Bayden Paşinyanı yeni tələyə salır - HƏQİQƏTƏN DƏ...
Bu gün axşam saatlarında Vaşinqtonda ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq barədə saziş imzalanacaq. Sənədi Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan imzalayacaqlar.
Xatırladaq ki, ötən ilin iyununda Ermənistan-Amerika strateji dialoqunun iclasının yekunları əsasında iki ölkənin hökumətləri ikitərəfli strateji dialoqu strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək niyyətində olduqlarını ifadə edən birgə bəyanat qəbul etdilər.
İrəvan və Vaşinqtonun imzalayacağı strateji tərəfdaşlıq müqaviləsi ABŞ-İsrail və ya ABŞ-Böyük Britaniya tipli strateji müttəfiqlik münasibətlərini nəzərdə tutmur.
ABŞ Ermənistana heç bir təhlükəsizlik zəmanəti vermir, hərbi yardım göstərmir, silah-sursat satmır və ya silahla təmin etmir. Bu format Ermənistanda Amerika hərbi bazasının və ya hərbi nümayəndələrin yerləşdirilməsini nəzərdə tutmur.
2009-cu ildə ABŞ və Gürcüstan arasında da belə bir sənəd imzalanmışdı.
Təhlükəsizlik sahəsində saziş hərbi əlaqələr, məsləhət proqramları çərçivəsində yardımı, hərbi təhsil və beynəlxalq təhsil proqramlarında iştirakı, həmçinin Kanzas Milli Qvardiyası ilə çoxillik əməkdaşlığın davam etdirilməsini nəzərdə tutur.
Saziş çərçivəsində ABŞ iqtisadiyyat və islahatlar, sosial layihələr və insan hüquqları sahəsində maliyyə yardımı ayıracaq. Sənəd enerji sahəsində əməkdaşlığı da əhatə edir - söhbət çox güman ki, Ermənistanda ABŞ-nin kiçik atom elektrik stansiyalarının tikilməsindən gedəcək.
Əsas məsələlərdən biri də ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası dövründə sazişin həyata keçirilməsinin davam etdirilib-etdirilməyəcəyi ilə bağlıdır.
Göründüyü kimi, Ermənistanın baş naziri Nikol Paşinyan beynəlxalq nizamın qeyri-sabitliyindən məharətlə istifadə etməyə çalışır. Donald Trampın prezident seçkilərində qələbəsindən sonra ABŞ-nin regiondakı gözləntilərinin dəyişə biləcəyi ehtimal edilir.
Paşinyan tarixi bir məqamı hiss edərək, Vaşinqtonla əlaqələri möhkəmləndirmək üçün səylərini artırmağa çalışır. 2024-cü ilin aprelin 5-də Brüsseldə imzalanan strateji tərəfdaşlıq sazişi bu prosesin kulminasiyası oldu və Ermənistan üçün yeni imkanlar yaratdı.
Vaşinqton isə bu ittifaqı daha geniş strategiyanın bir hissəsi kimi görür: Cənubi Qafqazda təsirini gücləndirmək, Moskva və Tehranı zəiflətmək, həmçinin, Azərbaycanın və Türkiyənin artan gücünə maneə ola biləcək ittifaq formalaşdırmaq. ABŞ sadəcə bu regionda möhkəmlənmək istəmir - amerikalılar üstünlük qazanmağa çalışır. Bu, ehtiyatlı yanaşma deyil, mövcud güc balansını dağıtmağa hazır, israrlı bir nüfuz strategiyasıdır.
Strateji tərəfdaşlıq sənədi siyasi addımdan daha artıqdır. Məzkur sənəd rəsmi Bakının əvvəllər bəhs etdiyi “Gürcüstan-Ermənistan geosiyasi xətti” konsepsiyasının həyata keçirilməsini göstərən simvolik bir addım sayılmalıdır. Vaşinqton üçün həmin xətt Qərbin təsirini gücləndirmək üçün körpü, Ermənistan üçün isə yeni təhlükələr qarşısında dəstək təmin edən xilasedici dairədir.
Gürcüstanın Qərblə mürəkkəb münasibətləri bu prosesi müvəqqəti olaraq ləngidir. Ermənistan isə əksinə, ABŞ və Aİ-nin dəstəyindən fəal şəkildə istifadə edərək Rusiyanın təsirindən çıxmağa çalışır.
Fəqət bəhs etdiyimiz “xətt” zəif nöqtələrdən azad deyil. Qərbin sadiq müttəfiqi kimi tanınan Gürcüstan daxili problemlər səbəbindən ciddi təzyiqlərlə üzləşir. İslahatlardakı gecikmələr, siyasi böhranlar və Vaşinqtonla münasibətlərdəki soyuqluq onun regional ssenarilərdəki rolunu təhlükə altına qoyur. Ermənistan isə kursunu guya dəyişmədiyini göstərməkdədir. Nikol Paşinyan ABŞ-ın dəstəyinə güvənərək təkcə ölkə daxilində mövqelərini möhkəmləndirmir, həm də beynəlxalq əməkdaşlıq üçün yeni üfüqlər açır.
Vaşinqtonla İrəvan arasında starteji tərəfdaşlıqla bağlı anlaşmanın imzalanması Bayden administrasiyasının geosiyasi tarixdə iz buraxmaq istəyinin bir hissəsidir. Ki, bu addım Donald Trampın yeni administrasiyasının Ermənistan qarşısında öhdəliklərlə bağlı vəziyyətini çətinləşdirmək məqsədi güdür.
Di gəl, Tramp demokratların qaydalarına uyğun oynamağa hazırdırmı? Keçmiş səhvlərə qarşı sərt tənqidləri ilə tanınan ABŞ-nin yeni prezidenti bu kursu dəyişdirmədən saxlamaq çətin görünür.
Azərbaycan artıq bu vəziyyətə hazırdır. Ermənistanın qərbyönümlü kursunun neytrallaşdırılması və ABŞ-nin yeni administrasiyası ilə dialoq qurulması Bakı üçün tarazlığı qorumağın əsas addımları olacaq. Trampın praqmatizmi ilə tanınması Azərbaycanın regionda daha balanslı bir siyasətə ehtiyac olduğunu izah etmək üçün bir şansdır.
Cənubi Qafqaz dəyişiklik dövrünü yaşayır. Ermənistan, daxili problemlərinə və çağırışlara baxmayaraq, böyük bir Amerika layihəsinin bir hissəsi olmaq istəyir. ABŞ, İrəvandan istifadə edərək, rəqiblərinə qarşı yeni strategiya hazırlayır.
Ermənistan və ABŞ-nin yeni geosiyasi reallığın diktə etdiyi qiyməti ödəməyə hazırdırlarmı? Bu suala verilən cavab, regionun gələcəyini uzun illər boyu müəyyən edəcək.
ABŞ ilə əlaqələri möhkəmləndirmək istəyinə baxmayaraq, Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Gömrük İttifaqı kimi strukturlarda üzv olaraq qalır. Bu mövqe onun Qərb üçün etibarlı tərəfdaş imicini zəiflədir və Nikol Paşinyanın real prioritetləri barədə ABŞ siyasətçilərində şübhə yaradır.
Vaşinqton üçün Ermənistanın KTMT və Aİİ-dəki üzvlüyü sadəcə formal bir vəziyyət deyil, Moskvanın təsirinə bağlılıq siqnalıdır. Bu, ABŞ-ni dilemmanın qarşısında qoyur: Moskva ilə sıx əlaqələri olan bir ölkəni dəstəkləmək, yoxsa İrəvandan daha qəti addımlar tələb etmək? Paşinyanın KTMT-dən çıxışı ABŞ-yə sadiqliyin güclü nümayişi ola bilərdi. Lakin bu addım ciddi iqtisadi risklər doğurur: Rusiya KTMT üzvlüyünü Aİİ çərçivəsində iqtisadi üstünlüklərə çıxışla əlaqələndirir. Ermənistan bu əlaqəni kəsməyə qərar verərsə, bu, Moskvanın güclü iqtisadi təzyiqinə səbəb olacaq.
Vaşinqtonun nöqteyi-nəzərindən Ermənistana dəstək yalnız təsir nümayişi deyil, həm də regionda mövqeləri gücləndirmək cəhdidir. Lakin bu siyasətin nə qədər əsaslı olduğunu sual etmək olar. Ermənistan KTMT-də qalmaqla Rusiyayla münasibətlərdən yararlanmağa davam edir ki, bu da ABŞ-nin strategiyasına ziddir. Paşinyan üçün ABŞ ilə imzalanan saziş yalnız xarici siyasət addımı deyil, həm də daxili legitimləşmə vasitəsidir. O, Qərbin dəstəyindən ölkə daxilində mövqelərini möhkəmləndirmək və potensial növbədənkənar parlament seçkiləri keçirmək üçün kozır kimi istifadə edir.
ABŞ ilə Ermənistan arasında sazişin imzalanması Moskva üçün ciddi çağırış oldu. Ermənistan kimi müttəfiqin itirilməsi Rusiyanın Cənubi Qafqazdakı mövqelərinə zərbə vuracaq. Ermənistan həqiqətən KTMT-dən çıxarsa, bu, təşkilatın nüfuzuna ciddi zərbə vuracaq və Moskva İrəvanla iqtisadi və siyasi münasibətlərini yenidən nəzərdən keçirməli olacaq. Rusiyanın Ermənistana qarşı hərbi təzyiqi gücləndirməsi real ssenari kimi görünür - xüsusilə müttəfiqlərinin Qərbə yaxınlaşmasına sərt reaksiya göstərdiyi nəzərə alınsa.
Eyni zamanda, İran ABŞ-Ermənistan münasibətlərinin güclənməsini öz təhlükəsizliyi üçün təhdid kimi görür. ABŞ-ın regiondakı təsirini genişləndirməsi Tehran tərəfindən qarşısının alınması vacib bir strategiya kimi qəbul edilir. Buna cavab olaraq İran, Ermənistan və onun Qərb müttəfiqlərinə qarşı balans yaratmaq üçün Rusiya və Azərbaycanla əməkdaşlığını gücləndirə bilər.
Donald Tramp administrasiyası praqmatizmi ilə tanınan bir iqtidar kimi Baydenin regiondakı siyasətinə yenidən baxa bilər. Bakı, təbii ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş və Cənubi Qafqazda sabitliyin təminatçısı kimi strateji roluna diqqət çəkəcək. Çünki Baydenin Ermənistana ünvanladığı aşkar və birtərəfli dəstəyi güc balansını pozur və regional sabitliyə əlavə risklər yaradır.
Təbii ki, sənədin imzalanması ABŞ-nin bölgədəki rolunu gücləndirir – bir vaxtlar yalnız Rusiyanın təsir dairəsi hesab olunan Cənubi Qafqazda yeni strateji mövqelər formalaşdırılır. Amma yeni konfiqurasiya həm Moskva, həm də Tehran üçün ciddi narahatlıq doğurur: İran sərhədində ABŞ-ın maraqlarını müdafiə edən yeni bir mövqenin yaranması regional gərginliyi artırır.
Ermənistan və Qazaxıstan kimi ölkələr Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kimi strukturlarda üzv qalmaqla yanaşı, eyni zamanda Qərblə əlaqələri dərinləşdirirlər. Bu yanaşma onların Rusiya üçün etibarlı müttəfiq kimi nüfuzunu kölgə altına salır və bu ölkələrin uzunmüddətli iqtisadi üstünlüklərdən imtina edərək qısamüddətli siyasi qazanc əldə etməyə hazır olub-olmadığını sual altına qoyur.
ABŞ ilə Ermənistan arasında imzalanacaq saziş Azərbaycanın strateji prioritetlərini yenidən gözdən keçirmək zərurəti yaradır. Vaşinqton Ermənistan qarşısında öhdəliklərini artırır ki, bu da Bakı ilə yeni ABŞ administrasiyası arasında dialoqu çətinləşdirə bilər. Əsas sual isə budur: Qərb Ermənistandan KTMT-dən çıxmağı və Rusiya ilə strateji əlaqələrə son qoymağı tələb edəcəkmi? Belə addımlar olmadan Ermənistanın ABŞ gözündəki mövqeyi qeyri-müəyyən qalır.
İran isə öz şimal sərhədlərində ABŞ-nin strateji tərəfdaşının meydana çıxmasını öz təhlükəsizliyi üçün təhdid hesab edir. Bu vəziyyət Tehranı Ermənistanı və onun Qərb müttəfiqlərini balanslaşdırmaq üçün Rusiya və Azərbaycanla əməkdaşlığını gücləndirməyə vadar edə bilər.
Proaktiv diplomatiya, müttəfiqlərlə əlaqələrin gücləndirilməsi və geosiyasi dəyişikliklərdən səmərəli istifadə Bakiya güc balansını qorumağa, sabitliyi təmin etməyə və regionun yeni konfiqurasiyasında açar oyunçuya çevrilməyə imkan verəcək.
Elçin Alıoğlu - TREND
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30 |
|
|
|
• Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25 |
|
|
|
• Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23 |
|
|
|
• Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14 |
|
|
|
• Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13 |
|
|
|
• Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04 |
|
|
|
• Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Dünən, 17:01 |
|
|
|
• Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Dünən, 16:59 |
|
|
|
• Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Dünən, 16:55 |
|
|
|
• Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Dünən, 16:48 |
|
|
|
• Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Dünən, 16:44 |
|
|
|
• Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Dünən, 16:42 |
|
|
|
• 26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Dünən, 16:36 |
|
|
|
• Naxçıvanda dövlət qurumu adını dəyişir
Dünən, 16:29 |
|
|
|
• Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Dünən, 16:17 |
|
|
|
• Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Dünən, 16:15 |
|
|
|
• Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Dünən, 16:11 |
|
|
|
• Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Dünən, 16:05 |
|
|
|
• Pezeşkian sabah Tacikistana səfər edəcək
Dünən, 16:01 |
|
|
|
• Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Dünən, 15:50 |
|
|
|
• Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Dünən, 15:48 |
|
|
|
• Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Dünən, 15:44 |
|
|
|
• AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Dünən, 15:38 |
|
|
|
• Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Dünən, 15:31 |
|
|
|
• Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Dünən, 15:29 |
|
|
|
• Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Dünən, 15:28 |
|
|
|
|