Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib .....                     İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər .....                     Neftçilər qəpik-quruş dərdində... bu isə... .....                     “AzeBirja“da vətəndaşların milyonları itirildi .....                     "Təmir adı ilə sui-istifadə olundu” .....                     Tramp mütləq İrana zərbə endirəcək .....                     Ermənistanın taleyini o müharibə həll edəcək .....                     Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib .....                     Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür .....                     "Biz insanlar qəribəyik..." .....                     Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? .....                     Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi .....                     “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” .....                     Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata .....                     Portaldan yayınmış 455 min manatlıq icarə tenderini .....                     Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi .....                     Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı .....                     Ermənistandan Türkiyəyə: .....                     İlyas İsmayılov komaya düşdü .....                     Səssiz gələn ölüm .....                     Qarabağ qazisi iş tapa bilmir .....                     ABŞ-ın yeni düşmənləri kim olacaq? .....                     Bu il sülh sazişi imzalanacaqmı? .....                     Regiona təhlükə saçacaq xartiya: .....                     “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” .....                     "Avion Travel"in rəhbəri məhkəmə qarşısında .....                     “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu .....                     Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” .....                     4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür .....                     Trampdan “qızıl dövr” anonsu və: .....                     Ümit Özdağ sərbəst buraxılıb .....                     İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib .....                     Bakıda idmançı qohumunu öldürənin cəzası .....                     Naxçıvanda donuzların kökü kəsilib .....                     İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI .....                     "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." .....                     Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? .....                     61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır .....                     Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb .....                     Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ .....                 

“İrana endirilən zərbələrin ”qəlpələri" şübhəsiz, Ermənistanı ciddi vuracaq" - HƏQİQƏTƏN DƏ...
Tarix: 17-09-2021, 10:24 | Çap et
“İrana endirilən zərbələrin ”qəlpələri" şübhəsiz, Ermənistanı ciddi vuracaq"
Son günlər İranın nüvə proqramı ilə bağlı vəziyyətin yenidən gərginləşməsi müşahidə edilir. Bu ölkənin yaxın tezlikdə nüvə silahına sahib ola biləcəyi haqda İsrail və ABŞ-da həyəcan təbili çalınır.

İsrailin müdafiə naziri Benni Qantz qeyd edir ki, İran yaxın iki-üç ay ərzində nüvə bombası istehsal etmək üçün bütün lazımi avadanlıqlara və imkanlara malik ola bilər. Qantz, İran nüvə əldə etmək həddini keçəcəyi təqdirdə, bölgədə nüvə silahı yarışının başlanacağı barədə xəbərdarlıq edib. İsrailin baş naziri Naftali Bennet isə İran tərəfindən uranın zənginləşdirilməsini dayandırmağın vacibliyini vurğulayıb, əks halda, diplomatiyaya alternativ üsullardan istifadə ediləcəyini bəyan edib. ABŞ-ın “The New York Times” nəşri isə yazır: “Təxminən bir ay sonra İran ilk atom bombasını yaratmaq üçün kifayət qədər zənginləşdirilmiş uran əldə edəcək və bunu ABŞ-a qarşı təzyiq vasitəsi kimi istifadə edərək, nüvə anlaşmasında daha əlverişli şərtlər qazanmağa çalışacaq. Belə ki, İranın ikinci atom bombası yaratması üçün təxminən üç ay, üçüncüsünü yaratmaq üçün isə beş aydan bir qədər az müddətə ehtiyacı var...”

Rəsmi Tehran isə, öz növbəsində, nüvə silahı arsenalı yaratmaq niyyətində olmadığını bəyan etməyə davam edir.

Belə hesab edilir ki, İran nüvə silahını hazırlamaqda davam edərsə, ABŞ da İsraillə birlikdə İrana hərbi zərbələr endirə bilər. ABŞ prezidenti Co Bayden də bundan əvvəl bildirib ki, İranla bağlı diplomatik yanaşma işə yaramazsa, ABŞ digər tədbirlərə də əl ata bilər.

Bundan narahat olan əsas tərəflərdən biri isə Ermənistandır. Çünki Ermənistanın İranla ticarət dövriyyəsi böyükdür. Qonşu ölkədən Ermənistana qaz, neft və neft məhsulları, gübrələr, tikinti materialları ixrac edilir. Ermənistan isə İrana elektrik, ət və meşə materialları satır. Bu ticarətin 80 faizi Ermənistana quru yolla çatdırılır. Regionda gərginlik yaranacağı təqdirdə bu yüklər ya çatmayacaq, ya da böyük gecikmə və əlavə xərclərlə çatacaq. Ermənistanı İranla elektrik şəbəkələri birləşdirir. Rusiyalı politoloq Aleksey Martınov qeyd edir ki, İran olmasa, Ermənistan “Türk dövlətlərinin əhatəsində olan yarı dövlət olacaq, varlığı şübhə altında olacaq”.

Ermənistanın İranın quyruğundan niyə möhkəm yapışdığının səbəbi əvvəldən də bəlli idi. İndi isə Ermənistan İran ətrafında ilk bomba partladığı vaxt onun da sonu yaxınlaşacaq, ac-yalavac, işıqsız, qazsız qalacaq. İrana görə Qərbə, xüsusilə Ağ Evdəki ağalarına qarşı çıxa bilməyəcəklər.

Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, İran ətrafında vəziyyət yenə də gərginləşir. İsrail kəşfiyyatı yəqin hansısa səhih məlumatlar əldə edib ki, İran nüvə silahı yaratmaq hazırlığındadır: “Belə görünür ki, İsrail kəşfiyyatı İranda güclü mövqelərə malikdir. Belə olmasaydı, son illər İranda tanınmış alimlər ard-arda qətlə yetirilməzdi. İsrail kəşfiyyatı oradan ciddi məlumatlar ala bilir. İndi, hər halda, səhih məlumata malikdirlər ki, İran nüvə silahı istehsalına xeyli yaxınlaşıb. Ona görə də İsrail artıq həyəcan təbili çalır. Amma ünvan kimi ABŞ-ı seçiblər. Lakin mən Co Baydenin prezident olduğu dövrdə ABŞ-ın İsrailə çox da böyük kömək edəcəyini düşünmürəm. Birincisi, Bayden Barak Obamanın hakimiyyəti dövründə vitse-prezident olub və İranla nüvə anlaşmasını dəstəkləyən siyasətçilərdən biri kimi tanınıb. Baydenin indi də İranla müharibədə maraqlı olduğunu zənn etmirəm. Digər tərəfdən, ABŞ yenicə Əfqanıstandan çıxıb, özü də biabırcasına, nəticəsiz çıxıb. İraqda da ”əlləri yandı". Belə bir vəziyyətdə ABŞ-ın başqa bir müharibəyə qoşulacağını zənn etmirəm. Ona görər də İsrail başının çarəsini özü qılmalıdır. İsrail bilir ki, İran nüvə silahı istehsalına xeyli yaxınlaşıb. Ona görə də istisna etmirəm ki, İsrail İrana hansısa zərbələr endirə bilər. Amma bunun nəticəsi yaxşı olmayacaq. Çünki İranın özünün İsrailə gücü çatmasa, “Həmas” və “Hizbullah” vasitəsilə İsrailə zərbələr endirməyə çalışacaq. Bu da regionda vəziyyəti xeyli gərginləşdirəcək".

İrana zərbələr endiriləcəyi halda, bunun Ermənistana təsirlərinin necə olacağına gəlincə, Elxan Şahinoğlu qeyd etdi ki, şübhəsiz, İranın zərbə altında qalması, zəifləməsi Ermənistan iqtisadiyyatını çox ağır vəziyyətlə üz-üzə qoyacaq: “İrana endirilən zərbələrin ”qəlpələri" şübhəsiz Ermənistanı ciddi vuracaq. Ermənistan elə bir situasiya ilə üz-üzə qalacaq ki, İranı dəstəkləyə də bilməyəcək. Ermənistan hakimiyyətinin başı həm də Qərbin bıçağının altındadır. Bu amil İrəvanı İranı müdafiə etməkdən çəkindirəcək.

Ancaq onu da bilmək lazımdır ki, İsrail və ya başqa bir güclü dövlət İrana zərbələr endirəndə onun “qəlpələri” Azərbaycana da gəlib müxtəlif formalarda çatacaq.

Ona görə də biz nüvə məsələsinin həllini istəyirik, amma İranla dünya güclərinin müharibəyə başlamasında, İrana zərbələr endirilməsində maraqlı olmamalıyıq. Biz İrandakı bəzi qüvvələrdən fərqli olaraq qonşumuzun dağılmasını istəmirik. Biz istəyirik ki, İran Qarabağ məsələsində ədalətli olsun və Azərbaycanın həssaslığını nəzərə alsın. İranın öz siyasətini korrektə etməsini istəyirik".

İqtisadçı alim Fikrət Yusifov isə bildirdi ki, İran artıq uzun illərdir nüvə ölkəsi olmaq istiqamətində iş görür. Hətta uranın zənginləşdirilməsi üzrə işləri dayandırması barədə öhdəlik götürdüyü dönəmlərdə hazırlıqları gizli edirdi. Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsindən sonra isə məlum müqavilə pozuldu: “Bundan sonra İran özünün atom silahını hazırlamaq istiqamətində işlərini sürətləndirdi. Təbii ki, bunu qətiyyətlə demək çətindir, amma hiss olunan budur ki, İran bu silahın hazırlanması istiqamətində nəticəyə yaxındır. İsrail kəşfiyyatının bundan məlumatsız olmaması mümkün deyil. Böyük ehtimalla, İsrail hakimiyyətinin narahatlıqlarını artıq məlum formada dilə gətirməsi bununla bağlıdır. Ona görə də artıq İsrailin baş naziri və müdafiə naziri İranla diplomatik deyil, başqa mübarizə üsulundan danışırlar. Bunlar sadə siqnallar deyil. Faktiki olaraq güc tətbiq etmək nəzərdə tutulur. Əvvəlki dövrlərlə müqayisədə bu dəfə məsələnin güc tətbiq etmə, zərbə endirmə fazasına keçəcəyi ehtimalı yüksəkdir. İrana zərbə endiriləcəyi halda, İran iqtisadiyyatı da ciddi təsirlənəcək. İqtisadiyyatının böyük hissəsi İrandan asılı olan Ermənistan isə bu zərbənin altından çıxa bilməyəcək. İrana hərbi müdaxilə Ermənistanın iqtisadi baxımdan sarsılmasına gətirib çıxaracaq. Bu ölkənin iqtisadi durumu onsuz da acınacaqlıdır. İran nəfəsliyinin kəsilməsi və ya daralması Ermənistanın dövlət kimi ayaqda qalmasını çətinləşdirəcək.

İrana zərbə bütün qonşu ölkələrə problem yaradacaq. Bölgədə böyük humanitar fəlakət yaşanacaq".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib - "Bəzi Qərb dairələri..."
Bu gün, 08:28
İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22
Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
"Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22
Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13
Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11
Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25
Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20
"Biz insanlar qəribəyik..."
Bu gün, 00:51
Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48
Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45
“Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42
Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05
Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02
Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28
Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22
Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47
İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45
Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12
Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09
ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27
Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24
Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00
“Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58
"Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37
“Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31
Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19
4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15
Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06
Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58
İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57
Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40
Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35
İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24
Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18
61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06
Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03
Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53
SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47
Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38
6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Dünən, 16:35
Zəngəzur planında dəyişiklik: - “İrəvan kobud səhvə yol verdi”
Dünən, 16:31
Azərbaycanda daha bir qurumda kütləvi ixtisar - Səbəb nədir?
Dünən, 16:28
Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib
Dünən, 16:20
Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Dünən, 16:17
Bakıda ŞOK: ata 3 il övladını zorladı - AĞIR CƏZA
Dünən, 16:12
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Dünən, 16:02
Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
Dünən, 15:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru