İşdən çıxarılan vəzifəli təhsil işçisini həbsdən son anda kim qurtarıb... - İDDİA
Tarix: 11-04-2015, 12:47 | Çap et
Uzun illər Ağdam təhsilini bərbad hala salmış ElmiraŞükürova bu günlərdə nəhayət ki, tutduğu vəzifədən azad edilib. Nazir Mikayıl Cabbarovun imzaladığı əmrə əsasən ElmiraŞükürova bundan sonra Kəlbəcər Rayon Təhsil Şöbəsinə (RTŞ) rəhbərlik edəcək. Çox maraqlıdır ki, Təhsil Nazirliyinin rəsmiləri şöbə müdirinin işdən azad edilməsi ilə bağlı ictimaiyyətə heç bir açıqlama verməyiblər.
Elmira xanımın Kəlbəcər RTŞ-yə təyinatı ilə bağlı bir sıra maraqlı məlumatlar əldə etmişik. Adının gizli qalmasını xahiş edən mənbənin verdiyi məlumata görə, Elmira Şükürova həbs təhlükəsindən son anda xilas olub: "O, Ağdam Təhsil Şöbəsinə rəhbərlik etdiyi neçə illər ərzində saysız-hesabsız qanun pozuntularına imza atmışdı. Bunu nəzərə alan Maliyyə Nazirliyinin əməkdaşları bir neçə ay əvvəl şöbədə yoxlama aparıb. Yoxlama zamanı dövlət büdcəsindən təhsil şöbəsinin saxlanması üçün ayrılan vəsaitlərin təyinatı üzrə xərclənmədiyi aşkar edilib. Bununla bağlı maliyyə naziri Samir Şərifova məruzə edən nazirlik işçiləri şöbə müdirinin barəsində sərt tədbirlərə imza atmaq istəyiblər. Nazir tərəfindən də bu işə razılıq verilib. Amma son anda yüksək rütbəli şəxslərdən birinin məsələyə qarışması Elmira Şükürovanın həbs təhlükəsindən yayınmasına kömək olub. Belə ki, şöbə müdiri vəzifəli şəxslərdən biri ilə qohumdur. Deyilənə görə, onun Kəlbəcər Rayon Təhsil Şöbəsinə müdir təyin olunmasında həmin məmurun böyük rolu olub. Əslində, xanım Şükürova bu günə kimi həyata keçirdiyi özbaşına əməllərinə görə yeni vəzifə ilə təmin edilməməli idi. Çünki bu şəxsin Ağdam Təhsil Şöbəsinə rəhbərlik edərkən hansı işləri görməsi çoxlarına məlumdur. Yadınıza düşürsə, Elmiraxanım Ağdam Təhsil Şöbəsinə rəhbərlik etdiyi vaxtlarda onun kabinetində insident yaşanmışdı. Qaratel Əliyeva bir əlində benzin, bir əlində kibrit Elmira Şükürovanın otağına daxil olub. Ondan külli miqdarda pul aldığı halda nə üçün məktəbini bağlatdırdığını deyib. Tərəflər arasında dava düşüb, Qaratel Əliyeva gətirdiyi benzini həm öz üstünə, həm ElmiraŞükürovanın, həm də katibəsi Gülnaz Qəhrəmanovanın üstünə töküb od vurub. Otaqda yanğın çıxdığını görən təhsil şöbəsinin təchizat rəhbəri Mədət Hüseynov və E.Şükürovanın müavini Rahil Allahverdiyev gödəkcəsini Şükürovanın üstünə ataraq, öncə onun yanan ayağını söndürüb və otaqdan çıxarıblar. Qaratel Əliyeva isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qaratel Əliyevanın bu üsula əl atmasına səbəb şöbə müdirinin Şagird Şəbəkəsinin Təsdiqi OŞ-1 forması üçün ondan 8000 manat aldığı halda məktəbini bağlaması olub. Halbuki, Elmira Şükürova Qaratel Əliyevaya məktəbinin fəaliyyətinin davam edəcəyinə söz verib. Şöbə müdiri noyabr ayında Maliyyə Nazirliyinin yoxlaması üçün bütün məktəb direktorları ilə yanaşı, Qaratel Əliyevadan yenidən müəyyən miqdarda pul alıb. Bayram tətilindən qayıtdıqdan sonra isə Qaratel Əliyeva məktəbinin bağlanması xəbərini eşidib. Dəfələrlə pulunu geri istəyib, lakin ala bilməyib. Çarəni özünü yandırmaqda görən məktəb direktoru bu addımı atıb". Məlumatlı mənbə vurğulayır ki, Ağdam RTŞ-də aparılan maliyyə yoxlamaları zamanı şöbə müdirinin büdcədən ayrılan vəsaitlərin mənimsənilməsinin yeni "üsulunu" tapdığı müəyyən edilib: "Xatırladım ki, bir müddət əvvəl ElmiraŞükürovanın ayrı-ayrı adamların adına qeydiyyatdan keçirdiyi kiçik müəssisələr vasitəsilə büdcə vəsaitlərini mənimsəməsi barədə iddia ortaya atılmışdı. Yayılan məlumatlara görə, şöbə müdiri kommunal və kommunikasiya xidmətlərinin satın alınması işini "Tikinti-2011"? MMC-yə tapşırıb. Bu işlərin ümumi dəyəri 22200 manat təşkil edib. Bərk inventarların satın alınması "Mebel-Servis" MMC-yə həvalə edilib və bu zaman 70190 manatın xərcləndiyi sənədləşdirilib. Məktəblərin əsaslı təmir işlərinin satın alınması prosesini isə "İnşaatçı EE" MMC reallaşdırıb və bu zaman 85870 manatlıq işin görüldüyü qeyd olunub. İdarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması isə "Bərdə Tikiş Kommersiya" MMC tərəfindən həyata keçirilib. Bu dəfə isə 21600 manat sərf edilib. Tenderlərin ən yaralı yeri olan "Sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması" isə Bərdədəki "Karolin KFT" MMC-yə həvalə edilib. Rəsmi sənədlərə görə, bunun üçün 40660 manat pul ayrılıb.
Lakin ayrılan vəsaitlərin böyük hissəsinin təyinatı üzrə sərf edilmədiyi və şöbə müdirinin şəxsi büdcəsinə yönəldildiyi qeyd olunur". Apardığımız araşdırmalar nəticəsində həmçinin öyrəndik ki, Elmira Şükürovanın atası Əvəz Şükürov 1993-1995-ci illərdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı işləyib. İddialara əsasən, 1995-ci ildə Surət Hüseynov dövlət çevrilişinə cəhd göstərdiyi zaman o sabiq baş naziri dəstəklədiyi üçün mərhum prezident Heydər Əliyev tərəfindən vəzifədən alınıb. Təəssüf ki, belə bir şəxsin övladına nazir Mikayıl Cabbarov tərəfindən yeni vəzifə verilib. Kəlbəcər rayonunun təhsil ictimaiyyəti isə Elmira Şükürovanın təyinatından heç də razı qalmayıb. Bu haqda gələn sayımızda ətraflı məlumat verəcəyik. Bizi izləməkdə davam edin. \\ gundelik-baku.com \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" - AMMA...
Bu gün, 08:39 |
|
|
|
• İşçilər bunları bilməlidir... - Ekspert danışır...
Bu gün, 08:33 |
|
|
|
• ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək - AÇIQLAMA
Bu gün, 08:30 |
|
|
|
• Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib - "Bəzi Qərb dairələri..."
Bu gün, 08:28 |
|
|
|
• İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22 |
|
|
|
• Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33 |
|
|
|
• “AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27 |
|
|
|
• "Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22 |
|
|
|
• Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13 |
|
|
|
• Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11 |
|
|
|
• Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25 |
|
|
|
• Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20 |
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
• Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12 |
|
|
|
• Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09 |
|
|
|
• ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27 |
|
|
|
• Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24 |
|
|
|
• Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00 |
|
|
|
• “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• "Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37 |
|
|
|
• “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31 |
|
|
|
• Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19 |
|
|
|
• 4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15 |
|
|
|
• Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06 |
|
|
|
• Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58 |
|
|
|
• İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57 |
|
|
|
• Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40 |
|
|
|
• Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35 |
|
|
|
• İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29 |
|
|
|
• "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24 |
|
|
|
• Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18 |
|
|
|
• 61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06 |
|
|
|
• Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03 |
|
|
|
• Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
• Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38 |
|
|
|
• 6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Dünən, 16:35 |
|
|
|
• Zəngəzur planında dəyişiklik: - “İrəvan kobud səhvə yol verdi”
Dünən, 16:31 |
|
|
|
• Azərbaycanda daha bir qurumda kütləvi ixtisar - Səbəb nədir?
Dünən, 16:28 |
|
|
|
• Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib
Dünən, 16:20 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Dünən, 16:17 |
|
|
|
|