İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər .....                     Neftçilər qəpik-quruş dərdində... bu isə... .....                     “AzeBirja“da vətəndaşların milyonları itirildi .....                     "Təmir adı ilə sui-istifadə olundu” .....                     Tramp mütləq İrana zərbə endirəcək .....                     Ermənistanın taleyini o müharibə həll edəcək .....                     Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib .....                     Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür .....                     "Biz insanlar qəribəyik..." .....                     Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? .....                     Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi .....                     “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” .....                     Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata .....                     Portaldan yayınmış 455 min manatlıq icarə tenderini .....                     Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi .....                     Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı .....                     Ermənistandan Türkiyəyə: .....                     İlyas İsmayılov komaya düşdü .....                     Səssiz gələn ölüm .....                     Qarabağ qazisi iş tapa bilmir .....                     ABŞ-ın yeni düşmənləri kim olacaq? .....                     Bu il sülh sazişi imzalanacaqmı? .....                     Regiona təhlükə saçacaq xartiya: .....                     “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” .....                     "Avion Travel"in rəhbəri məhkəmə qarşısında .....                     “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu .....                     Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” .....                     4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür .....                     Trampdan “qızıl dövr” anonsu və: .....                     Ümit Özdağ sərbəst buraxılıb .....                     İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib .....                     Bakıda idmançı qohumunu öldürənin cəzası .....                     Naxçıvanda donuzların kökü kəsilib .....                     İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI .....                     "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." .....                     Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? .....                     61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır .....                     Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb .....                     Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ .....                     SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ .....                 

İcra başçısının adı milyonluq yeyintilərdə hallandırılır - Sakinlərə məxsus pay torpaqları talan olunub
Tarix: 20-04-2015, 13:32 | Çap et
İcra başçısının adı milyonluq yeyintilərdə hallandırılır
Beyləqan rayonunda məmur özbaşınalıqları dözülməz həddə çatıb. Bu barədə rayondakı mənbələrdən məlumat almışıq. 2012-ci ilin aprel ayından rayona rəhbərlik edən icra başçısı Vaqif Abdullayevin bir sıra qanunazidd işlərə qol qoyması, başqa sözlə desək, rayonun sosial-iqtisadi inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan irihəcmli vəsaitləri təyinatı üzrə xərcləməməsi beyləqanlıların etirazına səbəb olub.

Yerli sakinləri narahat edən əsas məsələlərdən biri isə pay torpaqlarının mənimsənilməsi və təyinatının qeyri-qanuni yolla dəyişdirilərək müxtəlif iş adamlarına satılmasıdır. Bu haqda az sonra məlumat verəcəyik. Qeyd edək ki, Torpaq Məcəlləsinə əsasən, Azərbaycanda torpaqlar məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq müxtəlif kateqoriyalara bölünür. Onlardan biri də fermer təsərrüfatlarının istifadə etdiyi kənd təsərrüfatı təyinatlı torpaqlardır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə kənd təsərrüfatına yararlı torpaq sahələrinin həcmi 4,8 milyon hektardır. Kənd təsərrüfatı təyinatlı torpaqların 1,7 milyon hektarını əkin yerləri təşkil edir ki, bundan da 1,1 milyon hektarı suvarılandır. Qanunvericiliyə görə, torpaq xüsusi mülkiyyətə ölkə vətəndaşlarına və hüquqi şəxslərə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Bələdiyyə ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları, Azərbaycan vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar alqı-satqı müqavilələrinin predmeti ola bilər. Özəl mülkiyyətdə olan torpaq sahələri birbaşa, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri isə hərrac və müsabiqələr vasitəsilə satılır və ya icarəyə verilir. Məlum olduğu kimi, pay torpaqları torpaq islahatı dövründə qanunvericilik əsasında naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilib. Bu o deməkdir ki, pay torpağının hər hansı bir hissəsinin satılması üçün bütün ailə üzvlərinin razılığı tələb olunur. Bu baxımdan pay torpaqlarının satılması və ya icarəyə verilməsi ilə bağlı müqavilə notarial qaydada təsdiq olunması üçün torpağın məxsus olduğu ailənin bütün üzvlərinin iştirakı vacibdir. Etibarlı mənbənin sözlərinə görə isə icra başçısı qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq pay torpaqlarının ayrı-ayrı iş adamlarına satılmasına şərait yaradır: "Beyləqanın əksər kəndlərində vətəndaşlara məxsus pay torpaqları ayrı-ayrı iş adamlarına villa tikmələri, istirahət-əyləncə mərkəzləri yaratmaları üçün qanunsuz olaraq satılıb. Bu zaman əsl torpaq sahiblərinin hüquqları tapdanıb. Sənədlə yerli əhaliyə məxsus olan pay torpaqlarının bir hissəsində ayrı-ayrı imkanlı şəxslər özlərinə ya villa ucaldıblar, ya da istirahət mərkəzi, obyekt filan tikdiriblər. Bundan başqa, pay torpaqlarının bölünməsində saxtakarlıq və qanunsuzluğa yol verilib. Kənddə torpaq islahatları komissiya üzvləri tərəfindən bilərəkdən düzgün aparılmayıb və başqa prinsiplər üzrə həyata keçirilib. Pay torpaqlarının bölüşdürülməsində, həm də istifadəsində çoxsaylı nöqsanlar var. Torpaqların bir neçə hektarı bilərəkdən xəritəyə salınmayıb, gizlədilib. Buradakı kolxozlarda islahata gedən torpaq sahələrinin böyük əksəriyyəti əhaliyə verilməyib və vergisi də gizlədilir. Dövlət aktlarının əksəriyyəti rayonun icra başçısının göstərişi ilə əhalidən yığılır, yenidən islahat keçiriləcəyi bildirilir. Ancaq nəticə yoxdur". İcra başçısının dövlət büdcəsindən ayrılan vəsaitləri düzgün xərcləmədiyini deyən mənbə bildirdi ki, bütün bu kimi neqativ işlər Beyləqanda gərginliyin yaranmasına gətirib çıxarıb: "Aprelin 10-da Vaqif müəllimin rayona rəhbərlik etməsinin 3 ili tamam oldu. Amma bu illər ərzində o bizim üçün heç bir iş görməyib. Son illərdə Beyləqan Rayon İcra Hakimiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin böyük hissəsi bir qrup şəxs tərəfindən mənimsənilib. Odur ki, rayonun əksər kəndlərində müxtəlif problemlər hökm sürür. Əhaliyə normal şəkildə qaz, su və işıq verilmir. Əksər kəndlərdə yollar bərbad vəziyyətdədir". Xatırladaq ki, Beyləqan rayonunun Dünyamalılar kəndinin bir qrup sakini yolların yararsızlığına etiraz olaraq keçən il aksiya keçirib. Onlar İmişli-Daşburun avtomobil yolunu bağlayıb. Sakinlər yollara ayrılan büdcə pullarının yeyintisinə, məqsədəuyğun sərf edilməməsinə etiraz bildiriblər: "Büdcədən pul ayrılmasına baxmayaraq, Beyləqanın mərkəzi də daxil olmaqla, rayondakı əksər yollar bərbad vəziyyətdədir. Deyirlər, kanalizasiya çəkilsin, yollar düzələcək. Bilinmir kanalizasiyanın çəkilişi 1 il, ya 3 il çəkəcək. Amma kənd yollarının çəkilməsinə maneə yoxdur. Sadəcə, pulu yazıb, yeyirlər, adamlar da yayda tozun, qışda palçığın içərisində yaşamağa məcburdur". Etiraza baxmayaraq, rayon rəhbəri sakinlərin qarşısına çıxıb, onları narahat edən məsələləri dinləməmişdi. Mənbənin dediyinə görə, icra başçısı yalnız öz mənafeyini fikirləşir: "Biz acınacaqlı vəziyyətdə yaşayırıq, lakin onun özü, ailə üzvləri milyonluq villalarda kef çəkir. Soruşan yoxdur ki, ay məmur, sən Bakıdakı imarətləri, ticarət obyektlərini hansı pulla almısan? Dövlətin büdcəsini dağıtmaq ən böyük cinayət hesab olunmalıdır. Prezident vəsaiti ona görə ayırır ki, bölgələrimiz gözəlləşsin, əhalinin sosial durumu yaxşılaşsın və yeni iş yerləri açılsın. Təəssüf ki, bəzi məmurlar, o cümlədən bizim icra başçısı öz bildiyini edir". Bu arada, qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda adıçəkilən məmurla bağlı ilginc iddia ortaya atılıb. Bəzi saytların yazdığına əsasən, Beyləqan rayonunun 2014-cü il üçün nəzərdə tutulan büdcəsindən şəhərin daxilinin abadlaşdırılması, tikintisi və səkilərin yenilənməsi, işıq dirəklərinin dəyişdirilməsi və sair işlər üçün "Mirdamət-2008" MMC-yə 240 min manat ayrılıb: "Amma bu sənəd üzərində belədir. Həmin vəsaitlərin bir hissəsi silinib. Digər mənimsəmələr də olduğundan rəsmi şəkildə ayrılan vəsaitin yalnız 13 faizi "Mirdamət-2008" MMC-yə çatıb. Eşitdiyimə görə, bu işdə "Mirdamət-2008" MMC-nin Atamoğlan adlı rəhbəri ilə Beyləqan şəhər icra nümayəndəsi Azil Aslanovun da əli olub". Başqa bir xəbərə görə, 2 saylı uşaq bağçasının tikintisi zamanı da böyük yeyintiyə yol verilib. Bu haqda gələn saylarımızda ətraflı məlumat verməyə çalışacağıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22
Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
"Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22
Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13
Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11
Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25
Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20
"Biz insanlar qəribəyik..."
Bu gün, 00:51
Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48
Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45
“Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42
Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05
Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02
Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28
Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22
Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47
İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45
Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12
Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09
ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27
Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24
Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00
“Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58
"Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37
“Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31
Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19
4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15
Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06
Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58
İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57
Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40
Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35
İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24
Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18
61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06
Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03
Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53
SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47
Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38
6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Dünən, 16:35
Zəngəzur planında dəyişiklik: - “İrəvan kobud səhvə yol verdi”
Dünən, 16:31
Azərbaycanda daha bir qurumda kütləvi ixtisar - Səbəb nədir?
Dünən, 16:28
Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib
Dünən, 16:20
Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Dünən, 16:17
Bakıda ŞOK: ata 3 il övladını zorladı - AĞIR CƏZA
Dünən, 16:12
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Dünən, 16:02
Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
Dünən, 15:53
"Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru