Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Rusiya mediasında ölkəmizə qarşı başlanmış haray-həşir, qarayaxma, burunlama kampaniyası heyrət doğrurur və adamın yadına məşhur lətifə personajı Molla Nəsrəddinin bir əhvalatını salır.
Həmin lətifə belədir: Bir gün Molla yola çıxır, qonşu şəhərə yollanır. Yarıyolda quldurlar onun qarşısını kəsir, eşşəyindən düşürür, nəyi var, əlindən alır, özünü də döyməyə başlayırlar. Molla qışqırır: “A kişilər, bir əl saxlayın, məni soydunuz, bu heç, ta niyə döyürsünüz? Gec gəlmişəm, ya az gətirmişəm?”
İndi Mollanın sözü olmasın, təyyarəmizi vuran ruslar, faktı danan, məsuliyyətdən yayınmağa çalışan ruslar, daha bizi niyə söyürlər? Təyyarənin vurulmasına etiraz edib, problem yaratmışıq? Dinməməliydik? “Olan şeydir, canınız sağ olsun” deməliydik? Bəlkə təyyarəmizə dəyən raketin pulunu da ödəməliydik?
Göründüyü kimi, bu kampaniyaya ciddi reaksiya vermək belə mümkün deyil. Çünki hərəkətin özü lətifəvaridir.
Onlar belə vərdiş ediblər. Rusiya imperiyasının çoxəsrlik siyasətinin leytmotivi bütün münaqişəli vəziyyətlərdə zeytun yağı kimi üzə çıxmaq, ən haqsız olduğu situasiyalarda belə özünü haqlı elan etmək, buna etiraz edənləri təzyiqə, repressiyaya məruz qoymaq və sair bu kimi hərəkətlər olub.
“Rusiyanı ağıl-kamalla dərk etmək çətindir” deyən klassiklərin növbəti dəfə haqlı olduğu bu günlərdə büruzə çıxır. Doğrudan da dünyada bu qədər təklənmiş, küncə sıxılmış, Ukrayna və onun arxasında dayanan qüdrətli dövlətlərlə apardığı müharibədə ciddi itkilərə, sarsıntılara məruz qalmış bir dövlət belə bir dönəmdə yanında qalan, ona arxadan xəncər saplamayan azsaylı ölkələrin biriylə intriqaya girir. Bu, ağıl-kamal göstəricisi ola bilərmi?
Mülki təyyarənin vurulması ilə bağlı ixtilafdan yeganə çıxış yolu səhvi etiraf etmək, zərərçəkən şirkətə və sərnişinlərə kompensasiya ödəmək kifayət idi ki, münaqişə böyüməsin. Belə olsaydı, o zaman hər şey bir faciəvi səhvin ayağına yazlacaqdı, dostluğa xələl gəlməyəcəkdi. Ancaq Rusiya hakimiyyətinin indiki ovqatı “vurmuşuq, yaxşı eləmişik, ayrı sözünüz varmı” tipindədir. Belə davranışlar siyasi-diplomatik etiketlərlə daban-dabana ziddir, bu, əsasən kriminal hesablaşmaların ritorikasıdır. Bildiyiniz kimi, kriiminal avtoritetlər ünvanlarına irad səslənməsinə təhəmmül etmirlər, dərhal odlu silaha əl atır, məsələni birdəfəlik həll etmək istəyirlər.
İndi rusiyalı böyüklərdən kimsə ortaya çıxıb deyə bilər ki, Azərbaycana qarşı aparılan əsassız mətbu hücum dövlət rəhbərliyinin iradəsindən kənar xarakter daşıyır. Hamımız bilirik ki, bu, havayı söhbətdir. Rusiya elə bir dövlətdir ki, orada həmişə totalitarizm hökm sürüb, bu gün də bütün peşəkar media və sosial şəbəkələr total nəzarətdədir. Sosial şəbəkədəki milyonlarla səhifənin birində Ukraynada aparılan müharibənin haqlılığını azacıq şübhə altına alan istənilən şəxs anındaca ifşa edilir, məsuliyyətə cəlb ounur, “xarici agent” adlandırılırsa, Rusiya ilə strateji müttəfiqlik sazişi olan ölkəyə qarşı aparılan çirkin kampaniyanın özfəaliyyət olması ehtimalı sıfıra bərabərdir. Həm də bu sahədəki özfəaliyyətlər heç vaxt kütləvi xarakter daşıya bilməz. Rusiyalı təbliğatçıların hərəkəti bir zamanlar Hollandiya futbolçularının tətbiq etdiyi taktikaya bənzəyir: “Hamılıqca hücuma, hamılıqca müdafiəyə”.
Şübhə yoxdur ki, bu kampaniyanın arxasında Rusiyanın Federal Təhlükəsizlik Xidməti dayanır. Azərbaycanı hədələyən neonasistlər də bu xidmətin layihəsidir, hökumət onlardan “şilləvuran”, “xoxan” kimi istifadə edir.
Azərbaycanın sərnişin təyyarəsi Rusiya səmalarında vurulduqdan, onlarla sərnişin həlak olduqdan, hətta bunun Rusiya hava hücumundan müdafiə qüvvələrinin cinayətkarcasına səhvi olduğu ortaya çıxandan sonra da Azərbaycan tərəfindən Rusiyanın ünvanına təhqiramiz ifadələr səslənmirdi. Ən sərt fikir bildirənlər Rusiya rəhbərliyinin buna görə üzr istəməsini tələb edirdilər. Vəssalam.
Azərbaycanın dövlət başçısı İlham Əliyevin bu işdə məsuliyyəti olanların cəzalandırılmasını tələb etməsi isə Rusiyada qıcıq doğurub.
Maraqlıdır, bu toxunulmaz şəxs kimdir ki, onun məsuliyyətə cəlb edilməsini tələb edəndə vəziyyət kəskin dəyişir? Yəni Ramzan Kadırov Rusiyada bu qədərmi ötkəm şəxsdir?
Əslində onun ötkəmliyi barədə əvvəllər də yazılıb. O, RF-nin qüdrətli İstintaq Komitəsinin sədri Bastrıkini və daxili işlər naziri Kolokoltsovu danlayan, onların “öz yerində olmadıqları”nı bildirən şəxsdir. Ancaq onun Rusiyanın qonşuluq siyasətini müəyyən edən biri olması gözlənilməzdir. Fakt odur ki, onun təqsiri üzündən Rusiya öz cənub qonşusu ilə problem yaşayır və Kreml onu cəzalandırmaq əvəzinə, ona qarşı tələbi olanların üstünə getməyə çalışır.
Bu işdə velikorus şovinizminin təzahürləri də hiss olunur. Heç kəs Moskvaya söz deyə bilməz – xüsusilə də bu, vaxtilə onun keçmiş müstəmləkəsidirsə.
Ruslar hələ də həzm edə bilmirlər ki, hamının sovet-rus bayrağı altına birləşdiyi günlər bir qərinə geridə qalıb. Vaxtilə Moskvanın ağzına baxan 14 müttəfiq respublikanın 13-ü müstəqil dövlətdir. Rusiyanın yanında qalan bir Belarusdur, onun da əlacı, başqa yolu yoxdur. Ermənistan kimi kreditlə yaşayan bir ölkə Rusiyadan tamamilə üz döndərmək yolu tutubsa, Kreml öz təkəbbür və ambisiyalarından əl çəkməyi götür-qoy etməlidir. Bu siyasətlə uzağa getmək olmaz. Dönüb geriyə, tarixə baxmaq lazımdır. Orada özünü bu cür aparan dövlətlərin aqibətinə dair çoxsaylı materiallar var.
Araz Altaylı, Musavat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Bu gün, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Bu gün, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Bu gün, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Bu gün, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Bu gün, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Bu gün, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Bu gün, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Bu gün, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Bu gün, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Bu gün, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Bu gün, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Bu gün, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Bu gün, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Bu gün, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Bu gün, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Bu gün, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Bu gün, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Bu gün, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23 |
|
|
|
• Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19 |
|
|
|
• Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17 |
|
|
|
• ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15 |
|
|
|
|