“Atamın qızıllarını Sevda verib Günaya” .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib .....                     Müharibə olacaq, Zəngəzur dəhlizi... .....                     "Tramp üçün də əlavə başağrısı yaradırlar" .....                     Seçki ayında bələdiyyələr birləşir .....                     “Capital City” ilə KİMSƏ BACARA BİLMİR? .....                     "Rusiya İranın bu addımına qətiyyən razı olmaz" .....                     Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? .....                     Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? .....                     Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... .....                     Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış .....                     İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü .....                     Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! .....                     Azərbaycanda nəqliyyat şirkəti .....                     ADAU ŞƏLALƏSİ... .....                     Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... .....                     `Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` .....                     Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? .....                     Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI .....                     Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... .....                     Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! .....                     ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? .....                     İrəvan əslində Bakının gedişlərini təkrarlayır... .....                     "Mənim evimə bir qəpik pul girmir..." .....                     İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi .....                     Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? .....                     Yevlaxda həkimlər sağaltmır, öldürür... .....                     İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb .....                     Zirəddin ən qorxunc proqnozlarını açıqladı .....                     UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ .....                     Sağlamlıq haqqında arayış BİZNESİ... .....                     Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi .....                     ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? .....                     Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? .....                     Ermənistan: Qərbin “Troya atı” .....                     Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib .....                     Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi .....                     Moskva paradına kimlər dəvət olunub? .....                     Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia .....                     ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? .....                 

QMİ şəhid ailələri və qazilərimizə niyə yardım etmir? - AKTUAL
Tarix: 3-08-2021, 11:22 | Çap et
QMİ şəhid ailələri və qazilərimizə niyə yardım etmir?
2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan xalqının birliyi, ordumuzun rəşadəti və Ali Baş Komandanımızın qətiyyəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Şəhidlərin və qazilərin qanıyla qazanılan Qarabağ zəfərinə bütün dünya şahid oldu.

Vətən müharibəsi ərəfəsində bir sıra iş adamlarının, çoxsaylı vətəndaşlarımızın yardımlar etdiyini müşahidə etdik. Lakin daima insanları yardımlaşamağa səsləyən Şeyx Allahşükür Paşazadənin hər hansısa bir şəkildə müharibə fonduna yardım etdiyini görmədik. Nəzərə almalıyıq ki, söhbət Şeyxin şəxsi vəsaitindən, maaşından getmir, vətəndaşların verdiyi xüms və zəkat hesabına toplanan milyonlarla vəsaitdən gedir.

Rəsmi məlumatlara görə, ölkədə 500-ə qədər ziyarətgah var. Onlardan ən azı 50-i daha çox göz önündədir. Qafqaz Müsəlmanları İdarəsinin bildirdiyinə görə, məscidlərin nəzir qutularına toplanan vəsait, ilk növbədə, məscidin daxili ehtiyacları - kommunal xərclərin ödənilməsi, cari təmir işləri, işçilərin məvacibi üçün sərf olunur, əgər artıq qalarsa, ehtiyacı olan ailələrə yardım göstərilir.

Lakin aldığımız məlumata görə, ölkə rəhbərliyi tərəfindən də Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı göstərilir.

Bu qədər vəsaiti əlində saxlayan Şeyx niyə minlərlə şəhid ailəsinə yardım əlini uzatmayıb və ya hansısa şəhid övladını himayəsinə götürməyib?

Digər bir maraqlı məqam ondan ibarətdir ki, nədənsə Allahşükür Paşazadə Vətən müharibəsi ərəfəsində, eləcə də ondan sonra hər hansısa Şəhidin dəfnində iştirak etməyib.

İlahiyyatçı-alim Əkrəm Həsənov deyir ki, Qafqaz Müsəlmanları İdarəsi qurum olaraq şəhid ailələrinə dəstək olmalıdır: "Ümumiyyətlə, Qafaqaz Müsəlmanları İdarəsi təşkilat olaraq rəsmi şəkildə nəinki nəzirlərin yığılmasını təmin edir, hətta dini yerlərdə ayaq yolu xidmətlərini də ödənişli həyata keçirir. Heç buna da şərait yaradılmır. Bundan əlavə, Qafqaz Müsəlmanları İdarəsinə ölkə rəhbərliyi tərəfindən maliyyə ayrılır. Eyni zamanda, müəyyən yerlərdən də maliyyələri gəlir. Maliyyə cəhətdən çox imkanlıdır. Həmişə də imkanlarının bol olmağını arzu edirəm. Amma qurum olaraq həm şəhid ailələrinə dəstək olmaldırlar, həm də ölkədə çıxan dini kitabların çap edilməsinə maliyyət dəstəyi göstərməlidirlər. Çünki onlar bunlara görə məsuliyyət daşıyırlar. Dini sahənin əsas aparıcı qüvvəsi onlar sayılır. Əgər o qədər maliyyəni özləri üçün xərcləyirlərsə, bu düzgün sayılmır. İslam dinində də bu bəyənilmir. Hətta, o pullar haram pullar sayılır".



Dini ekspert əlavə edib ki, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti cəmiyyəti qane etmir: "Ola bilər ki, Şeyxin özü şəhidlərin yasına getməsə də, öz nümayəndəsini göndərib. Şəhidlərimiz çox oldu. Allah bütün şəhidlərimizə rəhmət etsin. Yəqin ki, özü çatdıra bilmədiyinə görə, idarədən hansısa nümayəndəsini göndərib. Əgər göndəribsə, bunun özü də müsbət addımdır. Bundan əlavə, Allahşükür Paşazadənin addından hansısa yardım göstərilibsə, bu bəyənilən addımdır. Sözsüz ki, insan olaraq tək özünün çox yerə getməsi mümkünsüzdür. Ümumiyyətlə, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti cəmiyyət tərəfindən zəif qarşılanır. Çünki dini kitabların çap edilməsinə dəstək göstərilməlidir. Dini təbliğat geniş şəkildə aparılmalıdır. Amma hansısa məzhəb üzərindən olmamalıdır. Cəmiyyətin dini mənəviyyatının idarə edilməsi yükü onların üzərindədir. Bunu da onlar etməlidirlər. Son vaxtlar Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin dediyi fikirlərə görə, onun ətrafında kampaniya aparılır. Hamı da bilir ki, 44 günlük Vətən müharibəsində Azərbaycana ən çox qardaş Türkiyə dövləti dəstək olub. Ümumilikdə götürdükdə, idarə tərəfindən müəyyən təbliğat işləri aparılmalıdır. Özlərinin kifayət qədər də büdcəsi var. Həyata keçirmək imkanları genişdir. İnsanlar var ki, dini mövzularda yazır və çap edilməsinə dəstək ala bilmir. Bu cür işlərə dəstək verilməlidir. Cəmiyyət narahatdırsa, demək ki, problem var. Onlar məsuliyyət sahibi olduqlarına görə, problemlərin həlli yollarını fikirləşməlidirlər. Öz məsuliyyətlərini dürüst şəkildə yerinə yetirməlidirlər. Maksimum şəkildə imkanlardan istifadə etmək lazımdır. Qafqaz Müsəlmanları İdarəsi etdiklərini cəmiyyətlə paylaşmalıdır. Ümid edirik ki, gələcəkdə bütün problemlər düzələcək. Cəmiyyət tərəfindən görülmədiyinə görə, Şeyx Allahşükür Paşazadəyə qarşı mənfi fikirlər yaranıb. Ən azından şəhid və qazi ailələrinə yardım edilməsiylə bağlı cəmiyyətə çağırış edilərək, təbliğat aparmaq mümkündür. Yalnız müəyyən dövlət tədbirlərində ölkə başçısı harasa gedirsə onun yanında getmək iş sayılmır. Dinin məsuliyyətini üzərinə götürən şəxsə bu yaraşmır. Əgər cəmiyyətə faydalı işlər görülürsə, bu, insanlarla bölüşülməlidir. Bundan əlavə, kimsə hansısa ucqar kənddə məscid tikmək istəyirsə, buna şərait yaradılmır. Qafqaz Müsəlmanları İdarəsi və rayon icra hakimiyyətləri məsələni bir-birlərinin üzərinə atırlar. Bununla bağlı çox sayda narazılıq müşahidə edilir. Maraqlıdır ki, məscidin tikilməsiylə bağlı hara müraciət etmək lazımdır? Şeyx həzrətləri hörmətini qoruyub saxlamaq istəyirsə, cəmiyyətə dəstək olmalıdır".

Məsələylə bağlı əvvəlcə "Yaşat Fondu" ilə də əlaqə saxladıq. Fonddan bildirildi ki, siyahıda Qafqaz Müsəlmanları İdarəsinin adı yoxdur. O da əlavə edildi ki, ianə edən bəzi qurumlar gizliliyinin təmin olunmasını istəyirlər.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsiylə əlaqə yaratmağa çalışdıq. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova "Hürriyyət"ə məsələylə bağlı informasiyanın dəqiqləşdirəcəyini desə də, günün sonundək gözləməyimizə baxmayaraq, qurumdan heç bir məlumat verilmədi.
//hurriyyet.az//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Atamın qızıllarını Sevda verib Günaya” – 186 minlik ZƏRGƏRLİK İŞİ
Bu gün, 10:27
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:12
Müharibə olacaq, Zəngəzur dəhlizi... - Danielyan
Bu gün, 10:07
"Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Bu gün, 10:03
Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?
Bu gün, 09:56
“Capital City” ilə KİMSƏ BACARA BİLMİR? - "Başqa əlacımız qalmayıb..."
Bu gün, 09:41
"Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Bu gün, 09:36
Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 09:33
Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? - Köhnə eşalonun SON QALASI...
Bu gün, 09:26
Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... - Hər keçənə hürən molla rejimi bu dəfə LAL OLUB...
Bu gün, 09:16
Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - TƏFƏRRÜAT
Bu gün, 09:10
İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü – Sui-qəsd planında görün kimlər olub
Bu gün, 09:06
Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! - NƏ BAŞ VERİR?
Bu gün, 09:04
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:00
ADAU ŞƏLALƏSİ... - Qurbanovun himayə etdiyi bu Şəlalənin səsi SONRA ÇIXACAQ...
Bu gün, 08:55
Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... - Kəmaləddin Heydərova MÜRACİƏT...
Bu gün, 08:44
`Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` - Bir nəfər borclu var deyə... bütün bina sakinləri DONMALIDIR!
Bu gün, 08:37
Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:30
Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI - "Qara qutu" müəmması
Bu gün, 08:28
Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... - NARAZILIQ VAR...
Bu gün, 08:25
Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! - GİLEY
Bu gün, 08:20
ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? - Görünəni odur ki...
Bu gün, 07:12
İrəvan əslində Bakının gedişlərini təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 07:10
"Mənim evimə bir qəpik pul girmir..." - Vətəndaş HARAY ÇƏKİR
Bu gün, 07:06
İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan
Bu gün, 07:02
Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? - AKTUAL
Bu gün, 07:00
Yevlaxda həkimlər sağaltmır, öldürür... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb - Başqa cür ola da bilməz...
Bu gün, 06:53
Zirəddin ən qorxunc proqnozlarını açıqladı - “Atom fəlakəti görürəm…”
Bu gün, 06:41
UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:39
Sağlamlıq haqqında arayış BİZNESİ... - AXI NİYƏ?..
Bu gün, 06:36
Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi - 35 il davam edən ŞOK saxtakarlıq
Bu gün, 06:32
ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 06:28
Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? - GƏLİŞMƏ
Bu gün, 06:23
Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05
Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02
Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05
Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19
Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17
ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15
İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13
Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09
İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14
Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07
Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42
Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35
Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16
Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14
Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07
Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru