İşçilər bunları bilməlidir... .....                     ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək .....                     Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib .....                     İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər .....                     Neftçilər qəpik-quruş dərdində... bu isə... .....                     “AzeBirja“da vətəndaşların milyonları itirildi .....                     "Təmir adı ilə sui-istifadə olundu” .....                     Tramp mütləq İrana zərbə endirəcək .....                     Ermənistanın taleyini o müharibə həll edəcək .....                     Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib .....                     Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür .....                     "Biz insanlar qəribəyik..." .....                     Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? .....                     Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi .....                     “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” .....                     Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata .....                     Portaldan yayınmış 455 min manatlıq icarə tenderini .....                     Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi .....                     Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı .....                     Ermənistandan Türkiyəyə: .....                     İlyas İsmayılov komaya düşdü .....                     Səssiz gələn ölüm .....                     Qarabağ qazisi iş tapa bilmir .....                     ABŞ-ın yeni düşmənləri kim olacaq? .....                     Bu il sülh sazişi imzalanacaqmı? .....                     Regiona təhlükə saçacaq xartiya: .....                     “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” .....                     "Avion Travel"in rəhbəri məhkəmə qarşısında .....                     “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu .....                     Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” .....                     4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür .....                     Trampdan “qızıl dövr” anonsu və: .....                     Ümit Özdağ sərbəst buraxılıb .....                     İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib .....                     Bakıda idmançı qohumunu öldürənin cəzası .....                     Naxçıvanda donuzların kökü kəsilib .....                     İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI .....                     "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." .....                     Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? .....                     61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır .....                 

Türkiyə və ABŞ Ukraynanı silahlandırır - Tək qalanı Kiyevin cəsarətlənməsidir...
Tarix: 16-09-2021, 08:11 | Çap et
Türkiyə və ABŞ Ukraynanı silahlandırır
ABŞ Konqresinin üzvləri Bayden hökumətinə tövsiyə ediblər ki, Ukraynaya hava və raket hücumundan müdafiə sistemləri verilsin və ya satılsın. Qanunvericilər bu məqsədlə 2022-ci il hərbi büdcəsi barədə qanun layihəsinə müvafiq düzəliş daxil etməyə çalışırlar. Güman edilir ki, Ukraynaya İsrail istehsalı olan və hazırda ABŞ ordusunun sərəncamındakı “Dəmir qübbə” (İron Dome) batareyalarından verilə bilər.

“Konqresdə bəziləri 2022-ci il üzrə müdafiə haqqında qanun layihəsinə düzəliş daxil edərək Bayden administrasiyasını Ukraynaya hava-raket hücumundan müasir müdafiə sistemləri verməyə və ya satmağa, o cümlədən “Dəmir qübbə” batareyası göndərməyə vadar etməyə çalışırlar”, – deyə ABŞ-ın nüfuzlu media orqanı – “Politico” yazıb.

Artıq Nümayəndələr Palatasının üzvü, respublikaçı Skott Franklin tərəfindən təklif olunan və hər iki partiya tərəfindən dəstəklənən müvafiq düzəliş qəbul olunub. (S.Franklin 26 il ABŞ Hərbi Dəniz Donanmasında xidmət edib.) Düzəlişdə qeyd olunur ki, Pentaqon mövcud hava və raket hücumundan müdafiə sistemlərinin Ukraynaya verilməsi barədə öz variantlarını Konqresə təqdim etməlidir. Sənəddə konkret hansısa sistemin adı çəkilməsə də, Konqresdəki mənbə bildirib ki, əsas namizədlər 2 “Dəmir qübbə” batareyasıdır.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenskinin sentyabrın əvvəlində ABŞ-a səfəri zamanı bu məsələ müzakirə olunub. Səfər zamanı ABŞ və Ukrayna arasında hərbi sahədə əməkdaşlığa dair saziş imzalanıb. Prezident Baydenin göstərişi ilə Ukraynanın hərbi ehtiyacları üçün əlavə olaraq 60 milyon dollar ayrılıb. Bu vəsaitin çox hissəsi Ukrayna ordusu üçün məşhur “Javelin” antitank sistemlərinin alınmasına sərf olunacaq. ABŞ müdafiə naziri Lloyd Ostin bildirib ki, Ukrayna Rusiya aqressiyası ilə mübarizədə ABŞ-ın dəstəyinə ümid edə bilər. Ukraynanın müdafiə naziri Andrey Taran isə hava hücumundan müdafiə sistemlərinə ciddi ehtiyac duyduqlarını ABŞ hərbi rəhbərliyinin nəzərinə çatdırıb. Bu mövzu ötən həftə nüfuzlu senator Lindsi Qremin rəhbərliyi ilə ABŞ Konqresinin respublikaçı nümayəndə heyətinin Ukraynaya səfəri zamanı da əsas müzakirə mövzusu olub. L.Qrem Zelenski ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, onlar Senatda Ukraynaya hava və raket hücumundan müdafiə sistemlərinin verilməsi məsələsini qaldıracaqlar.

Qeyd edək ki, “İron Dome” – “Dəmir qübbə” İsrailin “Rafael Advanced Defense Systems” şirkəti tərfindən işlənib hazırlanan mobil hava hücumundan müdafiə sistemidir. O, 4 – 70 km məsafədən atılan taktiki raketləri və artilleriya mərmilərini məhv etmək üçün nəzərdə tutulub. Bundan başqa, sistem 10 km yüksəkdə uçan hərbi təyyarələri də vura bilir. Bir ədəd “Dəmir qübbə” batareyası 150 kv. km sahəni müdafiə edə bilir. ABŞ 2019-cu ildə İsraildən bu sistemin 2 batareyasını əldə edib. Lakin iddialara görə, bu sistemləri ABŞ-ın raket hücumundan müdafiə sisteminə inteqrasiya etmək mümkün olmayıb.

Bəs, Ukrayna “Dəmir qübbə”ni alarsa, onu harada quraşdıracaq?

Ukraynalı mütəxəssislər bu sistemlərin cəbhə xəttindəki komanda məntəqələrinin və hərbi birləşmələrin müdafiəsi üçün istifadə oluna biləcəyini düşünürlər. Lakin 2 ədəd “Dəmir qübbə” batareyası əlbəttə ki, yetərli deyil, digər tərəfdən, bu sistem ballistik raketlərdən müdafiə üçün nəzərdə tutulmayıb. Bu səbəbdən, Ukraynanın ABŞ-dan məşhur “Patriot” sistemləri almaq fikri də var və bu məsələ hazırda müzakirə mərhələsindədir. “Patriot”lar Rusiyanın əlindəki ballisik raketlərdən müdafiəni təmin etmək üçün nəzərdə tutulur.

Ukrayna ordusunu komandanı: “Azərbaycanın təcrübəsi bizdə olsaydı…”

Ukrayna rəhbərliyi öz ordusunu pilotsuz aviasiya ilə də gücləndirmək niyyətindədir. Bu məqsədlə Türkiyədən məşhur “Bayraktar” zərbə dronlarının daha 4 kompleksinin alınması planlaşdırılıb. Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı, general-mayor Valeri Zalujnıy bildirib. O deyib ki, hazırda Ukrayna ordusunda 2 “Bayraktar” kompleksi – 12 ədəd dron var. Əlavə 4 kompleks 24 ədəd “Bayraktar” deməkdir. Alış-veriş uğurla yekunlaşsa, 2022-ci ilin sonuna Ukraynanın sərəncamında 36 ədəd “Bayraktar” dronu olacaq.

“Gələcəkdə biz yerli pilotsuz uçuş aparatları ilə arsenalımızı təchiz etmək niyyətindəyik”, – deyə V.Zalujnıy söyləyib. O bildirib ki, təkcə alış kifayət deyil, bu silahlarla effektiv davranmağı öyrənmək lazımdır. Ukraynalı general Azərbaycanın bu sahədə təcrübəsini yüksək qiymətləndirib:

“Biz hazırda bu aparatlardan istifadənin metodikasını öyrənirik. Əgər Azərbaycanın təcrübəsi bizdə olsaydı, işimiz daha asanlaşardı. Etiraf edirəm ki, bizim bu sahədə təəssüf ki, çox az təcrübəmiz var…”

Onu da əlavə edək ki, hazırda Türkiyə tərsanələrində Ukrayna Hərbi Dəniz Donanması üçün 2 ədəd “Ada“ tipli korvetin tikintisi gedir.

Press Klub










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İşçilər bunları bilməlidir... - Ekspert danışır...
Bu gün, 08:33
ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək - AÇIQLAMA
Bu gün, 08:30
Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib - "Bəzi Qərb dairələri..."
Bu gün, 08:28
İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22
Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33
“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
"Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22
Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13
Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11
Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25
Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20
"Biz insanlar qəribəyik..."
Bu gün, 00:51
Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48
Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45
“Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42
Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05
Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02
Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28
Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22
Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47
İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45
Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12
Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09
ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27
Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24
Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00
“Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58
"Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37
“Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31
Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19
4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15
Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06
Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58
İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57
Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40
Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35
İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24
Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18
61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06
Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03
Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53
SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47
Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38
6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Dünən, 16:35
Zəngəzur planında dəyişiklik: - “İrəvan kobud səhvə yol verdi”
Dünən, 16:31
Azərbaycanda daha bir qurumda kütləvi ixtisar - Səbəb nədir?
Dünən, 16:28
Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib
Dünən, 16:20
Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Dünən, 16:17
Bakıda ŞOK: ata 3 il övladını zorladı - AĞIR CƏZA
Dünən, 16:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru