlət Duması Rusiya ilə ABŞ arasında birbaşa münaqişə risklərini qiymətləndirib
Bu gün, 09:11 |
|
|
|
• Ölkədən 326 milyon manatı qaçaqmalçılıq yolu çıxartmaqda təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib
Bu gün, 09:02 |
|
|
|
• Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi - YENİ DETALLAR
Bu gün, 09:00 |
|
|
|
• Hər bir saxta kosmetoloqun... plastik cərrahın arxasında hansısa MƏMUR DAYANIR... - İLGİNC...
Bu gün, 08:59 |
|
|
|
• Diplomlu işsizlər... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:56 |
|
|
|
• İrəvan İranın zəifləməsindən istifadə edir, “ova” çıxıb - keçmiş səfirdən ilginc açıqlamalar
Bu gün, 08:49 |
|
|
|
• "İki gündür ki, dənizə getmək üçün gəmi ilə təmin olunmurlar..." - GİLEY
Bu gün, 08:41 |
|
|
|
• "Ödənişli əlavə məzuniyyət almaq hüquqları..." - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Paşinyan sübut etməyə çalışır ki... - AKTUAL
Bu gün, 08:25 |
|
|
|
• FHN-dən növbəti ŞÜBHƏLİ TENDERLƏR... - bir araşdıran olsa...
Bu gün, 08:20 |
|
|
|
• Cəlilabadda SAXTA SƏNƏD qalmaqalı - Başçının adı hallanır...
Bu gün, 08:18 |
|
|
|
• "Ermənistan Cənubi Qafqaza daxil olmaq üçün plastarm rolunu oynayır" - Qulamhüseyn Əlibəyli
Bu gün, 08:15 |
|
|
|
• Arxitektura Komitəsinin nə marağı var ki... - İDDİA
Bu gün, 08:08 |
|
|
|
• `Azercell` xaricdə də müştəriyə problem yaradır - "E-sim yükləyin canınız dinc olsun..."
Bu gün, 08:05 |
|
|
|
• Sərhədlərimizə qədər yaxınlaşan Vaşinqton... - KİM ÜÇÜN TƏHLÜKƏDİR?
Bu gün, 08:00 |
|
|
|
• Bu gün hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin məhkəməsi başlayır
Bu gün, 07:15 |
|
|
|
• "Mən idman sahəsində baş verən haqsızlıqları, özbaşınalıqları tənqid edirəm" - QALMAQAL
Bu gün, 07:11 |
|
|
|
• ABŞ-dan Qarabağla bağlı xoşagəlməz addım – Ermənilər geri qaytarılır?
Bu gün, 06:40 |
|
|
|
• İki orqanı olmayan uşağın əlillik pensiyası kəsildi... - Nazirlik isə deyir ki...
Bu gün, 06:38 |
|
|
|
• Ukrayna niyə çağırış yaşını aşağı salmaq istəmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:29 |
|
|
|
• Aleksanyandan Vardanyanla bağlı sensasiya - "Bakıya elə faktlar verəcəm ki…”
Bu gün, 06:26 |
|
|
|
• Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik - MALƏSƏF...
Bu gün, 00:08 |
|
|
|
• Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02 |
|
|
|
• Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... - NƏ BAŞ VERİR?
Bu gün, 00:00 |
|
|
|
• Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Dünən, 22:47 |
|
|
|
• Fevralın 9-u başlayacaq - İTV-də...
Dünən, 22:37 |
|
|
|
• Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Dünən, 22:01 |
|
|
|
• Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Dünən, 21:57 |
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Dünən, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Dünən, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Dünən, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Dünən, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Dünən, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Dünən, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Dünən, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Dünən, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Dünən, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Dünən, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Dünən, 18:08 |
|
|
|
• Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Dünən, 18:07 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Dünən, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Dünən, 17:57 |
|
|
|
|