Biləsuvarın icra başçısından şikayətçiyə “özünəməxsus” cavab: - “Niyə bu qədər heyvan saxlayırsan?”
Tarix: 28-01-2021, 13:02 | Çap et
Biləsuvar rayonu Bəydilli (Bəydili) kəndinin sakini Xudaverdi Bədirov 2005-ci ildən yaşadığı rayonda həyətyanı torpaq növbəsinə durmasına baxmayaraq, Bəydilli kənd icra nümayəndəliyinin ona dövlət rüsumu ilə torpaq vermədiyini bildirir.
Rayon sakini bildirir ki, ona nə yaşamağa, nə də təsərrüfat qurmağa torpaq verilir. 16 ildir ki, yaşadığı rayonda ona “torpaq yoxdur” deyilir. Vətəndaş iddia edir ki, Biləsuvar rayonuna digər rayonlardan gələn sakinlərə də torpaq verilib.
Lakin rayon sakininə nədənsə torpaq tapılmır. X.Bədirov bildirir ki, hüququnu bərpa etmək üçün yuxarı dövlət qurumlarına, ölkə başçısına müraciət edəndə də, ona süni şəkildə problemlər yaradılır. İşıq, su, qaza əsassız borc yazıldığını, əkin sahəsinin Bəydilli kənd icra nümayəndəsi Adil Cəfərov və həmin kəndin bələdiyyəsi İlqar Kərimov tərəfindən qanunsuz satıldığını, ona təzyiq etmək üçün ailəsinin və yaxınlarının sıxışdırıldığını bildirən vətəndaş tək günahının yaşamaq istəyi olduğunu deyir.
X.Bədirovun sözlərinə görə, məqsəd onu torpaq istəyindən daşındırmaqdır. Bütün bu məsələlərlə bağlı Xudaverdi Bədirov İcra başçısı Faiq Qürbətovun qəbulunda olduğunu, lakin probleminin yenə də həll olunmadığını bildirir.
Rayon sakini İcra başçısı ilə görüşün detalları barədə “Cümhuriyət” qəzetinə danışıb.
X.Bədirovun sözlərinə görə, rayonda ona verməyə torpaq olmadığı deyilib:
“22 yanvarda Bəydilli kənd icra nümayəndəsi Adil Cəfərov yaşadığım ünvana gəlib həmin gün saat 11:00-da rayonun İcra başçısı Faiq Qürbətovun məni onlayn formatda qəbul edəcəyini dedi. Təxminən saat 12-də kənd icra nümayəndəsi Adil Cəfərovun kabinetində telefon vasitəsi ilə onlayn formatda Faiq müəllim tərəfindən qəbul olundum. Faiq müəllimə Bəydilli kənd icra nümayəndəsi Adil Cəfərovun və həmin kəndin bələdiyyə sədri İlqar Kərimovun 16 ildir ki, dövlət rüsumu ilə mənə yaşamaq üçün həyətyanı torpaq vermədiyini (2005-ci ildən həyətyanı torpaq üçün növbəyə yazılmışam-X.B) və qurduğum təsərrüfatı saxlamağa da heç bir qarış torpaq vermədiyini qeyd etdim. Hətta bildirdim ki, dəfələrlə Adil Cəfərova və İlqar Kərimova dərə-təpə əraziləri, zibillikləri, istifadəsiz əraziləri göstərib demişəm heç olmasa buraları verin hamarlayıb təsərrüfatımı saxlayım, işsiz kimi dörd övladımla birgə dövlətə yük olmayım. Qeyd etdim ki, dövlətin aztəminatlı ailələrə təsərrüfat qurmaq üçün verdiyi heyvanları da istəməmişəm və öz zəhmətimlə 200 baş qoyun yığmışdım. Adil Cəfərov və İlqar Kərimov onları saxlamaq üçün heç bir köməklik göstərmədiyi üçün saxladığım heyvanların 100 başı dağıldı. İcra başçısı Faiq Qürbətov isə mənə cavabında dedi ki, torpaq yoxdur, niyə o qədər heyvan saxlayırsan? Dedim axı, bu pandemiya dövründə heç bir yardım olmadan yaşamaq üçün nə etməliyəm? Ailəm və dörd övladım bu təsərrüfata baxır. Faiq müəllim isə cavabında dedi ki, indi torpağımız yoxdur”.
X.Bədirov qeyd edir ki, əsaslı problemlərini icra başçısına bildirməsinə baxmayaraq, həmin məsələlərin heç biri həllini tapmayıb:
“Mən sual edirəm, əgər 16 il ərzində mənə və övladlarıma yaşamaq üçün dövlət qanunları ilə torpaq verilmirsə, biz harada yaşamalıyıq? Niyə bu icra məmurları imkan vermirlər ki, sadə vətəndaşlar kənd təsərrüfatının və heyvandarlığın inkişafına dəstək olsunlar, dövlətə yük olmasınlar? Faiq Qürbətova onu da bildirdim ki, dövlət tərəfindən əkinə dəstək məqsədi ilə mənə ayrılan vəsaiti də Adil Cəfərovla İlqar Kərimov qeyri-qanuni yollarla mənimsəyir və bu məsələ aylardır davam edir. Beləcə, mənə əkin əkməyə də imkan vermirlər. Səsimi çıxardıram qanunsuz olaraq qaz və su sayğaclarıma əsassız borc vurulur, övladlarım öyrədilmiş şəxslər tərəfindən böhtan atılaraq sıxışdırılır və məndən uzaq salınır. Faiq Qürbətov sonuncu fikirlərimlə bağlı heç bir söz demədi. Təxminən 20 dəqiqəlik dialoqumuzda bütün əsaslı problemlərimi anlatdım. Lakin hələ də problemlər olduğu kimi qalır. İcra başçısı mənə yerli məmurlar tərəfindən yaradılan süni problemləri dinləməkdən yorulub dedi ki, çox danışdın. Mən isə izah etdim ki, bunlar hamısı şəxsimə qarşı üst-üstə yaradılan problemlərdir. Prezidentin tapşırıqları əsasında növbəti il üçün müəyyənləşdirilmiş prioritetlərdən biri də kiçik və orta sahibkarlığa dəstək proqramının davam etdirilməsidir. Nəyə görə yerli məmurlar dövlət başçısının qərarlarının ziddinə getməklə vətəndaşları narazı salırlar? Prezident İlham Əliyev Faiq Qürbətovu qəbul edərkən dedi ki, ilk növbədə rayonlarda mövcud olan narazılıqlar, nöqsanlar araşdırılmalıdır və insanları narahat edən problemlər öz həllini tapmalıdır. Axı məni vətəndaş olaraq 16 ildir yerli idarəetmə orqanlarında süründürürlər. Heç bir problemim həllini tapmır. Necə olur ki, rayon sakinin yaşaması üçün torpaq tapılmır? Sonda qeyd edim ki, mənə problemimim həll olunacağı ilə bağlı heç bir söz də deyilmədi. Bunu sadəcə formal qəbul da adlandıra bilərəm. Əgər başçı ilə görüşə dair fikirlərimin hər hansı birini qarşı tərəf təkzib edərsə, sübut etməyə hazıram”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vüqar Əhmədov idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 09:05 |
|
|
|
• Moskvada Zəngəzur planı ifşa edildi - Lavrovun iki təklifinə rədd CAVABI
Bu gün, 08:58 |
|
|
|
• Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• “Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:48 |
|
|
|
• “Buta” klinikasının gözdən-könüldən uzaq işləri - ÇALIŞIRLAR Kİ...
Bu gün, 08:46 |
|
|
|
• "Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" - AMMA...
Bu gün, 08:39 |
|
|
|
• İşçilər bunları bilməlidir... - Ekspert danışır...
Bu gün, 08:33 |
|
|
|
• ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək - AÇIQLAMA
Bu gün, 08:30 |
|
|
|
• Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib - "Bəzi Qərb dairələri..."
Bu gün, 08:28 |
|
|
|
• İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22 |
|
|
|
• Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33 |
|
|
|
• “AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27 |
|
|
|
• "Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22 |
|
|
|
• Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13 |
|
|
|
• Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11 |
|
|
|
• Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25 |
|
|
|
• Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20 |
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
• Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12 |
|
|
|
• Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09 |
|
|
|
• ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27 |
|
|
|
• Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24 |
|
|
|
• Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00 |
|
|
|
• “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• "Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37 |
|
|
|
• “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31 |
|
|
|
• Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19 |
|
|
|
• 4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15 |
|
|
|
• Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06 |
|
|
|
• Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58 |
|
|
|
• İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57 |
|
|
|
• Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40 |
|
|
|
• Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35 |
|
|
|
• İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29 |
|
|
|
• "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24 |
|
|
|
• Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18 |
|
|
|
• 61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06 |
|
|
|
• Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03 |
|
|
|
• Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
• Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38 |
|
|
|
|