Neftçilər qəpik-quruş dərdində... bu isə... .....                     “AzeBirja“da vətəndaşların milyonları itirildi .....                     "Təmir adı ilə sui-istifadə olundu” .....                     Tramp mütləq İrana zərbə endirəcək .....                     Ermənistanın taleyini o müharibə həll edəcək .....                     Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib .....                     Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür .....                     "Biz insanlar qəribəyik..." .....                     Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? .....                     Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi .....                     “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” .....                     Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata .....                     Portaldan yayınmış 455 min manatlıq icarə tenderini .....                     Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi .....                     Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı .....                     Ermənistandan Türkiyəyə: .....                     İlyas İsmayılov komaya düşdü .....                     Səssiz gələn ölüm .....                     Qarabağ qazisi iş tapa bilmir .....                     ABŞ-ın yeni düşmənləri kim olacaq? .....                     Bu il sülh sazişi imzalanacaqmı? .....                     Regiona təhlükə saçacaq xartiya: .....                     “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” .....                     "Avion Travel"in rəhbəri məhkəmə qarşısında .....                     “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu .....                     Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” .....                     4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür .....                     Trampdan “qızıl dövr” anonsu və: .....                     Ümit Özdağ sərbəst buraxılıb .....                     İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib .....                     Bakıda idmançı qohumunu öldürənin cəzası .....                     Naxçıvanda donuzların kökü kəsilib .....                     İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI .....                     "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." .....                     Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? .....                     61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır .....                     Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb .....                     Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ .....                     SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ .....                     Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? .....                 

Türkiyə ilə Rusiya arasında yeni gərginlik mərhələsi - TƏHLİL
Tarix: 22-09-2021, 08:06 | Çap et
Türkiyə ilə Rusiya arasında yeni gərginlik mərhələsi
Ankaranın Krımdakı Duma seçkilərini tanımaması Moskvada ciddi narazlığa səbəb oldu; Türkiyənin Azərbaycan və Ukrayna ilə hərbi əməkdaşlığı dərinləşdirməsi Rusiyada narahatlıqla izlənir; Suriyada – İdlib ətrafında da hərarət yüksəlir…

Son illər Türkiyə-Rusiya münasibətlərində müşahidə olunan qeyri-sabit, enişli-yoxuşlu inkişaf tendensiyası bu gün də davam edir. Bu dövlətlərin maraqları əksər regional məsələlərdə toqquşsa da, liderlərin – Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin təmkinli və praqmatik yanaşmaları fərqli maraqların və ziddiyyətlərin qarşıdurmaya çevrilməsini əngəlləyir. Başda Suriya məsələsi olmaqla, bir çox istiqamət üzrə tərəflər arasında örtülü gərginlik idarəolunmaz səviyyəyə çatdıqda prezidentlərin görüşü təşkil olunur və bu görüşdə problemlər həllini tapmasa belə, ən azından ya təxirə salınır, ya da müəyyən qarşılıqlı anlayışa nail olunur. Hazırda yenə iki ölkənin toqquşan maraqlarının münasibətlərdə gərginliyi artırmağa başladığı bir dönəmdəyik.

Türkiyənin postsovet məkanına müdaxiləsi, konkret desək, Azərbaycan və Ukrayna ilə əməkdaşlığın siyasi və iqtisadi istiqamətləri ilə yanaşı, hərbi aspektini də son aylarda sürətlə dərinləşdirməsi Moskvada narahatlıqla izlənir. Bu günlərdə Azərbaycanın müxtəlif ərazilərində Türkiyə ilə bərabər keçirilən hərbi təlimlərlə bağlı Moskva öz mövqeyini Bakıya çatdırıb. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu barədə açıqlama versə də, mövqelərinin nədən ibarət olduğunu söyləməyib. Böyük ehtimalla söhbət Laçın dəhlizində, yəni Rusiya sülhməramlı qüvvələrinin postlarının çox yaxınlığında, eləcə də Xəzərdə təşki olunan Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən gedir. Rusiyanın bu təlimlərdən narazı qaldığını sezmək mümkündür. Məlum olduğu kimi, İran XİN Xəzərdə türk əsgərlərinin iştirakı ilə keçirilən təlimlərin su hövzəsinin hüquqi statusuna dair Konvensiyaya zidd olduğunu bəyan edib. Rusiya tərəfi də yəqin ki, İranın bu narahatlığını bölüşür.

Türkiyə-Ukrayna strateji tərəfdaşlığının inkişafı da Moskvada narazılıqla qarşılanır. Məlum olduğu kimi, Ukrayna Türkiyədən “Bayraktar TB2” zərbə dronlarının yeni partiyasını almağa hazırlaşır. Türkiyədə ukraynalı hərbçilərə bu dronlardan istifadə qaydaları öyrədilir. Yaxın vaxtlarda Türkiyə Ukrayna ərazisində təlim mərkəzi açacaq və Ukrayna hərbçiləri öz ölkələrində dron texnologiyasının sirlərini türk mütəxəssilərdən öyrənməyə davam edəcəklər. Türkiyədə Ukrayna Hərbi Dəniz Qüvvələri üçün 2 ədəd “Ada” tipli korvetin tikintisi də plan üzrə gedir. İki ölkə arasında azad ticarət zonasına dair müqavilənin hazırlanması da yekun mərhələdədir. Bu dövlətlərarası müqavilə ilə Türkiyə-Ukrayna tərəfdaşlığı yeni səviyyəyə yüksələcək. Krımın ilhaqı məsələsində də Ankaranın mövbeyi birmənalıdır. Türkiyə avqust ayında Kiyevdə keçirilən Krım Platformasının təsis toplantısında xarici işlər naziri səviyyəsində təmsil olundu və bu qurumun həmtəsisçilərindən biridir. Son olaraq, Ankaranın 17-19 sentyabr tarixlərində Krımda Rusiya Dövlət Dumasına keçirilən seçkiləri tanımadığını bəyan etməsi Moskvada ciddi narazılıqla qarşılanıb.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova və prezidentin mətbuat katibi Dmitri Peskov bu gün ard-arda bu məsələ ilə bağlı açıqlama veriblər. Zaxarova bildirib ki, Rusiya Türkiyənin bəyanatını diqqətdən kənar qoymayacaq:

“Türkiyə gözəl bilir ki, Krım Rusiya Federasiyasının suveren tərkib hissəsidir və onu da əla bilir ki, biz heç vaxt bu cür bəyanatları diqqətdən kənarda qoymuruq. Biz müvafiq nəticələr çıxarırıq, bu isə qətiyyən ikitərəfli əlaqələrin xeyrinə olmur”.

D.Peskov da Ankaranın Krımdakı seçkiləri qeyri-legitim saymasının qəbuledilməz olduğunu deyib:

“Biz bu cür bəyanatları qəbul etmirik və türk həmkarlarımıza bunu açıq deyirik. Krım bizim mövqelərimizin diametral ayrıldığı bir mövzudur. Biz Türkiyənin bu mövqeyindən təəssüflənirik, ümid edirik ki, zamanla Türkiyə siyasi iradə göstərərək bu barədə mövqeyini dəyişəcək və sadəcə olaraq, həqiqətə, reallığa hörmət göstərəcək”.

Jurnalistlərdən biri Peskova belə bir sual ünvanlayıb ki, Türkiyə Rusiyanın sərhədlərini tanımırsa, onu dost ölkə saymaq olarmı? Peskov cavabında bildirib ki, Türkiyə Rusiyanın tərəfdaşıdır və fikir ayrılıqlarının olması ikitərəfli əlaqələrin inkişafına və bir sıra regional məsələlər üzrə qarşılıqlı fəaliyyətə mane olmur: “Bu qarşılıqlı fəaliyyət davam etməlidir. Fikir ayrılığına səbəb olan məsələlər üzrə biz Türkiyə tərəfi ilə işləyib, mövqeyimizi izah edərək gez-tez mövqeləri yaxınlaşdırmağa nail olacağımıza ümid edirik”.

Hazırda Suriyada – İdlib bölgəsində hərarətin artması müşahidə olunur. Son günlər Rusiya hərbi aviasiyası orada Türkiyəyə yaxlın silahlı qruplara ardıcıl zərbələr endirir. Bombardmanlar Türkiyə sərhədlərinin, eləcə də Suriyadakı türk hərbi kontingentinin yerləşdiyi məntəqələrin çox yaxınlığında həyata keçirilir. Əsəd rejiminin İdlibi geri almaq üçün hərbi əməliyyata hazırlaşdığı sirr deyil. Bəşər Əsədin ötən həftə Moskvaya qəfil səfəri və Putinlə görüşünün bununla əlaqədar olduğu bildirilir. Putin həmin görüşdə bəzi ölkələrin Suriya ərazisində qanunsuz hərbi mövcudluğunu əsas problem kimi qeyd etdi. Onun ABŞ və Türkiyəni nəzərdə tutduğu sirr deyil.

Ankara bu proseslərdən ciddi narahatdır. Çünki İdlib əməliyyatı Türkiyəyə doğru növbəti qaçqın axını yaradacaq, bu isə ölkə daxilində qaçqınlarla bağlı mövcud olan narazılığı partlayış həddinə çatdıra bilər. İdlibdə təxminən 3 milyon adam məskunlaşıb. Bu sayda adamın Türkiyəyə axını prezident Ərdoğan və Ak Parti hökumətinin onsuz da aşağı düşən reytinqini tamamilə məhv edə bilər. Bundan başqa, əməliyyat İdlibdəki türk əsgərlərinin həyatını da təhlükəyə atacaq və ölkə rəhbərliyi güman ki, onların geri – ölkəyə qayıtması barədə göstəriş vermək məcburiyyətində qalacaq. Bu da prezident Ərdoğanın nüfuzuna növbəti zərbə ola bilər. Bu səbəblərdən Ankara Əsəd rejimi qüvvələrinin İdlibə hücumunu yolverilməz sayır. Yeni qaçqın dalğasından qorxan Avropa Buirliyi də bu məsələdə Türkiyə ilə paralel düşüncəyə sahibdir.

Bütün bu məsələlərin yaxın günlərdə Putin və Ərdoğan arasında keçiriləcək görüşdə müzakirə olunacağı gözlənilir. Necə deyərlər, görüş yetişib.

Müəllif: Şahin Cəfərli
//pressklub.az//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
"Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22
Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13
Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11
Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25
Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20
"Biz insanlar qəribəyik..."
Bu gün, 00:51
Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48
Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45
“Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42
Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05
Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02
Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28
Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22
Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47
İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45
Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12
Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09
ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27
Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24
Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00
“Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58
"Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37
“Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31
Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19
4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15
Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06
Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58
İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57
Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40
Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35
İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24
Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18
61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06
Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03
Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53
SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47
Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38
6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Dünən, 16:35
Zəngəzur planında dəyişiklik: - “İrəvan kobud səhvə yol verdi”
Dünən, 16:31
Azərbaycanda daha bir qurumda kütləvi ixtisar - Səbəb nədir?
Dünən, 16:28
Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib
Dünən, 16:20
Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Dünən, 16:17
Bakıda ŞOK: ata 3 il övladını zorladı - AĞIR CƏZA
Dünən, 16:12
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Dünən, 16:02
Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
Dünən, 15:53
"Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:51
Lavrovla Mirzoyan arasında mətbuat konfransı zamanı maraqlı dialoq yaşanıb
Dünən, 15:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru