“Real danışıqlar” mümkündürmü? - İNCƏLƏMƏ...
Tarix: 17-05-2023, 11:56 | Çap et
ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer “CBS News” kanalına müsahibəsində deyib ki, Ukrayna və Rusiya arasında “real danışıqlar” ilin sonuna qədər mümkündür. Bəs vasitəçi kim olacaq? Kissincer Çini təklif edib. Kissincer nəyə istinadən Pekinin vasitəçi ola biləcəyini deyib? Görünür, Pekinin son zamanlar artan rolu buna dəlalət edir. İranla Səudiyyə Ərəbistanın barışmasında da əsas vasitəçi Pekin oldu. Pekin özü də Rusiya ilə Ukrayna arasında vasitəçi olmaq istəyir. Ancaq bunun üçün zəmin yoxdur. Pekin Moskva ilə strateji tərəfdaşlığı gücləndirərkən Kiyevlə münasibətlərdə məsafə saxlayır. Doğrudur, Pekin Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, ancaq işğalı pisləmir və torpaqların Ukraynaya geri qaytaraılması vacibliyindən danışmır. Bu olmadan isə sülhü təmin etmək mümkün deyil. Kissincerin Çinlə bağlı müsbət açıqlamasına baxmayaraq, Vaşinqton və Brüssel Çinin Ukrayna ilə Rusiya arasında vasitəçiliyini qəbul etmirlər. Ukraynaya əsas dəstək verən Vaşinqton və Brüsseldir. Kiyev bu iki mərkəzin rəyi ilə hesablaşmaq məcburiyyətindədir. Ukrayna prezidenti Volodimir Zelenski Çin lideri Tsi Cinpinlə telefon danışığında sadəcə bu qənaətə gəlib ki, Çin Rusiyaya silah və hərbi texnika satmayacaq. Ancaq Vaşinqton və Brüsselin Pekinin bu vədi yerinə yetirəcəyinə inamı azdır. Bu arada, Avropa İttifaqı Çinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib ki, Avropa İttifaqı Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcəyi təqdirdə, Pekin öz maraqlarını qoruyacaq. Bu o deməkdir ki, Pekin də Avropa İttifaqı ölkələrinə qarşı sanksiyalar qəbul edəcək. Pekin hesab edir ki, Vaşinqton ABŞ və Çin liderlərinin Bali adasında əldə edilən müsbət impulsu pozub. Bunu Çinin xarici işlər naziri Sin Qan ABŞ-ın bu ölkədəki səfiri Nikolas Börnslə görüşdə də deyib. 2020-ci ilin noyabrında Çin lideri Tsi Cinpin və ABŞ prezidenti Cozef Bayden İndoneziyanın Bali adasında “G-20” sammiti çərçivəsində uğurlu danışıqlar aparmışdılar. Pekin bu danışıqlardan sonra münasibətlərin normallaşacağına ümid edirdi. Olmadı. Pekin hesab edir ki, Bayden keçmiş prezident Donald Trampın siyasətinə qayıdıb. Çinlə münasibətlərin ən gərgin dövrü Donald Trampın prezidentliyi dövrünə təsadüf etmişdi. Pekinin Vaşinqtonla münasibətləri normallaşdırması çətin olacaq. Pekin çalışır ki, eyni vəziyyət Avropa-Çin münasibətlərində yaranmasın. Ancaq bu Pekinin istəyindən asılı deyil. Brüssel Çinlə bağlı yeni strategiya hazırlayır. “Financial Times” qəzetində yayımlanan məqalədə Avropa İttifaqının Rusiyaya elektron avadanlıqlar tədarük edən Çinin yeddi şirkətinə qarşı sanksiyalar tətbiq edə biləcəyi yazılıb. Nəşrin məlumatına görə, mikroçiplər, yarımkeçiricilər və digər elektron məhsullar istehsal edən şirkətlərə məhdudiyyətlər qoyula bilər. Bunlar Avropa İttifaqının Çinlə bağlı siyasətini sərtləşdirməsinə yol açacaq. “Atlas” Araşdırmalar Mərkəzi DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məktəblərə internet çəkilməsi 17,5 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 09:37 |
|
|
|
• Rusiya və İran yaxınlaşması Bakı və Ankara üçün SİQNALDIR... - Məcburuq ki...
Bu gün, 09:33 |
|
|
|
• Bakıda çəkisi 6 kq olan uşaq doğulub
Bu gün, 09:26 |
|
|
|
• SPARK MMC-dən kimlər istintaqa cəlb edilib? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:15 |
|
|
|
• Dövlət Duması Rusiya ilə ABŞ arasında birbaşa münaqişə risklərini qiymətləndirib
Bu gün, 09:11 |
|
|
|
• Ölkədən 326 milyon manatı qaçaqmalçılıq yolu çıxartmaqda təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib
Bu gün, 09:02 |
|
|
|
• Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi - YENİ DETALLAR
Bu gün, 09:00 |
|
|
|
• Hər bir saxta kosmetoloqun... plastik cərrahın arxasında hansısa MƏMUR DAYANIR... - İLGİNC...
Bu gün, 08:59 |
|
|
|
• Diplomlu işsizlər... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:56 |
|
|
|
• İrəvan İranın zəifləməsindən istifadə edir, “ova” çıxıb - keçmiş səfirdən ilginc açıqlamalar
Bu gün, 08:49 |
|
|
|
• "İki gündür ki, dənizə getmək üçün gəmi ilə təmin olunmurlar..." - GİLEY
Bu gün, 08:41 |
|
|
|
• "Ödənişli əlavə məzuniyyət almaq hüquqları..." - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Paşinyan sübut etməyə çalışır ki... - AKTUAL
Bu gün, 08:25 |
|
|
|
• FHN-dən növbəti ŞÜBHƏLİ TENDERLƏR... - bir araşdıran olsa...
Bu gün, 08:20 |
|
|
|
• Cəlilabadda SAXTA SƏNƏD qalmaqalı - Başçının adı hallanır...
Bu gün, 08:18 |
|
|
|
• "Ermənistan Cənubi Qafqaza daxil olmaq üçün plastarm rolunu oynayır" - Qulamhüseyn Əlibəyli
Bu gün, 08:15 |
|
|
|
• Arxitektura Komitəsinin nə marağı var ki... - İDDİA
Bu gün, 08:08 |
|
|
|
• `Azercell` xaricdə də müştəriyə problem yaradır - "E-sim yükləyin canınız dinc olsun..."
Bu gün, 08:05 |
|
|
|
• Sərhədlərimizə qədər yaxınlaşan Vaşinqton... - KİM ÜÇÜN TƏHLÜKƏDİR?
Bu gün, 08:00 |
|
|
|
• Bu gün hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin məhkəməsi başlayır
Bu gün, 07:15 |
|
|
|
• "Mən idman sahəsində baş verən haqsızlıqları, özbaşınalıqları tənqid edirəm" - QALMAQAL
Bu gün, 07:11 |
|
|
|
• ABŞ-dan Qarabağla bağlı xoşagəlməz addım – Ermənilər geri qaytarılır?
Bu gün, 06:40 |
|
|
|
• İki orqanı olmayan uşağın əlillik pensiyası kəsildi... - Nazirlik isə deyir ki...
Bu gün, 06:38 |
|
|
|
• Ukrayna niyə çağırış yaşını aşağı salmaq istəmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:29 |
|
|
|
• Aleksanyandan Vardanyanla bağlı sensasiya - "Bakıya elə faktlar verəcəm ki…”
Bu gün, 06:26 |
|
|
|
• Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik - MALƏSƏF...
Bu gün, 00:08 |
|
|
|
• Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02 |
|
|
|
• Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... - NƏ BAŞ VERİR?
Bu gün, 00:00 |
|
|
|
• Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Dünən, 22:47 |
|
|
|
• Fevralın 9-u başlayacaq - İTV-də...
Dünən, 22:37 |
|
|
|
• Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Dünən, 22:01 |
|
|
|
• Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Dünən, 21:57 |
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Dünən, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Dünən, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Dünən, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Dünən, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Dünən, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Dünən, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Dünən, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Dünən, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Dünən, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Dünən, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Dünən, 18:08 |
|
|
|
• Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Dünən, 18:07 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Dünən, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Dünən, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Dünən, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Dünən, 17:52 |
|
|
|
|