Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər .....                     “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib .....                     AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? .....                     "Deputatsan, lap yaxşı, get qal Ağdamda" .....                     Nəfəs qalmaqallı videodan danışdı .....                     Bankların pul “qoparmaq” oyunu .....                     Ağalıda yaşayan qız "üsyan etdi": .....                     Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? .....                     Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... .....                     Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib .....                     Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır .....                     Tofiq İsmayılovun oğlu hakim qarşısında .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     Daha bir soydaşımızı itirdik .....                     Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib .....                     PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? .....                     BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... .....                     AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir .....                     “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” .....                     “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, .....                     “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır .....                     Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                 

"Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Tarix: 16-01-2025, 10:03 | Çap et
"Tramp üçün də əlavə başağrısı yaradırlar"
Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında xartiya imzalayıblar. İmzalanma mərasimi Vaşinqtonda baş tutub və sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ dövlət katibi Antoni Blinken imzalayıb. Yanvarın 8-də erməni nazir dolayısı ilə tərəflərin belə bir sənəd hazırladığını təsdiqləsə də, onun bağlanması üçün vaxt çərçivəsini açıqlamayıb. Bununla belə, bəzi qərbyönümlü fiqurlar bunu sosial şəbəkələrdə fəal şəkildə elan etmişdilər. Sazişə əsasən ABŞ-nin Ermənistana müxtəlif sahələr üzrə dəstək verməsi nəzərdə tutulub. Hətta birgə sərhəd xidmətinin həyata keçirilməsi üçün gələn həftə İrəvana xüsusi mühafizə qrupunun göndəriləcəyi açıqlanıb.

ABŞ dövlət katibi Antoni Blinken sənədin imzalanmasının Ermənistanla ABŞ arasında münasibətlərdə mühüm mərhələ olduğunu vurğulayıb: "Biz ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Komissiyası yaradırıq. Bu, bizə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək imkanı verir. İqtisadi məsələlər, təhlükəsizlik və müdafiə, demokratiya, ədalət..". Blinken əlavə edib ki, gələn həftə sərhəd təhlükəsizliyini təmin etmək üçün birgə iş aparmaq üçün ABŞ-dən Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndəriləcək. Ermənistan XİN başçısı Ararat Mirzoyan qeyd edib ki, Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq sənədi möhkəm təməl qoyur və əməkdaşlığımızı daha iddialı edir: "Sənəd iqtisadi və enerji əlaqələrinin gücləndirilməsi, kommunikasiyalar, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, demokratik təsisatların gücləndirilməsi, ədalətin və qanunun aliliyinin təşviqi, innovasiya və yüksək texnologiyaların inkişafı, insanlar arasında əlaqələrin genişləndirilməsi daxil olmaqla bir çox sahələri əhatə edir". Mirzoyan iki ölkə arasında ümumi dəyərlərə və qarşılıqlı maraqlara əsaslanan münasibətlərin son illər əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb: "Onlar elə səviyyəyə gəliblər ki, strateji tərəfdaşlığın yaradılması təkcə indiki reallıqlara uyğun gəlmir, həm də mürəkkəb geosiyasi şəraitdə işləmək kontekstində zəruridir". A.Mirzoyan həmçinin əlavə edib ki, tərəflər “123 Sazişi” kimi tanınan nüvə əməkdaşlıq sazişi üzrə ABŞ ilə danışıqlara başlayıblar: "Bu, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq üçün çərçivə təmin edəcək və təhlükəsizlik, təhlükəsizlik və yayılmamanın ən yüksək standartlarına uyğun olaraq nüvə enerjisinin dinc məqsədlərlə inkişafına sadiqliyimizi vurğulayacaq". Ermənistanın xarici işlər naziri ABŞ dövlət katibinə və komandasına iki ölkə arasında əməkdaşlığın yeni səviyyəyə qaldırılması üçün bu yolda göstərdikləri səylərə görə təşəkkür edib. Maraqlıdır ki, sənədi vəzifədən gedən Bayden administrasiyası imzalayıb. Trampın rəhbərliyi altında həyata keçirilməsinin perspektivləri sual altındadır. Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya da səfər etməyi planlaşdırır. Bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib. Onun sözlərinə görə, Mirzoyanın səfəri iki ay əvvəl planlaşdırılıb. Qeyd edək ki, bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov erməni həmkarına səfərlə bağlı dəvət göndərildiyini açıqlamışdı.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Moskva Ermənistanın Avropa İttifaqına (Aİ) üzv olmaq prosesini başlatmaq qərarını İrəvanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması kimi qiymətləndirir. Onun sözlərinə görə, Ermənistanda AİB-dən çıxmağı planlaşdırmadıqlarını deyirlər: "Bəs mövcud vəziyyətin xüsusiyyəti necədir? Ermənistanın Aİ-yə yaxınlaşması barədə danışıqlar uzun müddətdir aparılır, amma yanvarın 9-da Ermənistan hökuməti Aİ-yə üzv olmaq prosesinin başladılması haqqında qanun layihəsini dəstəkləyərək, hüquqi baxımdan mühüm bir addım atdı. Vəziyyətin xüsusiyyəti məhz budur. Bu, Ermənistan hökumətinin qərarıdır və biz bunu İrevanın AİB-dən çıxmağa başlaması kimi qiymətləndiririk". Həmçinin Overçuk əlavə edib ki, Ermənistanın Aİ ilə ticarəti AİB-lə ticarətindən dəfələrlə kiçikdir: “Yeni statistikalar açıqlanıb, 11 ayın nəticələrinə görə, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 11.6 milyard, AİB ilə isə təxminən 12 milyard dollar olub. Eyni zamanda, Ermənistanın Aİ ilə ticarəti dəfələrlə kiçikdir və azalır. Bu, iqtisadiyyat və reallığın göstərdiyi həqiqətdir”.
Vaşinqtonda imzalanan strateji tərəfdaşlıq sazişinin detalları İrəvanda birmənalı qarşılanmayıb. Bir çox ekspertlər, həmçinin erməni vətəndaşlar sazişin xalqa təqdim edildiyi kimi heç də Ermənistan üçün faydalı olmayacağını bildiriblər. Ermənistan-ABŞ Araşdırmaları Mərkəzinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Suren Sərkisyan sazişin İrəvanın təhlükəsizliyi üçün təminat verməyəcəyini deyib: “Vaşinqtonla imzalanan sənədin realda Ermənistana sadəcə siyasi dəstəyi ola bilər. Bunu Ağ Evin ölkəmizə verdiyi təhlükəsizlik təminatı kimi dəyərləndirir və ictimaiyyətə belə təqdim etməyə çalışırlar, lakin doğru deyil. İrəvan sənədi imzalamaqla sadəcə strateji dialoq üçün ABŞ-dən status almış oldu. Prezident Co Bayden administrasiyası Ermənistanla bağlı siyasətini bu şəkildə sona çatdırır. Lakin iki ölkə arasında vəziyyətin gələcəkdə necə olacağı və imzalanan sənədin hansı səviyyədə həyata keçiriləcəyi yeni seçilmiş Prezident Donald Tramp administrasiyasından asılıdır”.
Erməni siyasi şərhçi Akop Bədəlyan isə Blinkenin İrəvanın İŞİD-ə qarşı koalisiyaya qoşulmasını elan etməsini gözlənilməz adlandırıb: “Ermənistanın İŞİD-ə qarşı koalisiyaya qoşulması nə deməkdir? Niyə ölkəmizlə bağlı belə bir vacib məsələ Vaşinqtonda başqa bir dövlətin rəsmi nümayəndəsi tərəfindən elan olunur? Bu xəbəri Blinken açıqlayıb, Mirzoyanın bir neçə dəqiqə sonra onu yenidən təkrarlaması heç nəyi dəyişmir. Görünür, Ağ Evin İrəvanla strateji əməkdaşlıq sənədini imzalamaq üçün şərti bu olub. Ermənistan rəsmiləri isə son ana qədər xalqa bu məsələ ilə bağlı bir kəlmə belə məlumat vermədilər. Ölkəmizin təhlükəsizliyi üçün risklərin idarə edilməsi amili nəzərə alınmalıdır”. Onun sözlərinə görə, imzalanan sənəd sadəcə yeni yaradılacaq komissiyanın işini əhatə edir: “İmzalananlar saziş, müqavilə deyil, komissiya nizamnaməsidir. O sənədlərə əsasən iki ölkənin real strateji müttəfiq olduğunu demək çətindir. Məsələn, Azərbaycanla Ermənistan arasında da delimitasiya və demarkasiya komissiyalarının nizamnaməsi imzalanıb. Komissiyaların fəaliyyəti ona əsas həyata keçirilir. Yəni ABŞ ilə yaradılan komissiyanın sənədi belə vəziyyətdə Bakı ilə imzalanan nizamnaməni xatırladır. O zaman biz Azərbaycanla da strateji əməkdaş olmuşuq?".
Politoloq Azat Adamyan sözügedən sənədin Ermənistanın “təslim aktı” olduğunu bildirib: “İrəvan Vaşinqtonda təslim oldu və bütün prosesi canlı yayımladılar. Hakimiyyətdən gedən Bayden administrasiyası ilə sənədin imzalanmasına sevinirlər. Amma Ermənistanda bunlara çıxıb bir nəfər də etiraz edən olmadı, heç kim münasibət bildirmədi". Ekspertlərin fikrincə, ABŞ-nin bu addımı regionda gərginliyi azaltmaq üçün deyil, əksinə, artırmaq və bölgədə Rusiyanı əvəz eləmək iddiasından qaynaqlanır. Necə ki, zamanında Gürcüstan və Ukrayna ilə də mütəffiqlik edib onların taleyini bərbad günə qoydular, eləcə də Ermənistandan da bir Gürcüstan və ya Ukrayna yaratmağa çalışırlar. Ümumən, ABŞ və Ermənistan arasında imzalanmış bu saziş Azərbaycan-Ermənistan əlaqələrinə və sülh danışıqlarına zərbədir.

Millət vəkili Erkin Qədirli deyib ki, ABŞ siyasi ənənəsinə görə, prezident seçkisindən sonra yeni prezidentin andiçmə mərasiminədək səlahiyyətlərini müvəqqəti davam etdirən hökumət xarici siyasətdə heç bir addım atmır, hətta daxili siyasətdə təyinat belə etmirlər. Düzdür, bu, qanunla qadağan olunmayıb, amma siyasi ənənədir. Deputatın sözlərinə görə, nə qədər ABŞ dövləti var, bu, bütün prezidentlər tərəfindən əməl edilən ənənə olub:

"Çünki prinsip etibarı ilə anlamı da yoxdur. Sən seçkini uduzmusan, artıq gedirsən və yeni hakimiyyət gəlir. Ənənəyə görə, seçkini qazanmış yeni prezidentə keçmiş hakimiyyətin fəaliyyəti ilə bağlı məlumatlar verilir, o, bir növ prezidentliyə hazırlaşdırılır. Belə məqamda ABŞ üçün beynəlxalq öhdəlik götürmək siyasi ənənənin pozulmasıdır. Bu baxımdan qeyri-adi gedişatdır. Mənə görə, bu anlaşma təlaşdan doğan bir məsələdir. Co Baydenin komandası hakimiyyətdə olduqları 4 il ərzində bir çox uğursuz layihələrə əl atdılar. Orta Şərq siyasətini batırdılar, az qala, Səudiyyə Ərəbistanı ilə əlaqələr pozuldu. Çin rəhbəri Səudiyyə Ərəbistanına rəsmi səfərə getdi və s. Xatırlayırsızsa, Baydenin təşəbbüsü ilə "Demokratiya Sammiti" keçirilmişdi. 111 dövlətin dəvət edildiyi "demokratiya sammiti"nə Ermənistan da dəvət almışdı. "Freedom House" kimi qərəzli bir təşkilat dəvət olunan ölkələrin sadəcə 77-nin demokratik olduğunu açıqlamışdı. Bayden administrasiyasının Ermənistanı öz tərəfinə çəkmək istəyinə qarşılıq İrəvan da bu ritorikadan öz maraqları naminə istifadə edirdi. Kiyev Rusiya-Ukrayna müharibəsini "diktaturanın demokratiyaya hücumu" kimi təqdim etməyə çalışdı və bu hekayə tutdu. Ermənistan da bu dalğanı tutmaq istədi, yəni guya Azərbaycan "diktatura", Ermənistan isə "demokratiya"dır və bizim savaşımız da ərazi üzərində yox, dəyərlər üzərində olub. Bu layihə tutmasa da, inananlar oldu. Bayden administrasiyası da bu hekayədən bizə qarşı istifadə etməyə çalışdı. Daha doğrusu, Ermənistanı Rusiyanın əlindən çəkərək öz nəzarətinə almağa səy göstərdi. İndiki saziş o deməkdir ki, guya ABŞ-Ermənistan arasında onsuz da dərin strateji əməkdaşlıq olub, onun sadəcə "üzlük daşı" qalıb. "Üzlük daşı" da guya bu anlaşmadır".
Parlament üzvünün sözlərinə görə, Ermənistanın Qərblə inteqrasiyası bütövlükdə sual altındadır: "Ermənistanın əsas iqtisadi aktivləri Rusiyanın dövlət şirkətlərinin əlindədir. Hələ də orada ruslara məxsus hərbi bazalar durmaqdadır. Ermənistan Rusiyanın rəhbərlik etdiyi bütün təşkilatlarda var. Həmin təşkilatlarda təmsil olunan Ermənistan Qərbə yönələ, Avropa Birliyinə üzv ola bilməz. Bayden administrasiyası da hakimiyyətdən getmək üzrədir. Tramp üçün də əlavə başağrısı yaradırlar. Ermənistan coğrafi baxımdan bir çox böyük dövlətə lazımlı ölkədir. ABŞ-yə məxsus kiçik sərhədçi qrupunun Ermənistan sərhədlərinə gətirilməsi məsələsi müvəqqətidir və İran üçün daha risklidir. Çünki ABŞ-nin Ermənistan üzərindən bölgəyə gəlişi daha çox İrana qarşı hazırlanan strategiyanın tərkib hissəsidir. Əlbəttə, təhlükəni hər yerdən gözləməliyik, bu məsələyə də ciddi yanaşmalıyıq. Amma ABŞ-nin Ermənistan üzərindən Azərbaycana qarşı təhlükə yaratma planını ciddi saymıram. Daha çox İranla bağlıdır. Lakin bizim üçün də əlavə risklər yaradır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Bu gün, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Bu gün, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru