Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü .....                     Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... .....                     Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" .....                     Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... .....                     "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." .....                     Seçkilərin nəticələri bu tarixdə elan olunacaq .....                     “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... .....                     ABŞ-Ermənistan xartiyasının pərdəarxası .....                     Suriyadan Rusiya, İsrail və İrana .....                     Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... .....                     ABŞ-la münasibətləri bərpa etməyə hazırıq .....                     Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb .....                     ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu .....                     “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib .....                     Tramp Putinlə telefon danışığına hazırlaşır .....                     Əməkdar artist harada dəfn ediləcək? .....                     Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq .....                     Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... .....                     Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? .....                     Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur .....                     Ermənistana qarşı .....                     Estoniyada hərbi təlimlər başlayır .....                     İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... .....                     Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? .....                     Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? .....                     Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb .....                     Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir .....                     Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... .....                     Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək .....                     Müharibə dayandırıla bilərdi, amma Blinken... .....                     Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... .....                     Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib .....                     Əməkdar artist Mövsüm Hüseynov vəfat edib .....                     “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...” .....                     İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... .....                     Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər .....                     “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” .....                     Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib .....                 

"TOSOİL"in şərikli sahibləri arasında nə baş verir? - ARAŞDIRMA
Tarix: 7-12-2016, 10:23 | Çap et
"TOSOİL"in şərikli sahibləri arasında nə baş verir?
Bir müddətdir ki, “TOSOİL” yanacaqdoldurma məntəqələrinin şərikli sahibləri olan Kərim və Elnur Əliyev qardaşları haqqında mətbuatda bəzi iddialar yayılmaqdadır. Məsələn, bəzi məlumatlarda deyilir ki, guya 2011-ci ildə Kərim Əliyevin adamları “AS Petrol” yanacaqdoldurma məntəqəsinə hücum ediblər və hadisə nəticəsində bir nəfər dünyasını dəyişib. Həmçinin, Kərim və Elnur Əliyev qardaşları bu məlumatlarda kriminal şəxslər kimi qələmə verilir:
“Хırdаlаn "TОSОIL"də 2011-ci ildə ölüm hаdisəsi bаş vеrmişdir. 2011-ci ildə ölüm hаdisəsi ilə əlаqədаr Кərim iki nəfər idmаnçı аdаm götürüb “AS Petrol”а "rаzbоrка"ya gəlir.”Rаzbоrка” zаmаnı Кərimin idmаnçı "dоstlаr"ı “AS Petrol”un rəhbəri Zаurun üstünə hücum çəкir. Zаur dа оtаğındа оlаn suvеnir хərcəri götürüb idmаnçılаrın əlindən qurtаrmаq üçün оnlаrа хəsаrət yеtirir və nəticədə biri ölür. Sоnrа Кərimin özünü də hədə-qоrхu ilə tələbеtmə və хuliqаnlıq cinаyəti ilə təqsirli bilib ittihаm еdirlər. Təхminən 2-3 аy əvvəl Хırdаlаn TОSОIL-də pаrtlаyış hаdisəsi оlur və işçilərdən хəsаrət аlаnlаr оlmuşdur. Mаtеriаl Аbşеrоn pоlis və prокurоrluğundа аrаşdırılmış, lакin rədd еdilmişdir”(olkexeber.az ).
LEGİON olaraq, kiçicik araşdırma apardıq və bəzi məlumatlar əldə etdik. Belə ki,sözügedən hadisə ilə bağlı dövlətin rəsmi orqanı olan AzərTAC -ın 3 may 2011-ci ildə yaydığı məlumatda deyilir: “Xəbər verdiyimiz kimi, aprelin 27-də Abşeron rayonundakı Xırdalan dairəsi yaxınlığında naməlum şəxslər münaqişə zəminində Şərur rayon sakinləri Ədalət Əsədova, onun qardaşı Malikə və Bakı şəhər sakini Kərim Əliyevə bıçaqla xəsarət yetirmişdilər. Xəstəxanaya aparılarkən Malik yolda ölmüşdür. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Baş Cinayət-Axtarışİdarəsi, Respublika Prokurorluğu və Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Rəşad Həsənov yaxalanmış, cinayətin digər iştirakçılarının isə şəxsiyyətləri müəyyən edilmişdir. Faktla bağlı cinayət işi başlanmışdır.
Mayın 2-də Masallı rayonunda da bıçaqlanma hadisəsi qeydə alınmışdır. Rayon sakini Cavad Cəfərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmişdir. Hadisəni münaqişə zəminində törətmiş rayon sakini Renat Eyvazov Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanmışdır. Araşdırmalar davam etdirilir” ( azertag.az).

Eyni zamanda,saytlarda yayılan məlumatlarda deyilir ki, Kərim Əliyev Sumqаyıt «TОSОIL»un yеrində yеrləşən Rəşid аdındа şəхsin qаnunu mülкiyyətində оlаn YDM-i mənimsəyir: “«TОSОIL» Кərim Rəşidə təкlif еdir кi, оrtаq оlsunlаr, Rəşid rаzılаşmır. Şərtləri bеlə оlur ki, tikintini Rəşid еdir, rаzılаşmаlаrı isə Кərim İsrаfil аdındаn vəzifəli şəхsin vаsitəsi ilə аpаrır” ( olkexeber.az ).

LEGİON araşdırmalar zamanı öyrənib ki, bu və digər məlumatların yayılmasında Rəşid və Sultan Məmmədov qardaşlarının maraqları var. Rəşid Məmmədov əslən Novxanı kəndindəndir və yanacaqdoldurma biznesinə də elə 90-cı illərin əvvəllərində, Lotu Bəxtiyarın “İST Petrol” yanacaqdoldurma məntəqəsinin açılmasına xeyir-dua verəndən sonra gəlib.

Hətta Rəşid Məmmədov Bəxtiyar öləndən sonra da, onun bacısı oğlu, “İST” yanacaqdoldurma məntəqəsinin şəriklərindən biri olan İlqarla bu günədək yaxın münasibət saxlayır. O ki, qaldı, onun qardaşı Sultan Məmmədova... Sultan Məmmədov Qaradağ RPİ-də Narkotiklərlə Mübarizə Şöbəsində çalışır. Burda oxucuda da sual yarana bilər ki, qardaşın biri oğru aləmiylə sıx əlaqədə ola-ola, digər qardaş necə polis zabiti ola bilər? Yəqin ki, ola bilər. Bəli, ola bilər o vaxt ki, əgər Sultan Məmmədovu DİN-nin Daxili Təhqiqatlar İdarəsinin əməkdaşıları dindirəndə o bildirsin ki, mənim, qardaşım Rəşid Məmmədovla heç bir əlaqəm yoxdur və mən DİO-da xidmətə başlayan vaxtdan qardaşımdan imtina etmişəm.

Ancaq burda sual doğurur ki, əgər bu şəxs qardaşından imtina edibsə onun şəxsi feysbuk profilində“TOSOİL” yanacaqdoldurma məntəqəsinin fotosu nə gəzir. Bəli-bəli, əziz oxucu, həmin YDM-in fotosu ki, hansına Rəşid Məmmədovla Elnur-Kərim qardaşları şərikdir. Hətta həmin yanacaqdoldurma məntəqəsi Lökbatanda Sultan Məmmədovun xidmət etdiyi ərazidə yerləşir. Və bu günlərdə polis zabitinin nəinki, feysbukda profili var, o hətta deyilənə görə bəzi saytlarla əməkdaşlıq edərək, öz qardaşının rəqiblərini sıradan çıxarmaq üçün canfəşanlıq edir.

Ola bilsin ki, Sultan Məmmədovun DİN-dən aldığı əməkhaqqı ona bəs etmədiyinə görə, o, qardaşı Rəşid Məmmədovun muzdlu agentinə çevrilib. Ancaq bütün bu məlumatları lazımi orqanlar araşdıraraq araşdırmanın nəticəsini ictimaiyyətə təqdim edə bilərlər. Qeyd edək ki, araşdırmalar zamanı Rəşid Məmmədovun1995-ci il təvəllüdlü oğlu Asif Məmmədovun iki il əvvəl qətl hadisəsinə görə həbs olunduğunu öyrəndik: “Bakıda qohumunu öldürən şəxsə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Bakı şəhər sakini,1995-ci il təvəllüdlü Asif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən A. Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, qətl keçən il oktyabrın 3-də Xəzər rayonunun Zirə qəsəbəsində baş verib. Qəsəbə sakini Asif Rəşid oğlu Məmmədov aralarında yaranan mübahisə zəminində uzaq qohumu Oqtay Nəcəf oğlu Rzayevi bıçaqlayaraq öldürüb. A.Məmmədov qətli törətdikdən sonra polisə gələrək könüllü təslim olub (APA, 9 aprel 2015-ci il).

Rəşid və Sultan Məmmədovla bağlı əldə etdiyimiz digər məlumata görə, onların əslən Novxanıdan olan, kriminal aləmdə çox yaxşı tanınan Əliqardaş adlı şəxslə də qohumluqluq münasibətləri var.

Bu yaxınlarda Azvision.az saytında Novxanılı Əliqardaş haqqında yazı dərc olunmuşdu. “Sovet Bakısının “oğru həyatı”- erməni müstəntiqlər, yerli avtoritetlər” başlıqlı yazıda Novxanılı Əliqardaş haqqında belə deyilir: “Əliqardaş Balaqardaş oğlu 1936-cı ildə Bakının Novxanı kəndində anadan olub. İlk məhkumluğunu 18 yaşında, 1954-cü ildə oğurluq üstündə alıb.Bundan sonra daha altı dəfə dəmir barmaqlıqlar arxasına düşüb. Cəzalarını Bakıda, Rusiyada, Qazaxıstanda, Şuşadakı kiçman və zonlarda çəkib”( azvision.az ).

Əliqardaşın Əlişir adlı oğlunun da olduğu, onun da 2002-ci ildə Lotu Bəxtiyarın məzarlıqdakı heykəlinin qoltuğunun altındakı tunc konstruksiyanı, eləcə də ətrafdakı qəbirlərin üzərində olan metal konstruksiyaları sökməyə görə həbs olunduğu barədə bəzi məlumatlar əldə etmişik.

Belə ki, LEGİON-a məlumat verən mənbə bildirir ki, Əlişir oğruların Lotu Bəxtiyarın məzarının ətrafında qızıl gizlətdiyini eşidərək, o “dəfinə”ni əldə etməyə çalışır, amma hüquq mühafizə orqanları tərəfindən ələ keçirilir.
Araşdırmamız davam edir...

Biz Sultan Məmmədovun mobil nömrəsini taparaq, onunla əlaqə saxladıq.Ondan "TOSOİL"lə bağlı suallarımıza cavab almaq üçün Rəşid Məmmədovla bizi əlaqələndirməyini xahiş etsək də, S.Məmmədov qardaşının səhhətində nasazlıq olduğunu deyərək, "nə məsələdir,məndən soruşun", - deyə bildirdi.

Düşündük ki, "TOSOİL"lə bağlı suallarımızı ona verə bilərik. Lakin Elnur və Kərim Əliyevlərdən söz düşdükdə,S.Məmmədov "TOSOİL"lə heç bir əlaqədə olmadığını dedi.

Sultan Məmmədova"facebook" hesabı və avtomobilləri ilə bağlı sual verdik, o isə təkzib etdi....

Lakin polis orqanlarında işləməsi ilə bağlı suala həmsöhbətimiz cavab vermək istəmədi və tələsik sağollaşdı.

Sultan Məmmədov Balaqardaş və oğlu Əlişir barədə sualımıza cavab olaraq, onları tanımadığını, heç bir əlaqələrə malik olmadığını dedi: "Sizə mənim nömrəmi kim verib? Onları tanımıram, heç bir əlaqəm yoxdur. Rəşid müəllim də hazırda həkim proseduru altında müalicə alır".

Adıkeçən Kərim Əliyevin də mobil nömrəsini əldə etdik, lakin K.Əliyev zənglərimizə cavab vermədi.

Sözardı: Görəsən, Asif Rəşid oğlu Məmmədovun ağır cinayətdən məhkum olması haqda onun əmisi Sultan Məmmədov əməkdaşı olduğu polis orqanlarına da məlumat veribmi?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Bu gün, 13:06
Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Bu gün, 13:05
Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Bu gün, 13:00
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57
"Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55
Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53
"Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48
Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44
“Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38
ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33
Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32
Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30
ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29
Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28
ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11
“Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08
Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05
Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52
Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44
Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42
Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35
Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34
Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19
Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16
İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07
Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02
Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50
Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49
Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48
Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25
Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19
Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18
Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05
Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39
“Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32
İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23
Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16
“Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13
Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02
Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00
Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43
Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38
Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35
Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32
NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22
“TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25
Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21
Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru