İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? .....                     "Quska"nın vəkilləri məhkəməyə gəlmədi .....                     Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur .....                     Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb .....                     Faiq Ağayevdən səs-küy yaradan fotosessiya .....                     Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir .....                     Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu .....                     Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər .....                     Rusiya Ermənistana qarşı hərəkətə keçdi .....                     "Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" .....                     Hospital rəisindən Elçin Quliyevə şikayət .....                     Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs .....                     Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... .....                     Sənubər Nəzərova Departament rəhbəri təyin edildi .....                     "Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." .....                     Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb .....                     Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib .....                     Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... .....                     “Atamın qızıllarını Sevda verib Günaya” .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib .....                     Müharibə olacaq, Zəngəzur dəhlizi... .....                     "Tramp üçün də əlavə başağrısı yaradırlar" .....                     Seçki ayında bələdiyyələr birləşir .....                     “Capital City” ilə KİMSƏ BACARA BİLMİR? .....                     "Rusiya İranın bu addımına qətiyyən razı olmaz" .....                     Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? .....                     Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? .....                     Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... .....                     Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış .....                     İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü .....                     Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! .....                     Azərbaycanda nəqliyyat şirkəti .....                     ADAU ŞƏLALƏSİ... .....                     Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... .....                     `Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` .....                     Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? .....                     Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI .....                     Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... .....                     Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! .....                     ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? .....                 

Zirzəmi “işğalçısı” “16 yaşlı qətnamə” ilə əmlak hüquqlarına necə meydan oxuyub? - Gəncədə ÖZBAŞINALIQ!
Tarix: 27-11-2020, 11:23 | Çap et
Zirzəmi “işğalçısı” “16 yaşlı qətnamə” ilə əmlak hüquqlarına necə meydan oxuyub?
Gəncə şəhərində hüquqi müstəvidə maraqlı və analoqu olmayan biabırçı bir olay baş verib. Gəncə şəhəri üzrə icra və probasiya İdarəsinin icra məmurlarının özəl sifarişi əsasında Gəncə şəhər sakini Məmmədova Mehriban Əli qızının əmlak hüquqları qeyri-qanuni əsaslarla təcavüzə məruz qalıb. Ən üzücü hal isə odur ki, şəhər mərkəzində bir obyektin dağıdılması və talanması ilə də müşaiyət edilən hadisə dövlətin vicdanı və ədaləti hesab edilən məhkəmə orqanları, respublika adından qərarlar qəbul edən bəzi hakimlərin iştirakı ilə ssenariləşdirilib. Sanki, “haqq var, divan yox!” prinsipi ortadadır. Özbaşınalığı durduracaq kimsələr də tapılmayıb, əksinə, neqativ nümunənin həcmi getdikcə daha da böyüdülüb, proseslər çox eybəcər yuridik şəkil alıb.
Bu barədə “Demokratik.Az”-a zərərçəkmişin özü danışıb.
Mülkiyyət hüquqları pozulan şikayətçinin bildirdiyinə görə, 01.11.2013-cü ildə Gəncə İcra Hakimiyyətinin 1644 saylı sərəncamı əsasında şəhərin Atatürk prospekti 249 saylı binanın 1-ci mərtəbəsində, binanın prospektə baxan hissəsində yeni fasadın 5 kvm-lik qeyri-yaşayış obyektinə mülkiyyət hüququ əldə edib. Bu barədə mülkiyyət hüquqlarını təsdiq edən çıxarışa və texniki pasporta da sahibdir. M.Məmmədova həmin mülkiyyətini “fincanların düzəldilməsi” emalatxanası kimi işlədib, sahibkar olaraq da dövlət büdcəsinə illərlə vergilər ödəyib.
Mülkiyyətçi bildirir ki, cari ilin iyulun əvvəlində Gəncə şəhəri üzrə icra və probasiya İdarəsinin əməkdaşları, icra məmuru Anar Hüseynov və Anar Cəfərov onun mülkiyyətinə özbaşına daxil olaraq obyektə girişin möhürlənməsini həyata keçiriblər. Və ardından, bir neçə gün sonra – 30 iyul 2020-ci il tarixində (özü də nədənsə Qurban bayramı günü - red) polislərin müşaiyyətilə obyektə gələn icra məmurları heç bir şikayətə məhəl qoymayaraq, məhkəmə qərarı olmadan sözügedən obyektin açarlarını da mülkiyyətçinin əlindən zorla alıblar. Özbaşınalıqlarına isə hakim Gündüz Şirinovu da vasitə ediblər. Beləcə, şikayətçinin bildirdiyinə görə, icra məmurları və məhkəmə orqanı onun konstitusion hüquqlarını da, mülkiyyət hüquqlarını da bilərəkdən pozublar.
Şikayətçinin redaksiyamıza təqdim etdiyi fotoşəkillərdən və digər sübutlardan aydın olur ki, icra məmurları mülkiyyətin açarını (ixtiyarını-red) aldıqdan dərhal sonra eyni binanın zirzəmisini qanunsuz istifadə edən vətəndaş Hüseynov Sərxan Səlyan oğluna həvalə edib maddi zərərə də yol açıblar. Sərxan da öz növbəsində mülkə qanunsuz sahiblənərək oranın qapısını, içəridə quraşdırılan özgənin kamerasını sındırmış, emalatxanaya aid bir neçə adda əşyanı mənimsəmiş və talamış, obyektin beton döşəməsini isə dağıdıcı-deşici avadanlıqla yararsız hala salmışdır.
Təəccüblü səslənsə də, icra məmurları özbaşınalıqlarını Nizami rayon Məhkəməsinin 2004-cü ilə aid (2-124-/2004) qətnamə ilə izah etməyə çalışıblar. Guya, 16 ildir “icra edilməyən” qətnamənin icrasına başlayıblar. Lakin, məlum qətnaməyə və 01 iyun 2020-ci il tarixdə Gəncə şəhəri Nizami rayon məhkəməsinin hakimi Zaur Hümmətovun imzaladığı “icra vərəqəsi”ni oxuduqda da aydın olur ki, qətnamədə zərərçəkmişlə və mülkiyyətlə əlaqədar bir söz də yer almayıb. Və icrasına zərurət olmayan, 16 il dondurulan qətnamədə sadəcə qeyd edilib ki, Gəncə şəhəri, Atatürk prospekti 249 saylı binanın zirzəmisinə 2-ci giriş yolu (pilləkən) açılmalıdır. Hansı ki, tələbkar həmin ildən bəri zirzəmiyə bir deyil, bir neçə giriş qapısı açmağa nail olub. 2004-cü il tarixli bir qətnamənin nə səbəbə 2020-ci ildə icraata yönəldilməsi məsələsi isə məhkəmədən fərqli olaraq şikayətçi üçün əsaslı sual olaraq qabarıb.
Bu günlərdə şikayət əsasında baxış keçirən FHN-in Gəncə Regional İdarəsi və Gəncə İHB-nin memarlıq şöbəsi də rəyə gəliblər ki, zirzəmiyə prospekt tərəfdən hansısa pilləkənin açılması mümkünsüzdür. Xüsusilə də, şikayətçi Mehriban Məmmədova mülkiyyət hüquqlarını həmin qətnamənin qüvvəyə minməsindən təxminən 10 il sonra İHB-nin sərəncamı ilə əldə edib və mülkündən 7 ildir ki, qanuni əsaslarla istifadə edir. Həmin qətnamədən isə xəbəri belə olmayıb.
Gəncə İHB-nin birinci müavini Səməd Tomiyevin şikayətçiyə cavab mətnində də xatırladılıb ki, “2012-ci ildə 249 saylı yaşayış binasının fasadının yenidən qurulması zamanı binanın perimetri boyu fasadında dəmir-beton karkas quraşdırılmış və nəticədə yaranmış əlavə qeyri-yaşayış sahələrində zirzəmiyə qapı açılması konstruktiv baxımdan qeyri-mümkündür və tikinti normalarına uyğun deyildir.

Eləcə də, şəhərsalma və tikinti məcəlləsinin 77.1-ci maddəsinə əsasən tikintiyə icazənin verildiyi vaxtdan 3 (üç) il ərzində dayandırıldığı hallarda tikintiyə icazə qüvvəsini itirir. Beləliklə, İHB öz izahatının sonunda zirzəmiyə giriş qapısı açılmasına dair 2004-cü il tarixli qətnamə tələbinin qüvvədən düşdüyünü də bildirir.
Mülkiyyət hüquqları qəsdən pozulmuş şikayətçi baş verənlərin əsas səbəbi barədə maraqlı iddia da irəli sürüb. O həmin qətnamədən indiyədək xəbərsiz olduğunu da bildirib.
M.Məmmədovanın dediyinə görə, əslində, ona qarşı baş verənlər obyektini ələ keçirib öz obyektinə birləşdirmək istəyən Sərxan Hüseynovla Nizami rayon məhkəməsinin hakimi Zaur Hümmətov, eləcə də icra şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Ələmdar İbrahimov arasındakı maddi maraqlardan doğulub. Bu isə təəssüf ki, sonuncular üçün dövlət məmuru ərkanına, hakimlik andına yaraşmayan davranış olmaqla, şəxsi-maddi maraqları qanun aliliyindən üstün tutmaq mərəzidir. Onları etimad edib icra məmuru və hakim vəzifəsinə yüksəldən Ədliyyə nazirliyinə qarşı bir hörmətsizlikdir.
Şikayətçi öz ittihamlarını onunla da əsaslandırır ki, Ələmdar İbrahimov və həmin binanın yaxınlığında yaşayan hakim Zaur Hümmətov son iki ayda dəfələrlə Sərxan Hüseynova məsləhətlər vermək üçün obyektə də gəliblər. Sərxandan mülkiyyəti təcili dağınıq-yararsız vəziyyətə salınmasını təmin etməyi də istəyiblər. Bütün bunlar isə sübut edir ki, icra məmurları başda Ə.İbrahimov və 16 il əvvəlki qətnaməyə yenilənmiş “icra vərəqi” çıxaran hakim olmaqla, əslində onlar qətnamənin icrasında deyil, sözügedən mülkiyyətin qeyri-qanuni yolla Sərxanın istifadəsinə keçməkdə maraqlıdırlar. Yoxsa, bir düşünək, axı “icraat haqqında qanun”da haradasa yazılmayıb ki, qətnamənin icrasını tələbkar özü icra edə bilər? Hansı qanuna görə, mülkiyyətçinin açarı zorla əlindən alınıb özgə şəxsə təhvil verilə bilər? Axı, hansı qanun etibarsızlaşmış qətnamədə adı olmayan bir mülkiyyətçinin hüquqlarını pozmağa bunca səlahiyyətlər verib? Təəssüf ki, mülkiyyətçinin hüquqları dövlətin “ədalət carçıları” tərəfindən qəsdən pozulub. Bu cür mülki hallar qanuni əsaslara dayanmayanda isə məhz rüşvətə və ya şəxsi maddi maraqlara dayanır! deyə bilərik. Əgər bunlar savadsızlığa dayanıbsa, onda hüquq təhsilli baiskarların deyilən vəzifələrdə yer almalarına, qanun adına imza atmalarına əsl faciə kimi baxmaqda fayda var.
Şikayətçi onu da bildirir ki, iş üzrə 2004-cü ilə aid qətnaməyə, onun icra mümkünsüzlüyünə də məhkəmələr şərh verməkdən boyun qaçırıb. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Gündüz Şirinov 24 avqust 2020-ci il tarixli (8-(044)-115/2020) qərardadla qətnaməyə şərhi rədd edib. Nə hakimlər, nə də başbilən icraçılar hərəkət və ya hərəkətsizlik edərkən hüquqi halların dərindən araşdırılmasını düşünməyiblər. Nə şəhər icra hakimiyyətinin rəyinə əsaslanmağa, nə də zəruri ekspertizanın aparılmasına maraqlı olmayıblar. Çünki öz maraqları olub.

Tələbkar Sərxan Hüseynovun özü isə Apellyasiya Məhkəməsində bildirib ki, əslində həmin qətnamə icra edilib. Bu daha dəhşətli suallar yaradır, əgər qətnamə icra edilmişdirsə, onda şikayətçinin mülkiyyət hüquqları hansı əsaslarla pozulur və niyə sözügedən obyekt vandalizmə məruz qalmaqdadır?
Yuxarıda qeyd olunan hallardan başqa, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin verdiyi arayışdan bəlli olur ki, əslində tələbkar Sərxan Hüseynovun Gəncə şəhəri Atatürk prospekti 249 saylı binanın zirzəmisinə dair qanuni mülkiyyətçilik hüquqları hazırda ümumiyyətlə mövcud deyil.
Həmin rəsmi sənəddə isə qeyd edilir ki, S.Hüseynov həmin zirzəmini (100kv-m hissəsində) 16.09.2009-cu il tarixli GV-0022 saylı ipoteka müqaviləsilə “Rabitəbank ASC”-nin Gəncə filialına təslim edərək 5 il müddətə (16.09.2009-16.09.2014) 320 min manat kredit götürmüşdür. Nəticədə ödəniş etməmiş, mülk 24.07.2014-cü il tarixli 1514010588 qeydiyyat nömrəli çıxarışla “Rabitəbank ASC”nin mülkiyyətinə keçmişdir. Məktuba əsasən, S.Hüseynovun sözügedən 249 saylı binanın zirzəmisinin digər hissələrində də faktik olaraq mülkiyyətçilik, sahiblik hüquqları mövcud deyildir. Belə olan halda da şikayətçinin mülkiyyət hüquqlarının qeyri-qanuni əsaslarla tapdandığını başqa motivlərlə isbata artıq ehtiyac qalmır. Bununla da anlaşılandır ki, həm məhkəmə, eləcə də icra şöbəsi qətnamənin icrası bəhanəsilə heç bir mülkiyyət hüququ olmayan bir tələbkarın qeyri-qanuni tələblərinə öz maraqları naminə boyun əymişlər.
Hazırda şikayətçinin məhkəməyə müraciətləri əsasında bir neçə hal üzrə iddialarına baxılır. Şikayətçi hər şeyə rəğmən ümidini itirmir, mülkiyyət hüquqlarının tezliklə bərpa ediləcəyinə, qarşılaşdığı məmur özbaşınalığının cəzasız qalmayacağına inanır.
“Demokratik.Az” olaraq biz də hesab edirik ki, uzun illərdir öz vəzifəsini ləyaqətlə və şərəflə icra edən Ədliyyə naziri cənab Fikrət Məmmədov vətəndaşın mülkiyyət hüquqlarının ələ salınmasına diqqət edəcək və ölkədə aparılan məhkəmə islahatları çərçivəsində özbaşınalıqda adıkeçən hakimləri və icra məmurlarını sərt şəkildə cəzalandıracaq.

Zirzəmi “işğalçısı” “16 yaşlı qətnamə” ilə əmlak hüquqlarına necə meydan oxuyub?
Zirzəmi “işğalçısı” “16 yaşlı qətnamə” ilə əmlak hüquqlarına necə meydan oxuyub?
Zirzəmi “işğalçısı” “16 yaşlı qətnamə” ilə əmlak hüquqlarına necə meydan oxuyub?
Zirzəmi “işğalçısı” “16 yaşlı qətnamə” ilə əmlak hüquqlarına necə meydan oxuyub?
Zirzəmi “işğalçısı” “16 yaşlı qətnamə” ilə əmlak hüquqlarına necə meydan oxuyub?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? - Eurasiya.net
Bu gün, 11:43
"Quska"nın vəkilləri məhkəməyə gəlmədi - bu səbəbdən də...
Bu gün, 11:38
Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur - FAKT BUDUR!
Bu gün, 11:36
Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb - Polis İŞƏ QARIŞDI
Bu gün, 11:32
Faiq Ağayevdən səs-küy yaradan fotosessiya - FOTO
Bu gün, 11:30
Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir - ŞOK məlumat
Bu gün, 11:29
Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu - ƏMR
Bu gün, 11:26
Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər - "The Telegraph"
Bu gün, 11:19
Rusiya Ermənistana qarşı hərəkətə keçdi – Durum kəskinləşir
Bu gün, 11:16
"Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:05
Hospital rəisindən Elçin Quliyevə şikayət - NARAZILIQ VAR...
Bu gün, 11:02
Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Bu gün, 10:58
Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... - AKTUAL
Bu gün, 10:55
Sənubər Nəzərova Departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:54
"Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." - İLGİNC İDDİA
Bu gün, 10:52
Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb - 10 dəqiqəlik interval bir saata qaldırılıb
Bu gün, 10:46
Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib
Bu gün, 10:45
Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... - ETİRAZ VAR...
Bu gün, 10:44
“Atamın qızıllarını Sevda verib Günaya” – 186 minlik ZƏRGƏRLİK İŞİ
Bu gün, 10:27
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:12
Müharibə olacaq, Zəngəzur dəhlizi... - Danielyan
Bu gün, 10:07
"Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Bu gün, 10:03
Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?
Bu gün, 09:56
“Capital City” ilə KİMSƏ BACARA BİLMİR? - "Başqa əlacımız qalmayıb..."
Bu gün, 09:41
"Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Bu gün, 09:36
Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 09:33
Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? - Köhnə eşalonun SON QALASI...
Bu gün, 09:26
Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... - Hər keçənə hürən molla rejimi bu dəfə LAL OLUB...
Bu gün, 09:16
Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - TƏFƏRRÜAT
Bu gün, 09:10
İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü – Sui-qəsd planında görün kimlər olub
Bu gün, 09:06
Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! - NƏ BAŞ VERİR?
Bu gün, 09:04
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:00
ADAU ŞƏLALƏSİ... - Qurbanovun himayə etdiyi bu Şəlalənin səsi SONRA ÇIXACAQ...
Bu gün, 08:55
Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... - Kəmaləddin Heydərova MÜRACİƏT...
Bu gün, 08:44
`Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` - Bir nəfər borclu var deyə... bütün bina sakinləri DONMALIDIR!
Bu gün, 08:37
Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:30
Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI - "Qara qutu" müəmması
Bu gün, 08:28
Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... - NARAZILIQ VAR...
Bu gün, 08:25
Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! - GİLEY
Bu gün, 08:20
ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? - Görünəni odur ki...
Bu gün, 07:12
İrəvan əslində Bakının gedişlərini təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 07:10
"Mənim evimə bir qəpik pul girmir..." - Vətəndaş HARAY ÇƏKİR
Bu gün, 07:06
İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan
Bu gün, 07:02
Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? - AKTUAL
Bu gün, 07:00
Yevlaxda həkimlər sağaltmır, öldürür... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb - Başqa cür ola da bilməz...
Bu gün, 06:53
Zirəddin ən qorxunc proqnozlarını açıqladı - “Atom fəlakəti görürəm…”
Bu gün, 06:41
UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:39
Sağlamlıq haqqında arayış BİZNESİ... - AXI NİYƏ?..
Bu gün, 06:36
Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi - 35 il davam edən ŞOK saxtakarlıq
Bu gün, 06:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru