Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir .....                     Maaş azlığı, yoxsa alim riyakarlığı .....                     Ermənistan ordusunun Baş Qərargah rəisi .....                     Akif Marifliyə yeni vəzifə verildi .....                     Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... .....                     GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub .....                     İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? .....                     "Quska"nın vəkilləri məhkəməyə gəlmədi .....                     Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur .....                     Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb .....                     Faiq Ağayevdən səs-küy yaradan fotosessiya .....                     Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir .....                     Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu .....                     Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər .....                     Rusiya Ermənistana qarşı hərəkətə keçdi .....                     "Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" .....                     Hospital rəisindən Elçin Quliyevə şikayət .....                     Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs .....                     Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... .....                     Sənubər Nəzərova Departament rəhbəri təyin edildi .....                     "Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." .....                     Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb .....                     Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib .....                     Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... .....                     “Atamın qızıllarını Sevda verib Günaya” .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib .....                     Müharibə olacaq, Zəngəzur dəhlizi... .....                     "Tramp üçün də əlavə başağrısı yaradırlar" .....                     Seçki ayında bələdiyyələr birləşir .....                     “Capital City” ilə KİMSƏ BACARA BİLMİR? .....                     "Rusiya İranın bu addımına qətiyyən razı olmaz" .....                     Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? .....                     Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? .....                     Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... .....                     Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış .....                     İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü .....                     Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! .....                     Azərbaycanda nəqliyyat şirkəti .....                     ADAU ŞƏLALƏSİ... .....                     Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... .....                 

RAMİZ MEHDİYEV VƏ SƏFƏR ƏBİYEVİN YENİ AMERİKASI
Tarix: 18-10-2013, 10:30 | Çap et
RAMİZ MEHDİYEV VƏ SƏFƏR ƏBİYEVİN YENİ AMERİKASI
ONLAR MÜXALİFƏTƏ AMERİKANIN ƏSL ÜZÜNÜ GÖSTƏRDİLƏR: KİM GÖRÜR Kİ?

DİA.AZ: - Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Amerikaya qarşı çox sərt çıxdı. İlk dəfə idi ki, bağlı qapılar arxasında aparılan danışıqların təfərrüatı açıqlanırdı. Ramiz Mehdiyev bildirdi ki, Vaşinqtonda oturanlar rəsmi Bakıdan Milli Şuranın namizədinə daha yüksək səs faizinin yazılmasını istəyiblər.

Onu da bildirək ki, nədənsə Milli Şuradakılar Ramiz Mehdiyevin bu açıqlamasını tamam tərsindən qəbul etdilər. Daha kimsə ortadakı gerçəkliyi görmək istəmədi. Çünki…

Təbii ki, bu yerdə «çünkilər» çoxdur və biz də lap əvvəlindən başlayaq. Lap elə Amerikanın kəşfindən. Quldurların, qızıl axtaranların, atasından-anasından küsənlərin ÜMİD YERİ kimi kəşf edilib, milyonlarla qırmızı dərilinin qırılması və daha bir neçə yüz illiyin yola verilməsi hesabına ərsəyə gələn indiki halı ilə Amerikanın əsl kimliyi tam ortadadır.

«Ben Laden axtarışı» ilə qosqoca Əfqanıstan işğal olundu, bir atom bombası həyəcanı ilə İraq yerlə-yeksan olundu. «Ərəb baharı» adı altında Liviya xarabazarlığa çevrildi. Eyni bəhanə ilə Suriya cəhənnəmi xatırladır. Misirə də dinclik tanımadılar və bu gün hətta Türkiyəni belə qarışdırmağa qalxırlar.

Bütün bunların arxasında əslində Amerikanın arxasında dayandığı postmodern SƏLİB YÜRÜŞÜnün dayandığı bir faktdır. Və bu yürüşün son mərhələsində xristianların tampliyerlərinə çevrilmiş vəhabilərdən gen-bol istifadə olunmaqdadır.

Əfqanıstan, İraq, Liviya, Misir, Suriya kimi Azərbaycan da müsəlman ölkəsidir. Hətta bunu inkar etsək də, bunun daha çox statistik göstəici olduğunu iddia etsək də, biz müsəlmanıq. Rəngimiz də qaradır. Bu həqiqəti isə son olaraq ruslar yadımıza saldı. Və bu qara rəngimizlə yanaşı, müsəlman mahiyyətimizdən imtina qeyri-mümkündür. Elə buna görə də bu gün Amerikanın gözündə Suriya ilə Azərbaycanın heç bir fərqi yoxdur. Kimsə əlini ürəyinin üstünə qoyub arxayınlaşmasın. Bu, faktdır.

Fakt olanı həm də odur ki, bu gün Amerikanın Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması, Azərbaycan türkünün milli problemlərinin həlli kimi hər hansı qayğıları mövcud deyil. Əslində bu normaldır. Amma nədənsə bizlər, daha dəqiqi bizdən olan bəziləri bu həqiqəti unutmağa çalışırlar.

Ona görə də Ramiz Mehdiyevin açdığı həqiqətə də xəyallarında canlandırdıqları AMERİKA ALUDƏÇİLİYİ DƏLİYİNDƏN baxmaqla yetinirlər. Bəli, cənablar, sizin Amerika sizi hər zaman olduğu kimi bu dəfə də «baqaja qoyub», sizi satıb. Siz seçkilərə Amerikaya söykənərək getmişdinizsə, sizin Amerika yıxmağa çalışdığınız hakimiyyətdən sizlərə səs faizi qopartmağa çalışıb. BUDUR MƏSƏLƏ!!!

Daha burada rəsmi Bakını ittiham etmək, Ramiz Mehdiyevi etibarsızlıqda suçlamaq… ən mənasız işdir. Siz ilk əvvəl Amerikanın yaxasından yapışın. O Amerikanın ki, Azərbaycan prezidenti İlham Əliyevi Qurban bayramı münasibətilə təbrik etsə də, seçkilərdə qələbəsi münasibətilə təbrik etməməklə özünün «demokratiya təəssübkeşi» imicini qorumağa çalışır. Halbuki Vaşinqtonda oturanlar da yaxşı bilirlər ki, bu imiclərini bir-birinin ardından cəhənnəmə çevirdikləri müsəlman ölkələrində bu gün güllə hədəfinə çevrilən körpə balalarımızın bağırlarında çoxdan darmadağın ediblər.

Ramiz Mehdiyev əslində Amerikanı ifşa etdi və bununla da daha çox müxalifətin işinə yaradı. Yəni göstərdi ki, kimsə Amerikaya güvənib yola çıxmalı deyil. Amerika öz qoturunu qaşıyıb və bu, hər zaman belədir. Sabah da belə olacaq.

Amma nədənsə bu gün məsələnin məhz bu yönünü qoyub, hər kəs hakimiyyəti suçlayır. Əslində reallıq ondan ibarətdir ki, Riçard Morninqstar da «İlham Əliyev qalib gəlib» ifadəsini işlədib. Bu reallıqdır. Və bu reallığı əgər Morninqstar Səfər Əbiyevlə bağlı qapı arxasında etiraf edirsə, amma müxalifətə bir başqa söz deyirsə, o zaman bu reallığı göstərən Səfər Əbiyevi etibarsızlıqda suçlayanın ağlı yoxdur. Hər halda, bu ifadələr Riçard Morninqstar olmayanlara aiddir. Yəni yalnız ABŞ-ın ölkəmizdəki səfiri Səfər Əbiyevi qınaya bilər. Amma suçlaya bilməz! Çünki hər kəs yaxşı bilir ki, nazirlə olan bütün görüşlərin nəinki səsi yazılır, hətta videosu da çəkilir. Belə olan halda «SƏFƏR ƏBİYEV SƏFİRİN SƏSİNİ GİZLİ YOLLA YAZIB» deyərək bağırmağın da bir mənası yoxdur. Gedin, səfirinizin yaxasından yapışın ki, nədən bizi aldadırsan… Yəni bu addımı ilə Səfər Əbiyev də müxalifətə bir pas ötürmüş oldu və bir daha sübutladı ki, əgər müxalifətin güvəndiyi Amerikadırsa, həmin dağlara çoxdan qar yağıb, hətta qarlara qurd da düşüb…

Təbii ki, ABŞ-Azərbaycan iqtidarı münasibətlərindəki gərginliyin bir fəsadı olacaq. Amma bu fəsadın nəyisə dəyişəcəyi inandırıcı deyil. Çünki rəsmi Bakı ABŞ-ın tələblərinə uyğun olaraq Cəmil Həsənliyə yüksək səs faizləri yazmayıb. Əslində rəsmi Bakı da yaxşı başa düşür ki, bu gün yazılan yüksək səs faizləri sabah keçiriləcək parlament seçkilərində 7-8 deputat mandatıdır. Yəni Bakıda oturanlar uşaq deyillər. Amerika dünyanı fırlada bilər, amma fakt göründü ki, Azərbaycanda ilişdilər…

Məhəmməd ƏRSOY - DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01
Maaş azlığı, yoxsa alim riyakarlığı - REPLİKA
Bu gün, 11:59
Ermənistan ordusunun Baş Qərargah rəisi NATO iclasında iştirak edir
Bu gün, 11:56
Akif Marifliyə yeni vəzifə verildi
Bu gün, 11:52
Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub - ƏMR
Bu gün, 11:48
İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? - Eurasiya.net
Bu gün, 11:43
"Quska"nın vəkilləri məhkəməyə gəlmədi - bu səbəbdən də...
Bu gün, 11:38
Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur - FAKT BUDUR!
Bu gün, 11:36
Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb - Polis İŞƏ QARIŞDI
Bu gün, 11:32
Faiq Ağayevdən səs-küy yaradan fotosessiya - FOTO
Bu gün, 11:30
Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir - ŞOK məlumat
Bu gün, 11:29
Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu - ƏMR
Bu gün, 11:26
Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər - "The Telegraph"
Bu gün, 11:19
Rusiya Ermənistana qarşı hərəkətə keçdi – Durum kəskinləşir
Bu gün, 11:16
"Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:05
Hospital rəisindən Elçin Quliyevə şikayət - NARAZILIQ VAR...
Bu gün, 11:02
Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Bu gün, 10:58
Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... - AKTUAL
Bu gün, 10:55
Sənubər Nəzərova Departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:54
"Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." - İLGİNC İDDİA
Bu gün, 10:52
Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb - 10 dəqiqəlik interval bir saata qaldırılıb
Bu gün, 10:46
Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib
Bu gün, 10:45
Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... - ETİRAZ VAR...
Bu gün, 10:44
“Atamın qızıllarını Sevda verib Günaya” – 186 minlik ZƏRGƏRLİK İŞİ
Bu gün, 10:27
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:12
Müharibə olacaq, Zəngəzur dəhlizi... - Danielyan
Bu gün, 10:07
"Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Bu gün, 10:03
Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?
Bu gün, 09:56
“Capital City” ilə KİMSƏ BACARA BİLMİR? - "Başqa əlacımız qalmayıb..."
Bu gün, 09:41
"Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Bu gün, 09:36
Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 09:33
Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? - Köhnə eşalonun SON QALASI...
Bu gün, 09:26
Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... - Hər keçənə hürən molla rejimi bu dəfə LAL OLUB...
Bu gün, 09:16
Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - TƏFƏRRÜAT
Bu gün, 09:10
İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü – Sui-qəsd planında görün kimlər olub
Bu gün, 09:06
Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! - NƏ BAŞ VERİR?
Bu gün, 09:04
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:00
ADAU ŞƏLALƏSİ... - Qurbanovun himayə etdiyi bu Şəlalənin səsi SONRA ÇIXACAQ...
Bu gün, 08:55
Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... - Kəmaləddin Heydərova MÜRACİƏT...
Bu gün, 08:44
`Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` - Bir nəfər borclu var deyə... bütün bina sakinləri DONMALIDIR!
Bu gün, 08:37
Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:30
Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI - "Qara qutu" müəmması
Bu gün, 08:28
Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... - NARAZILIQ VAR...
Bu gün, 08:25
Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! - GİLEY
Bu gün, 08:20
ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? - Görünəni odur ki...
Bu gün, 07:12
İrəvan əslində Bakının gedişlərini təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 07:10
"Mənim evimə bir qəpik pul girmir..." - Vətəndaş HARAY ÇƏKİR
Bu gün, 07:06
İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan
Bu gün, 07:02
Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? - AKTUAL
Bu gün, 07:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru