“Nar”ın dəstəyilə eşitmə məhdudiyyətli insanlar artıq peşə sahibləridir
Tarix: 27-09-2019, 17:06 | Çap et
DİA.AZ: - 23-29 sentyabr BMT-nin qərarı ilə Beynəlxalq Eşitmə Məhdudiyyətli İnsanlar Həftəsində “Nar” eşitmə və nitq məhdudiyyətli insanlar üçün keçirdiyi “Təlim məktəbi” layihəsinin yekunları ilə bağlı təqdimat edib. Mobil operator eşitmə məhdudiyyətli insanların müxtəlif peşələrə yiyələnməsi və işlə təmin olunması məqsədilə keçirdiyi təlimlərin iştirakçılarına sertifikatlar təqdim edib. Qeyd edək ki, “Karlara Dəstək” İctimai Birliyi ilə birgə reallaşan “Təlim məktəbi” layihəsi 4 ay davam edib. Təlimdə ümumilikdə 45 nəfər iştirak edib və onlar təcrübəli mütəxəssislər tərəfindən aşpaz, şirniyyat ustası və motorçu ixtisaslarına yiyələniblər. Layihə eşitmə məhdudiyyətli insanların işlə təmin olunmasına da kömək edib. Belə ki, artıq iştirakçəların bir neçəsi işlə təmin olunub.
DİA.AZ-ın məlumatına görə, “Nar” 4 ilə yaxındır ki, eşitmə və nitq məhdudiyyətli insanların müxtəlif peşələrə yiyələnməsi məqsədilə təlimlər təşkil edir. Bu cür təlimlər keçirməkdə məqsədimiz onlara həyatlarını maddi və mənəvi cəhətdən təmin etməsinə dəstək olmaqdır. “Nar” olaraq müxtəlif sosial layihələr reallaşdırmaqla cəmiyyətimizə töhfə veririk. “Nar” olaraq insanların sosial həyatında yararlı şirkət olduğumuza görə qürur duyuruq”, - deyə “Nar”-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib.
“Karlara Dəstək” İctimai Birliyinin sədri Kamran Abasov isə bildirib ki, bu layihədə iştirak edənlər iş bacarıqlarını artırmaqla cəmiyyətimizə fayda verdiklərini hiss edəcəklər: “Karlara Dəstək” İctimai Birliyinin yaranmasında əsas məqsəd eşitmə və nitq məhdudiyyətli insanların sosial rifahını yaxşılaşdırmaqdır. “Nar”-ın dəstəyilə həyata keçirilən “Təlim məktəbi” layihəsi eşitmə məhdudiyyətli vətəndaşların istədikləri peşəyə yiyələnmələri və həmin ixtisas üzrə işlə təmin olunmasına böyük təkandır. Bu layihəni ərsəyə gətirən “Nar”-a təşəkkür edirəm”.
Fiziki məhdudiyyətli insanlara qayğını, təhsil və maariflənmənin inkişafını, eyni zamanda vətənə bağlılığı təşviq edən “Nar”, son illər ərzində həyata keçirdiyi sosial layihələrlə bağlı da təqdimat edib. Qeyd edək ki, mobil operator korporativ sosial məsuliyyət (KSM) layihəsi çərçivəsində cəmiyyət üçün bir çox əhmiyyətli layihələr reallaşdırıb. “Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Müharibə olacaq, Zəngəzur dəhlizi... - Danielyan
Bu gün, 10:07 |
|
|
|
• "Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Bu gün, 10:03 |
|
|
|
• Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?
Bu gün, 09:56 |
|
|
|
• “Capital City” ilə KİMSƏ BACARA BİLMİR? - "Başqa əlacımız qalmayıb..."
Bu gün, 09:41 |
|
|
|
• "Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Bu gün, 09:36 |
|
|
|
• Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 09:33 |
|
|
|
• Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? - Köhnə eşalonun SON QALASI...
Bu gün, 09:26 |
|
|
|
• Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... - Hər keçənə hürən molla rejimi bu dəfə LAL OLUB...
Bu gün, 09:16 |
|
|
|
• Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - TƏFƏRRÜAT
Bu gün, 09:10 |
|
|
|
• İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü – Sui-qəsd planında görün kimlər olub
Bu gün, 09:06 |
|
|
|
• Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! - NƏ BAŞ VERİR?
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:00 |
|
|
|
• ADAU ŞƏLALƏSİ... - Qurbanovun himayə etdiyi bu Şəlalənin səsi SONRA ÇIXACAQ...
Bu gün, 08:55 |
|
|
|
• Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... - Kəmaləddin Heydərova MÜRACİƏT...
Bu gün, 08:44 |
|
|
|
• `Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` - Bir nəfər borclu var deyə... bütün bina sakinləri DONMALIDIR!
Bu gün, 08:37 |
|
|
|
• Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:30 |
|
|
|
• Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI - "Qara qutu" müəmması
Bu gün, 08:28 |
|
|
|
• Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... - NARAZILIQ VAR...
Bu gün, 08:25 |
|
|
|
• Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! - GİLEY
Bu gün, 08:20 |
|
|
|
• ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? - Görünəni odur ki...
Bu gün, 07:12 |
|
|
|
• İrəvan əslində Bakının gedişlərini təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 07:10 |
|
|
|
• "Mənim evimə bir qəpik pul girmir..." - Vətəndaş HARAY ÇƏKİR
Bu gün, 07:06 |
|
|
|
• İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan
Bu gün, 07:02 |
|
|
|
• Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? - AKTUAL
Bu gün, 07:00 |
|
|
|
• Yevlaxda həkimlər sağaltmır, öldürür... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57 |
|
|
|
• İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb - Başqa cür ola da bilməz...
Bu gün, 06:53 |
|
|
|
• Zirəddin ən qorxunc proqnozlarını açıqladı - “Atom fəlakəti görürəm…”
Bu gün, 06:41 |
|
|
|
• UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:39 |
|
|
|
• Sağlamlıq haqqında arayış BİZNESİ... - AXI NİYƏ?..
Bu gün, 06:36 |
|
|
|
• Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi - 35 il davam edən ŞOK saxtakarlıq
Bu gün, 06:32 |
|
|
|
• ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 06:28 |
|
|
|
• Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? - GƏLİŞMƏ
Bu gün, 06:23 |
|
|
|
• Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05 |
|
|
|
• Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02 |
|
|
|
• Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05 |
|
|
|
• Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19 |
|
|
|
• Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17 |
|
|
|
• ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15 |
|
|
|
• İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13 |
|
|
|
• Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09 |
|
|
|
• İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14 |
|
|
|
• Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07 |
|
|
|
• Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42 |
|
|
|
• Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35 |
|
|
|
• Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16 |
|
|
|
• Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14 |
|
|
|
• Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07 |
|
|
|
• Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01 |
|
|
|
• Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59 |
|
|
|
• Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56 |
|
|
|
|