"Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." .....                     “Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır .....                     Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... .....                     Yeni qayda test üsulunu ləğv edəcək? .....                     Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilər .....                     Ermənistan eyforiyadadır .....                     İcra Hakimiyyəti binasında FHN üçün icarəyə otaqlar verdi .....                     Təhsil müəssisəsi 46 mühafizəçiyə 63 milyon manat ödəyəcək .....                     “Rəsul öz müəlliminə aşiq olur!” .....                     Yeni dələduzluq üsulu yayılıb .....                     “AccessBank” üçün ÇƏTİN MƏRHƏLƏ... .....                     Bəxtiyar Mikayılova .....                     Kəlbəcər icra hakimiyyətindəki davanın TƏFƏRRÜATI .....                     Tarixi Bakı məhkəməsi: cinayət işi ayrı, siyasət işi ayrı... .....                     Hərbi Hospitalın tanınmış həkimi facəvi şəkildə vəfat etdi .....                     Havanın arabir yağıntılı olacağı gözlənilir .....                     Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu .....                     Rəqsanənin keçmiş sevgilisi qarət edildi .....                     Mətanət Manafova vəfat etdi .....                     Ali məktəbə qəbulda 5 fəndən imtahan NƏYƏ LAZIMDIR? .....                     Yardımlı Rayon İcra Hakimiyyəti 225 min manatı nəyə xərcləyəcək? .....                     İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsinə qadağa qoyulub .....                     Bakıda mozaika kompozisiyalarında restavrasiya işlərinə başlanılır .....                     Ermənistan riskli addım atdı .....                     Moskva bu azərbaycanlıları müharibəyə göndərməyə çalışır .....                     YÜNGÜL ÇƏKİ(C)Lİ MƏHKƏMƏLƏRİMİZ... .....                     İsa Həbibbəyli bu vəzifəsindən azad edildi .....                     Xəyanət etdiyi şəxslə fotosunu gördü və öldürdü .....                     Şuşa Regional “ASAN xidmət” mərkəzinə direktor təyin olunub .....                     Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib .....                     Əmək müqaviləsi olmadan işlədi... İNDİ CƏZASINI ÇƏKİR... .....                     İran gömrüyünün rentgeni xaricə daşınan həşişi “görmür” .....                     Sərhəd razılaşmasının şifrələri .....                     “Bakı Abadlıq Xidməti”nin adı pul qalmaqalında... .....                     Oğlunu vuran ata məhkəmə qarşısında .....                     Samir Şərifov yeni vəzifədə ilk tapşırığı İCRA ETDİ .....                     3 aya 12 min KXDR əsgəri məhv olacaq .....                     Bu kəndlər Azərbaycana qaytarılır .....                     Texniki Baxış Şöbəsinə rəis təyin edildi .....                     İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır .....                 

Diplomlu işsizlər... - BELƏ DAVAM EDƏRSƏ...
Tarix: Bu gün, 08:56 | Çap et
Diplomlu işsizlər...
Bu il dövlət büdcəsindən peşə təhsilinə 82.2 milyon manat vəsait ayrılıb. Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov “Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu” mövzusunda müzakirələr zamanı deyib. Agentlik sədri həmçinin vurğulayıb ki, 2020-ci ildən bəri peşə təhsilinə qəbulda 60 faiz artım qeydə alınıb: “Ölkəmizdə 2022-2026-cı illər üçün sosial iqtisadi inkişaf, birinci qayıdış planı çərçivəsində təhsillə bağlı keçirilən tədbirlərdə peşə təhsilinin inkişafına xüsusi yer ayrılıb. Peşə təhsilinin inkişafı iqtisadiyyatın tələblərinə uyğun ixtisaslı kadrlar hazırlamaq üçün vacibdir. Bu, həm sahibkarlar, həm təhsil sistemi və cəmiyyət üçün önəmlidir”.

Qeyd edək ki, müzakirələrin əsas məqsədi tikinti sektorunda işə götürənlərin peşə təhsil müəssisələri ilə əməkdaşlığının inkişaf etdirilməsi, özəl sektorun təhsil prosesində aktiv iştirakının təmin edilməsi, həmçinin peşə təhsilinin əmək bazarına uyğunlaşdırılması, tikinti sahəsində texniki ixtisaslar üzrə kadr hazırlığının gücləndirilməsi, müasir standartlara cavab verən təhsil proqramlarının hazırlanması, tələbələrin praktiki bacarıqlarının artırılmasıdır. Ancaq son illər peşə təhsilinə maraq azalıb. Əksəriyyət ali təhsil almağa axın edir. Halbuki diplomlu işsizlərin sayı heç də az deyil.

Peşə məktəblərinə müraciətlər niyə sovet dövründə olduğu kimi deyil? Bəlkə onların reputasiyasını bərpa etmək istiqamətində addımlar atılmalıdır?

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Azərbaycanda peşə təhsilinə marağın azalması həm iqtisadi, həm də sosial baxımdan ciddi problemlərə yol açır: “Sovet dövründə peşə təhsili iqtisadiyyatın inkişafında mühüm rol oynayırdı. Bu sistem əsasən zavod və fabriklər kimi iri sənaye müəssisələri ilə sıx inteqrasiyaya əsaslanırdı. Peşə məktəbləri yalnız nəzəri biliklər deyil, həm də praktiki bacarıqlar öyrədirdi. Məzunlar dərhal iş yerləri ilə təmin olunurdu və onların əmək bazarına adaptasiyası sürətli olurdu. Bu dövrdə peşə təhsili cəmiyyətdə nüfuzlu və vacib hesab olunurdu. Lakin müstəqillikdən sonra Azərbaycanın iqtisadi strukturlarında baş verən dəyişikliklər, sənaye müəssisələrinin özəlləşdirilməsi və ya fəaliyyətinin dayandırılması nəticəsində peşə məktəbləri ilə istehsalat arasında əlaqə kəsildi. Bu da peşə təhsilinin praktiki əhəmiyyətinin azalmasına və reputasiyasının zəifləməsinə səbəb oldu.

Statistik məlumatlar göstərir ki, Azərbaycanda peşə təhsilinə qəbulda artım müşahidə olunsa da, bu rəqəmlər hələ də qaneedici deyil. 2020-ci ildən etibarən qəbulda 60%-lik artım qeydə alınsa da, bu, əsasən dövlətin maliyyə dəstəyi və müəyyən layihələrin icrası ilə əlaqədardır. Bununla yanaşı, ali təhsilə yönələn gənclərin sayı daha yüksəkdir. 2023-cü ildə ali təhsil müəssisələrinə 120 mindən çox müraciət edildiyi halda, peşə təhsilinə müraciət edənlərin sayı bundan xeyli az idi. Bu vəziyyət peşə təhsilinin cəmiyyətdəki reputasiyasının hələ də aşağı səviyyədə olduğunu göstərir.

Dünya təcrübəsinə nəzər saldıqda, bir çox ölkələrin peşə təhsilini cəmiyyət və iqtisadiyyat üçün vacib bir komponent kimi inkişaf etdirdiyini görürük. Almaniya bu sahədə nümunəvi ölkələrdən biridir. Almaniyanın dual təhsil sistemi peşə məktəbləri ilə sənaye müəssisələri arasında sıx əməkdaşlığa əsaslanır. Tələbələr təhsil aldıqları müddətdə istehsalat proseslərində iştirak edir, praktiki bilik və təcrübə qazanırlar. Bu model həm tələbələrin işəgötürənlər tərəfindən dərhal qəbul edilməsinə şərait yaradır, həm də onların əmək bazarında rəqabətqabiliyyətli olmasını təmin edir. Azərbaycan bu modeli uyğunlaşdıraraq tətbiq edə bilər. Bunun üçün dövlət-özəl tərəfdaşlığını gücləndirmək və peşə məktəblərini müasir sənaye müəssisələri ilə birləşdirmək lazımdır.

Finlandiya və Sinqapur da peşə təhsili sahəsində uğurlu təcrübələrə malikdir. Finlandiyada peşə təhsili yalnız texniki biliklər deyil, həm də geniş spektrli bacarıqlar öyrədir. Bu sistem tələbələrin əmək bazarının dəyişən tələblərinə uyğunlaşmasını təmin edir. Sinqapurda isə peşə təhsili dövlət tərəfindən güclü dəstəklənir və cəmiyyət arasında yüksək nüfuza malikdir. Orada tələbələrə maddi və sosial dəstək göstərilir, təhsil müddətində yüksək səviyyəli praktik təcrübələr təqdim edilir".

Ekspertin sözlərinə görə, Azərbaycanda peşə təhsilinin reputasiyasını bərpa etmək üçün ilk növbədə bu sahənin keyfiyyətini artırmaq vacibdir. Təhsil müəssisələri müasir texnologiyalarla təmin edilməli, onların infrastrukturu yenilənməlidir: “Məsələn, bərpa olunan enerji, texniki xidmət, rəqəmsal texnologiyalar kimi müasir sahələr üzrə peşə məktəbləri yaradılmalıdır. Bununla yanaşı, təhsil proqramları beynəlxalq standartlara uyğunlaşdırılmalı və tələbələrə müasir bilik və bacarıqlar qazandırılmalıdır.

