“Qarla örtülmüş Martuni ilə gəzdik, durbinlə baxdıq, kofe içdik”.
Musavat.com bildirir ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının rəhbəri Markus Ritter "X" sosial şəbəkə hesabında belə yazıb.
O, bununla guya “Ermənistan-Azərbaycan sərhədində patrul xidməti haqqında belə məlumat” paylaşıb və “çox mühüm işlərlə məşğul olması” görüntüsünü yaratmağa çalışıb.
Ömrü daha iki il müddətinə 29 yanvar 2025-ci il tarixdə uzadılan missiyanın rəhbəri bundan sonra da fəaliyyətlərinə bu şəkildə davam edəcəklərinə söz verib.