Yerli sakinlərdən aldığımız məlumata görə, ərəb ovçular dünən bütün günün Şəmkir rayonu ərazisində bəzgək ("Qırmızı kitab növü") ovu ilə məşğul olub.
"DİA_AZ" xəbər verir ki, bu barədə məlumatı verən sakinlər iddia edir ki, ərəblər ov edərkən naməlum şəxslər tərəfindən mühafizə olunublar. Yəni əzlində mühafizə altında olmalı olan quşlarımız ərəblər tərəfindən MÜHAFİZƏ ALTINDA ovlanıb.
"Çox güman ki, hal-hazırda Şəmkirdədirlər" deyən sakinlər "OVÇULARIN" 11 maşınla hərəkət etdiklərini də bildirirlər.
"DİA-AZ" xüsusi olaraq vurğulayır ki, hal-hazırda Azərbaycanda ov mövsümü bağlıdır və belə bir məqamda xəfif səslə soruşuruq: "Görəsən, əlaqədar qurumlar hara baxır?.."