Peşə təhsili yalnız iqtisadi inkişaf üçün deyil, həm də sosial ədalətin təmin olunması baxımından vacibdir. Bu sahənin inkişafı işsizliyin azaldılmasına, ixtisaslı kadrların hazırlanmasına və iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verə bilər. Azərbaycan bu sahədə dünya təcrübəsindən yararlanaraq öz peşə təhsili sistemini modernləşdirməli və gəncləri bu sahəyə cəlb etmək üçün məqsədyönlü siyasət həyata keçirməlidir. Beləliklə, peşə təhsilinin inkişafı həm ölkənin iqtisadi gücünü artıracaq, həm də gənclərin əmək bazarına uğurlu inteqrasiyasını təmin edəcək".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." - ŞƏRH
Bu gün, 14:02
“Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... - AMMA...
Bu gün, 13:58
Yeni qayda test üsulunu ləğv edəcək? - AKTUAL
Bu gün, 13:10
Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilər - VİDEO
Bu gün, 13:05
Ermənistan eyforiyadadır - GÖRÜNƏNİ BUDUR
Bu gün, 13:02
İcra Hakimiyyəti binasında FHN üçün icarəyə otaqlar verdi
Bu gün, 13:00
Təhsil müəssisəsi 46 mühafizəçiyə 63 milyon manat ödəyəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 12:59
“Rəsul öz müəlliminə aşiq olur!” - VİDEO
Bu gün, 12:56
Yeni dələduzluq üsulu yayılıb - Bu dəfə süni intellektlə
Bu gün, 12:54
“AccessBank” üçün ÇƏTİN MƏRHƏLƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 12:51
Bəxtiyar Mikayılova HÖKM OXUNDU
Bu gün, 12:48
Kəlbəcər icra hakimiyyətindəki davanın TƏFƏRRÜATI - “Atamgili Kəlbəcərə aparmaq istəyirdim”
Bu gün, 12:41
Tarixi Bakı məhkəməsi: cinayət işi ayrı, siyasət işi ayrı... - Bahəddin Həzi yazır...
Bu gün, 12:39
Hərbi Hospitalın tanınmış həkimi facəvi şəkildə vəfat etdi - FOTO
Bu gün, 12:38
Havanın arabir yağıntılı olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:36
Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu yenidən həbs edildi
Bu gün, 12:35
Rəqsanənin keçmiş sevgilisi qarət edildi - FOTO
Bu gün, 12:34
Mətanət Manafova vəfat etdi
Bu gün, 12:30
Ali məktəbə qəbulda 5 fəndən imtahan NƏYƏ LAZIMDIR? – Deputatdan TƏKLİF
Bu gün, 12:28
Yardımlı Rayon İcra Hakimiyyəti 225 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:22
İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsinə qadağa qoyulub - BU DA FAKT!
Bu gün, 12:04
Bakıda mozaika kompozisiyalarında restavrasiya işlərinə başlanılır
Bu gün, 12:00
Ermənistan riskli addım atdı – “Ağır nəticələri olacaq”
Bu gün, 11:59
Moskva bu azərbaycanlıları müharibəyə göndərməyə çalışır - KİV
Bu gün, 11:52
YÜNGÜL ÇƏKİ(C)Lİ MƏHKƏMƏLƏRİMİZ... - Bir-birilərinə zidd qərarlar verirlər...
Bu gün, 11:48
İsa Həbibbəyli bu vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:40
Xəyanət etdiyi şəxslə fotosunu gördü və öldürdü - BAKIDA AİLƏ FACİƏSİ
Bu gün, 11:33
Şuşa Regional “ASAN xidmət” mərkəzinə direktor təyin olunub - ƏMR
Bu gün, 11:31
Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
Bu gün, 11:29
Əmək müqaviləsi olmadan işlədi... İNDİ CƏZASINI ÇƏKİR... - GİLEY
Bu gün, 11:27
İran gömrüyünün rentgeni xaricə daşınan həşişi “görmür” - “Halal narkotranzit”?
Bu gün, 11:19
Sərhəd razılaşmasının şifrələri - Bakının planı nədir, İrəvan nə istəyir?
Bu gün, 11:14
“Bakı Abadlıq Xidməti”nin adı pul qalmaqalında... - TƏFƏRRÜAT
Bu gün, 11:10
Oğlunu vuran ata məhkəmə qarşısında
Bu gün, 10:59
Samir Şərifov yeni vəzifədə ilk tapşırığı İCRA ETDİ - FOTO
Bu gün, 10:55
3 aya 12 min KXDR əsgəri məhv olacaq - "Müharibə Araşdrımaları İnstitutu"
Bu gün, 10:50
Bu kəndlər Azərbaycana qaytarılır - Abramyan
Bu gün, 10:46
Texniki Baxış Şöbəsinə rəis təyin edildi - ƏMR
Bu gün, 10:43
İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY
Bu gün, 10:38
Niyam Salami dələduzluqda ittiham olunur
Bu gün, 10:34
O da anası ilə birgə ağır cəza almışdı - İlin məşqçisi seçildi
Bu gün, 10:29
ABŞ-dakı erməni diasporu ona böyük ümid bəsləyir - Rubio dövlət katibi olur
Bu gün, 10:26
Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb - SİYAHI
Bu gün, 10:23
Öz aləmlərində Rubeni sığortalayırlar... - AKTUAL
Bu gün, 10:22
"Ərdoğandan kömək istədik" - ABŞ Dövlət katibi
Bu gün, 10:20
Teymur Əsgərzadə yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Bu gün, 10:17
"Qadınlara qarşı zorakılığa son qoymaq hər kəsin vəzifəsidir" - Tanınmış hüquq müdafiəçisinin qızının başına İŞ GƏLDİ
Bu gün, 10:14
ABŞ qüvvələri Ermənistana gəlir, İran yenə SUSUR... - DAHA NƏ BAŞ VERMƏLİDİR Kİ?
Bu gün, 10:06
Məhkəmə “Muğanbank”ın keçmiş vəzifəli şəxsi ilə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru