"Şikayətim "Azəristiliktəchizat"dandır". "DİA-AZ" bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Xətai sakini gileylənir. Narazı vətəndaş daha sonra bildirir: "Bu ildən tarifləri 100% artmasına baxmayaraq, xidmətləri yerlə sürünür. İndi də özlərindən təzə şey kəşf ediblər. Gəncə prospektində binadan istiliyi kəsiblər, səbəb kimi də binanın ödəmə göstəricilərinin aşağı olmasını deyir qaynar xətləri. Mənim və mənim kimi borcu olmayan onlarla abonent qalıb soyuqda. Azəristilik də deyir ki, bəzi mənzillərin borcları var. Hansı ki, o mənzillərin bəzilərində heç yaşayış yoxdu və bəlkə də ev sahibinin borcu olub olmadığından xəbəri də yoxdu, illərlə o mənzillərdə yaşayış olmayıb. İstiliyin nə zaman veriləcəyi ilə bağlı sualıma isə ödənişlər ödənəndə deyib yola verirlər. Belə başa düşürəm ki, binada bir neçə mənzildən ödəniş ala bilməsələr digər ödəniş edən sakinlər də qalacaq soyuqda. Şikayət edəcəyimi dediyim zaman aldığım cavab da belə oldu ki, onsuzda rəhbərliyin məlumatı var və özləri göstəriş verib buna..."