Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Azərbaycan gənci qalib ölkənin vətəndaşıdır
Əsas Səhifə > Güney Press > Azərbaycan gənci qalib ölkənin vətəndaşıdır

Azərbaycan gənci qalib ölkənin vətəndaşıdır


Dünən, 08:21
Azərbaycan gənci qalib ölkənin vətəndaşıdır
Ulu Öndər Heydər Əliyev hər zaman gəncləri Azərbaycanın gələcəyi
adlandıraraq müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə
müvafiq sənədlər imzalayaraq bu işləri daim diqqət mərkəzində saxlayıb.
1993-cu ildə Azərbaycanda yaranan çox mürəkkəb siyasi vəziyyətlə bağlı
ölkə ictimaiyəti nümayəndələrinin təkidli tələbi və xahişləri ilə iyunun 15-də
Bakı şəhərinə gələn Ulu Öndər yaranmış böhran vəziyyətindən çıxmaq
üçün böyük əmək sərf etdi. Belə çətin və ağır günlərdə də o gənclərin
yanında oldu, Prezident seçkisi ərəfəsində Ali Sovetdə ölkə gənclərinin
nümayəndələri ilə görüşdü.
Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə ayrı-
ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək
məqsədi ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Yaradılan yeni Nazirlik
gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin
edən qurum oldu və artıq 31 ildir ki, bu missiyanı uğurla həyata keçirir.
1997-ci il fevralın 2-də Ulu Öndərin imzaladığı Fərmana əsasən,
fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən
bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq
Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Qısa müddət
ərzində “Dövlət Gənclər siyasəti haqqında” Qanun və gənclərin təhsili,
hərtərəfli inkişafı ilə bağlı çox saylı Fərman və sərəncamlar, Dövlət
Proqramları imzalanıb. 2007-ci il “Gənclər ili” elan edilib, respublikanın
şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması prossesi başlanıb.
Prezident İlham Əliyev tərəfindən 2011-ci il 19 dekabr tarixində Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə
Sərəncam imzalanıb. Dir sözlə gənclər dövlətin hərtərəfli diqqət və qayğısı
ilə əhatə edilib.
Bu gün Azərbaycan gəncliyi özünün ən xöşbəxt və qürurlu Gənclər
Gününü qeyd edir. Dəfələrlə Azərbaycan Respublikasının Prezidenti və
Müzəffər Ali Baş Komandan İlham Əliyev xüsusi olaraq Azərbaycan
gənclərinin, mərd oğullarının qəhrəmanlığını qeyd etmişdir. Qırx dörd
günlük müharibə bir qəhrəmanlıq dastanıdır. Şuşanı ağlasığmaz
əməliyyatla azad edən ordumuzun əsgər və zabitlərinin mütləq əksəriyyəti
gənclərdir. Bir zamanlar uşaq kimi ana qucağında Qarabağdan çıxanlar indi
tank üstündə qəhrəman kimi ata-baba torpaqlarına daxil oldular.
2023-cü il sentyabrın 19-da Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Qarabağ bölgəsində həyata
keçirdiyi və cəmi bir gün davam edən zəruri lokal antiterror tədbirlərindən
sonra düşmən ağ bayraq qaldıraraq təslim oldu, ordumuzun hissələri vaxtı
ilə işğal edilən kənd və yaşayış məntəqələrinə tam nəzarətə aldı. Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidə,
Xocalıda, Ağdərədə, Əskəranda və Xocavənddə Azərbaycanın Dövlət
Bayrağını ucaltdı. Əzəli düşmən üzərindəki Şanlı Qələbədə əsas nöqtə isə
noyabrın 8-də Xankəndi şəhərində keçirilən hərbi parad oldu.
Əlbəttə, qələbələr qurbansız olmur. Canlarını, öz nakam ömürlərini
qurban vermiş şəhid gənclərimizin ruhları qarşısında baş əyirəm. Onların
əziz xatirələri qədirbilən xalqımızın qan yaddaşında əbədi həkk
olunacaqdır.
Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin
həyatında çox önəmli rol oynayır. Azərbaycan gəncləri azad ölkədə
yaşayır, sabitlik olan ölkədə yaşayır, özünə güvənən ölkədə yaşayır.
Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli
düşüncəyə malik gənclər formalaşır.
Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır.
Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər
şeydən üstün tutmaq hər bir gəncin borcudur. Bu gün Dövlət gənclər
siyasətinin prioritet istiqamətlərindən biri istedadlı gənclərə dövlət
qayğısıdır. Bu sahədə görülən iş yaradıcı və istedadlı gənclərin aşkar
edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli
mühitin formalaşdırılması, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkil
edilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir
Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə,
onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial
təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi
qiymətləndirilməlidir. Bir sözlə, Prezident İlham Əliyevin hakimiyyətdə
olduğu illərdə vətənpərvər, gənc nəsil yetişibdir. Biz qəhrəman
gəncliyimizlə fəxr edirik.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"DİA-AZ"

Geri qayıt