Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... .....                     AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb .....                     Bakının son tələbi masaya qoyuldu: .....                     Tramp niyə Qrelandiyanı almağa can atır? .....                     Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı .....                     “Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub .....                     AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib .....                     Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu .....                     Bakı bu dəfə tramvaya görə söküləcək: .....                     Lənkəranda YAŞIL TERROR .....                     Daha yüksək zirvələrə .....                     Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər .....                     Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün .....                     Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi .....                     Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? .....                     Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu .....                     Burun əməliyyatlarında ölüm riski .....                     İrəvan hökuməti hələ də eyni yanlış addımları atır .....                     "Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" .....                     Belarus Azərbaycana yeni səfir təyin edib .....                     Bayden Paşinyanı yeni tələyə salır .....                     Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub .....                     Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir .....                     11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı .....                     Gəncə Ekoloji Park Kompleksində .....                     Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var .....                     Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb .....                     Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib .....                     Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... .....                     Paşinyan Rusiyadan .....                     “Azəriqaz” Qarabağ Qazisinə qarşı... .....                     Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı .....                     Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... .....                     Polisə rüşvət verən azərbaycanlı .....                     ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir .....                     "Aygünlə Röya yox, Hiss?" .....                     Afiəddin Məmmədova hökm oxunub .....                     "Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... .....                     AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” .....                     “Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...” .....                 

"Bu bina qanunsuz tikilib, yaşayış binalarının ortasında məktəb tikmək olarmı?" - NARAZILIQ!
Tarix: 13-06-2022, 10:35 | Çap et
"Bu bina qanunsuz tikilib, yaşayış binalarının ortasında məktəb tikmək olarmı?"
Nəriman Nərimanov prospekti 203-də tikilib, istifadəyə verilmiş “21-ci əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” adlı özəl təhsil müəsisəsi bu tikili ətrafında yaşayan sakinlərin ciddi narahatlığına səbəb olur. Təhsil müəsisəsinin yaxınlığında yerləşən bina sakinləri qeyd edirlər ki, onların narahatlığına səbəb olan əsas məsələ səhər saatlarında bina önündə güclü tıxacın yaranması və onların öz avtomobillərini bina həyətindən çıxara bilməmələridir.
Bina sakini Mehriban Şirinova bu barədə redaksiyamıza şikayət edərək bildirib ki, problemlə bağlı yüzlərlə imza toplanılsa da, aidiyyəti qurumlar bu şikayət məktublarına baxmır və görməzdən gəlir: “Bu məktəb 21 ildir ki, fəaliyyət göstərir və biz də bina sakinləri olaraq 21 ildir ki, bu müəsisənin burada açılmaması, hətta məktəbin sökülməsi üçün mübarizə aparırıq. Ona görə ki, bu bina qanunsuz tikilib, yaşayış binalarının ortasında məktəb tikmək olarmı? Hər səhər tıxaca düşmüş maşınlar gəlib binamızın önündə keçir, siqnal səslərindən, yaranmış tıxacdan illərdir əziyyət çəkirik. Bu məktəbin sahibi Arif Qaraşov adlı biridir, hətta bir dəfə məhəllənin böyüklərini qəbul edib, onlara bu problem həll edəcəyini söz vermişdi, amma heçnə dəyişmədi. Məktəbin illik ödənişi on min manatın üzərindədir, məlumdur ki, burada sıravi vətəndaşların övladları təhsil almır. Həmin valideynlər də gətirib öz uşaqlarını bu məktəbə yola salırlar, sonra da saymazyana məhəllənin ortasından keçib gedir, çox zaman da bina önündə tıxaca səbəb olurlar. Bununla bağlı məhəllə sakinləri olaraq, yığışıb bina önünə şlaqbaum saldıq, ancaq FHN-dən gəlib sökdülər. Dedilər ki, BNA-ya müraciət edək, onlarlıq deyil. BNA da deyir ki, bu məsələyə Yol Polisi baxır. Bax, beləcə hər qurum bir-birinin üzərinə atır. Polis rəisinin də qəbulunda olmuşuq, bizə deyib: “Özünüzü yormayın, adam pulunu verib, tikdirib, onsuz da həll olunası problem deyil”. Məktəbin yuxarısında yerləşən bina da “rəssamlar binası” adlanır. Orda nə qədər rəssam, memar, incəsənət nümayəndələri yaşayır, ən azından, onlara hörmət olunmalıdır. Bu tikintidən onlar da narazıdırlar. Məktəb həm bu aşağı məhəllədə, həm də o binanın qarşısında ciddi tıxaca səbəb olur, aidiyyəti qurumlar buna baxmalıdır”.

Mehriban Şirinova onu da bildirib ki, ərazi əvvəllər yaşıllıq idi, indi tikinti işlərinin ucbatından ərazidə bir neçə ağac qalıb: “Buralar yaşıllıq idi, məktəb tikilməmişdən öncə nə qədər ağac kəsildi. İndi bina sakinləri olaraq bir balaca yerimiz qalıb, oranı da əlimizdən alıb, məktəbə qatacaqlar, stadion etmək fikrindədirlər. Məktəbin sökülməsini istəyirik, bu müəsisə sökülsə, bütün problem öz həllini tapacaq. Bizə deyirlər ki, hara şikayət edirik, edək, heç kimin vecinə deyil. Ancaq biz qərarlıyıq, haqqımızı tələb edirik. Bura yaşayış yeridir, yaşayış yerinin ortasında məktəb açıb, insanların narahatlığına səbəb olanlar, qanunlara hörmətsiz yanaşanlar cəzalandırılmalıdır. Amma bu insanlara heçnə təsir etmir”- deyə, bina sakini bildirib.

Problemlə əlaqədar adıçəkilən təhsil müəsisəsində fəaliyyət göstərən işçilərin də fikirlərini aldıq. Məktəb binasının təhlükəsizliyindən məsul əməkdaşı Elxan bəy redaksiyamıza bildirib ki, bina sakinlərinin bir təhsil müəsisəsi ilə belə düşmənçilik aparması anlaşılmazdır: “Burada tikilən obyekt bir təhsil müəsisəsidir və 2001-ci ildəndir fəaliyyət göstərir, vətəndaşlarımızın övladları burada təhsil alır, yəni burada hər hansısa zərərli vərdişlər formalaşdıran, yaxud əxlaqdan kənar davranışlar sərgiləyən bir müəsisə olsaydı, sakinləri anlamaq olardı. Ancaq bura qeyd etdiyimiz kimi bir məktəbdir, insanlara təhsil verir, bir təhsil müəsisəsinin sökülməsini tələb etmək, o müəsisəsinin sahibinin kim olmasından asılı olmayaraq, ən azından, barbarlıq olardı. Bina sakinləri rəssamlar, memarlar və başqa incəsənət xadimləridirlərsə, əksinə, onlar da bu işdə maraqlı olmalıdırlar ki, təhsil müəsisəsi açılsın, hətta daha da inkişaf etsin. Biz burda heç kimə nə narahatlıq veririk, nə də maneçilik törədirik. Hətta təhlükəsizlik əməkdaşlarımız burda bir neçə dəfə “patı, kakos” qəbul edənlərin maşınlara, digər obyektlərə zərər vurduğunu, şüşəsini sındırdığını görüb, qarşısını alıb. O maşınlar da, obyektlər də elə həmin bu şikayətçi bina sakinlərinə məxsusdur. Hətta biz tıxac problemini həll etmək üçün məktəbin aşağısından keçən yolda bir maşın parklama yeri də açmışıq ki, səhərlər sakinlər maşın səsindən narahat olmasınlar. Uşaqların valideynləri də ki, övladlarını məktəbə buraxmaq üçün maşınlarını 10 dəqiqəlik saxlayırlar, daha sonra çıxıb gedirlər. Bunu bu qədər böyüdəcək nə var ki? Paytaxtın bir çox yerində məktəblə yaşayış binaları iç-içədir, heç kim də narazılıq etmir. Qaldı ki, bu məktəbin “qanunsuz” tikilməsinə, elə bir şey yoxdur. Burada təhsil müəsisəsinin açılması üçün bütün aidiyyəti qurumlardan icazə alınıb. Hətta FHN tərəfindən binadan təxliyə planı barədə xəritə də verilib, əgər qanunsuz olsaydı, bu, bizə verilərdimi? Şlaqbaumu da FHN-in əməkdaşları çıxarıblar. Ona görə ki, sakinlər burada qanunsuz şlaqbaum qoymuşdular, əgər bir yanğın hadisəsi baş versə, yanğınsöndürən maşınlar məktəb həyətinə necə daxil ola biləcəklər? Uşaqları necə təxliyə edərik? Bütün bunlar düşünülməlidir. 21 ildir fəaliyyət göstərən bu məktəbi indi bu binada yaşayan hansı sakin özünə maşın alsa, tez gedib şikayət edir. Şikayətçilərin çoxu da maşını olanlardır ki, onlar da sonradan maşın alıblar. Hətta bu məktəbdə öz övladını oxudan bina sakinləri belə var. Onların da bəziləri sonradan məktəbin varlığından narazılıq ediblər”.

Özəl təhsil müəsisəsinin nümayəndəsi onu da qeyd edib ki, ərazidə ağac kəsilməyib, əksinə, yaşıllıqlar salınıb: “Məqsədimiz buranı abadlaşdırmaqdır, park və stadion salınacaq. Həmin yerlərdən bu binanın sakinləri, onların övladları da istifadə edə biləcək. Biz burda heç kimlə düşmənlik etmək niyyətində deyilik. Əgər burda məktəb yox, başqa arzolunmaz obyektlər olsaydı, bina sakinlərini anlamaq olardı. Təhsil müəsisəsini qapatmaq, məktəb sökmək alqışlanası davranış deyil”.
Bizimyol.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Bu gün, 15:44
AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Bu gün, 15:38
Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Bu gün, 15:31
Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Bu gün, 15:29
Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Bu gün, 15:28
“Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 15:23
AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib - Rusiya XİN
Bu gün, 15:17
Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu - Biri azərbaycanlıdır
Bu gün, 15:06
Bakı bu dəfə tramvaya görə söküləcək: - "Əsəbimiz nə qədər davam gətirəcək..."
Bu gün, 15:05
Lənkəranda YAŞIL TERROR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:55
Daha yüksək zirvələrə - FOTO
Bu gün, 14:40
Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər - Lavrov
Bu gün, 14:30
Naxçıvan İcra Hakimiyyəti Novruz şənliyi üçün 143 min manat xərcləmək istəyir
Bu gün, 14:24
Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:13
Belarusun Azərbaycana təyin olunan yeni səfiri kimdir? – DOSYE
Bu gün, 14:09
Suraxanı zülmət içində: sakinlər Adil Əliyevə üz tutdu - VİDEO
Bu gün, 14:02
Burun əməliyyatlarında ölüm riski - Nəzrinin ölümünə nə səbəb olub?
Bu gün, 14:00
İrəvan hökuməti hələ də eyni yanlış addımları atır - FAKT BUDUR!
Bu gün, 13:58
"Şalvarına kimi yoxlasınlar, görək, o pullar hardan gəlir?" - QALMAQAL
Bu gün, 13:58
Belarus Azərbaycana yeni səfir təyin edib
Bu gün, 13:43
Bayden Paşinyanı yeni tələyə salır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:41
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub - ƏMR
Bu gün, 13:17
Valideynlər Səhiyyə Nazirliyinin önündə etiraz edir - BUNA GÖRƏ...
Bu gün, 13:11
11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı - Nərimanovda polis əməliyyatı
Bu gün, 13:10
Gəncə Ekoloji Park Kompleksində 6.2 milyon manatlıq abadlıq işləri aparılacaq
Bu gün, 13:08
Havanın bəzi yerlərdə çiskinli olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 13:05
Direktorlar Şurasının üzvü “Azsığorta”dan ayrılıb
Bu gün, 13:04
Gəncəyə yönləndirilən sərnişinləri daşımaq üçün ehtiyat uçuş heyəti göndərilib - SON DURUM
Bu gün, 13:01
Erməni baş nazirin ƏLİNDƏKİ SƏNƏD... - Önəmli olan altındakı Bayden imzası yox, icra edəcək Trampın mövqeyidir...
Bu gün, 13:00
Paşinyan Rusiyadan BELƏ `QIRILIR`...
Bu gün, 12:58
“Azəriqaz” Qarabağ Qazisinə qarşı... - Nizami Məhkəməsi də işin içindədir...
Bu gün, 12:55
Peskov ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığı BELƏ ŞƏRH ETDİ
Bu gün, 12:51
Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... - Dövlətin malı dənizdir... yeməyən...
Bu gün, 12:48
Polisə rüşvət verən azərbaycanlı HƏBS OLUNDU
Bu gün, 12:43
ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir
Bu gün, 12:40
"Aygünlə Röya yox, Hiss?" - "İlin mahnısı"na etiraz
Bu gün, 12:37
Afiəddin Məmmədova hökm oxunub - 8 İL...
Bu gün, 12:34
"Sistem üzrə yeniliklər tətbiq edilməlidir ki... vətəndaş fərdi avtomobil əvəzinə ictimai nəqliyyatı seçsin"
Bu gün, 12:33
AYNA-dan növbəti “tamaşa”: “Avtobusda yer var, amma...” - BU NƏDİ BELƏ?..
Bu gün, 12:31
“Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 12:24
Abşeron rayon İcra Hakimiyyətinə yazsalar da... - NARAZILIQ VAR...
Bu gün, 12:20
Müctəbai Xamnəinin varisliyi: atadan oğula keçid olacaqmı? - “Tehran Times”
Bu gün, 12:14
Regional təhsil idarələrinin strukturunda dəyişiklik edilib - BUNDAN SONRA...
Bu gün, 12:11
“Avropa maye qaz uğrunda qlobal mübarizəyə başlayacaq” - Bloomberg
Bu gün, 12:08
Tramp-Putin görüşü HARDA OLACAQ? - BAKIDA?
Bu gün, 12:04
Paşinyan yaxın zamanda istefa verəcək – Ağazaryan
Bu gün, 12:00
Naxçıvanı ayrı salmaq imperialist bir layihə idi - ODUR Kİ...
Bu gün, 11:59
Vahid Əhmədov xaricdə əməliyyat olunmasından danışdı: - "Səhhətim normaldır..."
Bu gün, 11:57
Almaniyanın müdafiə naziri Ukraynaya gözlənilmədən səfər edib
Bu gün, 11:56
Ermənistanın hərbi büdcəsi təsdiqləndi: 1,7 milyard - KİV
Bu gün, 11:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru