“Oğlumun mənimlə görüşə maşınla gətirdilər. Onu saxlandığı korpusla görüş binası arasında 200 metr məsafə var. Görün, nə vəziyyətdədirsə, özü gələ bilmir”.
Bunu Gununsesi.info-ya açıqlamasında hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva deyib.
Onun sözlərinə görə, Hüseyn Abdullayev görüş otağında taqətsiz vəziyyət oturub:”Mənə deyir daha sən də gəlmə, ölürəm, öləndə gəlib apararsan. Biz bu nə zülümdür, yaşayırıq? Mənim oğlum bu dövlət uğrunda can qoyub. Gözümün qabağında balam ölür. İmkan vermirlər ki, heç olmasa Müalicə Müəssisəsində qalsın. Mənim səsimi eşidən yoxdur. Mən Prezidentimizdən, Mehriban xanımdan xahiş edirəm ki, Hüseynin o həbsxanada ölməsinə imkan verməsinlər”.