Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur - FAKT BUDUR!
Rusiya xarici işlər naziri Sergey Lavrov illik mətbuat konfransında Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə də toxunub. Cənubi Qafqaz ölkələrinin bütün problemlərini yaxın qonşuları ilə həll etməsinin vacibliyindən bəhs edən Rusiya XİN başçısı qeyd edib ki, Aİ missiyasının Ermənistanın Sünik bölgəsində təhlükəsizliyi təmin etməsi anlaşılan deyil:
“Biz istər-istəməz nə vaxtsa Rusiyanın indi danışdıqlarına gələcəyik. Məhz buna görə də Cənubi Qafqaz ölkələri və onların qonşuları "3+3" mexanizminin yaradılması təşəbbüsünü dəstəkləyib. Düşünürəm ki, bu, daha məhsuldar formatdır". Lavrov hesab edir k, Ermənistan və Azərbaycan praktiki olaraq sülh müqaviləsi ilə bağlı razılığa gəliblər və mübahisə doğuran digər məsələlərin həlli üçün də konkret qərar verməlidirlər: “Aydındır ki, qalan iki məsələnin üstündən keçmək çətindir. Həll etmək lazımdır: ya hə, ya da yox". Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov “Sherg.az”a açıqlamasında indiki mərhələdə Rusiyanın Azərbaycan-Ermənistan sülh prosesinə təsir imkanlarının məhdud olduğunu deyib. Onun sözlərinə görə, tərəflər sülh prosesində birbaşa danışıqlara üstünlük verir, bu prosesdə üçüncü qüvvənin olmasına ehtiyac yoxdur:
“Rusiya xarici işlər naziri Sergey Lavrov illik mətbuat konfransında media nümayəndələrinin suallarına cavab olaraq bir sıra fikirlər səsləndirib. Həmin suallardan bəziləri Cənubi Qafqaz, xüsusən də Azərbaycanla bağlı olduğundan bu fikirlər bizim ictimaiyyətimiz tərəfindən də təhlil edilir. Fikir verirsinizsə, nə vaxt Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları sürətlənir, o zaman Rusiya dövriyyəyə girməyə başlayır. Rusiya tərəfindən çoxdandır ki, heç bir təklif, ideya irəli sürülmürdü. İndi çalışır ki, Azərbaycan və Ermənistan rəhbərliyi arasında görüş keçirilməmişdən öncə belə bir təşəbbüslə çıxış etsin və bu görüş məhz Rusiyada baş tutsun. Proseslə bağlı öz təkliflərini tərəflərə bəyan etsin. Yəni Rusiyanın fəaliyyəti əsasən Qərbin prosesdə iştirakının qarşısını almağa yönəlib. Geosiyasi proseslərdən görünür ki, Amerika Birləşmiş Ştatlarında Donald Tramp Administrasiyasının hakimiyyətə gəlməsi bizim regionumuzda da sülh və təhlükəsizlik istiqamətində son akordları vura bilər. Lavrovun da qeyd etdiyi kimi, Ermənistan və Azərbaycan praktiki olaraq sülh müqaviləsi ilə bağlı razılığa gəlib, bir çox mühüm məsələləri həll ediblər. Hazırda Ermənistan konstitusiyasının dəyişdirilməsi gündəmin əsas mövzularından biridir. Çünki bu ölkənin konstitusiyasının dəyişdirilməsi Azərbaycanın əsas tələbləri sırasındadır. Səbəb isə burada Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır. Ermənistan Cənubi Qafqazda sülhün tərəfdarıdırsa, Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır. Dövlətimiz rəsmi səviyyədə bununla bağlı qarşı tərəfə dəfələrlə xəbərdarlıq edib. Bəlkə də, Ermənistan konstitusiyası dünyada analoqu olmayan konstitusiyadır ki, orada başqa dövlətlərə qarşı ərazi iddiasını əks etdirən məqamlar öz əksini tapıb. Burada Azərbaycana qarşı faktiki olaraq ərazi iddiaları yer alır. Ona görə də Azərbaycan dövlətinin haqlı olaraq bununla bağlı tələbləri var. Əgər Ermənistan, həqiqətən də, sülhdə səmimidirsə, münasibətləri birdəfəlik olaraq normallaşdırmaq istəyirsə, buna mane olan bütün maneələri aradan qaldırmalıdır”. Politoloqun sözlərinə görə, ATƏT-in Minsk qrupunun rəsmi şəkildə ləğvi üçün Azərbaycanın və Ermənistanın birlikdə müvafiq müraciət ünvanlaması ölkəmizin rəsmi İrəvan qarşısında irəli sürdüyü ikinci şərtdir. Əgər münaqişə bitibsə, Minsk qrupuna ehtiyac yoxdur: "Bu qrup Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdı. Sərhəddən üçüncü dövlətin hərbi qüvvələrinin, o cümlədən Avropa Birliyinin casus missiyasının yığışdırılması da Azərbaycanın əsas şərtlərindən biridir. Lakin fevralda missiyanın vaxtının bitməsinə rəğmən AB və Ermənistan onu uzatmaqda maraqlı görünür. Bu isə tərəflər arasında sülh prosesinə zərbə vuracaq çox ciddi bir problemdir. Əgər Paşinyan Aİ missiyasının vaxtının uzadılmasından imtina etsə, Azərbaycanın digər tələblərini də yerinə yetirəcək”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26 |
|
|
|
• Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09 |
|
|
|
• “Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07 |
|
|
|
• Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04 |
|
|
|
• Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59 |
|
|
|
• Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57 |
|
|
|
• İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53 |
|
|
|
• “Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50 |
|
|
|
• Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41 |
|
|
|
• "Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39 |
|
|
|
• Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30 |
|
|
|
• 3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28 |
|
|
|
• Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17 |
|
|
|
• Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13 |
|
|
|
• 316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11 |
|
|
|
• Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01 |
|
|
|
• Maaş azlığı, yoxsa alim riyakarlığı - REPLİKA
Bu gün, 11:59 |
|
|
|
• Ermənistan ordusunun Baş Qərargah rəisi NATO iclasında iştirak edir
Bu gün, 11:56 |
|
|
|
• Akif Marifliyə yeni vəzifə verildi
Bu gün, 11:52 |
|
|
|
• Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... - NƏ BAŞ VERİR?
Bu gün, 11:50 |
|
|
|
• GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub - ƏMR
Bu gün, 11:48 |
|
|
|
• İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? - Eurasiya.net
Bu gün, 11:43 |
|
|
|
• "Quska"nın vəkilləri məhkəməyə gəlmədi - bu səbəbdən də...
Bu gün, 11:38 |
|
|
|
• Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur - FAKT BUDUR!
Bu gün, 11:36 |
|
|
|
• Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb - Polis İŞƏ QARIŞDI
Bu gün, 11:32 |
|
|
|
• Faiq Ağayevdən səs-küy yaradan fotosessiya - FOTO
Bu gün, 11:30 |
|
|
|
• Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir - ŞOK məlumat
Bu gün, 11:29 |
|
|
|
• Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu - ƏMR
Bu gün, 11:26 |
|
|
|
• Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər - "The Telegraph"
Bu gün, 11:19 |
|
|
|
• Rusiya Ermənistana qarşı hərəkətə keçdi – Durum kəskinləşir
Bu gün, 11:16 |
|
|
|
• "Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:05 |
|
|
|
• Hospital rəisindən Elçin Quliyevə şikayət - NARAZILIQ VAR...
Bu gün, 11:02 |
|
|
|
• Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Bu gün, 10:58 |
|
|
|
• Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... - AKTUAL
Bu gün, 10:55 |
|
|
|
• Sənubər Nəzərova Departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:54 |
|
|
|
• "Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." - İLGİNC İDDİA
Bu gün, 10:52 |
|
|
|
• Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb - 10 dəqiqəlik interval bir saata qaldırılıb
Bu gün, 10:46 |
|
|
|
• Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib
Bu gün, 10:45 |
|
|
|
• Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... - ETİRAZ VAR...
Bu gün, 10:44 |
|
|
|
• “Atamın qızıllarını Sevda verib Günaya” – 186 minlik ZƏRGƏRLİK İŞİ
Bu gün, 10:27 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:12 |
|
|
|
• Müharibə olacaq, Zəngəzur dəhlizi... - Danielyan
Bu gün, 10:07 |
|
|
|
• "Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Bu gün, 10:03 |
|
|
|
• Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?
Bu gün, 09:56 |
|
|
|
• “Capital City” ilə KİMSƏ BACARA BİLMİR? - "Başqa əlacımız qalmayıb..."
Bu gün, 09:41 |
|
|
|
• "Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Bu gün, 09:36 |
|
|
|
|