“Yapı Kredi Bank” (Azərbaycan) ötən ilin sonunda gəlirliyini azaldıb. Kommersant.az xəbər verir ki, bankın əldə etdiyi 12 milyon 375 min manatlıq mənfəətə görə aktivlərinin gəlirliyi 0.64 faiz azalaraq 1.69 faizə düşüb. Bundan başqa bank kapital cəminə görə də gəlirini aşağı salmağı bacarıb. Çünki, 2024-cü ilin sonunda əldə olunan mənfəətin kapital cəminə olan nisbəti 2023-cü ilə görə 1 faiz azdır. Bununla da bank yekunda kapital cəmindən 11.25 faiz gəlir əldə edib.