Trend mahnısının cümləsi qalmaqallı oldu: .....                     "Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb .....                     Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi .....                     3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? .....                     Vaşinqton İrəvana necə "hamilik" edəcək? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib .....                     Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb .....                     Paşinyan Rusiyanın təhdidlərindən narahatdır .....                     316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? .....                     Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir .....                     Maaş azlığı, yoxsa alim riyakarlığı .....                     Ermənistan ordusunun Baş Qərargah rəisi .....                     Akif Marifliyə yeni vəzifə verildi .....                     Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... .....                     GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub .....                     İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? .....                     "Quska"nın vəkilləri məhkəməyə gəlmədi .....                     Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur .....                     Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb .....                     Faiq Ağayevdən səs-küy yaradan fotosessiya .....                     Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir .....                     Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu .....                     Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər .....                     Rusiya Ermənistana qarşı hərəkətə keçdi .....                     "Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" .....                     Hospital rəisindən Elçin Quliyevə şikayət .....                     Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs .....                     Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... .....                     Sənubər Nəzərova Departament rəhbəri təyin edildi .....                     "Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." .....                     Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb .....                     Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib .....                     Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... .....                     “Atamın qızıllarını Sevda verib Günaya” .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib .....                     Müharibə olacaq, Zəngəzur dəhlizi... .....                     "Tramp üçün də əlavə başağrısı yaradırlar" .....                     Seçki ayında bələdiyyələr birləşir .....                     “Capital City” ilə KİMSƏ BACARA BİLMİR? .....                     "Rusiya İranın bu addımına qətiyyən razı olmaz" .....                 

STRATEJİ YOL XƏRİTƏLƏRİNIN İCRASINDA MƏSULİYYƏTSİZLİK... – Nazirliklər proqramın icrasını necə təmin ediblər?
Tarix: 16-12-2020, 10:50 | Çap et
STRATEJİ YOL XƏRİTƏLƏRİNIN İCRASINDA MƏSULİYYƏTSİZLİK...
Artıq 3 aya yaxındır ölkə gündəminin əsas mövzusu təbii olaraq Vətən Müharibəsi, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Şanlı Ordumuzun qəhrəman əsgər və zabitlərinin göstərdiyi şücaətlərdir. Vətən Müharibəsini məhz onların misilsiz igidlikləri sayəsində zəfərlə başa çatdıra bildik.

Bununla yanaşı, cəmi 44 gün ərzində Ermənistanın diz çökdürülməsində, əlbəttə, Azərbaycanın bütün parametrlər üzrə düşməndən üstün olmasının, ordumuzun ən müasir silahlarla təmin edilməsinin, təhcizatının yüksək səviyyədə qurulmasının da rolu olduğu mübahisə doğurmur. Bunlar isə son illər ərzində Azərbaycan iqtisadiyyatının inkişafı, ölkənin büdcə gəlirlərinin artması hesabına əldə edilib.

Başqa sözlə, iqtisadi inkişafın təmin olunması ordumuzu gücləndirməyə və torpaqlarımızı azad etmək qüdrətinə sahib olmağımıza imkan verib.

Əlbəttə, bundan sonrakı dövrdə Qarabağda həyata keçiriləcək geniş quruculuq işləri, köçkünlərin öz yurdlarına qayıtmasının təmin edilməsi, ordumuzun təhcizatının daim yüksək səviyyədə saxlanılması üçün böyük vəsaitlər lazımdır ki, bu da iqtisadiyyatın davamlı inkişafına daha ciddi diqqət yetirməyi tələb edir.

İqtisadiyyatın inkişafında isə dövlət tərəfindən qəbul olunmuş proqramların, strateji planların, yol xəritələrinin icrasının təmin olunması mühüm əhəmiyyət daşıyır. Ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə Prezidentin 6 dekabr 2016-cı il Fərmanı ilə təsdiq edilən "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin" icıası da bu baxımdan xüsusi önəm kəsb edir.

On bir istiqamət üzrə təsdiqlənmiş Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir.

Yəni, bu ilin sonunda Strateji yol xəritələri üzrə müxtəlif dövlət qurumları tərəfindən təxminən 4 il ərzində həyata keçirilməli olan iqtisadi inkişaf strategiyası və tədbirlər planı üzrə işlər başa çatdırılmalıdır.

Yol xəritələrində nəzərdə tutulan tədbirlər ölkənin gələcək iqtisadi inkişafı baxımından önəm daşıdığından, onların tam şəkildə icrasının təmin olunması da ciddi əhəmiyyət kəsb edir. Bəs bu tədbirləri həyata keçirməli olan nazirliklər, dövlət orqanları və şirkətləri, publik şəxslər öz işlərinə nə qədər məsuliyyətli yanaşıblar?

Hələlik əlimizdə, Strateji yol xəritələrinin 4 illik monitorinq və qiymətləndirmə nəticələri olmadığından bu suala konkret cavab vermək çətindir. Ancaq əvvəlki illər üzrə Strateji yol xəritələrində nəzərdə tutulan tədbirlərin icrasına dair açıqlanan göstəricilər bu sahədə vəziyyətin heç də qənaətbəxş olmadığını göstərir. Hətta bəzi istiqamətlər üzrə acınacaqlı olduğunu ortaya qoyur.

Konkret olaraq 2019-cu il üzrə Strateji yol xəritələrinin icra vəziyyətinə dair göstəriciləri nəzərdən keçirdikdə, bir sıra nazirliklərin, dövlət qurumlarının üzərlərinə düşən vəzifələrə məsuliyyətlə yanaşmadığını söyləmək olar.

Belə ki, 2019-cu il üzrə Strateji yol xəritələrinin monitorinq və qiymətləndirilməsinin ümumiləşdirilmiş göstəricilərinə əsasən heç bir istiqamət üzrə nəzərdə tutulan tədbirlərin heç 50 faizi belə icra edilməyib. Əksər sahələrdə isə icra vəziyyəti 20 faizin ətrafındadır. Hətta Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi 2019-cu il üzrə cəmi 13 faizi icra edilib.

STRATEJİ YOL XƏRİTƏLƏRİNIN İCRASINDA MƏSULİYYƏTSİZLİK...


Digərlərinə nisbətən 3 istiqamət üzrə nəzərdə tutulan tədbirlər daha çox icra olunub. Bunlara aiddir:

Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi - 44 faizi icra edilib;

STRATEJİ YOL XƏRİTƏLƏRİNIN İCRASINDA MƏSULİYYƏTSİZLİK...

Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi - 44 faizi icra edilib;

Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi - 37 faizi icra edilib.

Görünür, bu sahələr üzrə tədbirlərin icrasına məsul nazirliklər və dövlət qurumları öz işlərinə daha məsuliyətli yanaşıblar.

Bunu Strateji Yol Xəritələri üzrə əsas icraçı qurumların performansına dair göstəricilər də söyləməyə əsas verir. Burada ilk onluqda qərarlaşan, göstəricisi 100 faiz və ona yaxın olan qurumlar, əsasən, dövlətə məxsus səhmdar cəmiyyətlər, xidmətlər, agentlik, komitə və mərkəzlərdir. Bunun da əsas səbəbi onların il ərzində həyata keçirməli olduğu tədbirlərin sayının az olması ilə bağlıdır. Məsələn, 100 faiz və ona yaxın nəticə göstərən “Azərişıq” ASC il ərzində 5, “Azərenerji” 2, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası 1, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 1, Dövlət Statistika Komitəsi 4 və sair tədbir keçirib.

Ümumiyyətlə, performansına görə ilk 10-luqda olan qurumlardan 6-sı il ərzində 1, biri 2, ikisi 4, biri isə 5 tədbir keçirib. Yəni, bu qurumların icra etməli işin həcmi az olduğundan, üzərində xüsusi dayanmağa ehtiyac duymuruq.

Ancaq bu demək deyil ki, üzərinə elə də böyük yük düşməyənlərin hamısı vəzifəsini icra edib. İl ərzində bir neçə tədbir həyata keçirməli olan qurumlar belə vəzifəsinin öhdəsindən gəlməyiblər. Məsələn, il ərzində 1 tədbir həyata keçirməli olan Fövqaladə Hallar Nazirliyi, AMEA, Dövlət Sərhəd Xidməti, “Azərbaycan Hava Yolları” ASC, Tarif Şurası və başqaları sıfır ballıq nəticə göstəriblər. İl ərzində cəmi 4 tədbir icra etməli olan Ədliyyə Nazirliyi 32 faiz, 3 tədbir icra etməli olan Xarici İşlər Nazirliyi 31, Səhiyyə Nazirliyi 33 faizlik nəticə göstəriblər.

Bütün rəqəmləri sadalayıb oxucuları yormamaq üçün qeyd edək ki, nəticələrdən nazirliklərin və dövlət qurumlarının əksəriyyətinin öz vəzifələrinin icrasına məsuliyyətsiz yanaşdığını, Strateji Yol Xəritələrinin icrası üzrə qarşılarına qoyulan tələbləri icra etmədikləri məlum olur.

STRATEJİ YOL XƏRİTƏLƏRİNIN İCRASINDA MƏSULİYYƏTSİZLİK...

Bu sahədə yalnız bir neçə nazirliyin fəaliyyətini qənaətbəxş hesab etmək olar. Hansı ki, digərləri ilə müqayisədə onların üzərinə daha böyük yük düşüb. Bunlara Energetika Nazirliyini, Təhsil Nazirliyini, İqtisadi İnkişaf Nazirliyini və nisbətən Kənd Təsərrüfatı Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyini aid edə bilərik.

Belə ki, 21 tədbir icra etməli olan Energetika Nazirliyi 51 faiz, 45 tədbir icra etməli olan Təhsil Nazirliyi 33 faiz, 155 tədbir icra etməli olan İqtisadiyyat Nazirliyi 24 faiz, 86 tədbir həyata keçirməli olan Kənd Təsərrüfatı Nazirliyi isə 24 faizlik nəticə göstərib.

Əlbəttə, bütövlükdə bu qurumların da fəaliyyətinin nəticələrini müsbət qiymətləndirmək mümkün deyil. Ancaq il ərzində üzərinə düşən bir tədbiri belə icra etməyən dövlət qurumları ilə müqayisə etdikdə, qeyd olunan nazirliklərin müəyyən işlər gördüyünü söyləmək lazımdır. Hər halda, hər biri uyğun Strateji Yol Xəritəsi üzrə il ərzində xeyli sayda tədbirlər həyata keçiriblər.

Ancaq nəzərə alsaq ki bu nazirliklərin bəziləri böyük struktura malikdir (İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi), onların Strateji Yol Xəritələrinin icrası ilə bağlı həyata keçirdiyi tədbirlərin də sayını qənaətbəxş saymaq olmaz.

Məsələyə bu baxımdan yanaşdıqda yalnız Energetika Nazirliyinin və Təhsil Nazirliyinin üzərinə düşən vəzifənin icrasına nisbətən məsuliyyətlə yanaşdığını söyləmək mümkündür.

Bunun səbəblərini, əlbəttə, izah etmək çətindir. Hər kəs bilir ki, ölkə iqtisadiyyatının inkişafı birbaşa qəbul olunmuş proqramların, Yol Xəritələrinin icrasından asılıdır. Elə buna görə də, hər bir nazirlikdə dövlət proqramlarının, Yol Xəritələrinin icrası aparıcı şöbələrə tapşırılır.

Əgər Azərbaycan üçün çox əhəmiyyətli olan, Prezidentin böyük önəm verdiyi Strateji Yol Xəritələrinin icrası qeyd etdiyimiz vəziyyətdədirsə, deməli, ya əksər nazirlikdə bu sahəyə məsul şöbələrdəki kadrlar yerində deyil, savadsız mütəxəssislərdən təşkil olunub, ya da nazirliyin, müvafiq dövlət qurumunun rəhbəri buna məsuliyyətsiz yanaşıb.

Ona görə də, fikrimizcə, nazirliklərin, müvafiq dövlət qurumunun rəhbərlərinə münasibət də onların Prezidentin imzası ilə təsdiqlənən dövlət proqramlarının, Strateji Yol Xəritələrinin icrasına münasibətinə adekvat olmalıdır. Və yəqin ki, yeni ildə gündəmə gələn ilk məsələlərdən biri də ölkənin gələcək inkişafı baxımından mühüm olan Strateji Yol Xəritələrinin icrasını təmin edə bilməyən və ya buna ehtiyac duymayan nazirlərin, komitə, agentlik və xidmət rəhbərlərinin vəzifədə saxlanılıb-saxlanılmaması olacaq.

Mövzu ilə müvafiq qurumların və iqtisadçı ekspertlərin də rəylərini öyrənməyə çalışacağıq.
AzPolitika.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41
"Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39
Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30
3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28
Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21
Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17
Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15
Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13
316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11
Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01
Maaş azlığı, yoxsa alim riyakarlığı - REPLİKA
Bu gün, 11:59
Ermənistan ordusunun Baş Qərargah rəisi NATO iclasında iştirak edir
Bu gün, 11:56
Akif Marifliyə yeni vəzifə verildi
Bu gün, 11:52
Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub - ƏMR
Bu gün, 11:48
İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? - Eurasiya.net
Bu gün, 11:43
"Quska"nın vəkilləri məhkəməyə gəlmədi - bu səbəbdən də...
Bu gün, 11:38
Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur - FAKT BUDUR!
Bu gün, 11:36
Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb - Polis İŞƏ QARIŞDI
Bu gün, 11:32
Faiq Ağayevdən səs-küy yaradan fotosessiya - FOTO
Bu gün, 11:30
Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir - ŞOK məlumat
Bu gün, 11:29
Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu - ƏMR
Bu gün, 11:26
Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər - "The Telegraph"
Bu gün, 11:19
Rusiya Ermənistana qarşı hərəkətə keçdi – Durum kəskinləşir
Bu gün, 11:16
"Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:05
Hospital rəisindən Elçin Quliyevə şikayət - NARAZILIQ VAR...
Bu gün, 11:02
Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Bu gün, 10:58
Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... - AKTUAL
Bu gün, 10:55
Sənubər Nəzərova Departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:54
"Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." - İLGİNC İDDİA
Bu gün, 10:52
Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb - 10 dəqiqəlik interval bir saata qaldırılıb
Bu gün, 10:46
Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib
Bu gün, 10:45
Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... - ETİRAZ VAR...
Bu gün, 10:44
“Atamın qızıllarını Sevda verib Günaya” – 186 minlik ZƏRGƏRLİK İŞİ
Bu gün, 10:27
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:12
Müharibə olacaq, Zəngəzur dəhlizi... - Danielyan
Bu gün, 10:07
"Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Bu gün, 10:03
Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?
Bu gün, 09:56
“Capital City” ilə KİMSƏ BACARA BİLMİR? - "Başqa əlacımız qalmayıb..."
Bu gün, 09:41
"Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Bu gün, 09:36
Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 09:33
Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? - Köhnə eşalonun SON QALASI...
Bu gün, 09:26
Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... - Hər keçənə hürən molla rejimi bu dəfə LAL OLUB...
Bu gün, 09:16
Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - TƏFƏRRÜAT
Bu gün, 09:10
İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü – Sui-qəsd planında görün kimlər olub
Bu gün, 09:06
Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! - NƏ BAŞ VERİR?
Bu gün, 09:04
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:00
ADAU ŞƏLALƏSİ... - Qurbanovun himayə etdiyi bu Şəlalənin səsi SONRA ÇIXACAQ...
Bu gün, 08:55
Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... - Kəmaləddin Heydərova MÜRACİƏT...
Bu gün, 08:44
`Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` - Bir nəfər borclu var deyə... bütün bina sakinləri DONMALIDIR!
Bu gün, 08:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru