Azərbaycan gənci qalib ölkənin vətəndaşıdır - İsrafil Kərimovun yazısı
Ulu Öndər Heydər Əliyev hər zaman gəncləri Azərbaycanın gələcəyi adlandıraraq müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayaraq bu işləri daim diqqət mərkəzində saxlayıb. 1993-cu ildə Azərbaycanda yaranan çox mürəkkəb siyasi vəziyyətlə bağlı ölkə ictimaiyəti nümayəndələrinin təkidli tələbi və xahişləri ilə iyunun 15-də Bakı şəhərinə gələn Ulu Öndər yaranmış böhran vəziyyətindən çıxmaq üçün böyük əmək sərf etdi. Belə çətin və ağır günlərdə də o gənclərin yanında oldu, Prezident seçkisi ərəfəsində Ali Sovetdə ölkə gənclərinin nümayəndələri ilə görüşdü. Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə ayrı- ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Yaradılan yeni Nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin edən qurum oldu və artıq 31 ildir ki, bu missiyanı uğurla həyata keçirir. 1997-ci il fevralın 2-də Ulu Öndərin imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Qısa müddət ərzində “Dövlət Gənclər siyasəti haqqında” Qanun və gənclərin təhsili, hərtərəfli inkişafı ilə bağlı çox saylı Fərman və sərəncamlar, Dövlət Proqramları imzalanıb. 2007-ci il “Gənclər ili” elan edilib, respublikanın şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması prossesi başlanıb. Prezident İlham Əliyev tərəfindən 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzalanıb. Dir sözlə gənclər dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə edilib. Bu gün Azərbaycan gəncliyi özünün ən xöşbəxt və qürurlu Gənclər Gününü qeyd edir. Dəfələrlə Azərbaycan Respublikasının Prezidenti və Müzəffər Ali Baş Komandan İlham Əliyev xüsusi olaraq Azərbaycan gənclərinin, mərd oğullarının qəhrəmanlığını qeyd etmişdir. Qırx dörd günlük müharibə bir qəhrəmanlıq dastanıdır. Şuşanı ağlasığmaz əməliyyatla azad edən ordumuzun əsgər və zabitlərinin mütləq əksəriyyəti gənclərdir. Bir zamanlar uşaq kimi ana qucağında Qarabağdan çıxanlar indi tank üstündə qəhrəman kimi ata-baba torpaqlarına daxil oldular. 2023-cü il sentyabrın 19-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Qarabağ bölgəsində həyata keçirdiyi və cəmi bir gün davam edən zəruri lokal antiterror tədbirlərindən sonra düşmən ağ bayraq qaldıraraq təslim oldu, ordumuzun hissələri vaxtı ilə işğal edilən kənd və yaşayış məntəqələrinə tam nəzarətə aldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə, Əskəranda və Xocavənddə Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Əzəli düşmən üzərindəki Şanlı Qələbədə əsas nöqtə isə noyabrın 8-də Xankəndi şəhərində keçirilən hərbi parad oldu. Əlbəttə, qələbələr qurbansız olmur. Canlarını, öz nakam ömürlərini qurban vermiş şəhid gənclərimizin ruhları qarşısında baş əyirəm. Onların əziz xatirələri qədirbilən xalqımızın qan yaddaşında əbədi həkk olunacaqdır. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Azərbaycan gəncləri azad ölkədə yaşayır, sabitlik olan ölkədə yaşayır, özünə güvənən ölkədə yaşayır. Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Bu gün Dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən biri istedadlı gənclərə dövlət qayğısıdır. Bu sahədə görülən iş yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Bir sözlə, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illərdə vətənpərvər, gənc nəsil yetişibdir. Biz qəhrəman gəncliyimizlə fəxr edirik.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü "DİA-AZ"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Bu gün, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Bu gün, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Bu gün, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Bu gün, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Bu gün, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Bu gün, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Bu gün, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Bu gün, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Bu gün, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Bu gün, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Bu gün, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Bu gün, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Bu gün, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Bu gün, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Bu gün, 17:01 |
|
|
|
• Tramp təyyarə qəzasını sabotaj hesab edir
Bu gün, 16:42 |
|
|
|
• Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Bu gün, 16:39 |
|
|
|
• DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Bu gün, 16:37 |
|
|
|
• Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Bu gün, 16:35 |
|
|
|
• Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Bu gün, 16:28 |
|
|
|
• Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Bu gün, 16:26 |
|
|
|
• Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Bu gün, 16:23 |
|
|
|
• Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Bu gün, 16:16 |
|
|
|
• "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:59 |
|
|
|
• Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:57 |
|
|
|
• “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Bu gün, 15:54 |
|
|
|
• Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Bu gün, 15:33 |
|
|
|
• Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Bu gün, 15:30 |
|
|
|
• 20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Bu gün, 15:25 |
|
|
|
• Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Bu gün, 15:24 |
|
|
|
• Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Bu gün, 15:22 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Bu gün, 15:15 |
|
|
|
• Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Bu gün, 15:13 |
|
|
|
• Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
Bu gün, 15:02 |
|
|
|
• Azərbaycanda karqo şirkəti - LƏĞV EDİLİR
Bu gün, 14:58 |
|
|
|
• Bakıda avtoritetlərin "sxodka"sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi - FOTO
Bu gün, 14:54 |
|
|
|
• Sabiq general cəzası ilə bağlı apellyasiya şikayəti verib
Bu gün, 14:49 |
|
|
|
• Moskvadan Bakıya YENİ TƏKLİF: - AZAL-ın təyyarəsinin vurulmasından sonra…
Bu gün, 14:48 |
|
|
|
• Kənd təsərrüfatımız “ölü nöqtə”dən tərpənmir – Üzücü səbəb, ağrılı nəticə
Bu gün, 14:02 |
|
|
|
• Tələbələr "TələbəPlus" kartından narazılıq edir - Brend mağazalar, komissiya haqları...
Bu gün, 14:00 |
|
|
|
• On iki nazir Aİ-yə çağırış edib: Avropanı Rusiyadan qoruyun! - “Reuters”
Bu gün, 13:58 |
|
|
|
• Mirvari Qəhrəmanlının qızını təhqir edənə CƏZA KƏSİLDİ - DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Ukraynada 200 min sülhməramlının yerləşdirilməsi mümkün deyil - Fransız general
Bu gün, 13:15 |
|
|
|
• İsmayıllı İcra hakimiyyətində VARİS PLANI... - İLGİNC...
Bu gün, 13:14 |
|
|
|
• Həbs edilən sabiq hakimin işindəki ilginc detallar: - Gizli çəkiliş, mətbəxdəki rüşvət, yoxa çıxan telefon
Bu gün, 13:05 |
|
|
|
• "Əməliyyatdan sonra bədənimdən çirk axırdı" - Daha bir plastik cərrah qalmaqalı
Bu gün, 13:02 |
|
|
|
• Avropa İttifaqı Bakıya qarşı yeni gərginlik yaradır - FAKT BUDUR!
Bu gün, 12:59 |
|
|
|
|