Xəbər verdiyimiz kimi, Belarus Prezidenti Aleksandr Lukaşenko Dmitri Pineviçi Azərbaycana yeni səfir təyin edib.
Bizim.Media Dmitri Pineviçin dosyesini təqdim edir:
Dmitri Leonidoviç Pineviç 17 oktyabr 1967-ci ildə Minsk vilayətində anadan olub. 1984-1990-cı illərdə S.M.Kirov adına Leninqrad Hərbi Tibb Akademiyasının ümumi tibb fakültəsində oxuyub, oranı fərqlənmə diplomu ilə bitirib. 1993-1994-cü illərdən Minskin poliklinika və xəstəxanalarında həkim işləyib.
1994-1999-cu illərdə 5 saylı şəhər klinik xəstəxanasında baş həkimin müalicə işləri üzrə müavini, 1999-2002-ci illərdə 6 saylı şəhər klinik xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.
2002-2011-ci illərdə Minsk Şəhər İcraiyyə Komitəsinin səhiyyə komitəsinə rəhbərlik edib.
2011-2020-ci illərdə Belarus Respublikası Səhiyyə nazirinin birinci müavini olub.
27 noyabr 2020-ci ildə Belarus Respublikasının səhiyyə naziri təyin edilib.